Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
80 dəfə oxunub

Ölkəmizdə sanitar-epidemioloji vəziyyət karanmtin rejiminin uzadılmasını zəruri edir. Bu səbəbdən xüsusi karantin rejiminin müddəti iyulun 20-nə qədər uzadıldı. Karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların sayı da artıb. Bundan əlavə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyul 5-i səhər saat 6-dan iyulun 20-si səhər saat 6-dək uzadılır. Iyulun 4-ü gecə saat 12-dən iyulun 20-si səhər saat 6-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 4-ü gecə saat 12-dən iyulun 6-sı səhər saat 6-dək; iyulun 11-i gecə saat 12-dən iyulun 13-ü səhər saat 6-dək; iyulun 18-i gecə saat 12–dən iyulun 20-si səhər saat 6-dək həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Virusa yoluxma dinamikasının azaldılması istiqamətində tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində iyulun 20-si səhər saat 6-dək nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; muzey və sərgi zallarının fəaliyyəti; bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, təhsil müəssisələrinin fəaliyyəti, açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilmir. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, həmçinin ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yol verilir.Yaxın qohumunun dəfnində iştirakla əlaqədar isə 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almaq mümkündü. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edə bilərlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarına təqdim etməlidirlər. Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Nazirlər Kabinetinin Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

atv.az

BUNU DA OXU

Gənclər arasında kütləvi dava - Bərdədə - VİDEO
200 kq-dan artıq heroin aşkar edildi - YENİLƏNİB - VİDEO
2130 AVTOBUS XƏTTƏ ÇIXARILIB
Karantin rejimini pozub toy etdi - VİDEO
Dənizdə boğulma halları artıb - VİDEO
Xəbər lenti

Təhsil institutu təkliflər verdi - Növbəti tədris ilə bağlı 2 ssenari var
21:57 13.08.2020

Azərbaycan-Türkiyə birgə təlimləri - Təlimdə hər iki ölkənin müdafiə naziri iştirak edib
21:36 13.08.2020

Türkiyənin müdafiə nazirindən mesaj - Hulusi Akar: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”
21:25 13.08.2020

Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının nümayəndə heyətinin üzvlərini qəbul edib
20:54 13.08.2020

Türkiyənin hərbi nümayəndə heyəti Bakıdadır - Fəxri xiyabanı və şəhidlər xiyabanını ziyarət ediblər
20:43 13.08.2020

DTX məlumat yaydı - Səfir Eldar Həsənov həbs edildi
20:36 13.08.2020

Yeni Zelnadiya 102 gündən sonra yenidən koronavirus aşkarlandı - Ölkədə qadağalar olacaq
20:14 13.08.2020

Yaponiyada isti hava ölümə səbəb oldu - Şanxayda narıncı təhlükə səviyyəsi elan olundu
19:54 13.08.2020

Prezidentimiz milli maraqlarımızı qətiyyətlə müdafiə edir - İstənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, həllinə nail olunur
19:37 13.08.2020

91 nəfər koronovirusa yoluxdu - 211 nəfər sağaldı, 3 nəfər vəfat etdi
19:21 13.08.2020

Minsk qrupunun buraxılması zərurətə çevrilir - Politoloq: “Türkiyə Minsk qrupundan öz rolunu oynamalıdır”
18:54 13.08.2020

Gələn həftədən seroloji testlər ediləcək - Tədqiqatlar Bakı, Sumqayıt, Gəncə şəhərlərində aparılacaq
18:39 13.08.2020

“Azərenerji”dən gənc kadrlara dəstək - Davamlı onlayn kurslar təşkil edilir
18:21 13.08.2020

Elektriklə işləyən yeni taksilərin üstünlükləri - Bu avtomobillər digərilərindən nə ilə fərqlənir?
17:54 13.08.2020

Siyəzənin 2 kəndinə magistral su xətti çəkilir - Layihə çərçivəsində 170 evə su veriləcək
17:36 13.08.2020

Mübarizə tədbirləri davam etdirilir - “Meyvəli” bazarı dezifeksiya olundu
17:21 13.08.2020

