Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar

Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
1022 dəfə oxunub

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Baş Prokurorluğu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.

Bəyanatda deyilir:

"Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş qırğının 28-ci ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazilərinin təqribən beşdə biri işğal olundu və bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yaşayan bir milyondan çox yerli azərbaycanlı etnik təmizləməyə məruz qaldı.

Sözügedən təcavüz zamanı azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı cinayətlər, o cümlədən soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulmuşdur.

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan istintaqla bir sıra hərbi qulluqçuların və digər şəxslərin Xocalı soyqırımının törədilməsində iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7500-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş şəxs qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.

Xocalı soyqırımından 1 il sonra, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməzliyini təsdiq edən 4 (822, 853, 874, 884 saylı) qətnamə qəbul etdi. Beləliklə, Ermənistanın ərazi iddialarına və əməllərinə cavab olaraq Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdi və bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Bu mövqe çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində də öz əksini tapır.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər.

2020-ci ilin fevral ayında Azərbaycan Hökumətinin müraciəti əsasında tanınmış beynəlxalq hüquq eksperti Malkolm Şou tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hesabat BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi dərc olunub. Əsas faktları, tarixi arayışı, beynəlxalq humanitar hüququn ümumi çərçivəsini və Ermənistanın məsuliyyətinin təhlilini ehtiva edən hesabatda Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində törədilmiş hərbi cinayətlər araşdırılır, o cümlədən Xocalı qırğını insanlığa qarşı cinayət və soyqırımı kimi xarakterizə olunur.

Lakin Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmaqda davam edir. Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu saxlayaraq, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirərək, yüz minlərlə azərbaycanlının orada yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, işğala əsaslanan mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Rəsmi Yerevan Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdəki hərbi mövcudluğuna görə məsuliyyəti təkzib etməklə yanaşı, hətta Xocalı qırğınının guya ki, Azərbaycanlılar tərəfindən öz vətəndaşlarına qarşı törədildiyini utanmadan iddia edir və bununla əlaqədar, Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibovun Rusiya KİV-ə verdiyi müsahibəsinə istinad edir. A.Mütəllibov dəfələrlə ona edilən bu istinadların yalan və iftira olduğunu, Xocalı qətliamının ermənilər tərəfindən törədildiyini bəyan etmişdir.

Məlumdur ki, Ermənistan əvvəlki rəhbərliyinin bəzi nümayəndələri, digər çoxlu yüksək rütbəli siyasi və hərbi rəsmiləri və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri ilə birlikdə, Azərbaycan torpaqlarının zəbt olunmasında və Xocalı da daxil olmaqla azərbaycanlı mülki şəxslərə və hərbçilərə qarşı zorakılıqda şəxsən iştirak ediblər.

Öz təqsirini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu-York və London, Nyu-York Universiteti Nəşriyyatı, 2003), səhifə 172)).

Danılmaz faktdır ki, bu gün ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə onun indiki və ya əvvəlki hər hansı statusu immunitet verə bilməz.

Hazırda Ermənistanda öz xalqına qarşı müxtəlif cinayətlərin törədilməsi ittihamları ilə barələrində istintaq və məhkəmə prosesləri aparılan şəxslərin Azərbaycan xalqına qarşı ən ağır cinayətlərin törədilməsinə görə də məsuliyyətə cəlb edilməsi həm beynəlxalq ədalətin bərqərar olunması, həm də Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla danışıqlar vasitəsilə nizama salınmasına mühüm töhfə verə bilər.

Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək".

ATV.az

BUNU DA OXU

Tanınmış cüdoçularımız məşqləri ev şəraitində davam etdirir - VİDEO
İstambul ACIBADƏM Xəstəxanasının həkimi Aytuğ Altundağ ilə bağlantı - VİDEO
Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
Ev şəraitində necə maska hazırlamaq olar? - VİDEO
Xəbər lenti

Baş nazir hesabat verdi - Xarici ticarət dövriyyəsi 33.1 milyard dollar olub
19:25 09.04.2020

Qitələr üzrə koronvirusun yayılması - Ən çox yayılma Avropada qeydə alınıb
18:59 09.04.2020

Heydər Əliyev mərkəzindən İtaliyaya dəstək - Beynəlxalq ictimaiyyətlə həmrəyliyin ifadəsi
18:45 09.04.2020

Aİ ölkəmizə 14 milyon Avro ayırdı - Koronavirus pandemiyası ilə mübarizə üçün
18:25 09.04.2020

"Euronews" televiziya kanalı Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirib
18:15 09.04.2020

Pompeo ilə Netanyahu arasında telefon bağlantısı - Tərəflər COVID-19 və İran məsələsini müzakirə edib
17:48 09.04.2020

