Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident Daşkəsən rayonuna səfər edib - YENİLƏNİB

Prezident Daşkəsən rayonuna səfər edib - YENİLƏNİB
1128 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Daşkəsən rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan Prezidentinə burada görülən abadlıq işləri barədə məlumat verdi.

*****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Dövlət başçısı otaqlarda yaradılan şəraitlə tanış oldu.

Məlumat verilib ki, otaqların hamısı müasir tələblər səviyyəsində qurulub, burada bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır.

Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları var. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

*****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər.

Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi rolu var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub.

Daşkəsəndə tikilən yeni avtovağzal ən müasir tələblər səviyyəsindədir.

Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına  məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb.

Qeyd olundu ki, binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə nəqliyyat sisteminin inkişafı naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb.

Avtovağzalın gözləmə salonunda hər cür imkanlar mövcuddur. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir.

Daşkəsəndə son illər görülən işlər buraya turistlərin axınını sürətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığını təmin edəcək.

Dövlətimizin başçısı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

*****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak ediblər.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı bu proseslərdə çox mühüm rol oynayıb. Hazırda həyata keçirilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.

Ölkəmizdə artıq gənclər siyasəti ilə bağlı müxtəlif beynəlxalq tədbirlər də keçirilir. Oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə birinci Qlobal Forum bunun əyani sübutudur. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə dünyanın 160 ölkəsindən parlament nümayəndələrinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və digər rəsmilərin iştirakı gözlənilir. Forumun 5 əsas tərəfdaşı Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir. Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun ikinci dəfə bu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti olduğunu vurğulamışdı.

Azərbaycan gənclər siyasətini dəstəkləyən və müxtəlif layihələri təqdim edən ölkələrdən biri olub. Bu gün, həmçinin ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər mərkəzləri, o cümlədən Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Video-studiyada ən son texnologiyalar quraşdırılıb. Burada gənclərin müxtəlif növ verilişlər hazırlamaq imkanı olacaq.

Bildirildi ki, Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Burada həm təlim keçən gənclərin, həm də idmançıların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.

Konfrans zalı müasir üslubda yaradılıb. Burada müxtəlif mövzularda “dəyirmi masa”lar keçirmək mümkün olacaq. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcəklər, həm də onların əl işləri sərgilənəcək.

Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış oldu. Burada futbol, basketbol və voleybol meydançaları var.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksdə 6 kottec inşa olunub. Burada da istirahət üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

BUNU DA OXU

“Sədərək”də yanğının qarşısı alınıb - Lakin 22 mağaza tam yanıb
Bakı - Sumqayıt yolundan istifadə edənlərə şad xəbər - VİDEO
Dərsliklər ictimai müzakirəyə çıxarılıb - Rəy, təklif və iradlarınızı yaza bilərsiniz
Əcnəbi vətəndaşlar cəriməni ödəməkdən yayınırlar - VİDEO
Çavuşoğludan İdlib açıqlaması - “Hələ çox iş görmək lazımdır”
Xəbər lenti

Baramaçılara şad xəbər - VİDEO
16:21 18.02.2020

Avropa Birliyi Suriyaya qarşı sanksiya siyahısını genişləndirib
15:49 18.02.2020

RUSİYA ORDUSU MÜQAVİLƏ İLƏ XİDMƏT EDƏN HƏRBÇİLƏRDƏN İBARƏT OLACAQ
15:15 18.02.2020

Taksiyə mindilər, sürücünü qarət etdilər - Ucarda
14:44 18.02.2020

Bakalavrlara müraciət edildi - "İmtahana buraxiliş vərəqəsi"ni çap edə bilərlər
14:16 18.02.2020

Cəbhədə vəziyyət - Ermənilər atəşkəsi pozub
13:52 18.02.2020

Ağcabədidə əməliyyat keçirilib - Narkotik satan qardaşlar tutuldu
13:25 18.02.2020

Sədərək ticarət mərkəzindən açıqlama - Sahibkarlara kompensasiya ödəniləcək
13:03 18.02.2020

“Sədərək”də yanğının qarşısı alınıb - Lakin 22 mağaza tam yanıb
12:20 18.02.2020

Hər bir Azərbaycan vətəndaşı silah almaq hüququna malikdir - VİDEO
11:47 18.02.2020

Bakı - Sumqayıt yolundan istifadə edənlərə şad xəbər - VİDEO
11:12 18.02.2020

Zaqatalada kəndə turisti necə cəlb edək? - Fermerlər üçün təlimlər təşkil olunur
10:46 18.02.2020

