Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Nəriman Nərimanovun qardaşı haqqında bilmədiklərimiz

Nəriman Nərimanovun qardaşı haqqında bilmədiklərimiz
2660 dəfə oxunub

Elə ziyalılarımız var ki, onların nə şəxsiyyəti, nə fəaliyyəti, nə də yaradıcılığı haqqında bizim hələ də xəbərimiz yoxdur. Onlarla, yüzlərlə belə aydınlarımızın adları və yaradıcılıqları kataloqlarda şifrələnib öz araşdırıcısının yolunu gözləyir.

Bəli, “gözü yolda qalan” belə ədiblərimizdən biri də Nəriman Nərimanovun böyük qardaşı, Qafqazda ilk azərbaycanlı mürəttib, maarifpərvər ziyalı Salman Nərimanovdur.

Nə gizlədim, ölkəmiz haqqında araşdırma aparan Pensilvaniya Universitetinin doktorantı Kelsi Raysla tanışlığımıza kimi biz də belə bir ziyalımızın varlığından xəbərsiz idik. Amerikalı xanımın təqdimatından sonra Salman Nərimanov barəsində qısa bir araşdırmaya başladıq və elə oradan yola  çıxıb Salman Nərimanovun nəticəsi, Nəriman Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynovaya suallarımızı ünvanladıq:

- Kamilə xanım, Salman Nərimanov kimliyi barədə oxucularımıza ətraflı  məlumat verərdiniz..

- Salman Nərimanov, Nəriman Nərimanovun böyük qardaşıdır. 1847-ci ildə Tiflisdə anadan olub. Çoxuşaqlı ailə olduqlarından atası Kərbəlayi Nəcəf  böyük ailəni çox çətinliklə dolandırarmış. Buna baxmayaraq, yeddi yaşlı oğlu Salmanı təhsil almaq üçün Hacı Molla Tağının mədrəsəsinə göndərir. Salman artıq on yaşında olanda Quranı oxumağı bacarır, Sədi Şirazinin “Gülüstan”ını əzbər söyləyərmiş. Bu, Kərbəlayi Nəcəfi sevindirməyə bilməzdi, çünki o, böyük oğlunun din xadimi olmasını istəyirdi. Məhz elə bu arzu ilə də onu Tiflis ruhani məktəbinə qoyur. Lakin Kərbəlayi Nəcəfin tez-tez xəstələnməsi, ailə vəziyyətinin ağırlığı Salmana öz təhsilini davam etdirməyə imkan vermir. Buna görə də ana babası Hacı Məmmədqasım onu bir peşə sahibi etmək üçün tacir Hacı Sadığın yanına şagird göndərir. Bu, ailənin ümumi maddi vəziyyətini bir az yüngülləşdirsə də, elə bir ciddi dönüş yaratmır.

Salman hər yerdə haqsızlığa, zorakılığa rast gəlir, ona görə də iş yerini tez-tez dəyişməli olur, gah Dəmirçi Həsənəli qəryəsində, Əlkürd çayı sahilində dükançı, gah Qarayazı meşəsində fəhlə, gah da Şeytanbazarda xırdavatçı kimi işləyir.

-Belə çıxır ki, ailə qayğıları Salmanın təhsilə qayıtmasına imkan vermir, eləmi?

-Bəli. Ancaq Salman ruhdan düşmür, ciddi mütaliə edir. O, xalq üçün yararlı bir adam olmaq arzusu ilə yaşayırdı. Təhsilini yarımçıq qoyması anası Həlimə xanıma dərd olmuşdu. Buna görə də o, kiçik oğlu Nərimanı oxudacağına and içir. Bu, ailədə hamının arzusu idi. Çünki Nəriman hələ kiçik yaşlarından öz ağıllı davranışı, iti zəkası, həssaslığı ilə diqqəti cəlb etmişdi. Həlimə xanımın şirin nağılları, Kərbəlayi Nəcəfin böyük qardaşı Əlimirzənin ürəkaçan söhbətləri balaca Nərimanın mənəvi qidasına çevrilmişdi.

Salman tez-tez bacı və qardaşlarını başına toplayar, onlara Sədinin, Hafizin, Vaqifin, Zakirin, Puşkin və Lermontovun şeirlərindən oxuyardı. Nəriman eşitdiyi şeirlərin çoxunu əzbərdən deyərdi. Balaca qardaşının elmə, ədəbiyyata coşğun həvəsi Salmanın qəlbində ümid çırağı yandırmışdı. O, əmisi Əlimirzənin köməyi ilə Nərimana ərəb və rus əlifbasını öyrədir, onu Qafqaz şeyxülislamının nəzarəti altında olan altısinifli məktəbə hazırlayırdı. Nəhayət, Nəriman 1879-cu ildə Tiflis ruhani məktəbinə daxil olur.

