Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

20 Yanvar hadisəsini teleefirdən ilk olaraq işğal adlandıran qəhrəman jurnalist - Araşdırma

20 Yanvar hadisəsini teleefirdən ilk olaraq işğal adlandıran qəhrəman jurnalist - Araşdırma
1311 dəfə oxunub

Tariximizə qanla yazılan 20 Yanvar faciəsi Azərbaycan xalqının müasir dövründə çoxlu sayda qəhrəmanlarını ortaya çıxardı.

O zamana qədər adi sovet vətəndaşı kimi həyat sürən bir çox insanımız ağır günlərdə şücaət göstərdi, Kremlin Azərbaycan xalqına qarşı ədalətsizliyinə etiraz olaraq əlindən gələni və bəzən də gəlməyəni etdi.

Kritik situasiyada bir çox insanımızın nələrə qadir olduğunu gördük. 

Belə insanlardan biri haqqında danışmaq istəyirik.

Bakı. 21 yanvar. Artıq 19-u axşamdan televiziyanın enerji bloku partladılıb və sakinlər informasiya blokadasına salınıb. Əhalinin şəhərdə nələr baş verdiyi barədə tam olaraq təsəvvürü yoxdur. Bu zaman efirə Şuşadan olan ötürücü vasitəsilə siqnal gəlir. Efirdə kiçik bir studiya görünür. İki aparıcı Azərbaycan xalqına müraciət edərək Bakının sovet qoşunları tərəfindən işğal olunduğunu, kommunist partiyasının əslində faşist partiyası olduğunu bəyan edir.

SSRİ-nin dağılacağını tam olaraq təsəvvür etməyənlər üçün o zamana görə misilsiz qəhrəmanlıq nümunəsi kimi tarixə düşən bir efir. Bunu edən isə Azərbaycan Televiziyasının Şuşaya ezam olunan əməkdaşı Vidadi Bağırov idi.

Bu gün çoxları o günün qəhrəmanı olan Vidadini xatırlamır. Elə buna görə də Gün.Az olaraq onun haqqında ətraflı məlumat öyrənmək istədik.  

Keçmiş döyüşçü, əslən Cəbrayıl rayonundan olan Vaqif  Əlisoy həmin günü belə xatırlayır:

“20 Yanvar hadisələrindən bir gün əvvəl, saat 19-da elan etdilər ki, saat 20:00-da mühüm dövlət xəbəri olacaq. Həmin vaxt mən Cəbrayılda idim. Hamı meydanda xəbər gözləyirdi. Televizoru da çıxarıb çölə qoymuşduq. İnsanlar Bakıdakı vəziyyətdən narahat idi və hər an rusların şəhərə girmək xəbərini, hücum ehtimalını nəzərə alaraq təlaşlı idilər.

Cəbrayılda da hər yerdə olduğu kimi, saat 20:00-da kanallar kəsildi, heç yerlə əlaqə saxlamaq mümkün olmadı.

Həmin dövrdə Azərbaycan televiziyası ilə bərabər, Şuşa televiziyası da fəaliyyət göstərirdi. Həmin günə qədər Vidadi Bağırovu şəxsən tanımırdım, ancaq verilişlərini izləyirdik. Vidadi hər zaman Qarabağa dair gerçək durumu, gerçək həyatı insanlara, xalqımıza çatdırırdı.

Həmin vaxt Şuşa televiziyasının da verilişləri kəsildi. Xeyli sonra, gecə 1-ə işləmiş xəbər verdilər ki, Şuşa televiziyası fəaliyyətini bərpa edib, bir azdan Vidadi Bağırov efirdə olacaq. Az keçmişdi ki, Vidadi ekranda göründü və təlaşlı vəziyyətdə “Qardaşlar Bakıya erməni və ruslar dörd istiqamətdən hücum ediblər, artıq Bakıda qan su yerinə axıb, ölənlər, itkin düşənlər var, işıqlar keçirilib, Bakı dəhşətli bir terrora məruz qalıb”.

