Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Sadıq Sadıqov: “Bu səhifə mənim həyat kitabımda artıq bağlanıb" - ACF-nın vitse-prezidentindən gözlənilməz açıqlamalar - FOTOLAR

Sadıq Sadıqov: “Bu səhifə mənim həyat kitabımda artıq bağlanıb" - ACF-nın vitse-prezidentindən gözlənilməz açıqlamalar - FOTOLAR
5786 dəfə oxunub

ATV.az Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti  Sadıq Sadıqovla eksklüziv müsahibəni oxucularına təqdim edir.

Sadıq müəllim, gəlin rahat suallardan başlayaq, sonra keçək narahat sullara. Olimpiya Oyunlarına bir il qaldığını nəzərə alaraq, orada medal qazana biləcək nə qədər cüdoçumuz var?

Mən hər bir sualınıza  tam səmimi şəkildə cavab verməyə hazıram(gülür). Bakıda keçirilən "Böyük Dəbilqə" yarışı bir daha göstərdi ki, bizim güclü və istənilən rəqabətə dözə bilən cüdoçularımız var, bəzi çəkilərdə isə onların sayı da az deyil. Misal üçün, 73 kq çəki dərəcəsində az qala dörd-beş eynisəviyyəli idmançımız var. Və onlar bir-birləri ilə sağlam rəqabət aparırlar. "Grand Slam" yarışlarında Rüstəm Orucovla Hidayət Heydərovun yarımfinal qarşılaşması bunun bariz nümunəsidir! 100 kq çəki dərəcəsində Elmar Qasımovdan başqa  güclü legionerlərimiz,  Zəlim Kotsoyev kimi cüdoçularımız var. Ola bilsin, hər ikisinin olimpiya lisenziyası olsun. Birdə ki, Elmar Qasımov öz üzərində işləsə, nəticəsi daha yüksək olar, biz ona çox inanırıq.

Bağışlayın, lakin “Elmar Qasımov öz üzərində işləsə nəticəsi daha yaxşı olar” cümləsini biz son 7-8 ildə çox eşidirik, ortada isə onun yenə dəhşətli dərəcədə qeyri-stabil çıxışlarını görürük…

Bəli, bunu çox düzgün qeyd edirsiniz. Mən Elmarı İrəvandakı qələbəsindən sonra  gözümdə Milli Qəhrəman kimi görmüşəm və “Neftçi” İdman Klubunu təmsil etdiyi üçün yaxından tanıyıram. Sadəcə, onun psixologiyasına  şəxsi probleməri təhsir edir. Həmdə o çox emosionaldı. İnanıram ki, biz Elmarı yenidən zirvələrdə görəcəyik, cünki onda olan gücü mən  bir çox cüdoçumuzda görmürəm! Fikrimi tamamlayaraq əlavə edim ki, bizim məqsədimiz bəllidir - Olimpiya oyunlsarına tam heyyətlə, yəni 7 cüdoçu ilə qatılmaq. Özüdə çalışacayıq ki, hər bir cüdocumuz Olimpiya oyunlarına yalnız iştirak etmək üçün deyil, əsl mübarizə, əzmkarlıq üçün qatılsın.

Sürprizlərdə gözləyirik. Misal üçün, 60 kq çəki dərəcəsində gənc Kəramət Hüseynov dünya çempionatında 5-ci yerə çıxdı, bu dəfə Bakıda yalnız zədə üzündən çıxış edə bilmədi. “Canavar” kimi oğlandır!

O özü “canavardı” yoxsa dayısı, olimpiya çempionu Elnur Məmmədlinin hesabına “canavar kimi” təqdim olunur?

Yox, əlbəttə özü ( gülür). Hətta dünya çempionatında cənab president onu təriflədi və dedi ki, “sənin yaxşı gələcəyin var”. Sadəcə indi dörd aydır əməliyyatlardadır, qolunda zədəsi var. İnşallah Çində mayın 24-ü başlayan “Qran-pri”yə yollayacayıq , baxaq zədədən sonra vəziyyəti necədir.

