Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

SSRİ məmurlarının rahatlığını pozan “Taqankalı oğlan” - VİDEO

SSRİ məmurlarının rahatlığını pozan “Taqankalı oğlan” - VİDEO
954 dəfə oxunub

Yanvarın 25-də məşhur kino və teatr aktyoru, şair, bard musiqiçisi Vladimir Vısotskinin anadan olmasından 77 il keçir. 200 şeir yazan, 800 mahnı bəstələyib ifa edən, "Taqanka" teatrında 15-dən artıq tamaşada, 30-dan artıq sovet filmində rol alan Vısotski bütün bu nailiyyətlərə 42 illik ömrü ərzində nail olub. Sovet hakimiyyəti tərəfindən daim məsafədə saxlanılan, heç zaman Mərkəzi Televiziyada çıxış etmək izni verilməyən sənətkar həm də şəxsi həyatda bir çox zərərli vərdişlərdən əziyyət çəkib. Onun alkoqol və narkotik vasitələrdən istifadə etdiyi, 2 dəfə komaya düşdüyü və sonda isə buna görə ürək tutmasından vəfat etdiyi məlumdur.

Ümumittifaq məşhurluğu qazanmış Vısotskinin heç də hamar keçməyən 42 illik həyat yolu.

1938-ci il yanvarın 25-də Moskvada hərbçi Semyon Vısotskinin (1915-1997) və onun alman dilindən tərcümələr edən xanımı Nina Seryoginanın (1912-2003) ailəsində Vladimir adlı oğlan övladı dünyaya gəlib. Vladimir 3 yaşına qədər valideynləri ilə birlikdə Moskvada yaşayıb. Lakin 1941-ci il iyunun 22-də Hitler Almaniyasının Sovet İttifaqına hücum etməsi ilə o, atasından ayrı düşür.

Qırmızı ordu sıralarına çağırlan Semyon Vısotski Böyük Vətən Müharibəsində aktiv iştirak edir və 20-dən artıq orden-medallarla təltif olunur. O, həm də SSRİ komandanlığı tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülür.

Balaca Vladimir və anası isə müharibə dövründə Moskvanın əksər sakinləri kimi Urala köçürülmüşdü. 1941-1943-cü illər arasında Vladimir Vısotski Orenburqun Voronsovka kəndində yaşayır. Lakin Moskvanın almanlar tərəfindən zəbt olunması ehtimalı heçə endikdən sonra 1943-cü ildə ailə paytaxtın Dzerjinsk rayonundakı 1-ci Meşşan küçəsində yerləşən köhnə evlərinə geri dönür. Daha 4 il burada yaşayan Vısotski sonralar bəstələdiyi mahnılarda  1-ci Meşan küçəsində keçən uşaqlıq illərini xatırlayacaq. 


1945-ci ildə 7 yaşlı Vladimir Moskvanın Rostokinski rayonundakı 273 saylı məktəbin 1-ci sinfinə gedib. Amma iki sinif burada oxuduqdan sonra o, Şərqi Almaniyaya köçməli olur. Belə ki, Semyon Vısotski ilə Nina Seryogina həmin il boşanmaq barədə qərar qəbul edirlər. Semyon yeganə oğlu Vladimiri özü ilə zabit kimi xidmət keçdiyi Şərqi Almaniyanın Ebersvald şəhərinə gətirir. 
Tezliklə Vlamirin atası evlənir. Vladimirin analığı erməni mənşəyinə malik Yevgeniya Stepanovna Martirosova olur. Onun analığı ilə münasibətləri zamanla möhkəm dostluğa çevrilir. Məhz Almaniyada yaşadığı zamanlarda Vladimir musiqi ilə məşğul olmağa başlayır. O öncə Ebersvalddakı musiqi məktəblərindən birində fortopiano dərsləri almağa başlayır.

Amma həyatının ilk çağlarından tez-tez yer dəyişməyə məcbur olan Vısotski Almaniyada da çox qala bimlir. 1949-cu ilin oktyabrında onlar ailəlikcə yenidən Moskvaya köçürlər. Burada yalnız oğlanlar üçün nəzərdə tutulan 186 nömrəli məktəbin 5-ci sinfinə getməyə başlayan gələcək ulduz 1955-ci ildə orta təhsilini bitirir. 

