Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“Azərbaycan xalqın iradəsi ilə idarə olunur” - Prezident İlham Əliyev

“Azərbaycan xalqın iradəsi ilə idarə olunur” - Prezident İlham Əliyev
479 dəfə oxunub

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.

Dövlətimizin başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı.

Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Sonra dövlətimizin başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.

Bildirildi ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.

Diqqətə çatdırıldı ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.

Sonra dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşdü.

Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev dedi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz bu gün Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Beş il əvvəl biz burada bu nəhəng infrastruktur obyektinin təməl daşını qoyduq. Beş il ərzində çox gərgin iş aparılıb və bu işin nəticəsində biz bu gün bu gözəl infrastruktur obyektinin açılışını qeyd edirik. Bu işin icrasında iştirak etmiş bütün insanlara – inşaatçılara, mühəndislərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir”.

İlham Əliyev bildirib ki, Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir: “Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidirlər.

Əminəm ki, belə də olacaq. Yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır ki, orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni, hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli də qoyulacaq və əgər bu su anbarı tikilməsə idi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılan ərazilərdir”.

Prezidentin sözlərinə görə, bu, çox böyük investisiyatutumlu layihədir: “700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir. Çünki bu gün kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdirmək üçün dövlət tərəfindən böyük vəsait qoyulur, böyük işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına böyük investisiyalar qoyur. Sahibkarlığın inkişafı üçün hər il güzəştli şərtlərlə kreditlər verilir. Son illərdə iqtisadiyyatın real sektoruna kredit şəklində 200 milyon manatdan çox vəsait qoyulub”.

İlham Əliyevin sözlərinə görə, sahibkarlığı inkişaf etdirmək üçün hər il mənim rəhbərliyimlə geniş müşavirə keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər öz həllini tapır: “İnfrastruktur layihələri, - elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, - bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Bildiyiniz kimi, birinci proqram 2004-cü ildə qəbul edilmişdir. Hazırda üçüncü proqram icra edilir. 2018-ci ilə qədər ölkəmizdə üçüncü proqramın icrası nəticəsində əsas infrastruktur və sosial məsələlər həllini tapacaqdır”.

Dövlət başçısı deyib ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı isə dövlətin üçün prioritet istiqamətlərdir: “Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır”.

Prezident bildirib ki, sahibkarlığın inkişafı diqqət mərkəzindədir: “Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər. Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik. Bu da çox gözəl layihədir. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, böyük rol oynayır. Bu rol getdikcə artacaq, ancaq, eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir. Son illərdə bir neçə gözəl layihə icra edilmişdir. Taxtakörpü su anbarında 25 meqavat gücündə elektrik stansiyası fəaliyyətə başlamışdır. Füzuli rayonunda 25 meqavat gücündə stansiya tikilmişdir. Naxçıvanda, Ordubad rayonunda böyük stansiya tikilmişdir. Naxçıvan Muxtar Respublikasını demək olar ki, 100 faiz bərpa olunan enerji növləri ilə təmin etmək üçün böyük işlər görülmüşdür. Biz artıq bu məqsədə də çox yaxınıq. Bu gün burada, Şəmkirdə 25 meqavat gücündə su elektrik stansiyası fəaliyyətə başlayır. Yeni stansiyaların tikintisi də mümkündür və biz bu məsələlərə də baxacağıq. Biz burada bu obyektin enerji potensialını bəlkə də 45 meqavata çatdıra bilərik. Bu, əlbəttə ki, ekoloji cəhətdən ən təmiz, eyni zamanda, ən ucuz enerji növüdür. Bu, bizə imkan verəcək ki, neft-qaz resurslarımızı xarici bazarlara daha da böyük həcmdə ixrac edək”.

İlham Əliyev vurğulayıb ki, bax, Azərbaycan dövlətinin bu işlərə yanaşması bundan ibarətdir: “Biz enerji, nəqliyyat təhlükəsizliyimizi təmin etmişik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir. Böyük infrastruktur layihələrini icra etmişik.

Yeni dəniz ticarət limanı.Onun birinci hissəsi artıq fəaliyyətə başlamışdır. Yeni gəmilər alınır. Dəmir yoluna, hava nəqliyyatına böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir,ən müasir təyyarələr alınır, yeni marşrutlar açılır. Bakı-Tbilisi-Qars dəmir yolu.Bu da tarixi layihədir, artıq reallaşır, onun başa çatmasına az qalıb. Yəni, nəqliyyat infrastrukturu bundan ibarətdir.

Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq.Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması vəŞərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilmişdir. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək”.

Dövlət başçısı bildirib ki, Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır: “Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir. Şəmkirçay su anbarının, elektrik stansiyasının və su kanallarının tikintisi ilə bağlı hələ 2005-ci ildə mən Sərəncam imzalamışdım. Ondan sonra işlər başlanmışdır.Texniki-iqtisadi əsaslandırma hazırlanmışdır. Xarici podratçı kontraktorlar seçilmişdir və işlər başlamışdır.

Ancaq uzunmüddətli strategiyanı düzgün müəyyən etdikdə biz gözəl nəticələrə çata bilərik. Çünki bu nəhəng infrastruktur layihələri çox vaxt aparır. Ona görə 2005-ci ildə Sərəncam imzalandı, 2009-cu ildə işlər başladı, 2014-cü ildə isə biz artıq bu layihənin başa çatmasını qeyd edirik. Bu, yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək, iqtisadi potensialımızı möhkəmləndirəcək. Əlbəttə ki, su kanallarının tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini əhatə edəcək. Ancaq yeni, gələcək planlar var və biz suvarılan torpaqların həcmini daha da artıra bilərik. Kanalların tikintisi nəticəsində təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə torpaq sahəsi suvarıla bilər. Bu layihə dörd rayonunsahəsini əhatə edir - Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir”.

İlham Əliyev deyib ki, suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf: “Bax, budur bir layihədə cəmləşən amillər.Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olmuşdur. Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir.

Ancaq buna baxmayaraq, Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir. Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır. İqtisadiyyat daha da çoxşaxəli olmalıdır. Neft-qaz amilindən asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti dünyada tanınır. Hasilatın əvvəlində dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji potensialının 70-80 faizini təşkil edirdi. Ancaq Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir”.

Prezident deyib ki, Azərbaycan xalqı söz sahibidir: “Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik. Biz son illərdə iqtisadi və siyasi islahatlar nəticəsində dünya miqyasında böyük hörmət qazanmışıq. Davos İqtisadi Forumunun hesablamalarına görə biz rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz qazanmışıq və iki il dünyanın ən mötəbər qurumu – BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərmişik və prinsipial ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan xalqı bunu görür, bilir, qiymətləndirir.

Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq.

Mən bu gözəl gündə bu nəhəng infrastruktur obyektinin tikintisində iştirak etmiş bütün dostlara, yoldaşlara bir daha minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqını Şəmkirçay su anbarı kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sağ olun”.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dedi: “Möhtərəm cənab Prezident. Bu gün, doğrudan da müstəqil Azərbaycanın tarixində yeni bir səhifə yazılır. Azərbaycanın coğrafiyasını çox gözəlləşdirəcək, dəyişdirəcək iki böyük obyekt bu güncənab Prezidentin iştirakı ilə istifadəyə verilir.

Cənab Prezidentin çıxışından sonra danışmaq çox çətindir. Çünki cənab Prezident bu məsələləri o qədər ətraflı şərh etdi ki, ondan sonra layihə və görülən işlər haqqında nə isə demək çətindir. Bu Şəmkirçay su anbarının tikilməsi ideyası ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Hələ o vaxt - 1981-ci ildə bunun texniki-iqtisadi əsaslandırılması yaranmışdır.

Uzun müddət - sovetlər dövründə də, sonrakı dövrdə də ölkənin imkanı olmadığı üçün bu tikintiyə başlamaq mümkün olmamışdır. Amma cənab Prezident bu layihənin həm müəllifi, həm də icra edilib başa çatdırılmasının təşkilatçısı oldu. Ona görə də bu layihəni bizdən daha yaxşı bilir. Biz ona layihə haqqında məlumat verəndə çox çətinlik çəkirik. Uzun müddət bu sahədə işləyən, təcrübəsi olan bir adam kimi, mən çətinlik çəkirəm. Çünki elə suallar verir ki, fikirləşirsən, yəqin cənab Prezident hidrotexnik təhsili alıb, ona görə də hidrotexnikanı bu dərəcədə bilir.