Onun axırıncı ifadəsi bu oldu: “Şuşa televiziyasına da ruslar basqın edirlər. Bu məlumatı xalqımıza çatdırın, yaşasın Azərbaycan”.

Ondan sonra biz həbs olunduq, bizi vertolyotla Tiflisə həbsxanaya gətirdilər. Orda məlumat aldıq ki, Ağdamdan Camal Əhmədov və bir telejurnalist həbs olunub. Güman etdik ki, bu Vidadidir. Həmin dövrdə Bakıda qırılanlardan başqa hərəkatın önündə gedən, millətin önünə çıxan 700 insanı həbs etmişdilər”.

“Vidadi Bağırovu ermənilər satmışdılar”

V.Əlisoy deyir ki, onları daha sonra Tiflisdən Novoçerkasska gətirdilər:

“Bura Rusiyanın ən dəhşətli qapalı təcridxanası idi. Gürcüstanda bir məşhur oğru dünyasının adamı bizə kağız vermişdi ki, hansı həbsxanaya düşsəniz onu göstərin, sizə yaxşı baxacaqlar. Biz orda bir nəzarətçidən xahiş etdik ki, Vidadi ordadırsa, gətirsinlər. Bir gündən sonra Vidadini bizim yanımıza gətirdilər.

Vidadi Qarabağda rusların apardığı siyasəti, sonradan Xocalı qətliamında əsas rol oynayan 366-cı alayın Xankəndindəki fəaliyyətini hər zaman telekanal vasitəsilə millətə çatdırırdı.

Vidadi necə həbs olunmağını belə danışdı ki, onu həmin gün şuşalılar aradan çıxardılar, qiyafəmi dəyişdim, avtobusa oturdum ki, tanımasınlar. Amma məni tanıyanlar artıq nişan vermişdilər. Xankəndinin girəcəyində avtobusu saxladılar və birbaşa üstümə gəlib, məni götürdülər.

Onu ermənilər satmışdılar, postda avtobusun qarşısını kəsib, silahlı ermənilər məni ruslara göstərdilər. Ermənilər Vidadinin başına külli miqdarda pul qoymuşdular. Onu həmişə susdurmağın yollarını axtarırdılar.

Bir həftə bir yerdə olduq. Biz çölə məktub ötürə bildik, həmin  məktubu Bakıda deputat istintaq komissiyasına, Arif Məlikova təqdim etdilər ki, harada saxlanılırlar. Çünki 700-dən artıq adamı heç bir həbsxanada qeydiyyata almamışdılar. Sonra Arif Məlikov SSRİ-nin qurultayında çıxışında açıq şəkildə Qorbaçova bildirdi ki, Bakıda qırdıqlarınız az deyil, 700 azərbaycanlını da həbs edib, Rusiyanın ən dəhşətli həbsxanalarında işgəncə verirsiniz. Qorbaçov bu məlumatın doğru olmadığını deyəndə, bizim məktubu və siyahını Arif Məlikov tribunada onun qarşısına qoyub. Deyib ki, əgər bu insanlar azad olunmasalar, qurultayda iştirak etməyəcəklər”.

Vidadiyə dəhşətli işgəncələr veriblər....

Keçmiş döyüşçünün sözlərinə görə, Vidadiyə o qədər işgəncə vermişdilər ki, Bakıya qayıtdıqdan sonra o işgəncələrin ağrısını yaşayırdı:

“Bizi bir neçə ay sonra buraxdılar. Bütün instansiyalara, statistika komissiyasına, eyni zamanda Vidadinin hansı kamerada, həbsxanada olduğu barədə dəqiq məlumat verəndən və deputat istintaq komissiyasının çoxsaylı müraciətlərindən sonra 20 gün ərzində Vidadini də buraxdılar.

Vidadini elə vəziyyətə salmışdılar ki, onu tanımaq da mümkün deyildi. Türmədən qayıtdıqdan sonra bir müddət Azərbaycan televiziyasında, “Space” kanalında işləyib.

