Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycanda şəhərsalmaya nəzarət gücləndirildi - Fərman

Azərbaycanda şəhərsalmaya nəzarət gücləndirildi - Fərman
468 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətindəhazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Şəhərsalma və Arxitektura Komitəsi bu fərmanda nəzərdə tutulmuş Qaydalara uyğun olaraq həyata keçirilən dövlət şəhərsalma nəzarətinin nəticələri barədə hər ilin yekunlarına görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Bu Qaydaların tələbləri şəhərsalma fəaliyyətini həyata keçirən dövlət orqanları, bələdiyyələr və digər hüquqi və fiziki şəxslər üçün məcburidir.

Dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin (ümumi planlar, baş planlar, müfəssəl planlar) tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması, ərazi planlaşdırılması sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalmanın nizamlı inkişafı, torpaqlardan səmərəli istifadə, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir.

Şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən riayət edilməsinə nəzarət Komitə tərəfindən kameral və səyyar qaydada aparılır.

Kameral qaydada nəzarət yerli icra hakimiyyəti orqanlarının Tikintilərin Dövlət reyestrinə təqdim etdikləri məlumatları araşdırma yolu ilə həyata keçirilir. Kameral qaydada nəzarət zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması halları aşkarlanarsa, həmin pozuntuların tammüəyyənləşdirilməsi və araşdırılması üçün yerli icra hakimiyyəti orqanından əlavə sənədlər tələb edilir, yaxud Komitənin əməkdaşları yerli icra hakimiyyəti orqanlarına ezam olunurlar.

Səyyar qaydada nəzarət tərtib edilmiş plan üzrə (3 ildə bir dəfədən az olmayaraq), yaxud daxil olmuş ərizə və şikayətlər, həmçinin digər məlumatlar əsasında növbədənkənar qaydada yerli icra hakimiyyəti orqanlarında araşdırma aparmaq və müvafiq ərazilərə baxış keçirmək yolu ilə həyata keçirilir.

Komitə yerli icra hakimiyyəti orqanlarının şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirərkən aşağıdakıları araşdırır:

- şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti orqanları tərəfindən əməl olunması;
- müvafiq ərazini əhatə edən müfəssəl planın olub-olmaması, belə plan olmadıqda və ya onun müddəti bitdikdə müfəssəl planın hazırlanması üçün müəyyən edilmiş tədbirlərin görülməsi;
- tikinti layihələrinə münasibət bildirilərkən onların ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın tələblərinə uyğunluğunun təmin olunması;
- tikintiyə icazə verilməsi icraatı zamanı və məlumatlandırma icraatı qaydasında tikinti layihələrinə münasibət bildirilərkən Məcəllənin 75-78-ci və 80-84-cü maddələrinin tələblərinə riayət olunmasının təmin edilməsi;
- müvafiq ərazini əhatə edən müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarının tələblərinin təmin olunması;
- aşkar edilmiş özbaşına tikililərin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsi vəziyyəti.

Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir.

Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

Yerli icra hakimiyyəti orqanları şəhərsalma fəaliyyəti, habelə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti sahəsində il ərzində gördükləri işlər və onların nəticələri barədə növbəti il fevralın 1-dək Komitəyə hesabat təqdim etməlidir.

Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Komitənin səlahiyyətləri aşağıdakılardır:

- bu Qaydalarda nəzərdə tutulmuş nəzarət funksiyalarını həyata keçirmək üçün yerli icra hakimiyyəti orqanlarından şəhərsalma fəaliyyəti ilə bağlı sənədləri (o cümlədən ərazi planlaşdırılması sənədlərini, tikintiyə icazə və məlumatlandırma icraatı ilə bağlı sənədləri) tələb etmək, habelə bu məqsədlə dövlət və bələdiyyə orqanlarına, o cümlədən hüquqi və fiziki şəxslərə sorğular vermək;
- səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmadığı, habelə bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən tələblərin təmin edilmədiyi aşkar olunduqda, yerli icra hakimiyyəti orqanlarına həmin tikinti layihələri üzrə tikintiyə icazənin verilməsindən imtina edilməsi barədə əsaslandırılmış göstəriş vermək;
- şəhərsalma fəaliyyəti ilə bağlı aşkar olunmuş pozuntular barəsində akt tərtib etmək və onların aradan qaldırılması mümkün olduğu hallarda yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə yerinə yetirilmə müddəti göstərilməklə icrası məcburi olan əsaslandırılmış “göstəriş” (1 nömrəli əlavə) vermək. İnzibati məsuliyyətə səbəb olan pozuntular barəsində protokol (2 nömrəli əlavə) tərtib etmək və müvafiq qərar qəbul etmək;
- yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişləri vaxtında icra etməyən və ya icrasını lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanlarına və aidiyyəti üzrə digər orqanlara məlumat vermək.

BUNU DA OXU

Tanınmış cüdoçularımız məşqləri ev şəraitində davam etdirir - VİDEO
İstambul ACIBADƏM Xəstəxanasının həkimi Aytuğ Altundağ ilə bağlantı - VİDEO
Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
Ev şəraitində necə maska hazırlamaq olar? - VİDEO
Xəbər lenti

Baş nazir hesabat verdi - Xarici ticarət dövriyyəsi 33.1 milyard dollar olub
19:25 09.04.2020

Qitələr üzrə koronvirusun yayılması - Ən çox yayılma Avropada qeydə alınıb
18:59 09.04.2020

Heydər Əliyev mərkəzindən İtaliyaya dəstək - Beynəlxalq ictimaiyyətlə həmrəyliyin ifadəsi
18:45 09.04.2020

Aİ ölkəmizə 14 milyon Avro ayırdı - Koronavirus pandemiyası ilə mübarizə üçün
18:25 09.04.2020

"Euronews" televiziya kanalı Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirib
18:15 09.04.2020

Pompeo ilə Netanyahu arasında telefon bağlantısı - Tərəflər COVID-19 və İran məsələsini müzakirə edib
17:48 09.04.2020

İranda daha bir fəlakət - 26 nəfər selin qurbanı oldu
17:28 09.04.2020

Vətəndaşların kredit borcu - Millət vəkili təklif verdi, Mərkəzi Bank sədri cavablandırdı
17:15 09.04.2020

Gizli işləyən oyun zalı aşkarlandı - Müştərilər cərimələndi, sahibi məhkəməyə verildi
16:58 09.04.2020

Zaqatalada karantin rejimini pozduğu üçün saxlanıldı - Üzərində narkotik aşkarlandı
16:36 09.04.2020

Göyçayda qəza olub - Üç avtomobil toqquşdu, xəsarət alan var
16:16 09.04.2020

Türkiyədə 812 nəfər koronavirusun qurbanı olub - Son sutkada 87 nəfər həyatını itirib
15:56 09.04.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı artır - 214 nəfər virusa yoluxub
15:38 09.04.2020

Karantin rejimini pozanlar - Daha 1445 nəfər məsuliyyətə cəlb edilib
15:36 09.04.2020

Ölkənin ərzaq təhlükəsizliyi - 3 aylıq ərzaq tədarükümüz var
15:33 09.04.2020

Dünyada koronavirusla bağlı son durum - Virusa yoluxanların sayı 1 milyon 500 mini ötüb
15:28 09.04.2020

TƏBİB rəhbərindən xəbərdarlıq - “Virusun törətdiyi xəstəlik ağırdır”
15:16 09.04.2020

La Liqa adada keçirilə bilər - Futbol federasiyasına müraciət olunub
14:58 09.04.2020

Federasiya iclas keçirəcək - "Seltik" çempion elan oluna bilər
14:35 09.04.2020

Joze Mourinyodan maraqlı addım - "Totenhem"li futbolçular parkda məşq etdi
14:15 09.04.2020