Bu kompleksin özülü qoyulandan bugünədək, layihənin müzakirəsindən tutmuş tikintinin başa çatmasınadək bütün işləri nəzarətdə saxlayıb və bu gün gəlib burada bu açılışı etməyi, işçilərin əməyini yüksək qiymətləndirməyi bizi çox fərəhləndirir. Cənab Prezident, biz hamımız Sizə minnətdarıq ki, Siz Azərbaycan xalqı üçün bu qədər böyük miqyaslı işlər görürsünüz. Sözün açığı, Taxtakörpü su anbarı, Samur-Abşeron suvarma sistemininyenidən qurulması layihələri həyata keçiriləndən sonra fikirləşmirdim ki, bunlarla paralel ikinci böyük tikintiyə başlamaq olar. Bu tikintiyə ancaq güclü dövlətin gücü çata bilər, bunu ancaq cəsarətli və güclü rəhbərin iradəsi edə bilər. Biz Sizə minnətdarıq, cənab Prezident.

Bütün sahələrdə olduğu kimi, cənab Prezident, burada da təxminən on il əvvəl Sizin söylədiyiniz bir fikir bizim üçün örnək olub. Biz o fikri yadınıza salırıq. Siz o vaxt bir layihənin müzakirəsi zamanı dediniz ki, bizim əvvəllər tikmək imkanımız yox idi, amma indi imkanımız var, tikməməyə və pis tikməyə ixtiyarımız yoxdur. Biz həmin devizi həmişə yadda saxlamağa çalışmışıq və çalışırıq ki, tikək, Sizin tapşırıqları vaxtında yerinə yetirək, özü də keyfiyyətlə yerinə yetirək. Siz doğrudan da, Azərbaycan üçün möcüzələr yaradırsınız. Biz çalışmışıq ki, Siz bu günbelə birtikintiyə baxasınız, sevinəsiniz. Biz ona çalışmışıq, bilmirəm nə dərəcədə nail olmuşuq, amma verdiyiniz qiymətə görə bir daha Sizə minnətdarıq.

Təkcə bu sahə deyil, başqa sahələrdə də çoxlu meliorasiya tədbirləri görülür - istər taxılçılıq təsərrüfatlarının yaradılması, istər köhnə hidrotexniki qurğuların bərpa olunması sahəsində. Mən burada bir sirri deyim ki, qoyAzərbaycan xalqı bilsin. 2013-cü ildə mən cənab Prezidentdən xahiş etdim ki, əgər icazə versəniz, əlli kənddə quyu qazarıq. Soruşdu ki, nə üçün yüz yox, əlli? Dedim ki, Siz icazə versəniz sayını artırarıq. Cənab Prezident 50 əvəzinə 107 quyu qazmağı tapşırdı. Biz bu tapşırığı 2013-cü ildə yerinə yetirdik. Bu ilin yanvarında yenə söhbətimiz olanda daha yüz quyunun qazılmasına icazə verilməsini xahiş etdim. Cənab Prezident dedi ki, niyə yüz, niyə iki yüz əlli yox? İki yüz əlli quyunun qazılmasına Sərəncam verdi. Mən, cənab Prezident, Sizə məruzə edirəm ki, həmin 250 quyu dekabr ayında tam qazılıb istifadəyə veriləcək. İki yüz əlli quyu iki yüz əlli kəndin, yaşayış məntəqəsinin sevincidir. Bu, Azərbaycanın bütün bölgələrini, rayonlarını əhatə edən bir layihədir. Biz ona görə də Sizə çox minnətdarıq.

Sizin tapşırığınızla biz böyükmeliorasiya tədbirləribarədə plan hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Tapşırığınız ondan ibarətdir ki, Azərbaycanda kənd təsərrüfatının intensiv və ekstensiv üsulla inkişafı təmin edilsin, Azərbaycan iqtisadiyyatının inkişafı təmin olunsun. Bu da həm mövcud meliorasiya potensialından istifadə olunmasını, həm də ekstensiv inkişaf yolu ilə yeni sahələrin artırılması məsələsini əhatə edir. Biz layihəni hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Amma işin həcmi çox böyükdür. Layihəni təqdim edəndən sonra biz özümüz də fikirləşirik ki, işin həcmi böyükdür.Amma bir məsələni qeyd edim ki, on biril bundan qabaq Ulu Öndərimiz xalqımıza müraciətində demişdir: Mən İlham Əliyevə özümə inandığım qədər inanıram. O inam artıq on birildir tam sübuta yetirilib. Siz o inamla Azərbaycan xalqının özünə inamını, özünə güvənməsini artırdınız. Xalqımız əldə olunmuş uğurlara görə Sizə minnətdarlığını bildirir.