Sadıq müəllim, dünya çempionatından söz düşmüşkən, bunu soruşmaya bilmərəm. Niyə cüdoçularımızın göstərdiyi nəticə gözləndiyindən zəif oldu və öz tamaşaçılarımızın gözü önündə dzüdoçularımızdan heç biri dünya çempionu ola bilmədi? Halbuki uğurlu çıxış üçün federasiya tərəfindən hər bir şərait yaradılmışdı…

Bilirsiniz, yerli publikanın , azarkeşlərin nə qədər xeyri varsa, bir o qədər də təsiri var.Yerli publikanın xofu tam başqadır. Biri var idmamçı tam sərbəst çıxıb güləşir, biri də var  minlərlə doğma azarkeşlərinin gözü önündə! Milli televiziyalarımız bunu yayımlayır, ölkə başçısı digər ölkə rəhbərləri ilə birgə səni canlı izləyir…Buna görə də idmançıya doğma divarlar icində çıxış etmək qat-qat çətin olur, nəinki xaricdə. Amma buna baxmayaraq Uşangi Kokauri kimi yenə də finala çıxan və qızılın bir addımında dayanan, bürünc qazanan Hidayət kimi cüdoçularımız oldu.

Bəs onda “Böyük Dəbilqə" yarışlarında necə oldu ki yeddi medal, o cümlədıəndə bir "qızıl" qazana bildik? Axı bu yarışda doğma azarkeşlərin gözü önündə keçirildi.

Hər idman yarışlarının öz ağırlığı, öz çəkisi var. Düzdü, “Grand Slam" yarışlarının çəkisini də mən azaltmaq istəməzdim, amma Dünya çempionatı tam başqa bir aləm, tam başqa bir çəkidə olan yarışdır.Cüdo çox dərin fəlsəfəsi olan bir idman növüdür və bu elmnən yaşayan, daim onun zənginliyindən qidalanmağa çalışan bir sıra Avropa və Asiya dövlətləri var. Bizim idmançıların səviyyəsi artdıqca yaponlar artıq bir-neçə addım irəlidə olub bu idmanın “nöqtəsini qoyurlar”.

Birdə ki, biz artıq regionlarda cüdomuzun təbliğinə və inkişafına qulluq edən adım atmışıq,  Regionlarda inkişaf komitəsi yaratmışıq onun  rəhbəri isə tanımmış cüdo mütəxəssisi , cüdonu ürəkdən sevən bir insan - Tərlan Poladovdur. Ölkəmizdə bu gün 97 cüdo klubu var, regionlardakı klubların maddi-texniki bazasını bacardığımızca zənginləşdiririk. Buna görə də cüdomuzun sabahına ümidlə baxıram…

Bu baxışların cüdoçularımıza güvəndiyini anladım, bəs baş məşqçiyə belə güvən varmı? Axı Ruslan Maşurenkonun məşqçi kimi indiyədək heç bir naliyyətləri olmayıb! Dıgər ölkənin cüdo federasiyasının vitse-prezidentini, keçmiş bank işçisini, başqa ölkənin cüdoçularının baş məşqçisi etmək niyə lazım idi? Bildiyimə görə onu ukraynılalılar özləri belə qəbul etməyib…

Bilirsiniz, indi biz məktəbi olmayan cüdoçunu kimin yanına məşq etməyə aparsaq - istər o bizim keçmiş baş məşqçi Peter Zaysenbaher olsun, istər ən tanınmış yapon mütəxəssisi- onlar bu idmançı ilə heç bir uğur əldə edə bilməz! Bu gün bizim hər bir çempionumuzun yanında şəxsi məşqçisi var- hamısıda yerli mütəxəssislərdi! İstər Elmar olsun, istər Hidayət, istər digərləri-hamısın məşqçisi bizimkilərdi.  İndi Maşurenkonun yanına da bir olimpiya çempionumuzu, bir dünya çempionumuzu, birdə üç olimpiya oyunlarında iştirak etmiş cüdoçumuzu qoymuşam. Və tək Maşurenkonun sözü ilə heç kəs oturub-durmayacaq. Məndə sizin kimi  səmimiyyəti sevən insanam ona görə də deyirəm. Mən cüdoya təzə gələndə o qədər sözlər eşidirdim ki, bunlardan artıq özüm özümdən şübhələnməyə başlayırdım(gülür)

