Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Evə qulluqçunu necə tapmalı?

Evə qulluqçunu necə tapmalı?
   445 dəfə oxunub
Şəxsi evlərə işləmək üçün qulluqçu, mürəbiyyə və ya dayə dəvət etməyin təkcə Qərb ölkələrində deyil, elə bizim ölkəmizdə də böyük ənənəsi var. Elə dahi Üzeyir bəyin dünyaca məşhur operettaları əsasında ərsəyə gələn “Məşədi İbad”, “Arşın mal alan”, S.Sani Axundovun əsəri əsasında çəkilən “Qaraca qız” və ya M.F.Axundovun dühasından yaranan “Dərviş Parisi partladır” və s. filmlərdə bu obrazlara rast gəlinməsi də elə bizim həyat və məişətimizin əksidir. 
Qeyd edək ki, BMT-nin dünyanın 30 ölkəsində apardığı araşdırmalar zamanı 50-100 milyon arasında ev qulluqçusunun olduğu müəyyən edilib. Bu isə o deməkdir ki, həmin ölkələrdə təxminən 70-100-140 adama bir ev qulluqçusu düşür. Azərbaycanda isə hələ ki, belə bir statistika yoxdur. Bununla belə, bu gün etibarlı və işgüzar ev qulluqçusu tapmağın çətinliyi var. Bu, sözün əsl mənasında müşkül məsələyə çevrilib. “Birja”, “Super market” qəzetlərində, internetdə kifayət qədər bu tip işçi axtaranlarla yanaşı, həm də iş axtaranların elanlarına rast gəlmək olur. Amma sonradan bu xüsusda – ev sahibi-qulluqçu münasibətlərinin anlaşlmazlığından doğan böyük və kiçik cinayət tərkibli hadisələrin şahidi oluruq. Təcrübələr göstərir ki, evlərinə kişi bağbanlar, sürücülər, dayələr və qadın qulluqçular axtaranlar çox vaxt ümidsizliklə qarşılaşırlar. Məsələn, elə təkcə keçən il, akademik Çingiz Qacarın evindən ailəni yaxından tanıyan tibb işçisinin içərisində 60 min dollar və gümüş çəngəl-bıçaq olan seyfin oğurlanması ilə bağlı xəbərlər buna misaldır.
 
Qonşu Rusiyada da “səviyyəli ev qulluqçusu tapmaq yaxşı bank meneceri tapmaqdan çətindir”- deyə şikayətlənirlər. Belə ki, ev sahiblərinə bəzən qulluqçuların işləri, bəzən xarakterləri, bəzən də “əlləri” xoş gəlmir. Ona görə də çox vaxt evə işçi – qulluqçu, dayə, bağban, sürücü və s. götürərkən qohum-əqrəbaya, dost-tanışa soraq salıb etibarlı adam axtarırlar. Belə ki, elanlara güvən qalmır. Daha dəqiq desək, insanlar etibar edib qapılarını hər adamın üzünə açmaq istəmirlər. Onların da həmişə ailənin bir üzvünə çevrilməsi çətin olur. Rus oliqarxlarından birinin qonşu ölkələrdən birindən dəvət edib işə qəbul etdiyi aşpaz Fransaya təcrübə keçməyə göndərilərkən onun axtarışda olduğu məlum olub.
 
Ev qulluqçularının da bəzən öz əsaslandırmaları olur: çalışdıqları evdə onlara qarşı göstərilən kobud münasibətdən, çox işləyib az əmək haqqı almalarından, onlara yuxarıdan aşağı baxan baxışlardan və s. şikayətlənirlər. Yəni xidmətçilər özləri də “sürprizlər”dən sığortalanmayıblar. Məsələn, məşhur rus biznesmenlərindən birinin 18 yaşlı varisi öz mürəbbiyəsinin başında güldanı sındırandan sonra məhkəmədən yayınmaq üçün gəncin valideynləri qadına Moskvanın mərkəzində mənzil bağışlayıblar.
Məlumatlara görə, böyük şəhərlərdə hər beş ailə dayə və ev xidmətçilərinin işindən istifadə edir. Bəs necə etmək lazımdır ki, ev qulluqçuları həqiqətən çalışdıqları evə sədaqətlə və vicdanla xidmət etsinlər, həm də öz hüquqları pozulmasın?
 
