Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Heydər Hüseynovun faciəsi

Heydər Hüseynovun faciəsi
2127 dəfə oxunub
Onun fitrətinin imkanları ilə gerçək durumu arasında təzadlı, hətta faciəvi sərhəd vardı
 
Faciəvi həyat yaşamış Heydər Hüseynovun anadan olmasından 104 il ötür. 1908-ci ildə İrəvanda anadan olub. Ailədəki 6 uşağın kiçiyi idi. Az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə ermənilər tərəfindən öldürüldükdən sonra ailəsi əvvəl Batuma, sonra Stavrorola, axırda Bakıya köçür. H.Hüseynov böyük qardaşı və anasının himayəsi altında böyüyüb, 12 yaşında Bakının 18 saylı məktəbinin şagirdi olub. O, 1927-1931 illərdə indiki Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərinə mükəmməl yiyələnib. 1931-ci ildə Pedaqoji İnstitutun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirib. Azərbaycan Elmi-Tədqiqat İnstitutunun asrirantı olub. 1936-1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olub. 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda ictimai elmlər bölməsinin sədri olub. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl «Marksizm – leninizmin əsasları», sonra isə «Fəlsəfə» kafedrasının müdiri olub. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru işləyib.
Fəlsəfəyə aid bir çox dərsliklərin müəllifi, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olub. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi ararıb. Həmin dövrdən Heydər Hüseynov «XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında» fundamental əsər yazır, 1950-ci ilin mart ayında növbəti Stalin mükafatı alır. Əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla rusca çar edilib. Kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə çardan çıxıb. 1950-ci ilin mayında Kommunist Partiyası MK-nın büro iclasında ciddi tənqid edilib, XIX yüzildə Qafqaz fəlsəfi fikrini tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilib. Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadət qaldırır və təmin edilir.
H.Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları, bəzi həmkarları tərəfində əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən H.Hüseynov 1950-ci ilin avqustunda damarlarını kəsir.
Heydər Hüseynov marksist fəlsəfəçisi idi: özünün xüsusi nəzəriyyəsi olmasa da, marksizm xəttində fərdi yaradıcılıq keyfiyyətlərini aşkarlamağa, milli mücadilə problemlərini müəyyən səviyyədə rəmzi də olsa, qabartmağa çalışırdı. Sosializm bir ideologiya olaraq fərdin müstəqilliyini tanımırdı; ona ümuminin təsiri və tələbi ilə böyüyən, imperiya tələblərinə tabe olanlar lazım idi. Ancaq Heydər Hüseynov ömrünün yetkin çağında, lap son anda gedişatın boyunduruğuna baş əymədi. Fitrəti ona deyirdi ki, ləyaqəti məhz zamandan, gedişatdan uca olmaqla qorumaq mümkündür.
Heydər Hüseynov kimi talantlı bir şəxs imperiyaya hava-su kimi gərəkli idi. Başı qovğalardan ayrılmayan, ayılmayan Sovet imperiyasına elmin, xüsusən də fəlsəfənin marksizm ideologiyası yönündə inkişaf etdirilməsi olduqca gərəkli idi. Heydər Hüseynov isə fitrətən azadlığa meylli idi: lakin onun fitrətinin imkanları ilə gerçək durumu arasında təzadlı, hətta faciəvi sərhəd vardı. Əgər o, fitrətən zamanının balası olsaydı, gedişatın yiyələri ilə dil tapa bilərdi. Lakin o, həmin dövrdə Azərbaycanın yiyəsi olan Mir Cəfər Bağırovun qarşısında əyilmədi, bu səbəbdən də onun hər mənada məhvinə fərman verildi. Əvvəlcə sürətlə vəzifədən uzaqlaşdırıldı, sonra isə cəmiyyətdə onun gözdən salınma kampaniyasına başlandı. Bütün bunlar isə Heydər Hüseynovun xarakterindəki problemin daha da düyünlənməsinə səbəb oldu. Nəticədə cəmiyyətin gözündən salınan, vəzifəsindən uzaqlaşdırılan, psixi durumu gərgin vəziyyətdə olan Heydər Hüseynov 42 yaşında intihar etdi…