Çində koronavirusdan ölənlərin sayı 1800-ü ötüb - 66 mindən çox insan virusa yoluxub
10:25 18.02.2020

BU GÜN HAVA YAĞMURSUZ KEÇƏCƏK
10:02 18.02.2020

Dərsliklər ictimai müzakirəyə çıxarılıb - Rəy, təklif və iradlarınızı yaza bilərsiniz
09:37 18.02.2020

Əcnəbi vətəndaşlar cəriməni ödəməkdən yayınırlar - VİDEO
09:16 18.02.2020

7 məntəqənin nəticələri ləğv edildi - MSK 384 videogörüntünü araşdırır - YENİLƏNİB
21:45 17.02.2020

Türkiyədə növbəti zəlzələ - Elazığda bina çökdü
21:24 17.02.2020

Çavuşoğludan İdlib açıqlaması - “Hələ çox iş görmək lazımdır”
20:58 17.02.2020

Gəncədə Xocalı faciəsi ilə bağlı tədbir keçirildi - “Xocalı tarixin qan yaddaşı”
20:33 17.02.2020

Paşinyanın "Münhen uğursuzluğu" - Erməni baş nazir ölkəsində də tənqid olunur
20:12 17.02.2020

Zaqatalada oğurluqla məşğul olan dəstə yaxalandı - Zərərçəkmişin yaxını qarətçilərlə əlbir olub
19:48 17.02.2020

Suriya ordusu ağır itkilər verir - Yüzlərlə əsgər həlak olub
19:27 17.02.2020

Ruhani ABŞ-la danışıqları qəbul etmədi - “Bizi zəif tərəf kimi dialoqa təhrik etmək mümkün deyil”
19:00 17.02.2020

“XOCALI – tarixin qan yaddaşı” - Faciə qurbanları yad edilib
18:32 17.02.2020

Komitə sədrindən açiqlama - “7 min ailəlik qəsəbə salınacaq”
18:05 17.02.2020

Masallıda tədbir keçirilib - Milli Qəhrəmanımız anıldı
17:26 17.02.2020

Ermənistanın keçmiş müdafiə naziridən gözlənilməz açıqlama
16:23 17.02.2020

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb - FOTOLAR
15:57 17.02.2020

Multikulturalizm qış məktəbi layihəsi başladı - Qubada ilk mühazirə təşkil olunub
15:19 17.02.2020

İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü öldü - 15 yaşlı qız xəstəxanada həyatını itirib
14:45 17.02.2020

Çindən gələn tələbələrin səhhəti normaldır - Karantin müddəti davam edir
13:53 17.02.2020

Traktorla "Mersedes" toqquşub, xəsarət alan var - Kürdəmirdə - ÖZƏL - FOTOLAR
13:13 17.02.2020

Şəmkirdə dəhşətli yol qəzası - İki nəfər ölüb
12:45 17.02.2020

Final fitinə cəmi bir saniyə qalmış məğlubiyyətdən yaxa qurtaran Rafael Ağayev - Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazandı - VİDEO
11:58 17.02.2020

PAYTAXTDA 10 DƏRƏCƏ İSTİ OLACAQ - DAĞLIQ ƏRAZİLƏRDƏ QAR YAĞACAQ
11:12 17.02.2020

KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI 1700-ü ÖTÜB - 66 MİNDƏN ÇOX İNSAN VİRUSA YOLUXUB
10:28 17.02.2020

Prezident İlham Əliyev Paşinyana tarixi və siyasət dərsi keçdi - VİDEO
10:01 17.02.2020

QARADAĞLI FACİƏSİNİN İLDÖNÜMÜDÜR
09:29 17.02.2020

Çində virusdan ölənlərin sayı 1524 oldu - Virusa yoluxanların sayı isə 66 min 578 nəfərə çatib
14:50 16.02.2020

Kənd təsərrüfatında yeni layihə - İribuynuzlu heyvanların ifrazatından metan qazı alınacaq
14:04 16.02.2020

Multikulturalizm qış məktəbi başladı - Bakı ilə yanaşı bölgələrdə də tədbirlər keçiriləcək
13:18 16.02.2020

Avropa Çempionatında Manolova gümüş medal qazandı
12:31 16.02.2020

İmişlidə dəhşətli yol qəzası - İki nəfər olüb, bir nəfər yaralanıb
11:52 16.02.2020