-Neçə övladı olub?

- Salman babamın üç qızı, bir oğlu olub - Asiya, İsmayıl, İltifat və Xanım. Qeyd edim ki, Salman babam da gec evlənib. Heç evladlarını böyüdə bilmədi.

Nəriman Nərimanov tibb fakültəsinin sonuncu kursunda oxuyanda qardaşı Salman 1907-ci ildə  rəhmətə gedir. Həmin ilin sentyabrın birində “Kaspi” qəzetində Salman Nərimanovun ölümü haqqında nekroloq dərc edilmişdir: “...Mərhum ədəbiyyat və publisistikadan da uzaq deyildi, gündəlik çıxan ilk müsəlman qəzeti “Həyat”ın səhifələrində həm yumoristik tərzdə, həm də kifayət qədər işgüzar, dəyərli məqalələrlə, bəzən də şeirlərlə də çıxış edirdi...”

Qardaşının dünyasını dəyişdiyini eşidən Nəriman təhsilini yarımçıq qoyub Bakıya dönmək istəyir. Həmin il Bakıda müəllimlərin ikinci qurultayı keçirilirmiş və o qurultayda qərara alınır ki, Nəriman təhsilini bitirənə kimi Salmanın uşaqlarını himayəyə götürsünlər. Bir ildən sonra, yəni 1908-ci ildə Salmanın xanımı da rəhmətə gedir və uşaqlar tamam başsız qalır. Nəriman Nərimanov o uşaqlara həm ata, həm də ana olur. Onlara görə də gec evlənir. Nəriman Nərimanov 1925-ci ildə oğlu Nəcəfə ünvanladığıl məktubda yazır: “...30 yaşında universietetə daxil  olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram...”

Sonralar Nərimanı Həştərxana sürgün edirlər və o, qardaşının uşaqlarını da özü ilə aparır. Bir an da olsun onları özündən kənarda qoymazmış, daim diqqət və qayğısı uşaqların üzərində olarmış. Həştərxanda Salmanın oğlu İsmayıl vərəm xəstəliyinə tutulur və dünyasını dəyişir. Uşağın cənazəsini Tiflisə və Bakıya aparmağa icazə vermirlər. Belə olduqda Nəriman qardaşı oğlunu Həştərxanda dəfn etməli olur.

- Salman Nərimanov Bakıya köçdükdən sonra harada işləyib?

- S. Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib olub. O, 1905-1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər, Azərbaycanda milli mürəttiblərin yetişməsində və ümumiyyətlə, poliqrafiya sənətinin inkişafında ciddi xidmətlər göstərmiş, öz publisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır. Həmçinin də ədəbiyyat həvəskarı idi. Ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M.F.Axundovun əsərləri ilə yaxından tanış olurdu. Əlimizə çatan əsərlərindən belə məlum olur ki, Füzuli ilə Sədini daha çox sevirmiş. Çox keçmədən Salmanın özü də “Səyyarə” imzası ilə şeirlər yazmağa başlayır. S.M. Qənizadə öz xatirələrində Salman Nərimanovun ədəbiyyat və şeirə olan marağı haqqında yazır: “...ürəfa və şüəra mühitində dolaşmağa meyli çox idi... Mövləvi məsnəvisindən istinbat etdiyi timsallar maraqdan ari deyildi”.

- Hansı əsərləri var?

- M. Füzuli adına Əlyazmalar İnstitutunun fondunda əlyazma halında saxlanılan “Səyahətnamə” adlı əsəri, bir də nənəm İltifat xanımın qoruyub saxladığı və sonralar tədqiq edilməsi üçün Teymur Əhmədova verdiyi “Xatirələr”i. Ancaq “Xatirələr”i əlimizdə deyil. Tədqiqat üçün aparanlar qaytarmadılar və harada olduğu hələ də bəlli deyil. Həmin “Xatirə”dən əlimizdə Teymur Əhmədovun oradan istifadə edərək yazdığı bəzi materiallar var. Teymur Əhmədov yazır: “Salman Nərimanovun dəftərindəki “Vay-vay”, “Fələk”, “Ağlaram” rədifli şeirləri və bir sıra satirik mənzumələri də maraqlıdır. N.Nərimanovun böyük qardaşı Salman əsərlərini “Səyyarə” təxəllüsü ilə yazmışdır. Bu yazılar Salmanın klassik Şərq ədəbiyyatını və xalq yaradıcılığını mükəmməl bildiyini sübut edir. Dəftərdə S.Nərimanovun iki mənzum məktubu da vardır:

 

Bir namədir məndən ki, bu canə yetişsin,

Şəhri Qoridə çünki Nərimanə yetişsin,

Açsın oxusun, ta ola bu dərddən agah,

Bu hali-dili-zari-pərişanə yetişsin.