Türkiyədə məktəblərin açılacağı tarix açıqlandı - Yeni tədris ilinə distant üsulla başlanılacaq
16:54 13.08.2020

Kanadada meşə yanğınları - Minlərlə insan təxliyə edildi
16:36 13.08.2020

Fransada COVİD-19-un ikinci dalğası başlayıb - Virusa yoluxma və ölüm halları artıb
16:14 13.08.2020

ABŞ-da çimərlik və parklar bağlanıb - Yoluxma sayları yenidən artıb
15:56 13.08.2020

Virusa yoluxanların sayı 20 milyon 826 mini ötüb - Epidemiya qurbanlarının sayı 747 min 500-dən çoxdur
15:21 13.08.2020

Beynəlxalq gənclər gününə həsr olunan forum - Online forumda azərbaycanlı nümayəndələr də çıxış etdi
14:58 13.08.2020

ABŞ-da azərbaycanlılara hücum edən erməni axtarılır - Los-Anceles polisi foto yayıb
14:25 13.08.2020

2 və 3-cü ixtisas qrupları üzrə imtahanlar keçirildi - Növbəti imtahan sabah olacaq
13:54 13.08.2020

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib
13:36 13.08.2020

Haciqabulda “xınayaxdı” mərasimi keçirənlər saxlanılıb - Bəy barəsində protokol yazılıb, məhkəməyə göndərildi
13:15 13.08.2020

ƏDV-nin 5,9 milyon manatı istehlakçılara qaytarılıb - 20,6 milyondan çox kassa çeki portalda qeydə alınıb
12:54 13.08.2020

Tovuzda qəza baş verdi - Bir nəfər xəsarət aldı
12:36 13.08.2020

Kiçik yaşlarından şəhidlik zirvəsini arzulayan İlqar - VİDEO
12:27 13.08.2020

Tovuzda yaşayış binasının zirzəmisində mərmi aşkarlandı - Sakinlər təxliyə olundu
12:25 13.08.2020

"Heç bir sosial layihə təxirə salınmayacaq" - VİDEO
12:01 13.08.2020

Gənclər arasında kütləvi dava - Bərdədə - VİDEO
11:36 13.08.2020

Sahibkarlara maliyyə dəstəyi göstərilir - VİDEO
11:12 13.08.2020

200 kq-dan artıq heroin aşkar edildi - YENİLƏNİB - VİDEO
10:50 13.08.2020

Ölkənin təhsil strategiyası - VİDEO
10:25 13.08.2020

13-14 avqust tarixlərində qəbul imtahanları keçiriləcək - VİDEO
10:01 13.08.2020

2130 AVTOBUS XƏTTƏ ÇIXARILIB
14:19 12.08.2020

Prezident İlham Əliyev sərəncam imzaladı
13:54 12.08.2020

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədədir - VİDEO
13:30 12.08.2020

Daha 279 soydaşımız Gürcüstandan Azərbaycana təxliyə olunub
13:09 12.08.2020

Qarabağ yatağının perspektivləri - VİDEO
12:26 12.08.2020

Serbiyanın Baş Nazirinin müavini Neboyşa Stefanoviç Azərbaycana səfər edib - YENİLƏNİB - VİDEO
12:02 12.08.2020

Karantin rejimini pozub toy etdi - VİDEO
11:41 12.08.2020

Uğurlu neft strategiyası - VİDEO
11:16 12.08.2020

Dənizdə boğulma halları artıb - VİDEO
10:47 12.08.2020

Müəllim olmaq istəyənlərin nəzərinə - VİDEO
10:22 12.08.2020

Suya qənaət edən ağıllı idarəetmə sistemi - VİDEO
10:01 12.08.2020

Oğurladığı 1200 manatlıq velosipedi 30 manata satdı - Polis şübhəlini “iş” başında yaxaladı
21:05 11.08.2020

Rəqəmlərin azaldığını görüb arxayınlaşmayaq! - Bəzi ölkələrdə virusa yoluxma sayı yenidən artmağa başlayıb
20:41 11.08.2020