Axırda fikirləşdim ki, bunları üzləşdirim, görüm bir-birlərinin arxasınca dediklərini üzlərinə deyə biləcəklərmi. Və bir məşqçi ilə söhbət edən zamanı onun yanında digərinə zəng etdim ki, dur gəl bura , səninlə işimiz var. İnanırsınız, o gələnə qədər yanımdakı və çağırdığım məşqçidən ağız dolusu qiybət edən məşqçi min bir bəhanə ilə qaçdı getdi. Halbuki üz-üzə gələndə görüşüb öpüşürlər. Bu da böyük bir problemdir! Peter gələndə dili də var idi, dilçəyidə. Amma yenə bizimkilərə belə bir şans verəndə bir-birlərinin “ətini yeyirlər”, real iş isə qalır kənarda. Bütün bunlara baxmayaraq  görün yeniyetmələrdə, gənclərdə, qadınlarda məşqçilərimiz kimlərdi – hamısı yerli məşqçilərdi. İndi qadın cüdoçularımızın məşq vaxtı zallarımızda 70-80 qızımız var. Onlara rəhbərlik edən Rəşad Məmmədov gənc olmağına baxmayaraq, çox gözəl çalışdırıcıdır. İndi əsas odur ki, onun ətrafında heç bir söz-söhbət olmasın və adam rahat işləsin.

Bəs bizim ən mötəbər idman yarışları niyə azarkeş diqqətindən kanarda qalır? Onlara tamaşaçı marağı demək olar ki yoxdu, istər cüdoda, istər digər idman növlərində. Hətta “xalq idmanı” olan futbolda belə...

Düzünü dəsəm, bunun "niyəsini” mən də tapa bilmirəm. Axı yarışlarımız kifayət qədər reklamda olunur, təşkilatçılıq baxımdan isə bizə ümumiyyətlə çatan yoxdu. Avropa oyunları, İslam Oyunları, Formula1, müxtəlif idman növlərində  dünya və Avropa çempionatı – hamısını dövlətimiz yüksək səviyyədə keçirib və bunu heç kəs inkar edə bilməz! Elə götürək Bakıdakı "Böyük Dəbilqə"ni, onun təşkilatçılığı heç cüdo üzrə dünya çempionatlarının təşkilindən geri qalmırdı desək, yanılmarıq. Beynalxəlq cüdo federasiyasının prezidenti cənab Vizer belə təşkilatçılığa heyran qaldığını gizlətmədi. Amma yerli azarkeşlərin bu cür yarışlara biganə qalması şəxsən məni də məyus edir. Siz doğru buyurursunuz ki, heç hamının sevdiyi futbolda belə ən maraqlı qarşılaşmaları paytaxtda maksimum 1500 azarkeş izləyir. Misal üçün "Neftçi”- “Qarabağ” oyununu götürsək. Halbuku əvvəlki dövürlərdə “Xəzər-Lənkəran”  -“Neftçi”  matçına 15-16 min tamaşaçı gəlirdi bölgə stadionuna, Bakıda isə onların sayı 10 minə çatırdı…

Futboldan danışmaq istəmirdim, necə deyərlər yaralı yerinizə toxunmaq istəmirdim. Amma etiraf edim ki bir çox insanlsr Sadıq sadıqovun vaxtında “Neftçi” tam başqa idi deyir, indiki “Neftçi”dən məyus olduqlarını gizlətmirlər.  bəlkə onları bir ruhlandıraq?“Neftçiyə” nə vaxtsa qayıdacaqsınız, Sadıq müəllim?

