Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf adasıdır" - Prezident

"Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf adasıdır" - Prezident
   655 dəfə oxunub

Növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələrinin 100 faiz icra edilməsi qarşıya vəzifə qoyulub.

ATVxəbər.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə deyib.

Dövlət başçısı bildirib: “İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl, tarixi bir gündür. Azərbaycanda Müstəqillik Günü iki dəfə qeyd olunur. Biri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May Respublika Günüdür. İkincisi də 18 oktyabr – müstəqilliyimizin bərpası günüdür. Hər iki tarix bizim üçün çox əzizdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranırdı. Eyni zamanda, müstəqilliyimizin bərpası – Azərbaycan uzun fasilədən sonra yenidən müstəqil ölkə kimi yaşamağa başlamışdır. Bu da çox mühüm tarixi hadisədir. Əminəm, Azərbaycan xalqı müstəqillik dövründə görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başlamışdır. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd etdiyimiz hadisə bunun əyani sübutudur”.

İlham Əliyev qeyd edib ki, Goranboy rayonunda, Azərbaycanın bütün başqa şəhər və rayonlarında içməli su həmişə böyük problem olub: “Əsrlər boyu böyük problem olub. Ancaq müstəqillik dövründə biz bu problemi aradan qaldırırıq. İndi Goranboy şəhərinə və bir neçə kəndə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu, gözəl tarixi hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Su insanın həyatı, sağlamlığı üçün əsas amildir. Təmiz içməli su insanın sağlamlığı üçün həddindən artıq önəmlidir və əminəm ki, bizim bütün vətəndaşlarımız təmiz içməli su ilə təmin olunacaqlar. Hazırda ölkə üzrə bütün şəhərlərdə bu layihələr icra edilir. Artıq bir çox yerlərdə icra edilibdir. Keçən il Naftalanda içməli su layihəsinin açılışını qeyd etmişdik və bu işlər ardıcıllıqla aparılır. Qarşıya vəzifə qoyulubdur ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələri 100 faiz icra edilsin. Beləliklə, biz bu böyük sosial proqramı icra etmiş olacağıq”.

Azərbaycan Prezidenti deyib ki, bu, doğrudan da sosial layihədir. Çünki bu layihələrin icrasına dövlət büdcəsindən böyük vəsait ayrılır və bu vəsait sırf sosial xarakter daşıyır. Burada kommersiya tərəfindən söhbət açmaq yersizdir: “Çünki su tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur. Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır. Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası, şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur. Goranboyda isə artıq bu işlər başa çatıb”.

Dövlət başçısı qeyd edib ki, bu layihələrlə yanaşı, bütün ölkə üzrə digər sosial infrastruktur layihələri icra edilir: “Misal üçün, biz Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışını qeyd etdik. Bu da böyük layihədir, bir neçə kəndi birləşdirir. Minlərlə insan bu yoldan istifadə edəcək. Məcburi köçkünlərin evlərlə təmin olunması sosial layihəsi. Əvvəllər dəfələrlə burada olarkən biz məcburi köçkünlər üçün evlərin açılışını qeyd etmişdik. Digər layihələr də icra edilir, iqtisadiyyat artır. Əlbəttə ki, güclü iqtisadiyyatımız olmasa, sosial layihələri icra etmək də mümkün olmayacaq. Niyyət ola bilər, ancaq imkan olmayacaq. Ona görə iqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə təmin etmişik. Əminəm ki, növbəti illərdə bütün şəhər və rayonlarımızda işlər daha da sürətlə gedəcək. Çünki artıq çox möhkəm baza var. İnfrastruktur layihələrinin böyük əksəriyyəti icra edilir. Növbəti illərdə biz sənayenin, kənd təsərrüfatının inkişafı ilə daha çox məşğul olacağıq”.