Təbiidir ki, intihar faktoru ilə cəmiyyət heç zaman barışmayıb. Bütün hallarda intihar gedişata təslim olmaq kimi dəyərləndirilib. Lakin Heydər Hüseynovun intiharı ləyaqət qoruyuculuğu idi. O, ləyaqətini qorumaq üçün intiharı seçmişdi. İstər-istəməz yaradıcı şəxslə zaman arasında tarixin əksər çağlarında konfliktlər olub. Çünki zamanın əhvalı çox hallarda çərçivəsindən kənara çıxmaq istəyən, onun qayda-qanunları, əhvalı ilə uyğunlaşmaq istəməyən şəxsiyyətin ölçüsünə uyğun gəlmir. Əgər şəxsin əhvalı, iradi vəziyyəti güclüdürsə, o, əsərlərində arzuladığı, yaratdığı müsbət qəhrəmanlar kimi olur. Yox, əgər yaradıcı şəxs zamanın axarına düşüb gedirsə, o zaman şübhəsiz, onun mənəvi iflası başlanır. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulmasının, onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib. Yaradıcı insanın düşüncəsini buxovlamaq olmaz. Sovet dövründə yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi. Araşdırmaçı Adıgözəl Məmmədov deyir: «Hər kəs kimi yazıçı da insandır. Bir insanın hər hansı formada sarsıntılara cavab vermək reaksiyası necə mövcuddursa, bədii yaradıcılığa meylli insanlarda da bu, var. Fiziologiya elmində siqnallar sistemi var. Mənfi emosiya da bir siqnaldır. Bir də görürsən, insan xaricdən ona ardıcıl şəkildə təsir edən siqnallara vaxtında cavab verə bilmir, nəticədə nevrozluq yaranır. Yaradıcı şəxs o hala çata bilər ki, onda suisid (intihar) baş versin. Bu mənada Heydər Hüseynovun ölümü buna bariz nümunədir. Heydər Hüseynov öz dövrünün konyukturasının girovuna çevrilmişdi. Ancaq o, bu girovluqdan çıxmaq üçün cəhd edirdi. Geneoloji olaraq informasiyalar onu bu girovluqdan çıxmağa məhkum etmişdi».
Heydər Hüseynov imperiyanın yaratdığı «fikir zindanının hücrəsində» müqavimət göstərmək imkanında deyildi. O, bu zindandan çıxmağa cəhd etdi. Çünki bu cür yaşamağı qəbul etmirdi. Sonda isə yeganə çıxış yolunu özünə qəsddə gördü. Təsadüfi deyil ki, özünə qəsdə meylə yaradıcı insanlar arasında da az rast gəlinmir.
M.Bağırov 1950-ci ildə «Müridizm və Şamil hərəkatının xüsusiyətləri barədə» kitabında yazırdı: «Heydər Hüseynov Şamil hərəkatını azadlıq və proqressiv addım kimi dəyərləndirir. Bu qiymət antimarksist, nəzəri və siyasi baxımdan səhv, tarixi həqiqət və tarixi materializmə ziddir. Müridizm islamda daha savaşqan və reaksion istiqamət olmuşdur, xalq kütlələrinə zülm aləti kimi istifadə olunmuşdur və işğalçı türk ordusu, ingilis müstəmləkəçiliyinin maraqlarına qulluq etmişdir. Şamil Qafqazı Rusiyadan ayırmağa çalışmış və Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır. Ona görə də Şamil hərəkatı sırf reaksion xüsusiyyəti daşımış, inqilabi hərəkatın maraqlarına ziddiyyət təşkil etmişdir, Dağıstanda zəhmətkeş qüvvələrin sinfi özünüdərk prosesinə ləngedici təsir göstərmişdir».
A.Məmmədov daha sonra deyir: «Sözsüz ki, M.Bağırov bu sözləri yazarkən əsassız olduğunu bilirdi, lakin o, məcbur idi. Dünyada siyasi proseslər yeni mərhələdə qaynayırdı. Bu dövrdə Bağırov Moskvaya hər səfərində İran Azərbaycanı məsələsini qaldırırdı. O, 1945-ci ildə başa çatdıra bilmədiyi Güney Azərbaycandakı siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi. Erməni-daşnak siyasi klanı M.Bağırovu hər vasitə ilə Stalinin gözündən salmağa çalışırdı. Heydər Hüseynovun müridizmi təbliğ edən əsərinin mükafata layiq görülməsi Bağırov əleyhinə hazırlanan planın gizli tərəfi idi. Tükü tükdən gözəl seçən Bağırov küləyin hardan gəldiyini gözəl duymuşdu. Bağırov ona qarşı yönəldilən maneəni məharətlə dəf edə bildi. Təəssüf ki, bu oyunun qurbanı Heydər Hüseynov oldu».
Heydər Hüseynov bu təzyiqlərə tab gətirə bilmədi. Nəticədə bir dəfə vena damarını kəsdi, akademik Topçubaşov onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə onu özünü asmış vəziyyətdə tapdılar. Dəfnini tez-tələsik həyata keçirdilər, dəfnində cəmi bir neçə nəfər iştirak etdi. Professor Fuad Məmmədov Heydər Hüseynovun şəxsiyyətini yüksək dəyərləndirir: «Heydər Hüseynov Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biridir. Heydər Hüseynov qəlbən, ruhən Azərbaycana bağlı ziyalı idi. Onun Şeyx Şamil haqqında yazdıqları az sonra əleyhinə çevrildi. Sonradan dövriyyəyə belə xəbər buraxıldı ki, guya Şamil İngiltərənin və Türkiyənin agenti olub. Heydər Hüseynovu bu məsələdə sıxışdırıb ciddi ittiham etdilər».
 