Formula 1 start götürə bilər - Yarışların azarkeşsiz keçiriləcəyi gözlənilir
13:50 09.04.2020

Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub - Lavrov və Mnatsakanyan arasında telefon danışığı olub
13:45 09.04.2020

İranda virus sürətlə yayılır - Koronavirus qurbanlarının sayı 4 minə yaxınlaşıb
13:30 09.04.2020

Tanınmış cüdoçularımız məşqləri ev şəraitində davam etdirir - VİDEO
13:14 09.04.2020

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏN İTALİYAYA DƏSTƏK
12:50 09.04.2020

PENSİYA ÖDƏNİŞİ BU GÜN HANSI RAYONLAR ÜZRƏ VERİLƏCƏK?
12:33 09.04.2020

Saxta arayış satan şəxslər tutulub - Onların arasında boks üzrə dünya çempionu da var - VİDEO
12:12 09.04.2020

İstambul ACIBADƏM Xəstəxanasının həkimi Aytuğ Altundağ ilə bağlantı - VİDEO
11:51 09.04.2020

BİR GÜNDƏ KORONAVİRUSDAN 1973 NƏFƏR HƏYATINI İTİRİB - ABŞ-da
11:20 09.04.2020

RUSİYA VƏ ERMƏNİSTANIN XİN RƏHBƏRLƏRİ TELEFON VASİTƏSİYLƏ MÜZAKİRƏ APARIB
10:57 09.04.2020

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyon 500 minə çatıb - VİDEO
10:32 09.04.2020

Evdə qal - həyat qurtar - VİDEO
10:09 09.04.2020

“OPEC+” ÖLKƏLƏRİ NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK
09:45 09.04.2020

Birdəfəlik ödəmə ilə bağlı müraciətlər qəbul edilir - Sabah hansı rayonlar üzrə qeydiyyat aparılacaq?
21:28 08.04.2020

Nazir sahibkarlara dəstək mexanizmini açıqladı - Dəyən zərərin ödənilməsinə start verilir
21:02 08.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb
20:48 08.04.2020

Rusiyada 1175 yeni yoluxma qeydə alınıb
20:28 08.04.2020

Koronavirusla bağlı müayinələrin sayı artıb - Azərbaycan bəzi Avropa ölkələrini qabaqlayır
20:17 08.04.2020

FİFA yeni qərarlar qəbul etdi - Müqavilə və maaşlar müzakirə olunacaq
19:48 08.04.2020

PSJ İkardini göndərməyəcək - Parislilər "İnter"ə 70 milyon təklif etdi
19:12 08.04.2020

"Mançester"dən yeni transfer - "Qırmızı Şeytanlar" 16 yaşlı qapıçı aldı
18:57 08.04.2020

Ronaldinyo həbsxanadan çıxdı - Ulduz futbolçu ev dustağı olacaq
18:45 08.04.2020

İngiltərə çempionatı yarımçıq qalacaq? - Federasiya rəhbəri ümidsiz danışdı
18:25 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Karantin rejimini pozanlar cəzlandirildi
18:15 08.04.2020

Modul tipli xəstəxananın tikintisi başladı - Xəstəxanalar üçün ayrılan yerlər də məlum olub
17:59 08.04.2020

Onlayn narkotik satan şəxs saxlanılıb - Evində 5 kiloqramdan çox heroin aşkarlanıb
17:45 08.04.2020

İranda saxta içkidən ölənlərin sayı 728-ə çatdı - Ölkədə saxta spirtli içkilərdən istifadə halları artıb
17:25 08.04.2020

Uhanda karantin bitdi - Yollarda tıxaclar yarandı
17:02 08.04.2020

Koronavirus qanla yoluxurmu? - TƏBİB məsələyə aydınlıq gətirib
16:40 08.04.2020

Daha 105 nəfər koronavirusa yoluxdu - Qərargah: “Yoluxma artan xətt üzrə gedir”
16:20 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Kürdəmirdə
16:16 08.04.2020