Təəssüf ki, mən bunu edə bilməyəcəm.  “Neftci”nin səhifəsi mənim həyat kitabımda artıq bağlanıb və keçmişdə qalıb. Indi cüdodayam, cüdomuzun inkişafı və uğuru üçün çalışıram. Sabah harada olacağımı deyə bilmərəm, amma konkret bilirəm ki, “Neftçi”də bir daha olmayacam.

Vüqar VÜQARLI

ATV.az























BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Qeydiyyatdan keçə bilməyən sahıbkarların nəzərinə - Dövlət vergi xidmətinə müraciət edə bilərsiniz
21:51 07.07.2020

Kürdəmirdə 15 yaşlı gənc kürdə batdı - Axtarışları davam edir
21:14 07.07.2020

Daha 537 nəfər koronavirusa yoluxdu - 453 nəfər sağaldı, 7 nəfər vəfat etdi
20:57 07.07.2020

Prezident Ilham Əliyev Yaponiyanin İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı ünvanlayıb
20:36 07.07.2020

“Buzlu Şüşə” yalnız COVİD-19 üçün səciyyəvi deyil - Bu normal insanlarda da müşahidə oluna bilər
20:14 07.07.2020

Bərdədə karantin rejiminə nəzarət güclənib - Qaydaları pozalar cəzalandırılır
19:54 07.07.2020

Təkcə bir klinikada 33 həkim koronavirusa yoluxub - Tədris-cərrahiyyə klinikasının 27 həkiminin müalicəsi davam etdirilir
19:25 07.07.2020

İy-qoxunun səbəbləri bilindi - ETSN monitorinqin nəticələrini açıqladı
19:14 07.07.2020

“Zaminbank”ın vəzifəli şəxslərinin əməlləri ifşa olundu - Sabiq sədr həbs edilib
18:54 07.07.2020

Qırğızıstan parlamentinin keçmiş spikeri vəfat etdi - O, ikitərəfli pnevmaniyadan əziyyət çəkirmiş
18:21 07.07.2020

Virusa yoluxanların sayı 11 milyon 765 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 541 mindən çoxdur
17:54 07.07.2020

Türkiyə sahillərində əməliyyat - Göyərtəsində 276 miqrant olan gəmi saxlanılıb
17:21 07.07.2020

Türkiyədə meşə yanğını - Yalova kəndi tamamilə boşaldıldı
16:54 07.07.2020

Türkiyə Superliqası: 30-cu tur - "Beşiktaş"dan sürpriz məğlubiyyət
16:14 07.07.2020

Yevlaxda yük avtomobili piyadanı vurub - 32 yaşlı qadın dünyasını dəyişib
15:54 07.07.2020

Masallıda quldurluq yolu ilə evə daxil olublar - Pul və telefon oğurlayıblar
15:36 07.07.2020

Sabirabadda ağır yol qəzası - İki nəfər həyatını itirib, iki nəfər xəsarət alıb
15:14 07.07.2020

Astarada toy etmək istəyənlər saxlanılıb - Astara polisi 7 nəfəri cərimələyib
14:51 07.07.2020

Bakı sakinini Şamaxıda maşın vurub - 24 yaşlı qızın vəziyyəti ağırdır
14:21 07.07.2020

Yaponiyada sel ağır fəsadlara yol açdı - 50 nəfər təbii fəlakətin qurbanı oldu
23:32 06.07.2020

İsrailin müdafiə naziri iddiaları yalanladı - “İranla bağlı hər insidenti İsraillə bağlamaq düzgün deyil”
23:14 06.07.2020

Ruhanidən İranla düşmən ölkələrə ismarış - “İqtisadiyyatını məhv etmək onlara nəsib olmayacaq”
22:54 06.07.2020

Lənkəranda Milli Parkda yanğın baş verib - Taxıl zəmisində baş verən yanğın hadisəyə səbəb olub
22:21 06.07.2020

