Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
253 dəfə oxunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xalqımıza müraciət edib:

Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

Ona görə bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür.

Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq.

Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun.

Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.

Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – “Yeni klinika” da var. Bu klinika bu yaxınlarda - martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.

Onu da bildirməliyəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.

Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.

Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq.

Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun.

BUNU DA OXU

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
UEFA-dan Avro-2020 açıqlaması
Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
Xəbər lenti

Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir
15:00 04.11.2020

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb
14:04 04.11.2020

Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir
13:36 04.11.2020

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
12:58 04.11.2020

Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
12:42 04.11.2020

Donald Tramp: Biz seçkilərdə qalib gəlirik
12:14 04.11.2020

Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib
11:50 04.11.2020

Çempionlar Liqasında 3-cü tura start veridi
11:21 04.11.2020

Əlcəzair prezidenti koronavirusa yoluxub
11:00 04.11.2020

HİKMƏT HACIYEVDƏN AÇIQLAMA - KƏNDLƏRİMİZ ARTİLLERİYADAN ATƏŞƏ TUTULUR
10:34 04.11.2020

CƏBHƏDƏ SON VƏZİYYƏT
10:10 04.11.2020

ABŞ-da prezident seçkilərini, hələ ki, Donald Tramp öndə aparır
09:49 04.11.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb
15:00 03.11.2020

Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
14:36 03.11.2020

Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
14:07 03.11.2020

Bakıda yağış yağacaq
13:45 03.11.2020

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir
13:24 03.11.2020

DÜŞMƏN ATƏŞKƏSİ POZDU LİD - MEŞƏDƏ YANĞIN BAŞLADI
12:59 03.11.2020

BMT SƏNƏD YAYDI - ERMƏNİSTANIN UŞAQLARI ƏSGƏR KİMİ CƏLB ETMƏSİ PİSLƏNİB
12:36 03.11.2020

BMT-NİN İNSAN HÜQUQLARI ÜZRƏ ALİ KOMİSSARI ERMƏNİSTANIN HÜCUMLARINI PİSLƏDİ
12:13 03.11.2020

Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək
11:48 03.11.2020

UEFA-dan Avro-2020 açıqlaması
11:22 03.11.2020

ABŞ-DA 59-CU ÜMUMİ SEÇKİLƏR KEÇİRİLİR
11:00 03.11.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:34 03.11.2020

ANAMA 28 əməliyyat həyata keçirib
10:10 03.11.2020

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
09:48 03.11.2020

Azərbaycan Prezidenti: Paşinyanın Rusiya Prezidentinə məktub göndərməsi, əslində, Ermənistanın məğlubiyyətinin etirafıdır
14:55 02.11.2020

PAŞİNYAN MƏĞLUBİYYƏTƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIR
12:56 02.11.2020

BİNƏLİ YILDIRIM AZƏRBAYCANA DƏSTƏYƏ GƏLDİ
12:30 02.11.2020

Вüşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
12:03 02.11.2020

BAŞ PROKURORLUQDAN AÇIQLAMA - QARABAĞDA QIZIL YATAQLARINDAN QANUNSUZ İSTİFADƏ EDƏNLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB
11:44 02.11.2020

RUSİYA SƏFİRLİYİ ERMƏNİ YALANINI İFŞA ETDİ
11:20 02.11.2020

Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
10:57 02.11.2020

Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
10:32 02.11.2020

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
10:10 02.11.2020

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
09:49 02.11.2020

Prezident: Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır
12:54 31.10.2020

Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var
12:45 31.10.2020

Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər
12:33 31.10.2020

Ceyhun Bayramov: Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
12:18 31.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib
15:15 30.10.2020

Baş prokuror: Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv olub
15:01 30.10.2020

Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib
14:37 30.10.2020

TÜRKİYƏNİN SABİQ BAŞ NAZİRİ DÜNYASINI DƏYİŞİB
12:19 30.10.2020

Maradona - 60! - VİDEO
11:58 30.10.2020

Avropa Liqasında gecənin nəticələri
11:33 30.10.2020

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020

ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

Bütün xəbərlər

ÇOX OXUNANLAR