Həm də lazım gələndə öz başlarını qorusunlar? İş ondadır ki, hətta böyük ölkələrdə belə, personalı təklif edən agentliklər onların haqqında tam təminat verə bilmirlər.
 
Ekspertlər hesab edir ki, bu məsələ qanunvericilikdə əks olunmalı və onların statusu müəyyənləşdirilməlidir.
 
Kurslara ehtiyac var
 
“Artıq cəmiyyətimizdə müəyyən dəyişikliklər baş verib. İndi biz 30-40 il bundan əvvəlki cəmiyyətdə yaşamırıq. Hər bir cəmiyyətin də öz tələbləri və müəyyən xüsusiyyətləri var” deyən sosioloq Əhməd Qəşəmoğlu “Kaspi”yə açıqlamasında, hazırda evlərdə işləyən qulluqçulara böyük tələbat yarandığını bildirdi: “Bu, müxtəlif aspektdə ola bilər. Yəni ailəyə daxil olub, ailə ilə bərabər çalışan – uşaq və xəstə baxıcısı, aşpaz və s. işçilərə böyük ehtiyac yaranıb. Müəyyən insanlar təbii ki, öz valideynlərini aparıb qocalar evinə vermək istəmir və yaxud xəstəxanada uzun müddət yerləşdirmək imkanları yoxdur. Amma evdə bu insanlara baxan lazımdır. Bu baxımdan, onların öz evlərinə kimisə cəlb etməyə ehtiyacları var. İndiki zamanda evə cəlb olunacaq istər mədəni, istərsə də peşəkarlıq səviyyədə kadrlarımız yoxdur”. Sosioloq hesab edir ki, bunun üçün ya tibb kolleclərinin nəzdində, ya da xüsusi kurslarda bu cür kadrların hazırlanmasına ehtiyac var: “Bu gün dünyanın hər yerində bu, aktual məsələdir. Bir qisim adamlar xaricdən gələn – Filippindən, Tailanddan və s. ölkələrdən gətirilən qulluqçulara üstünlük verir. Amma aparılan tədqiqatlar göstərir ki, bu cür insanlar ailəyə daxil olanda özləri ilə birgə Azərbaycanda olmayan hər hansı bir xəstəliyi də gətirə bilərlər. Bundan əlavə, onlar özləri ilə bərabər mədəniyyət gətirirlər. Bizə lazımdır ki, uşaqlarımız gələcəkdə vətənpərvər böyüsünlər, hər şeydən əvvəl öz ana dillərini yaxşı bilsinlər. Ancaq Azərbaycan dilini bilməyən qulluqçular ailədə uşaqlarla məşğul olacaqlarsa, bu da böyük problem yaradır. Ən yaxşısı, milli və inanılmış kadrlar hazırlamaq lazımdır". Ə.Qəşəmoğli hesab edir ki, hazırda ibtidai sinif müəllimlərindən, tibb bacılarından daha çox belə kadrların hazırlanmasına ehtiyac var. Belə ki, həmin məktəb o adamı dərindən öyrənir, onun davranışı, psixikası və xəstəlikləri barədə təsəvvürü olur. “Bir var ev sahibi qulluqçu qismində tanımadığı bir insanı tələsik evinə dəvət edir, bir də var, işçi üçün müəyyən firmaya müraciət edir. Bu baxımdan, məktəbdən və ya firmalardan bu qisim insanları evə cəlb etmək olar. İstər-istəməz firma bu insanlara müəyyən qədər təminat verir". Sosioloq vaxtilə problemlə bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırdığını da bildirdi: "Mən bu məsələni qaldıranda dəstəkləndi. “Bir çox yoxsul ailələrin üzvlərini, qaçqın və ya məcburi köçkünləri həmişə işlə təmin etmək olmur. Onların arasından müəyyən adamları seçib ev qulluqçusu kimi hazırlamaq olar” təklifim müsbət qarşılandı”. Sosioloq vaxtilə bu mövzuda keçirdiyi sorğu nəticəsində öz işçilərindən razı olan az sayda insanla rastlaşdığını bildirdi. Belə ki, kimsə ev işçisinin davranışından narazılıq edibsə, digəri səliqə-sahmanından və işgüzarlığından razı qalmayıb: "Eyni zamanda, evə işləməyə gələn adamın özünün də bir çox halda hansı evdə işləyəcəyi barədə məlumatı olmur. Bilmir ki, onu həmin evdə hansı davranış normaları gözləyir. O, evdə hər məsələyə qarışır, artıq-əskik danışır, bəzən işinin öhdəsindən gələ bilmir və s. nəticəsində öz işini də itirir". Sosioloqlun fikrincə, bu məsələnin həlli üçün yalnız saxta diplom və sertifikat verən kurslar yox, həqiqi mənada təhsil verən kursların olmasına ehtiyac var".
 