 

O, həmin məktubunda qardaşından nigaran qaldığını bildirir, ona öz hal-əhvalından xəbərdar etməyi tapşırır. İkinci məktubunda isə vəziyyətindən şikayətlənir:

Ey nigarə, qəm könül mülkün edibdir tarü-mar,

Adətim olmuş gecə-gündüz həmişə ahü-zar.

Çün zəmanə gərdişi halım pərişan eyləyib,

Ayə, qəmdən ötrümü doğmuş məni bu ruzigar?!

İstəsən gər halımı bu namədən eylə sual,

Gör necə vazeh bəyan eylər ki, çox-çox aşikar,

Dərdimi gər söyləyim cümlə mələklər ağlayar,

Od tutub, şölə çəkər daim biyaban, guhsar.

Yazmışam bu naməni ba səd həzar əndühü qəm,

Əbri-leysan tək olub çeşmim müdami əşkbar.

Ey əzizim, ölməsəm, bu dərd məni tez öldürər,

Yoxdu bu Tiflis ara məndən ötərü bir qəmküsar

Göndərib bir namə təftiş eylədin sən halımi,

Qadiri-sübhan səni etsin Nəriman, tacidar.

Qəm çəkib Səyyarə, sən etmə bu qədər ahu-fəğan,

Həll edər bu müşkülü mövla Əli Düldül-süvar”.


- Bu günə kimi Salman Nərimanovla bağlı hansısa araşdırma aparılıbmı?

- 1970-ci illərdə ilk dəfə Ofeliya Bayramova Salman Nərimanovu üzə çıxarıb, onun haqqında tədqiqat işləri aparıb. Ofeliya xanımdan başqa kimsə mərhumiyyətlərlə dolu həyat yolu keçən bir mürəttibin, fədakar mühərririn həyat və yaradıcılığı haqda kimsə maraqlanmayıb. Bir də bu günlərdə “atvxeber.az” informasiya portalından oxuyuram ki, Amerika vətəndaşı olan bir xanım Əlyazmalar İnstitutunda Salman Nərimanovun yuxarıda adını çəkdiyimiz “Səyahətnamə”sini oxuyaraq tədqiq edib. O xanımın dediyi kimi, tanımadığımız hələ də elə ziyalılarımız var ki, onların şəxsi işləri və əsərləri öz tədqiqatçısının yolunu gözləyir.

 

Rəşad Sahil

 

 

BUNU DA OXU

Hərbi qulluqçumuz şəhid olub - Düşmən yenə təxribat törətdi
MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək
İSMAYILLIDA DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILIB
MİDA: Güzəştli mənzili bir dəfə almaq mümkün olacaq - Mənzillərin əvəzlənməsinə icazə verilməyəcək - YENİLƏNİB - VİDEO
Ədviyyatların keyfiyyətini necə yoxlamaq olar? - "ŞtrixKod" məsləhət verir - VİDEO
Xəbər lenti

Çində virusdan ölənlərin sayı 1524 oldu - Virusa yoluxanların sayı isə 66 min 578 nəfərə çatib
14:50 16.02.2020

Kənd təsərrüfatında yeni layihə - İribuynuzlu heyvanların ifrazatından metan qazı alınacaq
14:04 16.02.2020

Multikulturalizm qış məktəbi başladı - Bakı ilə yanaşı bölgələrdə də tədbirlər keçiriləcək
13:18 16.02.2020

Avropa Çempionatında Manolova gümüş medal qazandı
12:31 16.02.2020

İmişlidə dəhşətli yol qəzası - İki nəfər olüb, bir nəfər yaralanıb
11:52 16.02.2020

Qəbələdə yanğin baş verib - Bir ailənin altı üzvü xəsarət alıb
11:15 16.02.2020

Hava limanında əməliyyat - Ölkədən küllü miqdarda dollar çıxarmaq istəyən şəxs tutuldu
10:25 16.02.2020