Oksford Universitetinin qənaəti - “Covid-19” virusu çində yox, ispaniyada meydana gəlib”
21:54 06.07.2020

Virusa yoluxanların sayı 11 milyon 604 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 538 mindən çoxdur
21:32 06.07.2020

İctimai iaşə müəssisələrində müştəri qəbulu - Müştəri qəbulu necə tənzimlənəcək?
21:14 06.07.2020

Daha 513 nəfər koronovirusa yoluxdu - 440 nəfər sağaldı, 8 nəfər vəfat etdi
20:54 06.07.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Ilham Əliyevə məktub ünvanlayib
20:36 06.07.2020

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə zəng edib
20:02 06.07.2020

Göyçayda yanğın baş verdi - Alov tövlədən yaxınlıqdakı evə keçib
19:54 06.07.2020

Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi - Xarici İşlər nazirliyinin vəzifəli şəxsləri saxlanıldı
19:36 06.07.2020

Beynəlxalq videokonfrans keçirildi - Diasporla iş üzrə dövlət komitəsinin 18-ci ildönümünə həsr olundu
19:14 06.07.2020

Yalamada karantin rejimini pozanlar saxlanıldı - Toy dayandırıldı, bəy cərimə edildi
18:54 06.07.2020

Saatlıda yük avtomobili qatarla toqquşdu - Xəsarət alan sürücünün qolu amputasiya edildi
18:36 06.07.2020

İsmayıllıda qadın sürücü yük maşını ilə qəza törətdi - Sürücü dünyasını dəyişdi, sərnişini xəsarət aldı
18:14 06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalının açılışında iştirak ediblər
17:54 06.07.2020

Məktəb seçiminə başlanılır - Valideynlər hansı məktəbləri seçə bilər?
17:21 06.07.2020

Morrikone 91 yaşında vəfat etdi - O, saysız-hesabsız musiqilərin bəstəkarı idi
16:54 06.07.2020

İran dairələri hadisənin səbəblərini açıqladı - “Natanzda baş verən partlayışa yanğın səbəb olub”
16:21 06.07.2020

Virusa yoluxanların sayı 11 milyon 580 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 537 mindən çoxdur
15:54 06.07.2020

190 manat kimlərə veriləcək? - Birdəfəlik ödəməmin veriləcəyi rayonlar məlumdur
15:36 06.07.2020

"Real"dan minimal hesabli qələbə - Ramos yenə qol vurdu
15:14 06.07.2020

DİM və Təhsil Nazriliyi birgə məlumat yaydı - Bəzi məzunlara attestat veriləcək
14:54 06.07.2020

Ermənistan reallıqları dərk etmir - Qarabağın Azərbaycanlı icması bəyanat yaydı
14:21 06.07.2020

İstirahət mərkəzində əməliyyat keçirildi - Daha bir hotel karantin qaydalarını pozdu
13:54 06.07.2020

Ermənistandan növbəti təxribatçı addım - Mnatsakanyan qondarma rejimin lideri ilə görüşüb
13:39 06.07.2020

Taktiki təlimlər keçirilib - Şərti düşmən hədəfləri məhv edilib
13:15 06.07.2020

Magistrlərin qeydiyyatı başladı - İyulun 15-nə qədər davam edəcək
12:51 06.07.2020

Abituriyentlərin nəzərinə - 41 şəhər və rayonda imtahan keçiriləcək
12:25 06.07.2020

Oteldə istirahət edənlər saxlanılıb - Polis karantini pozan şəxslərə qarşı əməliyyat keçirib
20:35 05.07.2020

Koronavirusla mübarizə - Türkiyə Azərbaycana tibbi yardım göndərib
20:14 05.07.2020

Dünya koronovirusun çəngində - Yoluxanların sayı 11 415 900 nəfəri ötüb
19:54 05.07.2020

Ölkəmizdə daha 523 nəfərdə Covid-19 aşkarlanıb - 9 nəfər vəfat edib
19:35 05.07.2020