Vladimir Vısotskinin gələcək ixtisasının müəyyənləşməsi və kim olmaq istəməsi məhz Moskvaya geri döndükdən sonra qətiləşir. Belə ki, məktəbdə təhsil aldığı illərdə o, paralel olaraq Müəllimlər Evindəki dram dərnəyini ziyarət edir. Burada dərs verən professional teatr pedaqoqlarından çox şeylər öyrənir. Vısotski həm musiqiyə, həm də aktyorluğa meylinin olduğunu anlayır.

Amma 1955-ci ildə məktəbini bitirən kimi 17 yaşlı Vladimir valideynlərinin güclü təkidi ilə qarşılaşır və onların istəyinə tabe olaraq Moskva Memarlıq və İnşaat İnstitutunun mexanika fakultəsinə daxil olur. Lakin elə ilk semestrdəcə institutun, ümumiyyətlə, texniki sahənin onun ruhuna uyğun gəlmədiyin anlayır. O, valideynlərindən gizli 1955-ci il dekabrın 23-də tələbəsi olduğu təhsil ocağının rəhbərliyinə ərizə yazaraq, öz istəyi ilə institutdan xaric olunur.

Bu zaman artıq Vladimirlə oğlundan intizam və tabeçilik gözləyən hərbçi atası arasında münasibətlər də bir qədər gərginləşmişdi. Oğul Vısotski ata evini tərk edərək, anası Ninanın 1-ci Meşşan küçəsindəki evinə qayıtmalı olur. O, 25 yaşına kimi anası ilə həmin evdə yaşayır.

Aktyor olmağı qətiləşdirən Vladimir Vısotski 1956-cı ildə “MXAT” teatrının nəzdində fəaliyyət gösətərən studiyada aktyor təhsili almağa başlayıb. 4 illik təhsil müddətində o, ilk səhnə addımlarını atır. 1959-cu ildə “MXAT” səhnəsində “Cinayət və Cəza” tamaşasında rol alır. Həmin ildə rejissor Vasili Ordınskinin “Həmyaşıdlar” filmində epizodik rol ifa etməklə həm də kinematoqrafiya sahəsində ilk addımını atmış olur. Məhz “MXAT” teatr studiyasında təhsil alarkən o, birinci həyat yoldaşı İza Jukova ilə tanış olur və 1960-cı ilin yazında evlənirlər.     

Aktyorluq təhsilini bitirən kimi Vısotski Puşkin adına Moskva Dövlət Dram Teatrı ilə əmkdaşlığa başlayıb. Bu əməkdaşlıq qısa fasilələrlə 1964-cü ilə kimi davam edib. O burada əsasən epizodik rollarda olmaqla 10 tamaşada oynayıb. Bu zaman Vladimirin ilk həyat yoldaşı İza Jukova ilə münasibətləri də korlanır və onlar 1961-ci ildən faktiki olaraq ayrı yaşamağa başlayırlar. Amma evliliklərini yalnız 1965-ci ildə rəsmən pozurlar.

Vladimir Vısotski 1961-ci ildə “713 eniş etmək istəyir” filminin çəkilişlərində tanış olduğu Lyudmila Abramova ilə sevgi münasibələrinə başlayır və 1965-ci ildə ilk həyat yoldaşı ilə boşanmanı rəsmləşdirdikdən sonra Abramova ilə evlənir.



1965-1970-ci illər arasında davam edən bu evlilikdən onların Arkadi (1962) və Nikita (1964) adlı iki oğul övladı doğulur. 

Teatrla yanaşı, Vısotski 60-cı illərin əvvəllərində müğənnilik və şairlik də edirdi. O, 1953-cü ildə sovet rəhbəri İosif Stalinin ölüm xəbərini eşidərkən “Mənim andım” adlı ilk şeirini yazmışdı. Bundan sonra ara-sıra şeir yazan Vısotski 60-cı illərin əvvəllərində şeirlərinə musiqi də bəstələmə başlayır. Əvvəlcə hobbi kimi yanaşdığı bu məşğuliyyət bir qədər sonra teatr və kino aktyorluğu ilə yanaşı, onun əsas işinə çevrilir. Vladimir piano və akkardeondan sonra gitarada da ifa etməyi öyrənir və 1968-c ildə “Şaquli” filmi üçün yazdığı mahnı ilə ümumittifaq məşhurluğu qazanır.   