Qarabağda daha bir erməni əsgəri öldü - Hadisənin təfərrüatları məlum deyil
09:45 16.02.2020

Müdafiə naziri müşavirə keçirdi - Təlimlərlə bağlı tapşırıqlar verildi
20:53 15.02.2020

Dünya Kubokunda idmançımız finala adladı
20:10 15.02.2020

Hərbi qulluqçumuz şəhid olub - Düşmən yenə təxribat törətdi
19:44 15.02.2020

"Mancester Siti"yə ağır cəza - "Şəhərlilər" 300 milyon funt itirəcək
18:35 15.02.2020

220-dən artıq videogörüntü araşdırılıb - MSK sədri pozuntularla bağlı görüntü yayan şəxslərə minnətdarlıq etdi
18:08 15.02.2020

Şəmkirdə yanıq xəsarəti alan 9 yaşlı uşaq öldü - Atası və babasının isə vəziyyəti ağır olaraq qalır
17:45 15.02.2020

Ağstafada ağır qəza - Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
17:11 15.02.2020

Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16:04 15.02.2020

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı
15:00 15.02.2020

MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək
14:17 15.02.2020

Nəsir İmanquliyev haqqında kitab çap edilib - “Mətbuat fədaisi” adlı kitab təqdim olundu - YENİLƏNİB - VİDEO
12:58 15.02.2020

“ABŞ ilə müharibəyə çox yaxın idik” - Zərifdən müharibə ehtimalları barədə açıqlama
12:43 15.02.2020

Badamdarda yenidən sürüşmə oldu - Ərazidə monitorinq aparılır - Yenilənib - VİDEO
12:04 15.02.2020

Türkiyə idlibdə xüsusi təyinatlılar yerləşdirir - 60 maşından ibarət hərbi karvan məntəqələrə çatıb
12:03 15.02.2020

İSMAYILLIDA DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILIB
11:39 15.02.2020

MİDA: Güzəştli mənzili bir dəfə almaq mümkün olacaq - Mənzillərin əvəzlənməsinə icazə verilməyəcək - YENİLƏNİB - VİDEO
11:12 15.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
10:43 15.02.2020

İmişlidə əməliyyat keçirilib, 2 nəfər saxlanılıb - Üç kiloqrama yaxın heroin aşkarlandı
10:21 15.02.2020

Azərbaycanın su ehtiyatları azalır - Hansı qabaqlayıcı tədbirlər görüləcək?
10:00 15.02.2020

Novxanıda oğru iş başında ələ keçdi - Bağ evindən oğurluq etmək istəyirmiş
09:35 15.02.2020

Kürdəmirdə müşavirə keçirildi - Baramaçılığın inkişafına diqqət artırılır
22:22 14.02.2020

“Göstərir Bakı” - Azərbaycan televiziyasının yaranmasından 64 il keçir - Yenilənib - VİDEO
22:00 14.02.2020

Pomidor 22 manata, xiyar 11 manata satılır - Azərbacan tərəvəzinin Rusiyada qiyməti qalxıb
21:33 14.02.2020

Ermənistanda əsgərləri daşiyan avtobus aşıb - Altı əsgər xəsarət alıb
21:02 14.02.2020

Nəticələri ləğv olunan dairələr - Təkrar seçki nə vaxt keçirilə bilər?
20:44 14.02.2020

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb
20:21 14.02.2020

Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb
19:59 14.02.2020

Zaqatalada qanlı hadisə - Həmkəndlisini başından bıçaqladı
19:36 14.02.2020

Prezident İlham Əliyev Münxendə Vladimir Norov ilə görüşüb
19:15 14.02.2020

İtən mobil telefonları necə tampaq olar? - VİDEO
18:58 14.02.2020

Magistraturaya sənəd qəbulu başa çatdı - 15703 bakalavr imtahanda iştirak edəcək
18:33 14.02.2020

Ədviyyatların keyfiyyətini necə yoxlamaq olar? - "ŞtrixKod" məsləhət verir - VİDEO
18:05 14.02.2020

Qida məhsullarının ixracı artıb - Yalnız 8 maşın məhsulumuz geri qaytarılıb
17:36 14.02.2020

Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
17:11 14.02.2020

Xarici ölkə vətəndaşlarına qadağa - Cəriməsi olanların ölkədən çıxışına məhdudiyyət qoyuldu?
16:45 14.02.2020