BUNU DA OXU

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
UEFA-dan Avro-2020 açıqlaması
Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
Xəbər lenti

Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir
15:00 04.11.2020

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb
14:04 04.11.2020

Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir
13:36 04.11.2020

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
12:58 04.11.2020

Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
12:42 04.11.2020

Donald Tramp: Biz seçkilərdə qalib gəlirik
12:14 04.11.2020

Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib
11:50 04.11.2020

Çempionlar Liqasında 3-cü tura start veridi
11:21 04.11.2020

Əlcəzair prezidenti koronavirusa yoluxub
11:00 04.11.2020

HİKMƏT HACIYEVDƏN AÇIQLAMA - KƏNDLƏRİMİZ ARTİLLERİYADAN ATƏŞƏ TUTULUR
10:34 04.11.2020

CƏBHƏDƏ SON VƏZİYYƏT
10:10 04.11.2020

ABŞ-da prezident seçkilərini, hələ ki, Donald Tramp öndə aparır
09:49 04.11.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb
15:00 03.11.2020

Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
14:36 03.11.2020

Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
14:07 03.11.2020

Bakıda yağış yağacaq
13:45 03.11.2020

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir
13:24 03.11.2020

DÜŞMƏN ATƏŞKƏSİ POZDU LİD - MEŞƏDƏ YANĞIN BAŞLADI
12:59 03.11.2020

BMT SƏNƏD YAYDI - ERMƏNİSTANIN UŞAQLARI ƏSGƏR KİMİ CƏLB ETMƏSİ PİSLƏNİB
12:36 03.11.2020

BMT-NİN İNSAN HÜQUQLARI ÜZRƏ ALİ KOMİSSARI ERMƏNİSTANIN HÜCUMLARINI PİSLƏDİ
12:13 03.11.2020

Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək
11:48 03.11.2020

UEFA-dan Avro-2020 açıqlaması
11:22 03.11.2020

ABŞ-DA 59-CU ÜMUMİ SEÇKİLƏR KEÇİRİLİR
11:00 03.11.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:34 03.11.2020

ANAMA 28 əməliyyat həyata keçirib
10:10 03.11.2020

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
09:48 03.11.2020

Azərbaycan Prezidenti: Paşinyanın Rusiya Prezidentinə məktub göndərməsi, əslində, Ermənistanın məğlubiyyətinin etirafıdır
14:55 02.11.2020

PAŞİNYAN MƏĞLUBİYYƏTƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIR
12:56 02.11.2020

BİNƏLİ YILDIRIM AZƏRBAYCANA DƏSTƏYƏ GƏLDİ
12:30 02.11.2020

Вüşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
12:03 02.11.2020

BAŞ PROKURORLUQDAN AÇIQLAMA - QARABAĞDA QIZIL YATAQLARINDAN QANUNSUZ İSTİFADƏ EDƏNLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB
11:44 02.11.2020

RUSİYA SƏFİRLİYİ ERMƏNİ YALANINI İFŞA ETDİ
11:20 02.11.2020

Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
10:57 02.11.2020

Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
10:32 02.11.2020

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
10:10 02.11.2020

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
09:49 02.11.2020

Prezident: Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır
12:54 31.10.2020

Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var
12:45 31.10.2020

Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər
12:33 31.10.2020

Ceyhun Bayramov: Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
12:18 31.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib
15:15 30.10.2020

Baş prokuror: Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv olub
15:01 30.10.2020

Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib
14:37 30.10.2020

TÜRKİYƏNİN SABİQ BAŞ NAZİRİ DÜNYASINI DƏYİŞİB
12:19 30.10.2020

Maradona - 60! - VİDEO
11:58 30.10.2020

Avropa Liqasında gecənin nəticələri
11:33 30.10.2020

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020

ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

Bütün xəbərlər

ÇOX OXUNANLAR