Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Erməni generalın 4 il əsir saxladığı azərbaycanlı gənc kimdir?

Erməni generalın 4 il əsir saxladığı azərbaycanlı gənc kimdir?
1000 dəfə oxunub
Xankəndində kəlbəcərli girovlar üçün qondarma məhkəmə prosesi quran Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazisindəki separatçı hərbi birləşmələrlə birgə genişmiqyaslı təlimlərə başlayıb. Dağlıq Qarabağdakı qondarma rejimə məxsus atsakhpress.am saytı təlimlərə çoxlu hərbi texnikanın, Ermənistan ordusunun da geniş heyətinin qatıldığını xəbər verib. 
 
Təlimlərin məhz harada keçirildiyi haqda bilgi verilməsə də, 10 gün çəkəcəyi bəyan olunub. Belə bir ərəfədə Ermənistan ordusu sıralarında Azərbaycana qarşı döyüşmüş generalın sensasion açıqlamaları düşmən ölkənin heç bir beynəlxalq qanunu tanımadığını çılpaqlığı ilə bir daha ortaya qoydu.
Qanunsuzluq və cinayətkarlıq o həddə çatıb ki, hətta erməni hüquq müdafiəçiləri belə azərbaycanlı yeniyetməni öz evində (!) əsir saxlamış generalı lənətləyib. Söhbət Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan general Manvel Qriqoryandan gedir.
Həyasızlığı o həddə çatıb ki, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını açıqlayan erməni general, “Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri M.Qriqoryan hüquq müdafiəçilərinin ona ünvanlanan tənqidlərinə cavab verib. 
Virtualaz.org saytı xəbər verir ki, general panorama.am saytına açıqlamasında azərbaycanlı əsiri evində saxlamasında “hər hansı problemin olmadığını” deyib. General M.Qriqoryanın evində azərbaycanlı əsir saxladığını açıqlaması Ermənistanda geniş diskussiyalara səbəb olmuşdu. Bəzi erməni hüquq müdafiəçiləri generalın hərəkətinin beynəlxalq konvensiyaların pozulması olduğunu deyərək onun məsuliyyətə cəlb olunmasını tələb etmişdi.
 
Qeyd edək ki, M.Qriqoryan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində demişdi ki, Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı əsirlə qayıdıb, onlardan birini, 15 yaşlı yeniyetməni iki il Qarabağda, iki il Ermənistanda evində saxlayıb. Qriqoryan əsirə “Simon” adını verib və deyib ki, sonradan onu Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə azad edib.
“Kimdir bu bəzi ”hüquq müdafiəçiləri"? Onlar müharibə görüblər? Bilirlər ki, əsir nədir? Yaxud onu ancaq kinoda görüblər? Bu adamlara məlumdurmu ki, azərbaycanlılar əsirlərlə necə davranıblar? Əgər bilmirlərsə, qoy gəlsinlər, maraqlansınlar, onlara nəsə danışaram. Bundan sonra onlar mənə təşəkkür edəcəklər ki, Simonu evimdə saxlamışam və Azərbaycana sağ-salamat göndərmişəm" - deyə, Manvel Qriqoryan bildirib.
Erməni general deyib ki, müharibəyə yollananda onun və digərlərinin Cenevrə Konvensiyasını oxumağa vaxtları yox idi: “Nə Cenevrə Konvensiyası? Mən erməniyəm, xristianam, döyüş meydanında mənim üçün Cenevrə Konvensiyası vicdanım və etiqadım olub. Mən həmişə bunları rəhbər tutmuşam”.
Manvel Qriqoryanın evində saxladığı və o vaxt yeniyetmə olan “Simon”un kimliyi məlum deyil. Azərbaycan tərəfi hələlik erməni generalın bu hərbi cinayət etirafına rəsmən münasibət bildirməyib.
M.Qriqoryan Xocalıda soyqırımı həyata keçirənlərdən biridir və onun dəstəsi azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.
Özü də bu sensasion etiraf Xankəndində iki azərbaycanlıya qanunsuz olaraq “məhkəmə” qurulduğu günlərdə açıqlanıb. Əslində bununla erməni general özünü də, təmsil etdiyi cinayətkar dövləti də pis vəziyyətə salıb. Azərbaycan bu faktdan yararlanıb məsələnin araşdırılması üçün bütün imkanlarını səfərbər edə bilər. Düzdür, erməni general vaxt və ya konkret şəxslə bağlı detallı danışmayıb. Ancaq hər halda, Qırmızı Xaça təhvil verilən girovdan söhbət gedir. Deməli, komitəyə rəsmi sorğu göndərib adıçəkilən generaldan təhvil alınan yeniyetmə haqqında bilgilər istəmək olar. Ekspertlər hesab edir ki, faktlar, dəlil-sübutlar toplandıqdan sonra Azərbaycan general Qriqoryanla bağlı qiyabi məhkəmə prosesinə başlaya bilər. Özü də bu prosesin Xankəndindəki girovlarımızla bağlı keçirildiyi günlərdə başlaması əlavə təsir rıçaqları qazandırmış olar. Əsir saxlanmış həmin vətəndaşımızı da zərərçəkən qismində prosesə cəlb etmək, beynəlxalq təşkilatların, diplomatik korpusun iştirakı ilə məhkəmədə ermənilərin iç üzünü açan faktların açıqlanmasına nail olmaq, məsələni Haaqa Tribunalına qədər aparmaq olar. 
 