Biz bu böyük dünyada yaşayırıq. Bu dünyada böyüklü-kiçikli dövlətlər çoxdur. Onların əksəriyyətinin rəhbərlərinin reytinqi seçiləndən bəri iki dəfə aşağıdüşüb. Amma mən xalqın qarşısında deyirəm ki, Sizin reytinqiniz yüzə-yüz artıb. Görülən bu işlərə görə xalq Sizi sevir. Biz də o inamla o layihəni təqdim etmişikki, gələcəkdə Siz bunları bizə tapşıracaqsınız və biz də onları dövlətimizin dəstəyi ilə həyata keçirəcəyik.

Biz Sizə minnətdarıq. Melioratorlarımız, inşaatçılarımız Sizin rəhbərliyiniz altında işləməkdən çox zövq alırlar. Sizin tapşırıqlarınızı yerinəyetirmək üçün həmişə hazırıq.

Diqqətinizə görə sağ olun!”

“Vətən-Az” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, fermer Azər Əmiraslanov dedi: “Möhtərəm cənab Prezident. Bu gün biz ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən böyük bir hadisənin şahidi olduq. Siz bu gün Azərbaycanımızın növbəti bir tarixi nailiyyətinə imza atdınız. Nəhəng Şəmkirçay su anbarını, su elektrik stansiyasını, magistral su kanalını istifadəyə verdiniz. Bu layihənin reallığa çevrilməsi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və inkişaf etdirilməsinə, ölkədə ərzaq bolluğunun yaradılmasına fundamental yanaşmanın bir nümunəsidir. Gələcək fəaliyyətimizə ciddi təkan verəcək bu layihəyə görə Sizə bütün sahibkarlarımızın, fermerlərimizin adından minnətdarlığımızı bildiririk. Həyata keçirdiyiniz mühüm tədbirlər nəticəsində iqtisadiyyatımızda qeyri-neft sektorunun xüsusi çəkisi ildən-ilə artmaqdadır. Bu sahəyə böyük sərmayələr qoyulur, konkret proqramlar icra olunur. Son zamanlar istifadəyə verilən və tikintisi davam etdirilən dəryaçalar, su anbarları və həyata keçirilən digər infrastruktur layihələri bundan sonra da yüz illərlə xalqımıza, dövlətimizə xidmət göstərəcək,onları gələcəkdə yarana biləcək problemlərdən qoruyacaqdır. Hamıya məlumdur ki, vacib infrastruktur yaratmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyildir.

Şəmkirçay su anbarı kompleksinin istifadəyə verilməsi bölgəmizin kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradacaqdır. Fermerlərimiz, sahibkarlarımız suvarılan torpaqları əkəcəklər, becərəcəklər, yeni emal müəssisələri yaradacaqlar və ölkəmizdə ərzaq təhlükəsizliyinin tam təmin olunmasına öz töhfələrini verəcəklər. Bu il təbiət sözün həqiqi mənasında insanlarımızı, xüsusən də kənd təsərrüfatı məhsulları istehsalçılarını sınağa çəkdi. Suvarma suyunun çatışmaması məhsuldarlığın azalmasına, bəzi hallarda əkinlərin məhv olmasına, çəkilən əziyyətin hədər getməsinə səbəb oldu. Bu, bir daha göstərir ki, ölkəmizin su təhlükəsizliyinin təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə, yeni kanalların inşası, su anbarlarının yaradılması strateji əhəmiyyətli bir məsələdir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, bu şəraitdən istifadə edərək insanlarımız daha çox çalışacaqlar. Heç şübhə yoxdur ki, susuzluqdan istifadəsiz qalan və ərazisi 10 min hektarlarla ölçülən boş torpaq sahələrini zəmilər, bostanlar, meyvə bağları əvəz edəcəkdir. Bu layihələr ölkədə məhsul bolluğunun yaradılmasına, əhalinin ekoloji cəhətdən təmiz ərzaq məhsullarına tələbatının ödənilməsinə, insanların həyat şəraitinin, maddi rifah halının daha da yaxşılaşmasına, məhsullarımızın xarici ölkələrə ixracının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bu su anbarı bölgənin içməli suya olan tələbatını da ödəyəcəkdir. Mən bir sahibkar kimi kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri də izləyirəm. Son 10 ildə rayonumuzda kənd təsərrüfatı sahəsində güzəştli kredit almış sahibkarların sayı çoxalmış, əldə edilən gəlirlər dəfələrlə artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad edilməsi, onlara dövlət tərəfindən subsidiyaların verilməsi və bu cür infrastruktur layihələrinin həyata keçirilməsini görən xarici biznes tərəfdaşlarımız belə bizə həsəd aparırlar.