Əmək müqaviləsinin pozulması
 
Ev qulluğunda çalışan - dayə, aşpaz, xadimə tapılması ilə bağlı çoxlu çətinliklərin mövcud olduğunu bildirən Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bizimlə söhbətində problemin kifayət qədər ciddi olduğunu qeyd etdi: “Çünki bunlar elə işlərdir ki, həmin adamlar bir növ ailənin bir üzvünə çevrilirlər. Ailələr, əsasən, ailədaxili sirrin ötürülməsindən ehtiyatlanırlar. Yəni evdəki söz-söhbətlər, mübahisələr ictimailəşə bilər. Digər tərəfdən, həmin şəxslərin tibbi nöqteyi-nəzərdən nə qədər sağlam olması sualı açıq qalır. Xüsusən dayə və aşpazlar hansısa bir xəstəliyin daşıyıcısı olsalar, ailə üçün təhlükə yaranır. Həmçinin həmin adamların nə dərəcədə vicdanlı olmaq məsələsi var – evdən müəyyən əşyalar, pul və s. şeylər itə bilər". S.Məmmədov qərb ölkələrinin təcrübəsindən danışaraq bu cür şəxslərin müəyyən şirkətlər tərəfindən işə qəbul olunduğunu bildirdi. Belə ki, həmin şəxslər şirkətin işçisi sayılırlar. Ailələr həmin şirkətlərlə müqavilə bağlayır və onları qulluğa cəlb edirlər. Nəticədə həmin şəxs evin işçisi deyil, şirkətin işçisi sayılmaqla işə dəvət aldığı evdə xidmət həyata keçirir. Onun tibbi sağlamlığına, davranışlarına, xarakterinə, psixoloji durumuna şirkət cavabdehlik daşıyır. Şirkət də lazım biləndə öz risklərini sığortalayır. “Onların sağlamlığı vacib məsələdir. Düzdür, bizə cəhd edib dayələrlə bağlı firmalar yaradıblar. Ancaq bu, bizim bazarın tələblərini ödəmir. Nəticədə bəzi ailələr Filippindən və başqa ölkələrdən dayələr və xidmətçilər gətirirlər. Bunun əsas səbəbi ailədaxili sirlərin kənara yayılmaması ilə bağlıdır. Həmçinin onlar az pula daha yüksək iş təqdim edə bilirlər. Bundan əlavə, onların çoxu qeyri-leqal yolla gətirilir. Nəticədə onlar bir növ ailədən asılı vəziyyətə düşürlər. Bu zəmində də çoxlu pozuntular qeydə alınır”. ƏHML-nin sədri hesab edir ki, bu, çox perspektivli bazardır, sadəcə bizim ölkəmizdə bu sahə inkişaf etməyib: “Əgər bunu özəl sektor həyata keçirə bilmirsə, dövlət idarələri, Təhsil Nazirliyi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu pilot layihə kimi həyata keçirə bilər. Bu biznesin şəbəkəsi genişlənməlidir”. 
 