Vidadi öz harayı ilə yüzlərlə insanın həyatını xilas etdi. Biz hər an döyüşə də hazır idik, amma qüvvələr nisbətini bilmirdik. O xəbərdarlıqdan sonra bütün silahları gizlətdik. Həmin xəbərdarlıq olmasaydı, biz də müqavimət göstərsəydik, itkilərimizin sayı qat-qat bundan da artıq ola bilərdi”.

V.Əlisoy həbsdən qayıtdıqdan sonra Vidadinin ailəsinə zəng edir, onun sağ-salamat olduğunu deyir. Ailəsi Vidadini ölmüş bilirmiş...

Hər zaman sözünü deyirdi, heç nədən çəkinmirdi

V.Bağırovla birgə AzTV-də çalışan rejissor Əli Hacızadə bildirib ki, o çox yaxşı, böyük-kiçik yeri bilən, hər kəsə bacardığı köməyi edən bir insan olub. 1994-1997-ci illərdə dövlət televiziyasında hərbi proqramlar redaksiyasına rəhbərlik edib. 1999-cu ilə qədər görüşüblər.

“Biz efirə saat 5-də çıxırdıq, ermənilər isə saat 6-da. Ötürücü onlarda idi, materialları Xankəndindən verirdilər. Biz saat 5-də nə verirdiksə, onlar onun əksini deyirdilər. Müharibənin başlaması ərəfəsi idi, Vidadi ermənilərin buraxılışından sonra 5-10 dəqiqə ərzində yenidən efirə çıxırdı, ermənilər də tez efiri kəsirdilər. Amma o, sözünü deyirdi, qorxmurdu, çəkinmirdi. Sonra onun tutulması barədə məlumatlar oldu. 1999-cu ildən bu yana görüşmürük, bildiyimə görə artıq jurnalistika fəaliyyəti ilə məşğul olmur. Görüşməsək də, o, yaxşı, xeyirxah bir insan kimi hər zaman mənim xatirimdədir”.

Jurnalist Bəxtiyar Qaraca isə bildirib ki, V.Babayev AzTV-də “Gənclik  redaksiyasının hərbi verilişlər şöbəsində işləyib. 93-cü ilin sonlarında isə ayrıca hərbi proqramlar şöbəsi yaradılır və Vidadi də ora redaktor təyin edilib.

“Onu yaxşı insan kimi xatırlayıram. O zaman ağır günlər idi, hər jurnalist cəbhə bölgəsinə getməyə ürək etmirdi. Cəbhə bölgələrinə tez-tez gedirdi. Füzuli, Ağdam, Tərtər və digər müharibə bölgələrində nə vaxt deyilirdisə gedirdi. Şuşa televiziyası 1989-cu ildə yaradılıb. AzTV əməkdaşları növbə ilə gedib orada çalışırdı. Müəyyən saatda ermənilərin verilişləri yayımlanırdı və sonra bizim proqramlar. O, ezamiyyətə getmişdi və həmin gecə xəbərin təqdimatından sonra həbs olundu”.

B.Qaraca deyir ki, həmin an efir Şuşa televiziyasında idi və istənilən azərbaycanlı bunu etməli idi: “Efirdə olan istənilən jurnalist bu addımı atmalı idi. Bu həm jurnalist borcu, həm də bir vətənpərvərlik nümunəsi idi”.

Qeyd edək ki, V.Bağırovun ailəsi ilə əlaqə saxlayıb, hazırkı durumları ilə maraqlanmaq istəsək də, onları tapmaq mümkün olmadı. Hətta ən yaxın qohumları belə Vidadi barədə heç nə bilmədiklərini söylədi. Bəziləri onun rəhmətə getdiyini bildirsələr də, digərləri Vidadinin həyatda olduğunu qeyd edirlər.

İstənilən halda hər zaman onun o gecə etdiyi, göstərdiyi şücaət əsil vətənpərvərlik nümunəsi kimi tarixə düşdü.