Qeyd edək ki, Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu qurumun xətti ilə də xeyli bilgilər əldə etmək mümkündür. Təəssüf ki, qurumdan məsələyə münasibət öyrənmək mümkün olmadı. 
 
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir.
Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).
Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.
Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir. Eyni zamanda 177 nəfər uşaq (64 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Erməni generalın məntiqindən çıxış etsək, deməli, əsir və girov azərbaycanlılardan hələ də sağ olanlar var. 
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi nə saxlanılan şəxslər, nə də vaxtilə saxlanmış şəxslər barədə şəxsi məlumatı heç vaxt açıqlamır: “Çünki şəxsi məlumatlar konfidensial xarakterlidir. Beynəlxalq humanitar hüquqa görə, saxlanılmış şəxslər ictimai maraqdan qorunmalıdır və belə məlumatlar açıqlanmamalıdır”. 
Bəs Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni generalın cinayətinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməsi, əsir saxlandığı deyilən şəxsin kimliyinin müəyyənləşdirilməsi, məsələnin hüquqi müstəvidə çözülməsi üçün Azərbaycanın rəsmi qurumları ilə əməkdaşlıq edə bilərmi?  İ.Hüseynova bildirdi ki, ümumiyyətlə, Qırmızı Xaç Komitəsi məhkəmələrdə iştirak etmir: “O ki qaldı saxlanılan şəxslər barədə məlumata, dövlət tərəfindən də saxlanılan şəxslərlə bağlı məlumatlar toplanır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var və həmin qurumun özünün də qeydiyyatı var, bütün məlumatlar orda da yığılır”. İ.Hüseynova Qırmızı Xaçdakı məlumatların Dövlət Komissiyasında da olub-olmamasından məlumatsız olduğunu vurğuladı: “Heç bizdə olan həmin məlumatların özü də mənim üçün əlçatan deyil. Çünki dediyim kimi, söhbət konfidensiallıqdan gedir”.
Komitənin təmsilçisi erməni generalın yeniyetmə əsirlə bağlı dedikləri barədə bunları da bildirdi: “Səhv etmirəmsə, həmin şəxsin adı heç yerdə yoxdur. Orda azərbaycanlı əsir haqqında heç bir şəxsi məlumat yoxdur. Yəni həmin məlumatda yeniyetməni edintifikasiya eləyəsi heç bir məlumat yoxdur”. 
Erməni generalın açıqladığı bu məlumatları əsas götürüb Qırmızı Xaçın xətti ilə azad olunan əsir və girovların şəxsiyyətini araşdırmaq olmazmı? İ.Hüseynova: “İndiyə qədər Qırmızı Xaç Komitəsinin xətti ilə 800 nəfərə yaxın şəxs əsirlikdən azad olunub. Amma bu 800 nəfər tərəflərdən hər ikisinə aiddir, yəni söhbət təkcə Azərbaycan tərəfindən getmir”.  Azərbaycan tərəfinin açıqlamasına görə, müharibədə 4035 nəfərdən artıq vətəndaşımız itkin düşüb. Erməni generalın açıqlamasından sonra düşmən əsirliyində yenə də sağ qalan insanların olması versiyası da gündəmə gəlir. Komitə bu istiqamətdə hərəkətə keçə bilərmi? Təşkilatın təmsilçisi qeyd etdi ki, erməni generalı ilə bağlı məlumata 90-cı illərin əvvəllərindən söhbət gedir və yaxın günlərin məsələsi deyil. 
Yeri gəlmişkən, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcərdə girov götürülmüş, hazırda Xankəndində qondarma ittihamlarla günahlandırılan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. İlahə Hüseynovanın məlumatına görə, sayca 6-cı olan başçəkmə noyabrın 5-də baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb. Ailələrə çatdırılan məlumatlar şəxsi olduğundan onlar barədə ictimaiyyətə açıqlama verilmir. Komitə rəsmisi qeyd edib ki, Qızıl Xaç Komitəsi öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək. 
 