İlham Əliyev xatırladıb ki, bu il “Sənaye ili”dir. Əlbəttə, sənaye potensialımızın inkişafı işsizliyin də aşağı səviyyədə saxlanılmasına xidmət göstərəcək: “Bu gün Azərbaycanda işsizlik çox aşağı səviyyədədir, ancaq ümumiyyətlə olmamalıdır. Azərbaycanda əhali artır. Belə olan halda iqtisadiyyat da, iş yerlərinin yaradılması da buna uyğun şəkildə artmalıdır. Çünki biz ölkəmizin dayanıqlı inkişafını təmin edirik. Təbii resurslarımız var və biz onlardan da səmərəli şəkildə istifadə edirik. Keçən ay “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu da bundan sonra onilliklər ərzində bizim üçün həm maliyyə-gəlir mənbəyi olacaq, eyni zamanda, bizim dünya miqyasında mövqelərimizi daha da möhkəmlədəcək. Kənd təsərrüfatı, regionların inkişafı, belə gözəl infrastruktur layihələrinin icrası bugünkü Azərbaycanın reallıqlarıdır. Bunu biz yaratmışıq, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına yaradıb, bunu bizim siyasətimiz mümkün etmişdir”.

Dövlət başçısı qeyd edib ki, bu gün dünya miqyasında iqtisadi inkişaf baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə yoxdur: “Hər tərəf od tutub yanır. Bizim ətrafımızda münaqişələr, qanlı toqquşmalar, müharibələr baş verir. Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf adasıdır. Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən, risklərdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır, buna layiqdir. Azərbaycan dövləti bunu təmin edəcək. Bax, bugünkü layihə bunu bir daha göstərir.

Bir daha demək istəyirəm ki, bu layihənin məhz Müstəqillik Günündə açılışı rəmzi xarakter daşıyır. Çünki bir daha qeyd etmək istəyirəm ki, xalqımız üçün lazım olan bu layihələri məhz müstəqillik dövründə icra edirik. Bu gün bizim taleyimiz öz əlimizdədir. Azərbaycan inamla inkişaf edir. Azərbaycan etibarlı əllərdədir. Əminəm ki, biz bu gözəl dinamikanı gələcək illərdə də saxlayacağıq. Sizi gözəl hadisə münasibətilə bir daha təbrik edirəm”.
Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin, o cümlədən Goranboy rayonunun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını çatdırdılar.

SAKİN: Möhtərəm cənab Prezident, Azərbaycan xalqına, o cümlədən goranboylulara göstərdiyiniz bu böyük diqqət və qayğı üçün Sizə təşəkkür edir, bütün rayon ictimaiyyəti adından, ağsaqqallar adından minnətdarlığımızı bildiririk. Sizə, ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, səadət arzulayırıq. Çətin, şərəfli, məsuliyyətli işinizdə Sizə uğurlar diləyirik.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Ömrünüz su qədər uzun olsun! Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

SAKİN: Cənab Prezident, Siz şərəfli və müqayisəyəgəlməz, ölçüyəgəlməz fəaliyyətinizlə xalqın böyük sevgisini qazanan dövlət başçısısınız. Təşəkkür edirik, minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

SAKİN: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, rayon ziyalıları adından sizə təşəkkür edirik.

 

BUNU DA OXU

“Knyaz İqor” operasının baş rolunu Azərbaycanın Xalq artisti oynayıb - FOTOLAR
İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
Xəbər lenti

Azərbaycanın sosial vəziyyətini dəyişən müqavilə - Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Heydər Əliyevin şah əsəridir
23:11 17.09.2019

Portuqaliyada müəllimlərin tətilləri ilə əlaqədar yüzlərlə məktəb bağlanıb
22:49 17.09.2019

YAP-ın təşkil etdiyi müsabiqə yekunlaşdı - Qaliblərlə görüş keçirildi
22:28 17.09.2019

Bakı Ali Neft Məktəbində yay məktəbi açıldı - 10-dan çox ölkədən 50 nümayəndə təmsil olunur
22:07 17.09.2019

Yunanıstanda Qərbi Nil virusundan 15 nəfər ölüb
21:48 17.09.2019

Respublika çaylarında suyun səviyyəsi artıb
21:27 17.09.2019

Qutab və lavaşa həsr olunan ustad məşğələsi təşkil edilib - FOTOLAR
21:07 17.09.2019