İranda daha bir fəlakət - 26 nəfər selin qurbanı oldu
17:28 09.04.2020

Vətəndaşların kredit borcu - Millət vəkili təklif verdi, Mərkəzi Bank sədri cavablandırdı
17:15 09.04.2020

Gizli işləyən oyun zalı aşkarlandı - Müştərilər cərimələndi, sahibi məhkəməyə verildi
16:58 09.04.2020

Zaqatalada karantin rejimini pozduğu üçün saxlanıldı - Üzərində narkotik aşkarlandı
16:36 09.04.2020

Göyçayda qəza olub - Üç avtomobil toqquşdu, xəsarət alan var
16:16 09.04.2020

Türkiyədə 812 nəfər koronavirusun qurbanı olub - Son sutkada 87 nəfər həyatını itirib
15:56 09.04.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı artır - 214 nəfər virusa yoluxub
15:38 09.04.2020

Karantin rejimini pozanlar - Daha 1445 nəfər məsuliyyətə cəlb edilib
15:36 09.04.2020

Ölkənin ərzaq təhlükəsizliyi - 3 aylıq ərzaq tədarükümüz var
15:33 09.04.2020

Dünyada koronavirusla bağlı son durum - Virusa yoluxanların sayı 1 milyon 500 mini ötüb
15:28 09.04.2020

TƏBİB rəhbərindən xəbərdarlıq - “Virusun törətdiyi xəstəlik ağırdır”
15:16 09.04.2020

La Liqa adada keçirilə bilər - Futbol federasiyasına müraciət olunub
14:58 09.04.2020

Federasiya iclas keçirəcək - "Seltik" çempion elan oluna bilər
14:35 09.04.2020

Joze Mourinyodan maraqlı addım - "Totenhem"li futbolçular parkda məşq etdi
14:15 09.04.2020

Formula 1 start götürə bilər - Yarışların azarkeşsiz keçiriləcəyi gözlənilir
13:50 09.04.2020

Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub - Lavrov və Mnatsakanyan arasında telefon danışığı olub
13:45 09.04.2020

İranda virus sürətlə yayılır - Koronavirus qurbanlarının sayı 4 minə yaxınlaşıb
13:30 09.04.2020

Tanınmış cüdoçularımız məşqləri ev şəraitində davam etdirir - VİDEO
13:14 09.04.2020

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏN İTALİYAYA DƏSTƏK
12:50 09.04.2020

PENSİYA ÖDƏNİŞİ BU GÜN HANSI RAYONLAR ÜZRƏ VERİLƏCƏK?
12:33 09.04.2020

Saxta arayış satan şəxslər tutulub - Onların arasında boks üzrə dünya çempionu da var - VİDEO
12:12 09.04.2020

İstambul ACIBADƏM Xəstəxanasının həkimi Aytuğ Altundağ ilə bağlantı - VİDEO
11:51 09.04.2020

BİR GÜNDƏ KORONAVİRUSDAN 1973 NƏFƏR HƏYATINI İTİRİB - ABŞ-da
11:20 09.04.2020

RUSİYA VƏ ERMƏNİSTANIN XİN RƏHBƏRLƏRİ TELEFON VASİTƏSİYLƏ MÜZAKİRƏ APARIB
10:57 09.04.2020

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyon 500 minə çatıb - VİDEO
10:32 09.04.2020

Evdə qal - həyat qurtar - VİDEO
10:09 09.04.2020

“OPEC+” ÖLKƏLƏRİ NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK
09:45 09.04.2020

Birdəfəlik ödəmə ilə bağlı müraciətlər qəbul edilir - Sabah hansı rayonlar üzrə qeydiyyat aparılacaq?
21:28 08.04.2020

Nazir sahibkarlara dəstək mexanizmini açıqladı - Dəyən zərərin ödənilməsinə start verilir
21:02 08.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb
20:48 08.04.2020

Rusiyada 1175 yeni yoluxma qeydə alınıb
20:28 08.04.2020

Koronavirusla bağlı müayinələrin sayı artıb - Azərbaycan bəzi Avropa ölkələrini qabaqlayır
20:17 08.04.2020

FİFA yeni qərarlar qəbul etdi - Müqavilə və maaşlar müzakirə olunacaq
19:48 08.04.2020

PSJ İkardini göndərməyəcək - Parislilər "İnter"ə 70 milyon təklif etdi
19:12 08.04.2020

"Mançester"dən yeni transfer - "Qırmızı Şeytanlar" 16 yaşlı qapıçı aldı
18:57 08.04.2020

Ronaldinyo həbsxanadan çıxdı - Ulduz futbolçu ev dustağı olacaq
18:45 08.04.2020

İngiltərə çempionatı yarımçıq qalacaq? - Federasiya rəhbəri ümidsiz danışdı
18:25 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Karantin rejimini pozanlar cəzlandirildi
18:15 08.04.2020