Sosial tədbirlər davam edir - Qaradağda ahıllara yardım olundu
15:35 08.04.2020

Gürcüstanda son durum - Virusa yoluxanların sayı artır
15:08 08.04.2020

Snayperlərin hazırlığı yoxlanılır - Məqsəd döyüş vərdişlərini təkmilləşdirməkdir
14:45 08.04.2020

Türkiyədə terror aktı törədilib - 5 dinc sakin həlak olub
14:25 08.04.2020

Yeni epidemiya yayılır - 254 nəfər həyatını itirib
14:05 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - ABŞ-da virusa yoluxanların sayı 400 mini ötdü
13:59 08.04.2020

Çinin Uxan şəhərində karantin ləğv edildi - Şəhərdə iş yerləri və bazarların da fəaliyyəti bərpa olunub
13:58 08.04.2020

İqtisadiyyat nazirliyi mexanizmi açıqladı - Sahibkarlara maliyyə dəstəyi necə göstəriləcək?
13:48 08.04.2020

ABŞ-da koronavirusdan ölənlərin sayı 12 mini ötüb - Son sutka ərzində 1736 nəfər dünyasını dəyişib
13:35 08.04.2020

Onlayn sosial etibarnamə: tətbiqinə başlandı - Pulsuz dərman almaq hüququ olan şəxslərin işi asanlaşdı
13:25 08.04.2020

Avtomobil ağaca çırpıldı - Sürücü dünyasını dəyişdi
13:18 08.04.2020

Kapitalın və əmlakın amnistiyasi nəzərdən keçirilir - Bu ölkə iqtisadiyyati üçün hansı imkanlar yaradacaq?
13:02 08.04.2020

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - Kafe sahibi və müştərilər saxlanıldı
12:58 08.04.2020

1569 nəfər cərimələndi - Karantin rejimini pozanlar məsuliyyətə cəlb olunur
12:56 08.04.2020

Tramp ÜST-ü ittiham etdi - “Yanlış tövsiyyələr vəziyyəti ağırlaşdırıb”
12:35 08.04.2020

Ramazan ayı nə vaxt başlayır? - QMİ tarixi açıqladı
12:14 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - Virusdan ölənlərin sayı 82 mini ötdü
12:03 08.04.2020

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
11:53 08.04.2020

Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
11:21 08.04.2020

Televiziyalar aktuallığını qoruyur - Yenilənib - VİDEO
10:55 08.04.2020

Kimlər 190 manat ala biləcək? - Nazir məsələyə aydınlıq gətirdi
10:29 08.04.2020

Kürdəmirdə ev yanıb - Dördotaqlı ev yanaraq külə döndü - VİDEO
10:10 08.04.2020

Heydər Əliyev mərkəzindən İrana dəstək - Koronavirusla mübarizədə həmrəyliyin ifadəsi
09:47 08.04.2020

Baharda qış havası - ÖZƏL - FOTOLAR
09:42 08.04.2020

Karantin rejimi ilə bağlı ən çox verilən 3 sual - Daxili işlər nazirliyi sualları cavablandırdı
23:45 07.04.2020

8103 nömrəsinə 2 milyon 289 min SMS göndərilib - Müraciətlərin 53 %-i aidiyyətsiz məzmunda olub
22:42 07.04.2020

SMS-in tarixini dəyişdirdi - 25 sutka həbs cəzası verildi
22:21 07.04.2020

Ata və oğlu 8103 nömrəzinə 90 dəfə SMS göndərıb - Lazımsız SMS göndərən şəxs məsuliyyətə cəlb edildi
22:02 07.04.2020

Şəmkirdə dəhşətli hadisə - Ailə üzvlərini və evini yandırdı
21:58 07.04.2020

Bütün xəbərlər