Ermənistanda istefa dalğası - Tonoyanın da istefaya göndəriləcəyi bildirilir
20:48 17.09.2019

Növbəti mərhələyə hazırlıq tapşırığı verildi - Raket və artilleriya bölmələri start mövqeyinə çıxarıldı
20:27 17.09.2019

Şirkətlərə dair vahid məlumat bazası yaradılır - Nazirlər kabineti qərar qəbul edib
20:08 17.09.2019

“ABŞ münaqişədən qaçmağa çalışır” - Trampdan İranla bağlı açıqlama
19:48 17.09.2019

Basqal kəndində yeni məktəb binası istifadəyə verilib
19:29 17.09.2019

Mədəniyyət Komitəsi payız sessiyasının ilk iclasını keçirdi
19:11 17.09.2019

Əsrin müqaviləsi -25 - Müqavilənin ölkəmiz üçün tarixi əhəmiyyətindən söz açıldı
18:54 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:35 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:25 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:25 17.09.2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:18 17.09.2019

Müdafiə naziri Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb - FOTOLAR
17:58 17.09.2019

“Knyaz İqor” operasının baş rolunu Azərbaycanın Xalq artisti oynayıb - FOTOLAR
17:37 17.09.2019

Özbəkistanın tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb
17:17 17.09.2019

Sabah monitorinq keçiriləcək - Monitorinqi səhra köməkçiləri izləyəcəklər
17:00 17.09.2019

Sabah havanın temperaturu artaraq 32 dərəcə olacaq
16:44 17.09.2019

Yada düşər xatirələr. 1981-ci il. - Flora Kərimova."Bağışla" - VİDEO
16:23 17.09.2019

Pərvanda və Kabildə törədilən partlayışların məsuliyyətini “Taliban” üzərinə götürüb
16:06 17.09.2019

Xətai Sənət Mərkəzində elan olunan respublika yaradıcılıq müsabiqəsi davam edir
15:47 17.09.2019

Gənc Tamaşaçılar Teatrı rusdilli tamaşaçılarını unutmayıb
15:28 17.09.2019

İtaliyada neft emalı zavodunda güclü partlayış olub
15:07 17.09.2019

Yeni tədris ilinə böyük inamla
14:50 17.09.2019

Xəzinə axtarırdılar, məbəd aşkarlandı - Misirdə saxta arxeoloqlar saxlanıldı
14:31 17.09.2019

Prezidentin mitinqində dəhşətli partlayış baş verdi - Çox sayda ölü və yaralı var
14:12 17.09.2019

Günəş enerjisi ilə işləyən lift hazırlanıb - Dünyada ilk dəfə
13:56 17.09.2019

106 FM-də "Şəhər uşaqları" - FOTOLAR
13:37 17.09.2019

Sükan arxasında yuxulayan sürücü qəza törətdi
13:18 17.09.2019

Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı başa çatıb
12:58 17.09.2019

Yol verdiyi qayda pozuntularına görə avtobusun sürücüsü işdən azad olundu
12:39 17.09.2019

Səudiyyə Ərəbistanı Bəhreynə neft nəql edən kəməri bağlayıb
12:20 17.09.2019

Kitabxanada “Əbədiyaşar Üzeyir bəy milli musiqimizin banisi kimi” adlı dəyirmi masa
12:00 17.09.2019

Əl qumbaraları və müxtəlif çaplı patronlar aşkar olunub - Qazaxda
11:40 17.09.2019

BMT-nin 74-cü sessiyası başlayır - 170-dən çox məsələ müzakirə ediləcək
11:22 17.09.2019

Kokand şəhərində Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı açıldı - FOTOLAR
11:03 17.09.2019

Ankarada Rusiya, İran və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti başa çatıb
10:56 17.09.2019