Üzərindən kibrit qutusunda olan marexuana tapıldı - Evindən isə 12 kq narkotik maddə aşkarlandı
20:20 11.08.2020

Azərbaycan-Belarus əlaqələri inkişaf edir - Münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir
19:58 11.08.2020

Qubada karantin rejimini pozub, toy etdilər - Restoranın sahibi, bəy və onun 28 dostu saxlanıldı
19:29 11.08.2020

ÜST-dən ilk peyvəndin qeydiyyatına münasibət - Peyvəndin standartlara uyğun olub-olmaması müzakirə olunur
19:06 11.08.2020

Daha 84 nəfər Covid-19-a yoluxub - 3 nəfər vəfat edib
18:57 11.08.2020

Mənzillərin altını-üstünə çevirənlər yaxalandı - 4 il ərzində 80 evi qarət ediblər
18:39 11.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
18:17 11.08.2020

Azərbaycan hərbi xərclərini artırır - Dövlət büdcəsində müdafiə xərcləri 4 milyard manata yaxındır
17:55 11.08.2020

245 veterana ərzaq yardımı edilib - Aksiya pandemiya dövründə, kömək məqsədi ilə keçirilib
17:30 11.08.2020

Putinin qızı koronavirusa qarşı peyvənd olunub - Peyvənddən sonra qızının hərarəti 38 dərəcə olub
17:07 11.08.2020

ABŞ-da Ağ Ev yaxınlığında atışma - Tramp mətbuat konfransından uzaqlaşdırılıb
16:40 11.08.2020

Qeyts tarix açıqladı - Dünya 2022-ci ilin sonunda koronavirusdan qurtulacaq
16:16 11.08.2020

Qusarda 18 nəfər saxlanıldı - İcazələri olmadan istirahətə gedənlər cərimələndi
15:51 11.08.2020

Venesuelada karantin sentyabrın 13-dək uzadıldı - Koronavirusa qarşı mübarizə davam edir
15:25 11.08.2020

Xaçmaz karantin rejimini pozanlar saxlanıldı - Sürücü və 27 sərnişin cərimələndi
15:00 11.08.2020

Canni De Byazinin köməkçiləri müəyyənləşib
14:43 11.08.2020

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya davam edir - VİDEO
14:14 11.08.2020

Dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 20 milyon 264 mini ötüb
13:50 11.08.2020

RUSİYADA COVİD-19-A QARŞI İLK VAKSİN QEYDİYYATDAN KEÇİB
13:27 11.08.2020

XARİCİ İŞLƏR NAZİRİ CEYHUN BAYRAMOV TÜRKİYƏDƏDİR
13:00 11.08.2020

PAYTAXTDA HAVA YAĞMURSUZ KEÇƏCƏK
12:12 11.08.2020

Bölgələrdə karantin rejimini pozanlar saxlanılıb - VİDEO
11:56 11.08.2020

Çimərlik ərazisində təmizliyə riayət edilmir - Yenilənib
11:30 11.08.2020

Türkəçarə yoxsa həkim müalicəsi? - VİDEO
11:09 11.08.2020

Bakı-Sumqayıt qatarının fəaliyyəti dayandı
10:45 11.08.2020

Peşə məktəblərinə qeydiyyat başladı - Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq - VİDEO
10:21 11.08.2020

Prezident İlham Əliyev Qarabağ yatağının dayaq bloku dənizə yola salınma mərasimində iştirak edib - VİDEO
09:58 11.08.2020

Dünyanın ən bahalı maskası hazırlanır - Maska 3600 ədəd ağ və qara brilyantla bəzədiləcək
22:54 10.08.2020

Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçiriblər - Hərbi təyyarəçilər pilotaj texnikasi, qoşa və manqa ilə məşq ediblər
22:32 10.08.2020

Macarıstanda məhdudiyyətlər qüvvədə qalacaq - Yumşalmalar riskli hesab edilir
22:10 10.08.2020

Türkiyədə yoxlamalara başlanılır - Sabahdan ciddi tədbirlər tətbiq olunacaq
21:52 10.08.2020

Bütün xəbərlər