4 yeni doğulmuş körpə koronavirusa yoluxub - Körpələr sağalaraq evə buraxılıb
19:14 05.07.2020

Ağcabədidə qonaqlıq təşkil edən şəxslər cərimələnib - Qanunu pozanlar cəzalandırıldı
18:54 05.07.2020

Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlandı - Qanunu pozanlar cəzalandırıldı
18:21 05.07.2020

Bir qrup qadın ad günü şənliyi keçirdi - Qaydaları pozanlar məsuliyyətə cəlb olundu
17:54 05.07.2020

Ögey ata həyat yoldaşını və qızını bıçaqladı - Naftalanda ailə münaqişəsi ölümlə nəticələndi
17:48 05.07.2020

8103 sms icazə sistemi ilə bağlı yeniliklər - İcazəsi ləğv edilən qurumlar yenidən icazə ala bilməyəcək
17:21 05.07.2020

Vahid Əhmədov Türkiyəyə aparılıb - Deputatın səhhətində problemlər yaranıb
16:54 05.07.2020

Hacıqabulda iki yük maşını toqquşdu - Sürücünün vəziyyəti ağırdır
16:21 05.07.2020

Boya fabrikində yanğın baş verib - Hadisə zamanı 5 nəfər xəsarət alıb
15:59 05.07.2020

Yaxınlarınızı risk altına atmayın! - Koronovirusla mübarizədə vətəndaş məsuliyyəti önəmlidir
15:48 05.07.2020

12 ailənin sevincinə səbəb olan hadisə - Qəzalı binada yaşayanların arzusu gerçəkləşdi
15:25 05.07.2020

Türkiyədə silsilə partlayış - 4 nəfər həyatını itirdi, 97 nəfər xəsarət aldı
23:35 03.07.2020

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi - Onun başından küt alətlə vurulub
23:14 03.07.2020

Neft borusunda sızma baş verib - Zəbt olunan ərazidə qəzanın qarşısı alınıb
22:54 03.07.2020

200 kq-a yaxın at əti müsadirə edilib - Yoxlama zamanı qayda pozuntuları da aşkarlandı
22:32 03.07.2020

COVID-19 virusu ilə bağlı daha bir araşdırma - Hansı qan qrupundan olanlar koronavirusa daha çox yoluxur?
22:14 03.07.2020

Maşın nömrələri üçün də icazə alınacaq - Kamera vasitəsi ilə cərimə yazılmayacaq
21:54 03.07.2020

190 manat daha kimlərə veriləcək? - Zərərçəkən sektorların siyahısına yenidən baxıla bilər
21:37 03.07.2020

Myanmarda torpaq sürüşməsi - Ölənlərin sayı 162-yə çatıb
18:36 03.07.2020

Merkel covid-19-un yaratdığı böhranı dəyərləndirdi - “Avropa birliyi tarixinin ən ağır dövrünü yaşayır”
18:14 03.07.2020

Virusdan ölüm halları 2 faizdən aşağıdır - Daha çox qadınlar virusa yoluxur
17:54 03.07.2020

Daha 583 nəfər koronovirusa yoluxdu - 395 nəfər sağaldı, 7 nəfər vəfat etdi
17:21 03.07.2020

Mağazalarda monitorinqlər davam edir - 1 ayda 4400-dən çox qayda pozuntusu aşkarlanib
16:54 03.07.2020

Artan rəqəmlərin nəticəsi - Məsuliyyətsizlik qaydaların sərtləşməsinə səbəb oldu
16:21 03.07.2020

DTX əməliyyat keçirir
15:54 03.07.2020

Tələbə köçürülməsi dayandırılır - Elektron sənəd qəbulu müvəqqəti təxirə salınır
15:36 03.07.2020

Ekspres marşrut xətlərinin fəaliyyəti bərpa olunur - Avtobuslar səhər saat 7.00-dan 20.00-dək işləyəcək
15:21 03.07.2020

Bütün xəbərlər