S.Məmmədovun fikrincə, burada söhbət həm də əmək müqaviləsinin pozulmasından gedir. Belə ki, həmin adamlar əmək müqaviləsinin iştirakçıları deyillər. Əmək Məcəlləsinə (ƏM) müvafiq dəyişikliklər etməklə sahibkar olmayan fiziki şəxslərlə sahibkarlıq fəaliyyəti olan fiziki şəxslər arasında əmək müqaviləsinin bağlanması proseduru olmalıdır: “Hüquqi münasibətlərin tənzimlənməməsi üzündən ev qulluqçularına, dayələrə bəzən artıq işlər gördürür, onları döyür və təhqir edirlər". Liqa sədrinin fikrincə, qanun bu fəaliyyəti qadağan etməsə də, bunun müəyyən riskləri var: "Əvvəla, bu insanların sağlamlıq və psixoloji durumları ilə bağlı heç nə məlum olmur. Münasibətlər də qeyri-rəsmi qurulduğundan tərəflərdən biri ziyan çəkir".
 
Ekspertlərin fikrincə, məşğulluq məsələsinin sertifikatlaşdırılmasından savayı, bu sahədə ictimai maarifləndirməyə də böyük ehtiyac var.
 
Milli.Az

BUNU DA OXU

Azərbaycanlı alimlərdən növbəti uğur - Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildilər
Cüdoçularımız növbəti "Böyük Dəbilqə"yə bu heyətlə qatılacaq
Siyəzəndə yol qəzasında həlak olan xanımların fotoları - ÖZƏL - FOTOLAR
Ramil Şeydayev: "Səfərə yalnız qələbə üçün yollanırıq"
Yol qəzası iki qadının ölümünə səbəb oldu - Siyəzəndə
Xəbər lenti

Sumqayıtın 70 illiyi qeyd olunacaq - Şəhərdə geniş hazırlıq işləri görülüb
22:55 18.11.2019

100 nəfər xaricdə doktorantura təhsili ala biləcək - Onların bütün xərclərini dövlət üzərinə götürüb
21:37 18.11.2019

Ev yandırmaqda təqsirli bilinən qonşu nələr danışdı? - “Bizimləsən” - VİDEO
21:18 18.11.2019

“Yolu bağlayanlar haqda ölçü götürülməlidir” - Ruhani etirazçılara xəbərdarlıq etdi
21:01 18.11.2019

Gülay və Mətanətin evdarlığı yoxlanıldı - "Gündən-Günə"də - VİDEO
20:41 18.11.2019

87 əlilə 403 reablitasiya vasitəsi təqdim edilib - Salyan və Neftçalada tədbir keçirilib
20:20 18.11.2019

Çəyirtkəkimilərə qarşı mübarizə - Ölkə ərazisində payız monitorinqi həyata keçirilir
20:01 18.11.2019

Bir qrup məktəbli bölgələrə yola düşdü - “Ölkəmizi tanıyaq” layihəsi davam edir
19:41 18.11.2019

Qlobal elektromobil istehsalı beş milyon ədədi keçib
19:23 18.11.2019

Əlli mininci vətəndaş müraciəti qeydə alındı - DOST mərkəzinin fəaliyyəti genişlənir
19:02 18.11.2019

Sabah bəzi rayonlarda hava dumanlı olacaq
18:42 18.11.2019

Vaxt başa çatdı, sürücülər cərimələnmədi - DYP rəisi pərdə və jalüzlərlə bağlı göstəriş verib YENİLƏNİB - VİDEO
18:23 18.11.2019

Rusiya bir il əvvəl saxladığı üç Ukrayna hərbi gəmisini geri qaytarıb
18:14 18.11.2019

Azərbaycanlı alimlərdən növbəti uğur - Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildilər
17:56 18.11.2019

Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub - FOTOLAR
17:37 18.11.2019

