Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“İynə vurub, barmağımı mişarla kəsdilər" - Hitlərə qalib gələn əsgərimiz - FOTOLAR

“İynə vurub, barmağımı mişarla kəsdilər" - Hitlərə qalib gələn əsgərimiz - FOTOLAR
   5586 dəfə oxunub

Bu il İkinci Dünya Müharibəsindəki qələbədən 71 il ötür. Bu müharibədə bizim 700 min əsgərimiz iştirak edib. Onların yalnız 350 mini geri qayıdıb, 350 min Azərbaycan oğlu isə şəhid olub. Ölkəmizdə İkinci Dünya Müharibəsinin veteranlarının sayı hazırda 1232 nəfərdir. Onlardan bir neçəsi müharibədə yaşadıqları çətinlikləri, təəssüratları, qələbə sevinclərini ATV.az-la bölüşüb.

Əvvəli bu linkdə: http://news.atv.az/az/social/68077-azerbaycanli-esgerden-ermeni-marsalina-sille-kimi-sozler

Sarıyev Qara Əli oğlu. O, 1925-ci il iyulun 1-də anadan olub: “1943-cü ilin yanvarında orta məktəbi bitirmişəm. Mən valideynlərimi çox tez itirdiyim üçün, uşaq evində böyümüşəm. Uşaq evində oxuyurdum, ordan getmişəm əsgərliyə. Atam vəfat edib, anam da başqası ilə ailə qurub. Sonra o da vəfat edib. Ana nənəmin yanında qalırdım, internatda da oxuyurdum. Həmin vaxt 1925-ci ildə anadan olanları əsgərliyə aparırdılar, məni də Tovuzdakı Puşkin məktəbinə apardılar. Çox yaxşı, bütün respublikada tanınan məktəb idi. Əsgərliyə gedəndə X sinifdə oxuyurdum, bir çox ölkələrdə qulluq eləmişəm. II Ukrayna, IV Ukrayna, Xarkov cəbhələrində vuruşduq, 3 dəfə almanlar alıb, biz qaytarmışıq.

Aclıq, əziyyət ağlımıza gəlmirdi, bircə deyirdik ki, biz qələbə çalmalıyıq. Heç əsir düşməyi də ağlımıza gəitrmirdik. Deyirdik, ya ölmək, ya qələbə. Çox şükür ki, qələbə də qazandıq. Yeməyə gəldikdə isə nə verirdilərsə, onu da yeyirdik. Çox vaxt aclıq olurdu. Elə gün olurdu ki, ümumiyyətlə, yemək olmurdu. Jımıx bitkisi tapıb, onu yeyirdik. Bizə demirdilər, ancaq özümüz bilirdik ki, bu, yeyilən bitkidir, orqanizmaya zərəri yoxdur, ona görə yeyirdik.

Elə olurdu ki, maşında qalırdıq. Heç yatmaq adamın yadına düşmürdü, deyirdik birdən yatıb qalarıq, əsir düşərik. Arada bizə icazə verilirdi ki, bir az yataq ki, ayaq üstə durmağa taqətimiz olsun. 39-cu poltun hamısı katyuşa idi, ancaq katyuşa idarə edənlər. Katyuşanı idarə etmək üçün də atanı-babanı araşdırırdılar ki, bəlkə Sovet hökumətinə düşmən olub. Ondan sonra özləri kimi istəsə təyin edirdilər, katyuşanı idarə etmək üçün. Mən də əsgərlikdə olanda “katyuşa”nı idarə edirdim. Bizə müharibə vaxtı qəti təlimat verilmişdi ki, əgər almanlara əsir düşsəniz, katyuşanı ya özünüz yandırın, ya da elə edin ki, əldən verməyin. Almanlar nə qədər çalışsalar da, doğrudan da heç bircə katyuşanı da ələ keçirə bilmirdilər. Katyuşa çox qiymətli maşın idi. Bu maşının adının mənası gəldikdə isə onu icad edən mühəndis öz bacısının adını qoyub, yəni, Katyuşa. Çox adam heç bunun səbəbini heç bilmir.