Ehtiyatda olan zabit, polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, azərbaycanlını əsir saxlayan cani generalı yaxşı tanıyır: “Onun Qarabağ savaşında iştirakı ilə bağlı çoxsaylı faktlar mövcuddur. O ki qaldı onun azərbaycanlı əsiri öz evində saxlamasına, bu, heç kimə sirr deyil ki, istər əvvəlki illərdə, istərsə də indi Ermənistanda heç bir qayda-qanun olmayıb və onların beynəlxalq hüquq və normalardan heç bir anlayışı yoxdur. Əgər Ermənistan ordusunun generalı olmuş bir şəxs hərbi əsiri lazımi qurumlara təhvil verməkdənsə, onu öz şəxsi qulu kimi saxlayıbsa, onda digərlərindən hansı addımı gözləməyə dəyər?” Hərbi ekspert hesab edir ki, Azərbaycan tərəfi ermənilərin bu etiraflarından maksimum istifadə etməlidir: “Erməni generalın bu etirafı bir daha hələ də azərbaycanlı girov və əsirlərin Ermənistan ərazisində ola bilməsi məsələsini gündəmə gətirməlidir”.
 
Rəsmi Bakı hələlik ciddi bir skandal mövzusu olan məsələyə, erməni generalın etirafına münasibət bildirməyə tələsmir. XİN-in mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev bu məsələni şərh etmək istəmədi. 
 
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Siltanov da bu məsələyə şərh vermədi. 
 
Amma inanırıq ki, müvafiq instansiyalar erməni cinayətlərindən biri ilə bağlı prosesin izinə düşüb düşmənin öyünərək açıqladığı fakta hətta beynəlxalq miqyasda diqqət cəlb edə biləcəklər.
 
virtualaz.org

BUNU DA OXU

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
“Çelsi”nin transfer qadağası ləğv edildi
Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
Xəbər lenti

“Həmrəy olaq” - Konsert proqramı təqdim olundu
21:48 07.12.2019

Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
18:35 07.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
18:10 07.12.2019

“Xalça diyarına səyahət" - Uşaq festivalında möhtəşəm anlar yaşanıb
17:52 07.12.2019

Sabah yağış yağacaq
17:30 07.12.2019

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
14:33 07.12.2019

Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb
14:09 07.12.2019

Yada düşər xatirələr. 2005-ci il. - Abbas Bağırov - "Məhəbbətin qüdrəti" - VİDEO
13:44 07.12.2019

Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
13:20 07.12.2019

Kirayə mənzillər necə satılacaq? - Qaydalar açıqlandı - VİDEO
12:53 07.12.2019

Avstraliyada meşə yanğınları - Dörd nəfər ölüb, 30 nəfərdən çox xəsarət alan var
12:30 07.12.2019

Qaz sayğacları ilə bağlı qanunsuz pul yığılır - “Azəriqaz”dan abonentlərə xəbərdarlıq - VİDEO
12:11 07.12.2019

Avtomobillərin toqquşması ölümlə nəticələndi - Qəbələdə - FOTOLAR
11:51 07.12.2019

Qırğızıstanın sabiq Baş nazirlərinə hökm oxunub - FOTOLAR
11:32 07.12.2019

Vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir - VİDEO
11:11 07.12.2019

“Danışan məktub” filmi yeni versiyada - Görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün hazırlanıb - VİDEO
10:49 07.12.2019

Taliban 10 polis əməkdaşını qətlə yetirdi - Əfqanıstanda şiddətli atışma
10:25 07.12.2019