Xəzərdə neftçi batıb - Onun axtarışları aparılır
17:18 18.11.2019

Onkoloji xəstələrin sayı niyə artıb? - Onkoloqdan əhaliyə xəbərdarlıq - VİDEO
17:01 18.11.2019

TANAP-ın açılacağı tarix məlum oldu - İlin sonunadək Yunanıstana qaz nəql ediləcək
16:45 18.11.2019

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar
16:27 18.11.2019

Hirkan Milli Parkında bəbirlər çoxalıb - Kameralar vasitəsilə 6 bəbirin olduğu müəyyən edilib YENİLƏNİB - VİDEO
16:08 18.11.2019

Həftənin ilk iş günü hansı bürc sahiblərini uğur gözləyir? - VİDEO
15:50 18.11.2019

İran ABŞ-ın bəyanatına cavab verib
15:33 18.11.2019

Bələdiyyə seçkiləri ilə bağlı işlər başa çatır
15:17 18.11.2019

ABŞ İrandakı etirazları dəstəkləyib
14:59 18.11.2019

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib
14:40 18.11.2019

Azərbaycan mətbəxi Parisdə təqdim edilib - FOTOLAR
14:21 18.11.2019

Uzun illərdir oğlunu axtaran anaya zəng vurub nələr dedilər? - VİDEO
14:03 18.11.2019

Cüdoçularımız növbəti "Böyük Dəbilqə"yə bu heyətlə qatılacaq
13:45 18.11.2019

Bill Geyts yenidən dünyanın ən zəngin adamı oldu
13:24 18.11.2019

Gürcüstanda aksiyaların miqyası artır - Nümayişçilər parlament qarşısında gecələyib
13:05 18.11.2019

25 ildir ölkədən gedən Mehman qınanıldı - “Bizimləsən”də - VİDEO
12:47 18.11.2019

Özbəkistanın aeroportları özəlləşdirilir
12:30 18.11.2019

İranın Ali Dini Lideri mitinqlərə görə xalqa müraciət edib
12:19 18.11.2019

Siyəzəndə yol qəzasında həlak olan xanımların fotoları - ÖZƏL - FOTOLAR
12:07 18.11.2019

Rusiya dənizçilərinin olduğu gəmi yanıb
11:54 18.11.2019

“Azərişıq”dan xəbərdarlıq - İki qəsəbədə işıq olmayacaq
11:35 18.11.2019

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib
11:18 18.11.2019

Portuqaliya Avro-2020-də
11:11 18.11.2019

Tarixdə bu gün - 18 Noyabr - Eldar Ryazanov, poçtalyon göyərçinlər və Mikki Maus...
10:55 18.11.2019

Boşanmaq istəyən qadın qətlə yetirildi - Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib
10:37 18.11.2019

İranda etiraz aksiyaları davam edir - Ölənlərin sayı 25 nəfərə çatıb
10:20 18.11.2019

İki avtomobil toqquşdu - Xəsarət alanlar var - ÖZƏL - FOTOLAR
10:10 18.11.2019

Ramil Şeydayev: "Səfərə yalnız qələbə üçün yollanırıq"
10:02 18.11.2019

Bu il 6 min ton bal istehsal olunub - Arı ailələrinin sayı 540 minə çatıb
09:45 18.11.2019

Yol qəzası iki qadının ölümünə səbəb oldu - Siyəzəndə
09:25 18.11.2019

Rusiyanın tanınmış yumoristi Maksim Qalkinin yaradıcılıq gecəsi olub - VİDEO
09:15 18.11.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Seçkiləri izləmək üçün 499 müşahidəçi qeydə alınıb
21:39 16.11.2019

Otel müsafirlərinin ən qəribə müraciətləri
21:18 16.11.2019

Xəzər rayonunda 1000-ə yaxın ağac əkildi - Ədliyyə işçiləri də ağacəkmə aksiyasına qoşuldu
20:59 16.11.2019

Ucarda 8 ailə mənzillə təmin edildi - Ölkə üzrə 6951 şəhid ailəsi və Qarabağ əlili evlə təmin edilib
20:37 16.11.2019