1968-ci ildən Vısotskinin mahnıları sovet mətbuatında ciddi tənqid edilmiş və ona SSRİ-də kitab çap etdirmək qadağan olunmuşdu. Yaşadığı zamanla barışa bilməyən Vladimir Vısotski öz sözünü deməyi bacaran, öz qanunları ilə yaşayan adam imici qazanmışdı. Həqiqəti deyə bilməyənlərin əvəzinə də deyirdi. Elə buna görə də milyonlarla insan onun pərəstişkarı oldu, onu sevdilər. Bu insan kütlələrinin sayı-hesabı yox idi. Əslində yazdıqlarında, oxuduqlarında həqiqətdən başqa qeyri-adi bir şey yox idi. Bir də qadağalara, yasaqlara baxmayaraq Vısotski cürəti, Vısotski iradəsi vardı... 
Yaradıcılığının hər addımı uğur, şəxsi həyatının hər addımı uğursuzluqla müşayiət olunurdu.

1964-cü ildə Vladimir Vısotski ömrünün son günlərinə kimi çalışacağı “Taqanka” teatrına işə düzəlir. 1967-ci ilin dekabrında isə 3-cü və sonuncu həyat yoldaşı olacaq rus mənşəli fransız aktrisası Marina Vladi ilə tanış olur. Lyudmila Abramovadan boşanan aktyor 1970-c ildə Vladi ilə ailə həyatı qurur. 


Azadlıq onun daxilində idi. Heç nə və heç kim bu azadlığın qarşısını ala bilməzdi. Məqsədli şəkildə tənqid atəşlərinə tutulmasının, xüsusi orqanlar tərəfindən daim nəzarətdə olmasının fərqinə varmırdı. O, öz qanunları ilə yaşayırdı. Mövcud rejimdə, bu qadağalar burulğanında  fransız əsilli aktrisa Marina Vladiylə evlənməyi isə ona qarşı təzyiq göztərənlərə ən qəzəbli cavabı idi. Vladimirin aktyor, musiqiçi olmağı atasını necə hiddətləndirmişdisə, onun fransız aktrisa ilə evlənməyini həzm edə bilməmiş və hətta bu haqda DTK-ya xəbər verməkdən özünü saxlaya bilməmişdi. Amma dünyanı vecinə almayan, öz qanunları ilə yaşayan Vladimiri heç DTK da qorxutmamışdı.
Vladimir Vısotski çox yaxşı bilirdi ki, onun lent yazılarına bağlı qapılar arxasında sovet çinovnikləri də böyük həvəslə qulaq asırlar.
Ata-oğul münasibətlərindəki gərginlik o həddə çatmışdı ki, rejissor Yuriy Lyubimov Vladimiri narkotik asılılıqdan azad etməsi üçün atasından oğluna kömək etməsini xahiş edəndə o, “mənim antisovet adamına nəinki köməyim, onunla heç bir əlaqəm ola bilməz” deyə cavab vermişdi.

1969-cu ilin iyulunda Vısotski ağır xəstəliyə tutulur. Marina Vladi onu xəstəxanaya çatdırdığı üçün aktyorun həyatını son anda xilas etmək mümkün olur. 18 saatlıq əməliyyatdan sonra Vısotskinin boğaz damarlarından birinin partladığı aydınlaşır. Səhətinin pozulmasına səbəb onun alkoqola və narkotik vasitələr olan hədsiz meyli idi.

1971-ci ilin noyabrında “Taqanka” teatrında "Hamlet" tamaşasının premyerası keçirildi. Vladimir Vısotski isə baş rolun ifaçısıydı. O, Hamlet rolunu uğurla ifa edir və tamaşaçıların sevgisini qazanır. 1972-ci ildə Estoniya televiziyasında onun barəsində "Taqankalı oğlan" 56 dəqiqəlik sənədli film yayımlanır. Bu, onun televiziyada ilk görüntüləri idi.  

Vladimir Vısotski kino yaradıcılığında öz sözünü deyə bilən aktyorlardan oldu. O, “Qısa görüşlər”, “Vertikal”, “Tayqanın sahibi”, “İki dost xidmət edirdi”, “Yeganə yol”, “Pis yaxşı adam”, “Sannikov torpağı”, “Çar Pyotrun Arapı evləndirməsi haqda nağıl”, “Mister Mak-Kinlinin qaçışı” filmlərində çəkilmişdi. 
1979-cu ildə isə Stanislav Qovoruxin onu "Görüş yerini dəyişəmk olmaz" 5 seriyalı bədii televiziya filminin çəkilişlərinə dəvət etdi. Vısotskiyə Moskva cinayət-axtarış şöbəsinin təcrübəli əməliyyatçısı Qleb Jeqlov rolu təklif olunurdu. 5 seriyalı film sovet tamaşaçılarının xoşuna gəldi və həmin rol Vısotskiyə məşhurluq gətirdi. Buna baxmayaraq, aktyora heç bir dövlət mükafatı verilmədi. Yalınz 1987-ci ildə, ölümündən xeyli sonra Jeqlov rolunuun ifasına görə ona SSRİ Dövlər mükafatı verildi. 