Monqolustanda Çaybalsan şəhərində xidmət edəndə müharibə qurtardı. 1945-ci ildə müharibə bitəndən sonra bizi apardılar. Sonra da Çinə getdik. Çinin Çançun, Çufin, Muqden, Xarbin şəhərlərinin alınmasında “katyuşam”la birgə iştirak etmişəm. Tez bitdi o müharibə də. Yaponlar gördülər ki, itki verəcəklər, “dedilər istəmirik sizin yerlərinizi, qaytarırıq, bizi öldürməyin çıxırıq burdan”. Heç bilmirdik hara gedirik. Sən demə, bizi Çinə aparırmışlar Yaponiya ilə müharibəyə görə. O vaxt Çinin rəhbəri olan Mazdun Stalindən xahiş eləmişdi ki, bizim torpaqları yaponlar alıb, kömək lazımdı. Mazdunla Stalin dost idi. Əsgərliyi 1948-ci ildə Çində qurtardım.

Ukraynadan, Belarusiyadan indi də evimə gəlirlər, mənə dəyirlər. Avropa şəhərlərinin alınmasına görə, şəxsən Stalinin adından 17 təşəkkür medalı almışam. Əsgərlikdən gələndən sonra 5 il də Moskvada baytarlıq üzrə oxudum, elmlər namizədi oldum, sonra da isə elmlər doktoru. 4 ixtisas üzrə - mikrobiologiya, virusologiya, imminologiya, epizotologiya - professor, baytarlıq üzrə elmlər doktoru dərəcəm var.

Çinin Azərbaycandakı səfiri məni gördü, o qələbə münasibətilə aldığım medalı gördü. Dedi bu medal hardandır. Dedim ki, Çinin 4 şəhərinin yaponlardan alınmasında iştirak etmişəm. Ora zəng vurdular, təxminən 2 il bundan əvvəl, məni Çinə dəvət elədilər. Getdim, 15 gün orda qaldım, istirahət etdim.
90 yaşım tamam olana qədər Baytarlıq Elmi-Təqdiqat İnstitunda çalışmışam. 50 il orda işlədim, əməkdar kənd təsərrüfatı işçisiyəm. Amma yenə də işləyə bilərdim, elmin yaşı yoxdu. İndi pensiya da alıram, prezident təqaüdü də. Mənim işim ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Baytarlıq Komitəsinin qərarı ilə heyvandarlıq təsərrüfatına tətbiq olunub və yüz minlərlə xeyir verir”.

Cümşüdov Əlikişi. O, 1921-ci ildə anadan olub: “1942-ci ilin yanvarında hərbi xidmətə aparıblar. Birinci Naxçıvana apardılar, 6 ay orda kursda oxumuşam, sonra bizi Dərbəndə aparıblar, ordan da Qroznıya. Orda çiynimdən yaralanmışam. Sonra Mahacqalada müalicə aldım, sağalandan sonra məni qaytardılar hərbiyə. Almaverdən Novorassiyskiyə getdim. Orda da əlimdən yaralandım. Barmağımın birini iynə vurub, mişarla kəsdilər.

Hərbidən məni apardılar SSRİ Daxili İşlər Nazirliyinə. Hərbi lagerlərdə, həbsxanalarda xidmət edirdik. Bir çox yerlərdə xidmət elədim. Mənə yaxşı xidmət etməyimə görə,  10 günlük evə getməyə icazə verdilər. 1946-cı ildə Vilnüsdə Stalinin əmri olmuşdu kli, bu adam 3 dəfə yaralanıb, hərbidən azad edilsin. Vilnüsdə SSRİ DİN-in hərbi hissəsində idim. Ordan da buraxdılar məni. Həmin ilin oktyabrın 6-da polis işinə götürdülər. Getdim Mərdəkanda məktəbdə oxudum, sonra isə Laçın rayon Polis Şöbəsində 40 il bölmə komandiri işlədim. 1978-ci ildə isə ərizə yazıb işdən çıxdım, pensiyaya”.