Tramp impiçmentlə bağlı dinləmələrə münasibət bildirdi - "Bu, biabırçılıqdır!"
20:18 16.11.2019

Şəhid ailələri və Qarabağ əlillərinə ev verildi - Hacıqabulda 6 ailəyə mənzil təqdim olunub
20:00 16.11.2019

Daha bir qurum ağacəkmə aksiyasına qoşuldu - Miqrasiya işçiləri 220 zeytun ağacı əkib
19:40 16.11.2019

Sabah hava necə olacaq?
19:02 16.11.2019

Dublyaj sənətinin inkişafı - “Dublyajda səs çələngi” adlı bədii gecə keçirilib
18:45 16.11.2019

Serbiya prezidenti xəstəxanaya yerləşdirildi - Onun ürək-damar sistemində problemlər yaranıb
18:26 16.11.2019

Armavirdə Qaregin Njdeni qırmızıya boyadılar - Rusiyalı deputat faşizmə etirazını bu cür bildirdi - FOTOLAR
18:07 16.11.2019

İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü
17:49 16.11.2019

Qolan təpələri ilə bağlı qətnamə qəbul edildi
17:30 16.11.2019

Bağdadda altı nəfər terrorun qurbanı oldu - Etiraz aksiyalarında isə dörd nəfər öldü
17:12 16.11.2019

Ermənilər Los-Ancelesdə ifşa edildi - Sinaqoqda Qarabağ həqiqətlərindən danışılıb - VİDEO
16:52 16.11.2019

Parisdə 20-dən çox metro stansiyası bağlanıb
16:37 16.11.2019

Lahıcda arxeoloji qazıntılara başlandı - İşlər ilk olaraq Bədöyün məscidində aparılır
16:16 16.11.2019

Azərbaycanlı müğənninin bu klipi rekord vurdu - üç aya 100 mln. baxış sayını adladı - VİDEO
15:54 16.11.2019

Naməlum şəxslər Şri-Lankada seçkiyə gedən müsəlmanlara atəş açıblar
15:37 16.11.2019

“Süni intellekt və insan hüquqları” - Bakıda Beynəlxalq konfrans keçirilib YENİLƏNİB - VİDEO
15:18 16.11.2019

Ana evdən gedən xəstə oğlunu axtarır - VİDEO
15:01 16.11.2019

“Facebook” onlayn ödəmə xidmətini işə salır
14:40 16.11.2019

Mançıni İtalıya yığmasının tarixini yenilədi
14:22 16.11.2019

İki qadının saçyoldu davası internetdə yayıldı - Davanın səbəbi hər kəsi şoka salacaq - VİDEO
14:03 16.11.2019

Payız tətili başladı - Məktəblər noyabrın 21-də açılacaq
13:42 16.11.2019

Gəncədə dəhşətli hadisə - Oğul atasını qətlə yetirdi
13:25 16.11.2019

Putin mətbuat konfransına hazırlaşır - Tədbir dekabrın 19-na planlaşdırılıb
13:06 16.11.2019

“NATO ilə bağlı müqaviləyə yenidən baxılmalıdır” - Çexiya hökumətindən təklif
12:49 16.11.2019

Trampın impiçmenti ilə bağlı dinləmələr başladı - İlk sorğu-sual beş saata qədər davam edib
12:28 16.11.2019

Nahidə Babaşlının yeni klipi rekord vurur - bir gecəyə 60 min baxış sayı - VİDEO
12:10 16.11.2019

"Çarlinin mələkləri" "Park Cinema"ya təşrif buyurdu - FOTOLAR
11:53 16.11.2019

ABŞ Kubaya qarşı sanksiya siyahısını genişləndirdi
11:36 16.11.2019

Lissabon aeroportunda erməni qaçaqmalçıları saxlanılıb
11:17 16.11.2019

Finlandiya və İsveç Avro-2020-nin final mərhələsində
11:00 16.11.2019

Bütün xəbərlər