Modul tipli xəstəxananın tikintisi başladı - Xəstəxanalar üçün ayrılan yerlər də məlum olub
17:59 08.04.2020

Onlayn narkotik satan şəxs saxlanılıb - Evində 5 kiloqramdan çox heroin aşkarlanıb
17:45 08.04.2020

İranda saxta içkidən ölənlərin sayı 728-ə çatdı - Ölkədə saxta spirtli içkilərdən istifadə halları artıb
17:25 08.04.2020

Uhanda karantin bitdi - Yollarda tıxaclar yarandı
17:02 08.04.2020

Koronavirus qanla yoluxurmu? - TƏBİB məsələyə aydınlıq gətirib
16:40 08.04.2020

Daha 105 nəfər koronavirusa yoluxdu - Qərargah: “Yoluxma artan xətt üzrə gedir”
16:20 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Kürdəmirdə
16:16 08.04.2020

Sosial tədbirlər davam edir - Qaradağda ahıllara yardım olundu
15:35 08.04.2020

Gürcüstanda son durum - Virusa yoluxanların sayı artır
15:08 08.04.2020

Snayperlərin hazırlığı yoxlanılır - Məqsəd döyüş vərdişlərini təkmilləşdirməkdir
14:45 08.04.2020

Türkiyədə terror aktı törədilib - 5 dinc sakin həlak olub
14:25 08.04.2020

Yeni epidemiya yayılır - 254 nəfər həyatını itirib
14:05 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - ABŞ-da virusa yoluxanların sayı 400 mini ötdü
13:59 08.04.2020

Çinin Uxan şəhərində karantin ləğv edildi - Şəhərdə iş yerləri və bazarların da fəaliyyəti bərpa olunub
13:58 08.04.2020

İqtisadiyyat nazirliyi mexanizmi açıqladı - Sahibkarlara maliyyə dəstəyi necə göstəriləcək?
13:48 08.04.2020

ABŞ-da koronavirusdan ölənlərin sayı 12 mini ötüb - Son sutka ərzində 1736 nəfər dünyasını dəyişib
13:35 08.04.2020

Onlayn sosial etibarnamə: tətbiqinə başlandı - Pulsuz dərman almaq hüququ olan şəxslərin işi asanlaşdı
13:25 08.04.2020

Avtomobil ağaca çırpıldı - Sürücü dünyasını dəyişdi
13:18 08.04.2020

Kapitalın və əmlakın amnistiyasi nəzərdən keçirilir - Bu ölkə iqtisadiyyati üçün hansı imkanlar yaradacaq?
13:02 08.04.2020

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - Kafe sahibi və müştərilər saxlanıldı
12:58 08.04.2020

1569 nəfər cərimələndi - Karantin rejimini pozanlar məsuliyyətə cəlb olunur
12:56 08.04.2020

Tramp ÜST-ü ittiham etdi - “Yanlış tövsiyyələr vəziyyəti ağırlaşdırıb”
12:35 08.04.2020

Ramazan ayı nə vaxt başlayır? - QMİ tarixi açıqladı
12:14 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - Virusdan ölənlərin sayı 82 mini ötdü
12:03 08.04.2020

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
11:53 08.04.2020

Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
11:21 08.04.2020

Televiziyalar aktuallığını qoruyur - Yenilənib - VİDEO
10:55 08.04.2020

Kimlər 190 manat ala biləcək? - Nazir məsələyə aydınlıq gətirdi
10:29 08.04.2020

Kürdəmirdə ev yanıb - Dördotaqlı ev yanaraq külə döndü - VİDEO
10:10 08.04.2020

Heydər Əliyev mərkəzindən İrana dəstək - Koronavirusla mübarizədə həmrəyliyin ifadəsi
09:47 08.04.2020

Baharda qış havası - ÖZƏL - FOTOLAR
09:42 08.04.2020

Karantin rejimi ilə bağlı ən çox verilən 3 sual - Daxili işlər nazirliyi sualları cavablandırdı
23:45 07.04.2020

8103 nömrəsinə 2 milyon 289 min SMS göndərilib - Müraciətlərin 53 %-i aidiyyətsiz məzmunda olub
22:42 07.04.2020

SMS-in tarixini dəyişdirdi - 25 sutka həbs cəzası verildi
22:21 07.04.2020

Ata və oğlu 8103 nömrəzinə 90 dəfə SMS göndərıb - Lazımsız SMS göndərən şəxs məsuliyyətə cəlb edildi
22:02 07.04.2020

Şəmkirdə dəhşətli hadisə - Ailə üzvlərini və evini yandırdı
21:58 07.04.2020

Bütün xəbərlər