Qoruqlarda “Avropa irs günləri” qeyd olunacaq
10:38 17.09.2019

Kənd məktəbini seçən şəhərli müəllim - 25 yaşlı gənc niyə 1000 manat maaşdan imtina etdi? - VİDEO
10:20 17.09.2019

ATV-nin əməkdaşları Cocuq Mərcanlıda - "Bilik günü" kənd sakinləri ilə birgə qeyd edilib - VİDEO
10:00 17.09.2019

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işdən çıxarıldı - Vanetsyan futbol yığması ilə məşğul olacaq
09:41 17.09.2019

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının möhtəşəm Açılış mərasimi keçirildi - FOTOLAR
09:20 17.09.2019

Kim Çen Indan “Ağ ev”ə məktub - Şimali Koreya lideri Trampı ölkəsinə dəvət edir
23:48 16.09.2019

“The Cars” qrupun lideri Rik Okasek dünyasını dəyişib
23:29 16.09.2019

İranlı generaldan Vaşinqtona xəbərdarlıq - “ABŞ-ın hərbi bazaları atəşə tutulacaq”
23:10 16.09.2019

Brüsseldə İsfar Sarabski və Rain Sultanovun konserti olub - FOTOLAR
22:50 16.09.2019

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb - FOTOLAR
22:28 16.09.2019

Yanvar-iyul aylarında Azərbaycanda 79 mindən artıq körpə doğulub
22:10 16.09.2019

İran qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri saxlayıb
21:49 16.09.2019

Musiqili Teatrın rəhbəri daha bir beynəlxalq tədbirə dəvət alıb
21:28 16.09.2019

Tələbələrə vəsiqələr təqdim olundu - Bakı Ali Neft Məktəbində prezident təqaüdçülərinin sayı 150-yə çatıb
21:11 16.09.2019

Sabah 31 dərəcə isti olacaq
20:52 16.09.2019

Özbəkistan Türk Şurasına üzv oldu - Türk Şurasının 7-ci zirvə toplantısı Bakıda baş tutacaq
20:33 16.09.2019

Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib - FOTOLAR
20:10 16.09.2019

12 ölkədən olan alimlər Şamaxıda - Beynəlxalq konfrans keçirilir
19:48 16.09.2019

Müalicə olunan uşaqlar üçün “Bilik günü” - Uşaqlar sosial həyata adaptasiya olunur
19:34 16.09.2019

Çoxmənzilli binaların dam örtüyü yenilənir - Xəzər rayonunda quruculuq işlərinə start verilib
19:15 16.09.2019

Abbas Müsəvi: İran və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulmayıb
18:56 16.09.2019

Qobustan qoruğunda “Açıq qapı” günü təşkil olunacaq
18:37 16.09.2019

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
18:20 16.09.2019

Azərbaycanlı model Moskvada 40 kiloqramlıq geyimdə - FOTOLAR
18:05 16.09.2019

Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
17:47 16.09.2019

Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
17:28 16.09.2019

Marneulidə yeni məktəb istifadəyə verildi - Qardabanidə isə ilk dəfə uşaq bağçası tikilib
17:11 16.09.2019

Təhsilin maddi-texniki bazası gücləndirilir - Qubada yeni məktəb binası istifadəyə verilib - FOTOLAR
16:56 16.09.2019

ATV-də "Bizimləsən"-ə start verildi - ÖZƏL - FOTOLAR
16:36 16.09.2019

İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16:18 16.09.2019

Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb - FOTOLAR
15:57 16.09.2019

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - FOTOLAR
15:38 16.09.2019

Rusiyanın qırıcı təyyarəsi Türkiyə səmasında uçub
15:19 16.09.2019

Bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verildi
15:09 16.09.2019

Kukla Teatrı yeni mövsümü açıq elan edib
15:00 16.09.2019

Dürüstlük, humanizm, yardımsevərlik aşılayan tamaşa - “Piter Pen: Yoxlandiyaya səyahət”
14:39 16.09.2019

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
14:20 16.09.2019

Dünya birjalarında neft bahalaşıb - 19 faizə qədər artım qeydə alınıb
14:05 16.09.2019

Bütün xəbərlər