Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

UNESCO-da dini tolerantlığımıza aid konfrans keçirilib

UNESCO-da dini tolerantlığımıza aid konfrans keçirilib
   478 dəfə oxunub

 Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Parisdə UNESCO-nun mənzil qərargahında xarici ekspertlərin, ictimaiyyət və beynəlxalq QHT nümayəndələrinin, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin iştirakı ilə  “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modellləri” adlı beynəlxalq konfrans keçirilib.

ATVxəbər.az bildirir ki, konfransı təbrik nitqi ilə Azərbaycan Respublikasının UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və Türkiyənin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Botsalı açmışlar. Onlar müasir dünyamızda mədəniyyətlərarası dialoqun təbliğinin və Azərbaycanın simasında dini tolerantlıq və birgəyaşayışın unikal modelinin təşviqinin əhəmiyyətindən danışıblar. Panellərdə işini davam etdirən konfransda ilk çıxış edən Avropa Şurasının Şimal-Cənub mərkəzinin icraçı direktoru Jan Mari Haydt Avropada multikulturalizm siyasətinin iflasını təəssüflə qeyd edərək bu günkü konfransın yeni modellərin axtarışı üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.  İslam Əməkdaşlıq Təşkilatının müşaviri, ATƏT sədrinin islamafobiya üzrə sabiq nümayəndəsi Ömür Orhun qeyd edib ki, əsl dialoqu dinlər arasında qarşılıqlı anlaşma və hörmətin mövcud olması şərtləndirir. Məhz bu cür mühitin mövcud olduğu ölkələr günümüzdə radikalizmlə mübarizədə uğur qazana bilirlər. Qərbi Trakya azlıqları Assosiasiyasının prezidenti Parvin Chairoula müasir Avropada dini kimlik amilindən və bu məsələyə Avropa strukturlarında və beynəlxalq təşkilatlardakı ikili yanaşmadan danışıb. 
 Konfransa dəstək verən “Sosial vəhdət uğrunda Avropa müsəlman təşəbbüsləri” beynəlxalq qeyri-hökumət təşkilatının icraçı direktoru, Danimarkadan olan ekspert Başarat Qureyşi Azərbaycanda dini tolerantlıq və dövlət-din modelinin unikallığını Avropa ictimaiyyətinin və beynəlxalq ekspertlərin diqqətinə çatdıran ikinci panelə moderatorluq edib. Panel iştirakçılarına söz verməzdən əvvəl o, bildirib ki, Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa, həmçinin, bu istiqamətdəki axtarışlara yeni nəfəs vermək baxımından önəmlidir. Panelin ilk çıxışçısı DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının, onun milli xüsusiyyətlərinin və İslam dininin misilsiz tarixi rolu danılmazdır. Bu gün tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahlarla yanaşı, yəhudi və xristian məbədlərinin də bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. Bu iş bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə nəzarəti və diqqətindədir. Heç təsadüfi deyil ki, İlham Əliyev yüksək tribunalarda çıxışları zamanı həmişə qeyd edir: “Tolerantlıq – Azərbaycanın vizit kartıdır”.
 Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan dövlətinin mövcud din siyasətindən danışaraq qeyd edib ki, bu siyasət Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanmasına və daha da möhkəmlənməsinə yönəlmişdir. Məhz bu istiqamətdə atılan son addımlar, o cümlədən Azərbaycan Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkə rəhbərliyinin iradəsinin ifadəsidir.
 Milli Məclisin deputatı Yevda Abramov bir yəhudi və millət vəkili olmaqdan daha çox Azərbaycan vətəndaşı olması ilə fəxr etdiyini bildirib. O, çıxışını Ümummilli Lider Heydər Əliyevdən sitatla bitirib: “Azərbaycanda heç zaman antisemitizm olmayıb və bundan sonra da olmayacaq”.
 Daha sonra konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Qəmərxanım Cavadlı, Bakı Pravoslav kilsəsinin katibi Mifodi Əfəndiyev, “Həyat sözü” dini icmasının sədri Rasim Xəlilov, Alban-Udi xristian icmasının sədri Robert Mobili Azərbaycanın gürcü yəhudiləri dini icmasının sədr müavini Moisey Bekker, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı Azərbaycanda mövcud dinlərarası münasibətlərdən, Azərbaycan xalqının tarixi ənənələrindən, həmçinin, dövlət-din münasibətlərindən danışıblar. 
 Konfransda yekun nitqi ilə İngiltərinin Lankaster Universitetinin professoru Aristotel Kallis çıxış edərək bildirmişdir ki, Azərbaycanın unikal tolerantlıq modelinin bundan sonra da Avropada təbliği son dərəcə vacib və əhəmiyyətli məsələdir. 
 Konfransdan sonra iştirakçılara Azərbaycan milli yeməklərindən ibarət ziyafət verilib.