Gün.Az  

BUNU DA OXU

Yer kürəsinə doğru təhlükəli asteroid yaxınlaşır
Dənizkənari bulvarda selfi etmək istəyən gənc dənizə düşüb - VİDEO
Tibbi maska taxmayanlar və sosial şəbəkələrdə təhqir - Milli Məclisdə müzakirə olundu - VİDEO
Şəki şəhərinin mərkəzində qonur ayı - YENİLƏNİB - VİDEO
Qorunan əmanətlərin qaytarılmasına başlanılır - YENİLƏNİB - VİDEO
Xəbər lenti

DVİZİON VƏ GƏNCLƏR LİQASI ERKƏN YEKUNLAŞDIRILDI - "TURAN TOVUZ" VƏ "QƏBƏLƏ" ÇEMPİON ELAN EDİLDİ
12:59 02.06.2020

ÜST ABŞ-LA ƏMƏKDAŞLIĞI DAVAM ETDİRMƏK İSTƏYİR
12:33 02.06.2020

Yer kürəsinə doğru təhlükəli asteroid yaxınlaşır
12:11 02.06.2020

SON STATİSTİKA - 302 MİNDƏN ÇOX TEST APARILIB
11:46 02.06.2020

Heydər Əliyev Fondunun bayram hədiyyəsi - dörd azyaşlı ürək əməliyyatı olundu - VİDEO
11:24 02.06.2020

Ekologiya postu sökülür - VİDEO
11:01 02.06.2020

Karantin qaydalarını pozan tədris mərkəzi açkarlanıb - Gəncədə - VİDEO
10:38 02.06.2020

Dənizkənari bulvarda selfi etmək istəyən gənc dənizə düşüb - VİDEO
10:15 02.06.2020

Tibbi maska taxmayanlar və sosial şəbəkələrdə təhqir - Milli Məclisdə müzakirə olundu - VİDEO
09:54 02.06.2020

Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb - Mərkəzin rəhbəri və əməkdaşları məsuliyyətə cəlb olunub
19:47 01.06.2020

Pandemiya dövründə turizmin vəziyyəti müzakirə edildi - “Bərpaya doğru yol”
18:19 01.06.2020

Ağsuda 1 ton çətənə kolu aşkarlanıb - Xaçmazda daş karxanasında narkotik becərən şəxs saxlanıb
17:54 01.06.2020

Göygöldə "KamАz" qoyun sürüsünə çırpılıb - Çoban xəsarət aldı, 25-ə yaxın qoyun tələf oldu
17:37 01.06.2020

Milli məclis sədri hesabat verdi - Yaz sessiyasında 12 iclas olub, 23 qanun və qərar qəbul edilib
17:35 01.06.2020

Nəzarət gücləndiriləcək - Maska taxmayanlar avtobusa buraxılmayacaq
17:12 01.06.2020

Rezidentura və magistraturaya imtahan - Şifahi müsahibələr onlayn olacaq
16:52 01.06.2020

8 yaşdan yuxarı olan uşaqların təhsili - Uşaqların fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır
16:32 01.06.2020

Koronavirus ixracata da mənfi təsir göstərib - 4 ayda 549 milyon dollarliq ixrac reallaşdirilib
15:46 01.06.2020

ABŞ-da iğtişaşlar davam edir - Vaşinqtonda küçəyə çıxmaq qadağa olunub
15:26 01.06.2020

Ağstafada ağır yol qəzası - 4 nəfər xəsarət alıb
15:12 01.06.2020

Paşinyan və ailə üzvləri koronavirusa yoluxdu - Baş nazir virusa doğum günündə yoluxub
14:57 01.06.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 374 minə çatır
14:36 01.06.2020

Fransada istirahət mərkəzləri, restoranlar açılır - Ölkə daxilində insanların səyahətinə icazə veriləcək
14:15 01.06.2020