Mənim 4 hektar istilikxanam və 10 hektar çiyələk tarlam var. İldə 120 ton xiyar, 150 ton pomidor, 200 ton çiyələk istehsal edirəm. Müəssisəmdə 115 nəfər rayon sakini daimi işlə təmin olunub. Şəmkirçay su anbarı kompleksinin işə düşməsi mənə əlavə imkan verəcəkdir ki, öz fəaliyyətimi əsaslı surətdə genişləndirim. Bu da əlavə iş yeri və əlavə gəlir deməkdir. Ümumiyyətlə, ölkəmizdə gedən yüksək inkişaf prosesləri Şəmkirin də simasını tamamilə dəyişmişdir. Rayonumuz gündən-günə gözəlləşir, abad bir diyara çevrilir. Bütün bölgələrimizdə olduğu kimi, ümumi sosial-iqtisadi inkişaf nəticəsində rayonumuzda da varlı insanlarımızın sayı 10 dəfələrlə artmışdır. Bizi yaşadan da, varlandıran da elə torpaqdır. Torpağı əkib-becərmək üçün bizə lazım olan bütün şəraiti Siz yaradırsınız.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda bölgə sahibkarları adından Sizi əmin etmək istəyirəm ki, bizə yaratdığınız bu şəraitdən səmərəli istifadə edəcəyik, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəmizi verəcəyik. Vətənimizin iqtisadi baxımdan daha da güclü olması naminə fədakarlıqla çalışacağıq. Çox sağ olun, cənab Prezident.

Sonda xatirə şəkli çəkdirildi”.

BUNU DA OXU

"Qalatasaray" Azərbaycana dəstək oldu
HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
Xəbər lenti

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Peşə təhsili müəllimlərinin işə qəbulu başlandı - Müsabiqəyə 257 vakant yer ayrılıb
15:36 24.09.2020

Terrorçu ilə əməkdaşlıq edən ermənistan - Qarabağı terrorçu yuvasına çeviriblər
15:23 24.09.2020

"Oradan-buradan" - "ATV Səhər"də - VİDEO
14:54 24.09.2020

İstixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb - 2 kilo marexuana isə həyətdən aşkar olunub
14:36 24.09.2020

SUPERKUBOK GÖRÜŞÜ - "BAVARİYA"-"SEVİLYA"YA QARŞI
14:30 24.09.2020

Diqqətli olun - Ermənilər sosial şəbəkələrdə təxribat aparır
14:21 24.09.2020

"Tez bişir" - Pendirli kətə - VİDEO
14:08 24.09.2020

İslam dünyası niyə susur? - Təcavüzkara qarşı sərt reaksiya mütləqdir
13:54 24.09.2020

TALİBAN HÜCUM ETDİ - 28 polis əməkdaşı öldürülüb
13:44 24.09.2020

DÜNYA ÜZRƏ VİRUSA YOLUXANLARIN SAYI 32 MİLYONU ÖTDÜ
13:20 24.09.2020

CEYHUN BAYRAMOV GÜRCÜSTANDA RƏSMİ SƏFƏRDƏDİR
12:59 24.09.2020

Qapalı məkanlarda yoxlamalar davam edir - VİDEO
12:35 24.09.2020

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
12:10 24.09.2020

Müasir avadanlıqlarla təchiz olunan ambulanslar - VİDEO
11:47 24.09.2020

Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
11:25 24.09.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsinin sakinləri ilə görüşüblər - Yenilənib - VİDEO
11:01 24.09.2020

Azərbaycan əhalisinin 20 faizi vaksinasiya ediləcək - VİDEO
10:40 24.09.2020

Bütün xəbərlər