BUNU DA OXU

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
“Çelsi”nin transfer qadağası ləğv edildi
Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
Xəbər lenti

Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
18:35 07.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
18:10 07.12.2019

“Xalça diyarına səyahət" - Uşaq festivalında möhtəşəm anlar yaşanıb
17:52 07.12.2019

Sabah yağış yağacaq
17:30 07.12.2019

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
14:33 07.12.2019

Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb
14:09 07.12.2019

Yada düşər xatirələr. 2005-ci il. - Abbas Bağırov - "Məhəbbətin qüdrəti" - VİDEO
13:44 07.12.2019

Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
13:20 07.12.2019

Kirayə mənzillər necə satılacaq? - Qaydalar açıqlandı - VİDEO
12:53 07.12.2019

Avstraliyada meşə yanğınları - Dörd nəfər ölüb, 30 nəfərdən çox xəsarət alan var
12:30 07.12.2019

Qaz sayğacları ilə bağlı qanunsuz pul yığılır - “Azəriqaz”dan abonentlərə xəbərdarlıq - VİDEO
12:11 07.12.2019

Avtomobillərin toqquşması ölümlə nəticələndi - Qəbələdə - FOTOLAR
11:51 07.12.2019

Qırğızıstanın sabiq Baş nazirlərinə hökm oxunub - FOTOLAR
11:32 07.12.2019

Vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir - VİDEO
11:11 07.12.2019

“Danışan məktub” filmi yeni versiyada - Görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün hazırlanıb - VİDEO
10:49 07.12.2019

Taliban 10 polis əməkdaşını qətlə yetirdi - Əfqanıstanda şiddətli atışma
10:25 07.12.2019

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
10:06 07.12.2019

Xaçmazda ağır avtoqəza - Sürücü və sərnişin dünyasını dəyişdi
09:45 07.12.2019

“KOB DOSTU”nun sayı artır - Lənkəran və Cəlilabadda da fəaliyyətə başladı
20:49 06.12.2019

Braziliyanın BMT-yə 415 milyon dollar borcu var - Ölkə səsvermə hüququndan məhrum edilə bilər
20:25 06.12.2019

TRASEKA hökumətlərarası komissiyasının 14-cü iclası - Bakı Bəyannaməsi qəbul edildi - FOTOLAR
20:00 06.12.2019

Rusiya pomidor idxalına qadağa qoyur - Qadağa Azərbaycana təsir edə bilərmi?
19:33 06.12.2019

“Putinlə təkbətək görüşdən qaç” - Poroşenkodan Zelenskiyə məsləhət
19:10 06.12.2019

Tramp iddiaları təkzib etdi - “ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyəcək”
18:45 06.12.2019

Ağacəkmə aksiyası bölgələri də əhatə edib - Tovuz və Qaxda 30 min ağac əkilib
18:28 06.12.2019

Həlak olan neftçilərin xatirəsi anıldı - SOCAR-ın əməkdaşları 100 min ağac əkdi
18:10 06.12.2019

Daha bir müəssisə bağlandı - Küçədən yığılan butulkalardan istifadə edilirmiş
17:44 06.12.2019

“YAP seçkidə yaxından iştirak edəcək” - Əli Əhmədov parlamentin buraxılmasından danışdı
17:21 06.12.2019

“Soyuq əllər, isti ürək” yarmarkasında maraqlı anlar - VİDEO
17:00 06.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
16:45 06.12.2019

Aqrar sığortanın tətbiqi - Yeni sistem hansı istiqamətləri əhatə edəcək?
16:25 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
16:22 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
16:13 06.12.2019

Xalq yazıçısı Anarla görüş keçirilib - BSU-da “Qələmin əfsunu” adlı tədbir təşkil olunub
16:07 06.12.2019

Ağacəkmə aksiyası - ATV- də nəcib təşəbbüsə qoşuldu - FOTOLAR
16:06 06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi
15:45 06.12.2019

Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
15:25 06.12.2019

Şənbə günü hava necə olacaq?
15:06 06.12.2019

Hansı şirkətlər kibertəhlükə ilə üz-üzə qalıb? - Bəzi müəssisələrin informasiya təhlükəsizliyi büdcəsi yoxdur - VİDEO
14:45 06.12.2019

ABŞ İran hakimiyyətini mindən çox etirazçının qətlində ittiham edib
14:23 06.12.2019

Bank kartlarını təhlükədən necə qoruyaq? - VİDEO
14:00 06.12.2019

Bərdədə pendir sexinin fəaliyyəti dayandırıldı - Məhsullar anti-sanitar şəraitdə hazırlanıb
13:41 06.12.2019

Xarici İşlər nazirləri gələn il görüşəcək - Həmsədr ölkələrin nümayəndə rəhbərləri bəyanat yaydı
13:20 06.12.2019

Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
13:00 06.12.2019

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR
12:38 06.12.2019

Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib - Prezident İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
12:17 06.12.2019

266 min manat krediti qaytarmadı - 808 min manatlıq əmlakına həbs qoyuldu
11:55 06.12.2019

Anası tərəfindən atılmış Turanənin acı taleyi - VİDEO
11:40 06.12.2019

Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşüb - FOTOLAR
11:19 06.12.2019

Heydər Əliyev Fondu Rusiyada mükafata layiq görülüb
10:59 06.12.2019

Fransada gərginlik - 100-dən çox etirazçı saxlanılıb
10:18 06.12.2019

Polşa və Pribaltikanı NATO qoruyacaq - Yeni plan qəbul edildi
09:56 06.12.2019

Tarixdə bu gün - 6 Dekabr - Zəki Mürən, ilk telefon xətti, dünyanın ən iri həcmli ensiklopediyası, insulin...
09:35 06.12.2019

“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019

“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019

ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019

Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019

Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019

Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019

"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019

Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019

On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019

Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019

Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019

Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019

“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019

Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019

İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019

Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019

Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019

Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019

Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019

Sabah hava necə olacaq?
14:55 04.12.2019

Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019

Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019

II Xəzər innovasiya konfransı keçirilib - Konfrans “Əşyaların interneti” mövzusuna həsr edilib
13:02 04.12.2019

Bütün xəbərlər