Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
90 dəfə oxunub

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verilib. Dövlət başçısı yerli televiziyalara müsahibə verib və iqtisadiyyatın bir sıra sahələrinə toxunub.

“Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.

Prezident İlham Əliyev

“Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.

Dövlət başçısı bildirib ki, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaq. ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanıb.

Prezident İlham Əliyev

Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz rezervləri vardır... Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyu boş çıxdı. Xatırlayıram o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar”. “Ancaq yenə də deyirəm, bizdə tam əminlik var idi ki, burada çox böyük qaz ehtiyatları vardır və şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər də imzalandı və ondan sonra praktiki işlər aparıldı və böyük qaz kondensat yatağı aşkarlandı.

Prezident İlham Əliyev bildirib ki, “Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bundan sonra uzun illər belə olacaq.

Prezident İlham Əliyev

Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə edilən gəlirlərin yerini tuta bilməyəcək və eyni zamanda, bizim yeni layihələrimiz - bu gün “Abşeron”, bir ay bundan əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək”.“Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram”.

Dövlət başçısı vurğulayıb ki, bizim əsas gəlir mənbəyimiz “Azəri-Çıraq-Günəşli” yatağıdır. Orada işlər plan üzrə gedir. İndi orada yeni layihə olan “Mərkəzi-Şərqi Azəri” adlanan layihəsi icra edilir. Bu layihənin dəyəri təxminən, 7 milyard dollara yaxındır və onun icrası nəticəsində artıq yeni mənbələrdən hasilat artacaq.“Azəri-Çıraq-Günəşli” yatağında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yatağın çox zəngin qaz ehtiyatları var.

Prezident İlham Əliyev

“Şahdəniz-2” layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm Türkiyə üçün çox önəmlidir”.“Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq və “Abşeron” yatağından çıxarılacaq. İkinci fazadan çıxarılacaq qaz TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, “Qarabağ” yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir.

Dövlət başçısı digər perspektivli layihə olan “Dayazsulu Abşeron” layihəsinə də diqqət çəkdi. Bildirdi ki, bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində də işlər plan üzrə gedir. Prezident qeyd edib ki. Bu da çox perspektivli layihələrdir və planda bu layihənin investisiya tutumunu, hasilatı artırmaq var. Dövlət başçısı bildirib ki, “Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında məhz Azərbaycanda hasil edilib.

Prezident İlham Əliyev

Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına tam şəkildə xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi, Daşkəsənə, Gədəbəyə, Lerikə ilk qazı biz çəkdirdik.

İndi respublikada qazlaşdırma 96 faizdir”. “Biz kosmik dövlətə çevrildik, nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadi və sənaye sahəsində yox, idman sahəsində - Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Bir sözlə ölkəmizdə inkişaf bütün sahələri əhatəı edir.

atv.az

BUNU DA OXU

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
"Milan" rekordunu təkrarladı
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, barışıq mümkündür
Xəbər lenti

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

HİKMƏT HACIYEV: “ERMƏNISTAN DƏHLIZ YARADIB”
12:47 27.10.2020

"Milan" rekordunu təkrarladı
12:23 27.10.2020

Çempionlar Liqasında 2-ci tura start veriləcək
12:11 27.10.2020

VİRUS QURBANLARININ SAYI 1 MİLYONDAN ÇOXDUR
11:46 27.10.2020

XİN BƏYANAT YAYDI - “ERMƏNİSTAN UŞAQ HÜQUQLARINI KOBUD ŞƏKİLDƏ POZUR”
11:24 27.10.2020

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, barışıq mümkündür
11:01 27.10.2020

Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək
10:40 27.10.2020

Azərbaycan Prezidenti: Təəssüf edirəm ki, bizə qarşı əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur
10:18 27.10.2020

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət
09:55 27.10.2020

Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
13:10 26.10.2020

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb
13:00 26.10.2020

Poqba millidəki karyerasını başa vurdu - Makronun sözlərinə görə
12:30 26.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib
12:09 26.10.2020

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb
11:46 26.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib
11:25 26.10.2020

Budapeşt səfərindən zəfərlə döndülər - Kişi cüdoçularımızdan gözəl nəticə
11:08 26.10.2020

Hikmət Hacıyev: Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür
10:45 26.10.2020

Düşmən Tərtər rayonunu atəşə tutub
10:22 26.10.2020

Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
10:07 26.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib
09:46 26.10.2020

Hikmət Hacıyev: Fransa parlamenti heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır
11:47 25.10.2020

Prezident İlham Əliyev: Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir və bu, kifayətdir
11:21 25.10.2020

Azərbaycan cüdoçusu mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
11:00 25.10.2020

Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan olub, biz özümüzü müdafiə etməli və cavab verməli idik
10:36 25.10.2020

Orucov “Böyük dəbilqə” turnirinin qalibi olub - Rüstəm qalibiyyətini "əskər salamı" ilə qeyd etdi
10:10 25.10.2020

Prezident İlham Əliyev: Əgər Ermənistan dayanmasa, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyik
11:59 24.10.2020

Hikmət Hacıyev: Ermənistanın atdığı raket fərdi yaşayış evinin həyətinə düşüb
10:22 24.10.2020

“Böyük dəbilqə”də cüdoçularımız ilk medalını qazanıb
09:58 24.10.2020

KORONAVİRUSA YOLUXMA SAYINDA YENİ REKORD
12:18 23.10.2020

QARABAĞDA DÖYÜŞƏN KEÇMİŞ ERMƏNİ POLİS RƏİSİ MƏHV EDİLİB
11:56 23.10.2020

Pele - 80!
11:32 23.10.2020

“Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayır
11:09 23.10.2020

Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
10:55 23.10.2020

Avroliqada ilk turun nəticələri
10:32 23.10.2020

"Qarabağ" "Makkabi"yə məğlub oldu
10:10 23.10.2020

Müdafiə Nazirliyi: Düşmən fərarilik edərək mövqeləri tərk edir
09:49 23.10.2020

Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
14:16 22.10.2020

Çempionlar Liqasında I tura yekun vuruldu
13:54 22.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib
13:32 22.10.2020

Prezident İlham Əliyev: Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır
13:08 22.10.2020

Baş Prokurorluq: Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb
12:43 22.10.2020

AVROPADA 1 MİLYONDAN ÇOX COVİD-19 XƏSTƏSİ OLAN İLK ÖLKƏ
12:19 22.10.2020

NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
11:57 22.10.2020

BANKA SOXULAN CİNAYƏTKAR TƏSLİM OLUB - Gürcüstanda
11:32 22.10.2020

ERMƏNİSTAN ORDUSUNDA PKK TERRORÇULARI - “ONLAR ÖN MÜDAFIƏ XƏTTINƏ TƏYIN OLUNUR”
11:11 22.10.2020

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ RAKETLƏR TAPILDI
10:50 22.10.2020

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalını davam etdirir
10:24 22.10.2020

Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub
09:57 22.10.2020

Cəbhədəki son vəziyyət
09:44 22.10.2020

Luçesku Çempionlar Liqasının tarixinə düşdü
13:27 21.10.2020

Bütün xəbərlər