Hələ1975-ci ildə alkoqol asılılığını narkotik asılılığı ilə əvəzləyən Vısotski səhhətinin get-gedə daha da pisləşdiyini anlayırdə. 1979-cu ildə bard müğənnisi kimi konsert verdiyi Özbəkistanın Buxara şəhərində komaya düşmüş və yerli həkimlər tərəfindən çətinliklə həyata qaytarılmışdı. 

Daha sonralar o, "Taqanka" teatrının heyətində SSRİ və Avropanın sosialist ölkələrində qastrollarda oldu. Paralel olaraq müğənni kimi Moskva vilayətində konsertlərlə çıxış edirdi.

Vladimir Vısotski yaradıcılığının gücü onda idi ki, o həm düşündürürdü, həm də əyləndirərək müsiqi zövqü bəxş edirdi. Repertuarının zənginliyindən asılı olmayaraq yaratdığı bütün əsərlərdə dərin hikmət və məntiq var idi. Bütün oxuduqlarının sonluğu isə eyni notla bitirdi - ədələt, haqsızlıqları törədənlərə sərt etiraz və haqqa çağırış. Bu çağırışın nəticəsi idi ki, Vısotskinin dinləyici auditoriyası təkcə SSRİ məkanı ilə məhdudlaşmırdı, Sovetlər birliyinin hüdudlarından çox-çox uzaqlarda da onu sevə-sevə dinləyidilər. Ömrünün sonuna kimi komplekssiz, azad, demək olar ki, dünyanı vecinə almayan adam kimi yaşadı.
Cəmi 42 il ömür sürdü Vladimri Vısotski. Bu 42 ildə dillər əzbəri olan 800-dək artıq mahnının müəllifi oldu. Ölümü ilə həyatının bir çox sirlərini və müəmmalarını da özü ilə  apardı. Onun vəfatı haqqında qəzetlərdə heç nekroloq da yazılmadı. Cəmisi bir-iki qəzetdə bir-iki cümlə ilə Vısotskinin vəfatı ilə bağlı məlumat verildi. 

1980-ci ilin yayında - iyulun 19-da Moskvada XXII Yay Olimpiya Oyunlarının başlanması ilə onun problemləri daha da artır. Belə ki, şəhərə giriş-çıxış nəzarətə götürüldüyü üçün Vladimirin narkotik vasitə tapmaq imkanları məhdudlaşır. 1980-ci il iyulun 18-də o, "Taqanka" teatrının səhnəsində sonuncu dəfə "Hamlet" tamaşında oynayır. 1980-ci il iyulun 25-də gecə saat 4 radələrində aktyor Moskvadakı evində yuxudaykən vəfat edir. Meyit yarılmadığı üçün onun ölüm səbəbi dəqiq müəyyən olunmasa da, Vısotskinin narkotik və alkoqol asılılığının yaratdığı kəskin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur. 

Olimpiadaya görə Moskvada insanların kütləvi toplaşması qadağan olunmuşdu. Amma iyulun 28-də insanlar bu qadağaya baxmayaraq, Moskvanın “Taqanka” teatrının qarşısına toplaşmışdılar. Sıxlıq səbəbindən qonşu binaların damına qalxanlar da çox idi. 40 minlik insan kütləsi iyulun 25-də gecə saat 4-də yuxuda olarkən ürək tutmasından vəfat edən Vladimir Vısotskinin dəfn mərasiminə toplaşmışdı. Onun ölümü barədə heç bir mətbuat orqanı xəbər verməsə də, minlərlə pərəstişkarı hadisədən müxtəlif yollarla xəbər tutmuşdu.