Yazını hazırladığım zaman I Dünya Müharibəsinin iştirakçısı, 1-ci dərəcəli Vətən müharibəsi ordeni mükafatçısı Süleyman Abbasovun nəvəsi bizimlə əlaqə saxlayaraq, babası haqqında məlumatı da yerləşdirməyi xahiş etdi.

Süleyman Əsəd oğlu Abbasov. O, 1910-cu ildə Cəbrayıl rayonu Soltanlı kəndində anadan olub. 1916-cı ildə Soltanlı kəndindəki 4 illik məktəbində oxuyub Karyagin bölgəsində sonradan 7 illik məktəbində 7-ci sinifi bitirib. 1928-ci ildən 1930-cu ilədək ailənin təsərrüfatında əkinçi ilə məşğul olub. Süleyman Abbasov əmək fəaliyyətinə Soltanlı kənd Sovetinin katibi, Soltanlı kənd “Puşkin” adına kolxoz sədrliyi ilə başlayıb. 1939-cu ildə Süleyman Abbasov Bakı şəhərində Azərbaycan SSR-in Ədliyyə Nazirliyinin 2 illik hüquq məktəbində oxuyub. Bakıda hüquq məktəbində oxuyarkən 1941-ci ilin iyun ayı 22-də II Dünya Müharibəsinin birinci günü Ordu sıralarına göndərilib. 22 iyun 1941-ci ildən noyabr 1945-ci ilədək II Dünya Müharibəsində iştirak edib. 1945-ci ilin dekabrından 1946-cı ilin fevralına qədər SSRİ-nin Ədliyyə Nazirliyinin məhkəmədə təcrübə keçib. 1946-1950-ci illərdə Ümumittifaq Hüquq qiyabi institutu Bakı filialında oxuyub və hüquq ixtisası alıb. 1946-1960-cı illərdə Astara rayonu Xalq hakimi vəzifəsində çalışıb. Süleyman Abbasov öz yurduna qayıtdıqdan sonra kəndin baş hüquq məsləhətçisi kimi çalışıb. 1953, 1955 və 1957-ci illərdə Astara şəhərinin Zəhmətkeş deputatları Sovetinə Deputat seçilib. 1961 və 1967-ci illərdə Cəbrayıl rayonun Soltanlı kəndinin Zəhmətkeş deputatları Sovetinə Deputat seçilib. 1993-cü il tarixində avqust ayında Cəbrayıl rayonu Ermənistan ordusu tərəfindən işğal edildiyindən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Süleyman Abbasov 25 fevral 1999-cu ildə 89 yaşında vəfat edib.

O, Şimali Qafqaz, Baburski şəhəri ətrafında və Almaniya torpağındakı döyüşlərdə 3 dəfə yaralanıb. Alman Faşist Ordusuna qarşı döyüşlərdə iştirakına görə, 3-cü dərəcəli Şöhrət ordeni (орден Слава), 2 dərəcə Vətən Müharibəsi, 1-ci dərəcə Vətən Müharibəsi və s.

Süleyman Abbasovun xatirəsindən: “3 may 1945-ci il tarixində Berlin şəhərinin alınmasında iştirak etdik, hissəmiz döyüşünü davam etdirib pərakəndə qalan alman qoşunlarının qalanlarını Çexoslovakiya torpağında döyüşərək, məğlub etdik, alman komandanlığı danışıqsız təslim oldu. Elba çayı üzərində Vətən müharibəsinin Qələbə ilə qurtarması münasibəti ilə mitinq keçirib bayram etdik”.

Günay Məryəm

Fotoların müəllifi: Səfiyar Məcnun



















BUNU DA OXU

Səfər Mehdiyev: DGK büdcəyə proqnozdan 52 milyon manat artıq vəsait köçürüb
Faiq Qarayev milliyə qayıtdı?
Qəbul imtahanlarında başqasının əvəzinə imtahan verən şəxslər saxlanılıb
ŞEKSPRİN EVİ TAPILDI - EVİN ÜNVANI VERGİ QEYDLƏRİ VASİTƏSİLƏ AŞKARLANIB
Başqasının xəyanətinin qurbanı oldu - İmişlidə dəhşətli cinəyət
Xəbər lenti