Ucarda avtomobil qəfildən alışdı - Yanğın qısaqapanmadan baş verib
13:57 01.06.2020

Məktəblilərin nəzərinə - Buraxılış imtahanları başlayır
13:42 01.06.2020

Məktəbəhazırlıq qruplarına qəbul başlandı - Müsahibənin vaxtı ilə bağlı SMS göndəriləcək
13:23 01.06.2020

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı paylaşım edib
13:03 01.06.2020

“NEFTÇİ”NİN LEGİONERLƏRİ MÖVSÜMÜN SONUNU GÖZLƏMƏYİB
12:48 01.06.2020

1 İYUN - UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜDÜR
12:25 01.06.2020

Şəki şəhərinin mərkəzində qonur ayı - YENİLƏNİB - VİDEO
12:00 01.06.2020

Tələblərə məsuliyyətsiz yanaşan insanlarla mübarizə inzibati yollarla aparılacaq - VİDEO
11:36 01.06.2020

Qorunan əmanətlərin qaytarılmasına başlanılır - YENİLƏNİB - VİDEO
11:11 01.06.2020

Sosial şəbəkələrin mənfi təsirləri - VİDEO
10:40 01.06.2020

Maska taxmayan vətəndaşları 50 manatdan 200 manatadək cərimə gözləyir - VİDEO
10:18 01.06.2020

10 sinif şagirdi çimərkən suda boğulub - Göyçay rayonunda
09:57 01.06.2020

Putindən “Qələbə Günü” ilə bağlı sərəncam - Faşizm üzərində qələbənin 75 illiyi iyunun 24-də qeyd olunacaq
20:35 30.05.2020

Balakəndə əməliyyat keçirilib - Hovuzda narkotik yetişdirən şəxs saxlandı
20:12 30.05.2020

Daha 257 nəfər koronavirusa yoluxdu - 202 nəfər sağalıb, 3 nəfər vəfat edib
19:46 30.05.2020

Şirvanda ağır yol qəzası - 22 yaşlı gənc dünyasını dəyişdi
19:28 30.05.2020

4 avtomobil qaçıran şəxs tutuldu - Onun digər oğurluqları da üzə çıxıb
19:15 30.05.2020

Maştağada əməliyyat keçirilib - İstixanada narkotik becərən şəxs tutuldu
18:57 30.05.2020

Sosial şəbəkələrlə bağlı mühüm qərar - “Donald Trampın atdığı addım çox önəmlidir”
18:43 30.05.2020

Mərhələli həll yeganə variantdır
18:26 30.05.2020

ABŞ ÜST ilə bütün əlaqələrini dayandırıb
18:22 30.05.2020

Qorunan əmanətlərin qaytarılmasına başlanılır - Əmanətçilər hansı banka yaxınlaşmalıdır?
18:14 30.05.2020

ABŞ-da polis zorakılığı kütləvi iğtişaşlara səbəb oldu - Minnepolis şəhərində komendant saatı tətbiq edildi
17:46 30.05.2020

1 iyunla bağlı fləşmob keçirmək istəyiblər - Karantin rejimi qaydalarını pozmağa cəhd edənlər cəzalandırılıb
17:43 30.05.2020

Müdafiə nazirindən düşmənə mesaj - “Bu dəfə görüləcək tədbirlər tam fərqli olacaq”
17:26 30.05.2020

Dezinfeksiya işləri davam etdirilir - Lökbətan və sahil qəsəbələrində küçələr dezinfeksiya olunub
16:43 30.05.2020

Bərdədə “Azərtoxum” MMC-nin direktoru bıçaqlanıb - Mübahisə bıçaqlanma ilə nəticələnib
16:21 30.05.2020

Cərimələrin məbləği məlum olub - Maskadan istifadə tələblərini pozanlarla bağlı
16:13 30.05.2020

İcma rəhbərindən kəskin etiraz - “Bu addım Kanadanın xarici siyasət maraqlarına kölgə salır”
15:36 30.05.2020

