Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Leyla Əliyevadan Xocalı çağırışı - VİDEO - FOTOLAR

Leyla Əliyevadan Xocalı çağırışı - VİDEO - FOTOLAR
2953 dəfə oxunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yeni toplu nəşr olunub. 

“Qafqazinfo” xəbər verir ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırlanan “Xocalıya ədalət” adlı bu topluda dünya ictimaiyyətinə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verən cinayət barədə həqiqətlər çatdırılır. Topluya Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası ilə bağlı video müraciətindən, Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dinc əhalini qətlə yetirməsindən, Xocalı şəhərində soyqırımı törətməsindən bəhs edən sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, “Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləş kart daxildir. Həmçinin topluda Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat (prezentasiya) da var. Hazır formada olan bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın video müraciətində 20-ci əsrdə dünyada baş vermiş və dünya ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi hadisələrdən biri kimi Xocalı soyqırımına diqqət yönəldilir və Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində törədilmiş bu hadisənin təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə məlumat verilir. Müraciətdə törədilmiş əməllərə görə ədalətin təmin edilməsinin vacibliyi vurğulanır və son illər Xocalı soyqırımının tanınması istiqamətində dünya ictimaiyyətinin səylərinin artmasının, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin bu baxımdan əhəmiyyəti qeyd olunur. 

“1990-cı illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bu gün də torpaqlarımızın    20%-i işğal altındadır. Müharibəyə gətirib çıxaran bu təcavüz 30 min insanın ölümünə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün, minlərlə insanın isə itkin düşməsinə səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin qurbanı olub”, - deyə Leyla Əliyeva dünya ictimaiyyətinə video müraciətində bildirib.

“Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu, yaxınını, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin nümunəsidir. Hazırda biz bütün əzmimizi, dəyanətimizi cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımının bir daha təkrarlanmaması istiqamətində səfərbər etməliyik. 20 ildən artıq müddət keçməsinə baxmayaraq Xocalıda törədilən soyqırımına görə heç  kəsin məsuliyyətə cəlb edilməməsi doğru hal deyildir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir. 

Müsbət haldır ki, Xocalıda ermənilərin törətdiyi soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda başladığımız kampaniya son illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. Və bu, bizdə ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid yaradır.  Kampaniyaya göstərilən dəstəyə görə təşəkkür edirik və inanırıq ki, bu faciə barədə daha çox insan eşidəcək və bu ədalət kampaniyasına qoşulacaq. 

Hər bir kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq”, - deyə Leyla Əliyeva bildirib.

Topluya daxil olan sənədli filmdə isə izləyicilərə Xocalı soyqırımının dünyada tanınmış digər soyqırımlar ilə oxşarlığı göstərilir, soyqırımının törədilməsi, miqyası, nəticələri barədə məlumatlar və xəritələr təqdim olunur. 

“Xocalıya ədalət” adlı kitabda və bukletdə faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə dair faktlar təqdim edilir. Kitabda, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izah olunur. Bundan əlavə kitabda Xocalı soyqırımını işıqlandıran beynəlxalq mətbuat vasitələri, bu cinayəti soyqırımı kimi tanıyan ölkələr, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər təqdim olunur.  

Nəsr olunan topluda “Xocalıya ədalət” kampaniyasının yeni loqosu da təqdim edilir. Kampaniyanın loqosu Xocalıda yarımçıq qalmış taleləri simvolizə edən, fevral ayında çiçək açan badam ağacının qopmuş çiçəyini özündə əks etdirir. Qeyd edək ki, badam çiçəkləməyə başlayan ilk ağacdır. Badam ağacı qış fəslinin sonunda çiçək açır və bu səbəbdən çoxları ona yazın müjdəçisi kimi baxır. Loqodakı badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskəni olan Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir. Qopmuş ləçək həm də Azərbaycanın   20 % ərazisinin işğal edildiyini göstərir. 

İngilis və rus dillərində hazırlanan “Xocalıya ədalət” toplusu gələcəkdə digər dillərdə də təqdim olunacaq. Bu toplu Xocalı faciəsini dünyada tanıtmaq istəyənlər üçün həm də bir əyani vəsait rolu oynayacaq. 

Xatırladaq ki, “Xocalıya ədalət” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. 













BUNU DA OXU

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
"Milan" rekordunu təkrarladı
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, barışıq mümkündür
Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb
Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb
Xəbər lenti

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

HİKMƏT HACIYEV: “ERMƏNISTAN DƏHLIZ YARADIB”
12:47 27.10.2020

"Milan" rekordunu təkrarladı
12:23 27.10.2020

Çempionlar Liqasında 2-ci tura start veriləcək
12:11 27.10.2020

VİRUS QURBANLARININ SAYI 1 MİLYONDAN ÇOXDUR
11:46 27.10.2020

XİN BƏYANAT YAYDI - “ERMƏNİSTAN UŞAQ HÜQUQLARINI KOBUD ŞƏKİLDƏ POZUR”
11:24 27.10.2020

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, barışıq mümkündür
11:01 27.10.2020

Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək
10:40 27.10.2020

Azərbaycan Prezidenti: Təəssüf edirəm ki, bizə qarşı əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur
10:18 27.10.2020

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət
09:55 27.10.2020

Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
13:10 26.10.2020

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb
13:00 26.10.2020

Poqba millidəki karyerasını başa vurdu - Makronun sözlərinə görə
12:30 26.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib
12:09 26.10.2020