Təbii ki, belə bir dövrdə qapalı şəhər elan olunan Moskva şəhəri bütövlüklə sovet pejiminin nəzarəti altında idi. Ancaq bu nəzarət Vısotskinin dəfninə gələn on minlərlə insanın qarşısını ala bilməmişdi. Sadə insanlar, əfsanəvi müğənninin pərəstişkarları stadionların, idman komplekslərinin əvəzinə Vısotski ilə son görüşə tələsirdilər. Dəfn böyük bir mitinqi xatırladırdı. Dövlətin icazə vermədiyi, ancaq insanların könüllü axışdığı mitinqə.

İnsanlar onu son mənzilə göz yaşlarıyla və onun bəstələdiyi mahnılarla yola salırdılar. Ancaq bu dəfə Vladimir Vısotskinin ifasında yox, Vısotski sevgisini qəlblərində yaşadan minlərlə pərastişkarın ifasında.

Vladimir Vısotski Moskvanın Vaqankov qəbistanlığında dəfn olunub.

Onun həyat və yaradıcılığına maraq Sovet İttifaqının dağılmasından sonra kəskin artdı. Vısotskinin şərəfinə heykəllər, poeziya müsabiqələri, mahnı festivalları və həyatı haqda sənədli-bədii filmlər ortaya çıxdı. Sağlığında dövlət rəsmlərin soyuq yanaşdığı Vladimir Vısotski buna baxmayaraq, ən böyük mükafatı - ümumxalq sevgisni qazanmış oldu.

modern.az

BUNU DA OXU

"Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan" - Ramil Quliyev
İRANIN ALİ DİNİ LİDERİNDƏN AZƏRRBAYCANA DƏSTƏK
Məhv edilmiş düşmən hərbi texnikasının statistikası açıqlanıb.
“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Xəbər lenti

Prezidentin Mətbuat Xidmətinin məlumatı
14:44 01.10.2020

"Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan" - Ramil Quliyev
14:14 01.10.2020

Hikmət Hacıyev: Ermənistan ərazisindən Azərbaycana hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək
13:50 01.10.2020

MÜDAFİƏ NAZİRLİYİ VƏTƏNDAŞLARI BU KANAL VASİTƏSİ İLƏ DƏ MƏLUMATLANDIRACAQ
12:46 01.10.2020

BAŞ PROKURORLUQ DAN AÇIQLAMA - MÜLKİ ƏHALİ ARASINDA ÖLƏNLƏRİN SAYI ARTDI
12:22 01.10.2020

Bağçaların 5 gün fəaliyyətinə icazə verildi
11:59 01.10.2020

AZƏRBAYCAN XİN-dən RUSİYA XİN-ə CAVAB
11:34 01.10.2020

İRANIN ALİ DİNİ LİDERİNDƏN AZƏRRBAYCANA DƏSTƏK
11:11 01.10.2020

Məhv edilmiş düşmən hərbi texnikasının statistikası açıqlanıb.
10:50 01.10.2020

Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub
10:32 01.10.2020

Dövlət Təhlükəsiliyi Xidməti əhaliyə müraciət etdi
10:10 01.10.2020

ERMƏNİSTAN İTKLƏRİ ETİRAF EDİR
09:49 01.10.2020

TƏHSİL NAZİRLİYİ KORONAVİRUSLA BAĞLI NƏTİCƏNİ AÇIQLAYIB
14:44 29.09.2020

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
14:21 29.09.2020

Maykl Essyendən Azərbaycana növbəti dəstək
14:00 29.09.2020

Azərbaycan Prezidenti: Mülki şəxslərin öldürülməsi erməni cinayətkar rejiminin faşist mahiyyətini bir daha nümayiş etdirir
13:38 29.09.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:21 29.09.2020

Böyük Britaniya və Kanadanın Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşi dərhal dayandırmağa çağırıblar
13:00 29.09.2020

ANKARANIN SİMVOLU AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNÜB
12:40 29.09.2020

Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
12:27 29.09.2020

DÜŞMƏNİN 3-CÜ “MARTUNİ” MOTOATICI ALAYI DARMADAĞIN EDİLİB
12:06 29.09.2020

ERMƏNİ POLKOVNİK MƏHV EDİLDİ
11:45 29.09.2020

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:27 29.09.2020

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
11:09 29.09.2020

Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub
10:48 29.09.2020

Antonio Quterreşin Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub
10:37 29.09.2020

Düşmən dinc əhalini atəşə tutmaqda davam edir
10:14 29.09.2020

Vaqif Dərgahlı: Olmayanı məhv etmək mümkün deyil
09:52 29.09.2020

Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
09:31 29.09.2020

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Bütün xəbərlər