Vəfa Şərifova "Şou ATV"-da - " Necə Söhbətdir " - VİDEO - FOTOLAR
21:57 18.04.2019

Ramazan ayı nə vaxt başlayır?
21:39 18.04.2019

İki serial eyni gündə final edir
21:22 18.04.2019

Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadılıb
21:05 18.04.2019

Əmək pensiyasının sığorta hissəsinə hesablanan iki əlavə ləğv edilir
20:58 18.04.2019

Tədbirlər planı təsdiq olundu - Dövlət qulluqçularının peşə bayramı günü qeyd ediləcək
20:40 18.04.2019

Səbaildə avtomobil yollarının yenidən qurulmasına 2,45 milyon manat ayrılıb
20:18 18.04.2019

2 il əvvəlki hadisəyə görə Castin Biberi məhkəməyə verdi
20:08 18.04.2019

Hesablama Palatası üzvlərinin maaşı ikiqat artırılıb
19:50 18.04.2019

Məşhur cütlük evlənir
19:31 18.04.2019

Azərbaycanlı klarnet ustasından Enio Marikonenin bəstəsi - VİDEO
19:14 18.04.2019

Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb
18:56 18.04.2019

16 yaşlı aktrisa öldü
18:35 18.04.2019

Prezident İlham Əliyev Mirzəcan Xəlilovu “Şöhrət” ordeni ilə təltif edib
18:18 18.04.2019

Türkiyəli aktyordan qəribə paylaşım - “Mənə şorgöz de, ay balam”
18:00 18.04.2019

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb
17:41 18.04.2019

Prezident İlham Əliyev Vahid Əliyevi ordenlə təltif edib
17:29 18.04.2019

Cümə günü hava necə olacaq?
17:24 18.04.2019

Fahriye Evcen xəstəxanadan çıxdı
17:07 18.04.2019

İş təcrübəsi olmayan gənclər üçün fürsət - Yeni layihəyə start verilib
16:46 18.04.2019

9-cu sinif buraxılış imtahanlarının nəticələri açıqlanıb
16:31 18.04.2019

Lökbatanda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü
16:06 18.04.2019

Aleyna Tilki 1,5 milyon istədi
15:48 18.04.2019

Tunzalə və Xəyyam burulğana düşdülər - "ATV Maqazin 10lar"-da - VİDEO
15:30 18.04.2019

Bakıda aptekdən külli miqdarda pul oğurlayan əczaçı dəstə tutuldu - FOTOLAR
15:13 18.04.2019

Məşhur müğənninin arvadı ona basketbolçu ilə xəyanət etdi - FOTOLAR
14:57 18.04.2019

“İblis” tamaşası İstanbul səhnəsində - FOTOLAR
14:40 18.04.2019

Serdar Ortacı qumarbaz adlandırdı
14:22 18.04.2019

Mədəniyyət Nazirliyində onlara yeni vəzifə verildi
14:05 18.04.2019

Unudulmaz rəqslər. "Om, Shanti Om" filmindən - "Deewangi, Deewangi" - VİDEO
13:47 18.04.2019

"Şəki zarafatı" - Evində bitki əkdi məhsulu narkotik oldu
13:17 18.04.2019

2000 ədəd siqareti keçirmək istədi amma alınmadı
13:00 18.04.2019

Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub - FOTOLAR
12:50 18.04.2019

NOTR-DAMIN BƏRPASI 5 İLƏ TAMAMLANACAQ - RƏSMİ
12:42 18.04.2019

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
12:25 18.04.2019

Məşhurların heç yerdə olmayan görüntüləri - "ATV Maqazin 10lar"-da - VİDEO
12:10 18.04.2019

İnformasiya cəmiyyətinin inkişafi - İşçi qrupun 6-ci iclasında müzakirələr aparılıb
11:50 18.04.2019

15-18 yaş arası vətəndaşın işə qəbul qaydaları - Valideyn və ya qəyyumun yazılı razılığı olmalıdır
11:31 18.04.2019

Ani ehtiyastızlıq 3 yaşlı körpənin dünyasını dəyişməsinə səbəb oldu - SALYANDA
11:15 18.04.2019