"Sabahın alimləri" müsabiqənin bağlanış mərasimi keçirilib
16:23 14.02.2020

Onlayn narkotik satanlar ələ keçdi - 27 nəfərlik mütəşəkkil dəstə necə ifşa olunub?
16:00 14.02.2020

Nazirlikdən işsiz gənclərə müjdə - İşçinin maaşının 50%-i dövlət tərəfindən ödəniləcək - VİDEO
15:36 14.02.2020

Bakıda Beynəlxalq konfrans başlayıb - Rəqəmsal iqtisadiyyatla bağlı müzakirələr aparılır
15:10 14.02.2020

Tanınmış amerikalı analitik Bakıda - Tomas Qoltsa fəxri doktorluq dərəcəsi verildi
14:44 14.02.2020

“Öz torpağına qayıdış!” - Ukrayna telekanalı Cocuq Mərcanlıdan reportaj hazırladı
14:22 14.02.2020

Şəkidə 19 yaşlı gənc saxlanıldı - Qızıl və pulu oğurladığını etiraf etdi
13:53 14.02.2020

Minimum əməkhaqqi artirilacaq - Növbəti 5 ildə məşğulluq sahəsində bir sira addimlar atilacaq
13:30 14.02.2020

Qadın güləşçimiz finalda - Bir qızıl, üç bürünc medal şansı
13:13 14.02.2020

Bakı Nəqiyyat Agentliyi sürücülərə xəbərdarlıq edir - Bəzi yollarda sürət həddi endirildi
12:44 14.02.2020

Ali məktəblərə qəbul - İkinci mərhələ üzrə sınaq imtahanı keçiriləcək
12:22 14.02.2020

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri başlayıb
12:01 14.02.2020

TRAMPIN İRANA HÜCUM SƏLAHİYYƏTİ ƏLİNDƏN ALINDI
11:29 14.02.2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 8 il ötür - VİDEO
11:05 14.02.2020

Lənkəranda ikimərtəbəli yaşayış evi yandı - Ailə üzvləri son anda xilas oldular
10:44 14.02.2020

Ucarda ev yanıb - FOTOLAR
10:42 14.02.2020

Paytaxtda güclü külək əsəcək
10:21 14.02.2020

KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI SÜRƏTLƏ ARTIR
09:55 14.02.2020

TÜRKİYƏ XİN-DƏN SURİYAYA CAVAB - "QONDARMA “ERMƏNİ SOYQRIMI”NIN QƏBUL EDİLMƏSİ REJİMİN “İKİÜZLÜLÜYÜDÜR”"
09:30 14.02.2020

4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib - Yenilənib
09:09 14.02.2020

İdman tariximizin unudulmaz anları - 2008-ci il. Pekin Olimpiadası. Elnur Məmmədlinin 13 saniyəsi - VİDEO
19:21 13.02.2020

Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini təbrik edib
18:59 13.02.2020

QUBA POLİSİ ƏMƏLİYYAT KEÇİRİB
18:31 13.02.2020

MSK bir sıra seçki dairələri ilə bağlı daxil olan müraciətlərə baxıb
18:08 13.02.2020

Hüseynbala Mirələmovun lider olduğu dairənin nəticələri ləğv edildi
17:40 13.02.2020

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi
17:17 13.02.2020

MSK Rauf Arifoğlunun dairəsində nəticələri ləğv etdi
17:10 13.02.2020

MSK bu dairədə seçkilərin nəticəsini ləğv etdi
16:44 13.02.2020

Çindən gələn tələbə xəstəxanaya yerləşdirilib - Karantin müddəti bitən bir neçə nəfər isə evə buraxılıb
16:15 13.02.2020

Magistraturaya sənəd qəbulu başa çatır - İmtahan fevralın 23-də keçiriləcək
15:36 13.02.2020

Bakida 4 milyon manata villa satılır
15:00 13.02.2020

İmişlidə bir ailənin 3 üzvü zəhərlənib - Ana həyatını itirdi, qızı isə ağır vəziyyətdədir
14:35 13.02.2020

Prezident İlham Əliyev Avropa çempionatında uğurla çıxış etmiş yunan-Roma güləşi üzrə komandamızı təbrik edib
14:14 13.02.2020

İlham Əliyev Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13:48 13.02.2020

TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ PENTAQON RƏHBƏRİYLƏ GÖRÜŞÜB - Onlar nəyi müzakirə ediblər?
13:13 13.02.2020

İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
12:49 13.02.2020

Prezident İlham Əliyev: "Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir"
12:25 13.02.2020

Bütün xəbərlər