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb
11:46 26.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib
11:25 26.10.2020

Budapeşt səfərindən zəfərlə döndülər - Kişi cüdoçularımızdan gözəl nəticə
11:08 26.10.2020

Hikmət Hacıyev: Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür
10:45 26.10.2020

Düşmən Tərtər rayonunu atəşə tutub
10:22 26.10.2020

Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
10:07 26.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib
09:46 26.10.2020

Hikmət Hacıyev: Fransa parlamenti heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır
11:47 25.10.2020

Prezident İlham Əliyev: Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir və bu, kifayətdir
11:21 25.10.2020

Azərbaycan cüdoçusu mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
11:00 25.10.2020

Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan olub, biz özümüzü müdafiə etməli və cavab verməli idik
10:36 25.10.2020

Orucov “Böyük dəbilqə” turnirinin qalibi olub - Rüstəm qalibiyyətini "əskər salamı" ilə qeyd etdi
10:10 25.10.2020

Prezident İlham Əliyev: Əgər Ermənistan dayanmasa, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyik
11:59 24.10.2020

Hikmət Hacıyev: Ermənistanın atdığı raket fərdi yaşayış evinin həyətinə düşüb
10:22 24.10.2020

“Böyük dəbilqə”də cüdoçularımız ilk medalını qazanıb
09:58 24.10.2020

KORONAVİRUSA YOLUXMA SAYINDA YENİ REKORD
12:18 23.10.2020

QARABAĞDA DÖYÜŞƏN KEÇMİŞ ERMƏNİ POLİS RƏİSİ MƏHV EDİLİB
11:56 23.10.2020

Pele - 80!
11:32 23.10.2020

“Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayır
11:09 23.10.2020

Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
10:55 23.10.2020

Avroliqada ilk turun nəticələri
10:32 23.10.2020

"Qarabağ" "Makkabi"yə məğlub oldu
10:10 23.10.2020

Müdafiə Nazirliyi: Düşmən fərarilik edərək mövqeləri tərk edir
09:49 23.10.2020

Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
14:16 22.10.2020

Çempionlar Liqasında I tura yekun vuruldu
13:54 22.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib
13:32 22.10.2020

Prezident İlham Əliyev: Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır
13:08 22.10.2020

Baş Prokurorluq: Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb
12:43 22.10.2020

AVROPADA 1 MİLYONDAN ÇOX COVİD-19 XƏSTƏSİ OLAN İLK ÖLKƏ
12:19 22.10.2020

NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
11:57 22.10.2020

BANKA SOXULAN CİNAYƏTKAR TƏSLİM OLUB - Gürcüstanda
11:32 22.10.2020

ERMƏNİSTAN ORDUSUNDA PKK TERRORÇULARI - “ONLAR ÖN MÜDAFIƏ XƏTTINƏ TƏYIN OLUNUR”
11:11 22.10.2020

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ RAKETLƏR TAPILDI
10:50 22.10.2020

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalını davam etdirir
10:24 22.10.2020

Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub
09:57 22.10.2020

Cəbhədəki son vəziyyət
09:44 22.10.2020

Luçesku Çempionlar Liqasının tarixinə düşdü
13:27 21.10.2020

Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub
13:04 21.10.2020

Doqquz ayda Azərbaycandan 2722 çeşiddə məhsul ixrac olunub
12:40 21.10.2020

VİRUSA REKORD SAYDA YOLUXMA HALI QEYDƏ ALINIB - Böyük Britaniyada
12:19 21.10.2020

HİKMƏT HACIYEV : “ERMƏNİLƏR MÜLKİ VƏTƏNDAŞLARA QARŞI MÜHARİBƏ CİNAYƏTLƏRİNİ DAVAM ETDİRİR”
11:56 21.10.2020

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb
11:30 21.10.2020

“Light” neftinin qiyməti bahalaşır
11:08 21.10.2020

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət
10:45 21.10.2020

General Şəkinski vəfat etdi
10:23 21.10.2020

Çempionlar Liqası: "Bavariya" "Atletiko"ya, "Liverpul" "Ayaks"a qarşı
10:00 21.10.2020

Millimizin və "Qarabağ"ın ev oyunları ilə bağlı qərar qəbul olundu
09:39 21.10.2020

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
15:50 20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
15:28 20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
15:15 20.10.2020

Paşinyanın zəngləri
11:57 20.10.2020

Azərbaycan neftinin bir barreli 42,44 dollara satılır
10:33 20.10.2020

Çempionlar Liqasında qrup mərhələsinə start verilir
10:10 20.10.2020

Cəbhədə son vəziyyət
09:49 20.10.2020

VİRUSA YOLUXANLARIN SAYI 40 MİLYON 287 MİNİ ÖTDÜ
13:13 19.10.2020

DÜŞMƏN HUMANİTAR ATƏŞKƏSİ POZUR
12:51 19.10.2020

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb
12:28 19.10.2020

Meza Kolli "Keşlə"yə qayıtdı
11:56 19.10.2020

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
11:33 19.10.2020

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
11:10 19.10.2020

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub
10:51 19.10.2020

Cəbhədə son vəziyyət
10:30 19.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:07 19.10.2020

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib
09:49 19.10.2020

Prezident İlham Əliyev: Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
10:25 17.10.2020

Bütün xəbərlər