Qəbələdə yanğin baş verib - Bir ailənin altı üzvü xəsarət alıb
11:15 16.02.2020

Hava limanında əməliyyat - Ölkədən küllü miqdarda dollar çıxarmaq istəyən şəxs tutuldu
10:25 16.02.2020

Qarabağda daha bir erməni əsgəri öldü - Hadisənin təfərrüatları məlum deyil
09:45 16.02.2020

Müdafiə naziri müşavirə keçirdi - Təlimlərlə bağlı tapşırıqlar verildi
20:53 15.02.2020

Dünya Kubokunda idmançımız finala adladı
20:10 15.02.2020

Hərbi qulluqçumuz şəhid olub - Düşmən yenə təxribat törətdi
19:44 15.02.2020

"Mancester Siti"yə ağır cəza - "Şəhərlilər" 300 milyon funt itirəcək
18:35 15.02.2020

220-dən artıq videogörüntü araşdırılıb - MSK sədri pozuntularla bağlı görüntü yayan şəxslərə minnətdarlıq etdi
18:08 15.02.2020

Şəmkirdə yanıq xəsarəti alan 9 yaşlı uşaq öldü - Atası və babasının isə vəziyyəti ağır olaraq qalır
17:45 15.02.2020

Ağstafada ağır qəza - Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
17:11 15.02.2020

Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16:04 15.02.2020

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı
15:00 15.02.2020

MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək
14:17 15.02.2020

Nəsir İmanquliyev haqqında kitab çap edilib - “Mətbuat fədaisi” adlı kitab təqdim olundu - YENİLƏNİB - VİDEO
12:58 15.02.2020

“ABŞ ilə müharibəyə çox yaxın idik” - Zərifdən müharibə ehtimalları barədə açıqlama
12:43 15.02.2020

Badamdarda yenidən sürüşmə oldu - Ərazidə monitorinq aparılır - Yenilənib - VİDEO
12:04 15.02.2020

Türkiyə idlibdə xüsusi təyinatlılar yerləşdirir - 60 maşından ibarət hərbi karvan məntəqələrə çatıb
12:03 15.02.2020

İSMAYILLIDA DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILIB
11:39 15.02.2020

MİDA: Güzəştli mənzili bir dəfə almaq mümkün olacaq - Mənzillərin əvəzlənməsinə icazə verilməyəcək - YENİLƏNİB - VİDEO
11:12 15.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
10:43 15.02.2020

İmişlidə əməliyyat keçirilib, 2 nəfər saxlanılıb - Üç kiloqrama yaxın heroin aşkarlandı
10:21 15.02.2020

Azərbaycanın su ehtiyatları azalır - Hansı qabaqlayıcı tədbirlər görüləcək?
10:00 15.02.2020

Novxanıda oğru iş başında ələ keçdi - Bağ evindən oğurluq etmək istəyirmiş
09:35 15.02.2020

Kürdəmirdə müşavirə keçirildi - Baramaçılığın inkişafına diqqət artırılır
22:22 14.02.2020

“Göstərir Bakı” - Azərbaycan televiziyasının yaranmasından 64 il keçir - Yenilənib - VİDEO
22:00 14.02.2020

Pomidor 22 manata, xiyar 11 manata satılır - Azərbacan tərəvəzinin Rusiyada qiyməti qalxıb
21:33 14.02.2020

Ermənistanda əsgərləri daşiyan avtobus aşıb - Altı əsgər xəsarət alıb
21:02 14.02.2020

Nəticələri ləğv olunan dairələr - Təkrar seçki nə vaxt keçirilə bilər?
20:44 14.02.2020

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb
20:21 14.02.2020

Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb
19:59 14.02.2020

Zaqatalada qanlı hadisə - Həmkəndlisini başından bıçaqladı
19:36 14.02.2020

Prezident İlham Əliyev Münxendə Vladimir Norov ilə görüşüb
19:15 14.02.2020

İtən mobil telefonları necə tampaq olar? - VİDEO
18:58 14.02.2020

Magistraturaya sənəd qəbulu başa çatdı - 15703 bakalavr imtahanda iştirak edəcək
18:33 14.02.2020

Ədviyyatların keyfiyyətini necə yoxlamaq olar? - "ŞtrixKod" məsləhət verir - VİDEO
18:05 14.02.2020

Qida məhsullarının ixracı artıb - Yalnız 8 maşın məhsulumuz geri qaytarılıb
17:36 14.02.2020

Bütün xəbərlər