Türkiyədə növbəti faciənin qarşısı alındı - 60-dək miqrant xilas edildi
15:27 30.05.2020

Tarixi missiya bu gün reallaşdırılacaq - “Space-X” kosmosa raket göndərəcək
14:59 30.05.2020

İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında çışıx edib
14:37 30.05.2020

300-dən çox küçə dezinfeksiya olunub - Bakıda dezinfeksiya işləri davam etdirilir
14:23 30.05.2020

Rusiya prezidentinin mətbuat katibi koronavirusdan sağaldıqdan sonra ilk dəfə ictimaiyyətə görünüb
13:56 30.05.2020

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirus pandemiyasının sonuna qədər tibb mərkəzində qalacaq
13:15 30.05.2020

Goranboyda qadını ilan sancıb
12:45 30.05.2020

Ucarda yaşayış evində yanğın baş verib - Dördotaqlı ev tamamilə yanıb
12:13 30.05.2020

Zaqatalada qonşusunun evinə oğurluğa girdi - Oğurladığı qızılları satıb əyləncəyə xərclədi
21:52 29.05.2020

Tovuzda əkin sahəsində avtomobil yandı - Mühərrik qəfildən alışdı
21:12 29.05.2020

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - İyunun 1-dən sənəd qəbuluna başlanılır
20:32 29.05.2020

Ağdaşda 1 tondan çox çətənə kolu aşkarlanıb - Narkotik becərən qohumlar tutuldu
20:12 29.05.2020

İt döyüşdürənlər saxlanıldı - Onlardan birinin üzərindən narkotik maddə aşkarlandı
19:54 29.05.2020

Açıq tipli tapşırıqların say azaldıldı - Dövlət imtahan mərkəzindən abituriyentlər üçün vacib açıqlama
19:36 29.05.2020

Koronavirusla bağlı ictimai nəzarət sistemi yaradılıb - “Qaydalar ham üçün eynidir” sistemində nələr nəzərdə tutulur ?
19:12 29.05.2020

Sərhədlər iyunun 15-dək bağlı qalacaq - Nazirlər kabinetinin qərarı
18:58 29.05.2020

Tibbi maskadan istifadəyə dair tələblər müəyyənləşdi - Tələblərə əməl etməyənlər cərimələnəcək
18:42 29.05.2020

İsmayıllıda mənzildən oğurluq edilib - Oğurlanan əşya və məhsullar sahibinə qaytarılıb
18:23 29.05.2020

Ermənistan şirkətində kütləvi yoluxma - 80-dən çox işçi koronavirus daşıyıcısıdır
17:58 29.05.2020

Dünyanın ən yaşlı kişisi vəfat etdi - O, 112 yaşında dünyasını dəyişib
17:38 29.05.2020

Nigeriyada kütləvi qətl - Yüzə qədər silahlı şəxs 60 dinc sakini qətlə yetirdi
17:15 29.05.2020

İstanbulda partlayış - 2 nəfər həyatını itirdi
16:45 29.05.2020

Koronavirusun ağır fəsadları - ABŞ-ı müflisləşmə dalğası bürüdü
16:29 29.05.2020

Virusa yoluxanların sayı 5 milyon 940 mindən çoxdur - Ölənlərin sayı isə 363 mini ötüb
16:12 29.05.2020

Karantin rejiminin müddəti uzadıldı - Bəs hansı sahələrdə yumşalmalar olacaq?
15:48 29.05.2020

Ermənistan Gürcüstandan üzr istədi - Torosyan Tbilisini tədbirsizlikdə ittiham etmişdi
15:36 29.05.2020

İtaliyadan Azərbaycana yüksək dəyər - “Mercati di Traiano” abidəsi Azərbaycan bayrağına “büründü”
15:02 29.05.2020

Daha 230 nəfər koronavirusa yoluxub - 103 nəfər sağalıb 2 nəfər vəfat edib
14:48 29.05.2020

Bütün xəbərlər