O, kilo ilə zinət əşyaları alır
10:55 18.04.2019

Sumqayıtda “Kob Dostu” Fəaliyyətə Başlayıb
10:38 18.04.2019

SABİQ PREZİDENT İNTİHAR EDİB - PERUDA
10:21 18.04.2019

10 milyon manata zavod özəlləşdirildi - Sahibkar 2 milyon 800 min manatliq borcu da ödəyəcək
10:05 18.04.2019

Təmas xəttində növbəti monitorinq - Proses insidentsiz başa çatib
09:48 18.04.2019

Məşhur kinoşirkət "Notr Dam"ın bərpasına 5 milyon dollar ayırdı
09:33 18.04.2019

Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşdi
09:15 18.04.2019

Səfər Mehdiyev: DGK büdcəyə proqnozdan 52 milyon manat artıq vəsait köçürüb
22:05 17.04.2019

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı artırılıb
21:54 17.04.2019

Qadınlar qadınların çantalarını oğurladılar
21:38 17.04.2019

Sabah yağış yağacaq
21:21 17.04.2019

Təhsil naziri direktorlarla görüş keçirdi
21:04 17.04.2019

Efir məkanının təhlükəsizliyi və kənar yayımlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq
20:47 17.04.2019

Burcu hamilədir?
20:32 17.04.2019

Bülent Ersoyu fanatı güllələyib, böyrəyinin biri götürülüb
20:15 17.04.2019

Salyan sakinindən külli miqdarda narkotik maddə götürülüb
20:00 17.04.2019

AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı - FOTOLAR
19:42 17.04.2019

Bakıda qəza zamanı xəsarət alan Gəncə sakini xəstəxanada ölüb
19:24 17.04.2019

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdi
19:07 17.04.2019

Kəşf etdiyi mobil tətbiq sayəsində 54 milyon dollar qazanan Caret Ci - FOTOLAR
18:50 17.04.2019

Briliant Dadaşova: - "Bu gün bir-iki nəfərin arxası var"
18:33 17.04.2019

Müğənni qaldığı oteldən 150 min təzminat istəyir
18:15 17.04.2019

Öldüyünü zənn etdilər
17:58 17.04.2019

Prezident İlham Əliyev Vidadi İsayevi ordenlə təltif edib
17:37 17.04.2019

Hadise anasına 750 minlik villa aldı
17:17 17.04.2019

Marketlərdən oğurluq edən şəxslər saxlanılıb - FOTOLAR
17:00 17.04.2019

Eldar Qasımov əsəbləşdi - "ATV Maqazin 10lar"-da - VİDEO
16:42 17.04.2019

Şirvanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb
16:25 17.04.2019

Bakıda dənizdən qadın meyiti tapıldı - FOTOLAR
16:16 17.04.2019

Faiq Qarayev milliyə qayıtdı?
15:58 17.04.2019

Röya yenə soyundu - FOTOLAR
15:50 17.04.2019

"Elektron məhkəmə" informasiya sistemində 100 minə yaxın qərar yerləşdirilib
15:45 17.04.2019

“Süreyya” şizofren imiş... - VİDEO
15:27 17.04.2019

Prezident İlham Əliyev Qusarda avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
15:00 17.04.2019

Azərbaycan teatrlarına maliyyə vəsaiti ayrılıb
14:50 17.04.2019

Aygün Şükürova "Axşamın oyunu"-da - "O qədər dəyərlisən ki" - VİDEO
14:49 17.04.2019

Tələbə təqaüdlərinə dəyişiklik edildi
14:32 17.04.2019

İlqar Mikayıloğlu oğlu ilə - FOTOLAR
14:14 17.04.2019

"Hürrəm Sultan" cazibadar geyimdə - FOTOLAR
14:00 17.04.2019

Talıb Tale atasının son arzusunu yerinə yetirə bilmədi: - "Peşimanlığını çəkirəm..."
13:39 17.04.2019

Mənzildə yanğın olub, ölən var - Bakıda
13:20 17.04.2019

Bütün xəbərlər