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
10:06 07.12.2019

Xaçmazda ağır avtoqəza - Sürücü və sərnişin dünyasını dəyişdi
09:45 07.12.2019

“KOB DOSTU”nun sayı artır - Lənkəran və Cəlilabadda da fəaliyyətə başladı
20:49 06.12.2019

Braziliyanın BMT-yə 415 milyon dollar borcu var - Ölkə səsvermə hüququndan məhrum edilə bilər
20:25 06.12.2019

TRASEKA hökumətlərarası komissiyasının 14-cü iclası - Bakı Bəyannaməsi qəbul edildi - FOTOLAR
20:00 06.12.2019

Rusiya pomidor idxalına qadağa qoyur - Qadağa Azərbaycana təsir edə bilərmi?
19:33 06.12.2019

“Putinlə təkbətək görüşdən qaç” - Poroşenkodan Zelenskiyə məsləhət
19:10 06.12.2019

Tramp iddiaları təkzib etdi - “ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyəcək”
18:45 06.12.2019

Ağacəkmə aksiyası bölgələri də əhatə edib - Tovuz və Qaxda 30 min ağac əkilib
18:28 06.12.2019

Həlak olan neftçilərin xatirəsi anıldı - SOCAR-ın əməkdaşları 100 min ağac əkdi
18:10 06.12.2019

Daha bir müəssisə bağlandı - Küçədən yığılan butulkalardan istifadə edilirmiş
17:44 06.12.2019

“YAP seçkidə yaxından iştirak edəcək” - Əli Əhmədov parlamentin buraxılmasından danışdı
17:21 06.12.2019

“Soyuq əllər, isti ürək” yarmarkasında maraqlı anlar - VİDEO
17:00 06.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
16:45 06.12.2019

Aqrar sığortanın tətbiqi - Yeni sistem hansı istiqamətləri əhatə edəcək?
16:25 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
16:22 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
16:13 06.12.2019

Xalq yazıçısı Anarla görüş keçirilib - BSU-da “Qələmin əfsunu” adlı tədbir təşkil olunub
16:07 06.12.2019

Ağacəkmə aksiyası - ATV- də nəcib təşəbbüsə qoşuldu - FOTOLAR
16:06 06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi
15:45 06.12.2019

Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
15:25 06.12.2019

Şənbə günü hava necə olacaq?
15:06 06.12.2019

Hansı şirkətlər kibertəhlükə ilə üz-üzə qalıb? - Bəzi müəssisələrin informasiya təhlükəsizliyi büdcəsi yoxdur - VİDEO
14:45 06.12.2019

ABŞ İran hakimiyyətini mindən çox etirazçının qətlində ittiham edib
14:23 06.12.2019

Bank kartlarını təhlükədən necə qoruyaq? - VİDEO
14:00 06.12.2019

Bərdədə pendir sexinin fəaliyyəti dayandırıldı - Məhsullar anti-sanitar şəraitdə hazırlanıb
13:41 06.12.2019

Xarici İşlər nazirləri gələn il görüşəcək - Həmsədr ölkələrin nümayəndə rəhbərləri bəyanat yaydı
13:20 06.12.2019

Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
13:00 06.12.2019

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR
12:38 06.12.2019

Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib - Prezident İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
12:17 06.12.2019

266 min manat krediti qaytarmadı - 808 min manatlıq əmlakına həbs qoyuldu
11:55 06.12.2019

Anası tərəfindən atılmış Turanənin acı taleyi - VİDEO
11:40 06.12.2019

Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşüb - FOTOLAR
11:19 06.12.2019

Heydər Əliyev Fondu Rusiyada mükafata layiq görülüb
10:59 06.12.2019

Fransada gərginlik - 100-dən çox etirazçı saxlanılıb
10:18 06.12.2019

Polşa və Pribaltikanı NATO qoruyacaq - Yeni plan qəbul edildi
09:56 06.12.2019

Tarixdə bu gün - 6 Dekabr - Zəki Mürən, ilk telefon xətti, dünyanın ən iri həcmli ensiklopediyası, insulin...
09:35 06.12.2019

“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019

“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019

ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019

Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019

Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019

Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019

"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019

Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019

On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019

Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019

Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019

Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019

“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019

Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019

İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019

Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019

Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019

Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019

Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019

Sabah hava necə olacaq?
14:55 04.12.2019

Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019

Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019

Bütün xəbərlər