Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının möhtəşəm Açılış mərasimi keçirildi - FOTOLAR

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının möhtəşəm Açılış mərasimi keçirildi - FOTOLAR
470 dəfə oxunub

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edildi. Sonra açılış mərasimində  Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və Beynəlxalq Gimnastika Federasiyasının (BGF) prezidenti Morinari Vatanabe çıxış etdilər.

"Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq sizi burada – Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır" deyən Vatanabe Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülərə və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirвш.

Qeyd edək ki, tədbirdə BGF-nın sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan etdilər.

Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırlatdı.

 Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Şoudan sonra xalq artisti Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıları coşdurdu.

Beləliklə, Azərbaycan növbəti dəfə adını dünya gimnastika yarışlarının tarixinə yazdı.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

“Nağıllar gerçəkləşəcək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Tokio Olimpiadasına lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Vüqar VÜQARLI

ATV.az



















BUNU DA OXU

Çimərlik mövsümünə az qaldı - VİDEO
ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
Ələt azad iqtisadi zonası yaradıldı
İki Azərbaycanlı İrəvanda video çəkiliş aparıb - VİDEO
ATV-dən koronavirusa yoluxan əməkdaşları ilə bağlı - AÇIQLAMA
Xəbər lenti

190 manat birdəfəlik ödəmə nə vaxtadək olacaq? - VİDEO
11:25 26.05.2020

Çimərlik mövsümünə az qaldı - VİDEO
10:59 26.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər edib - Yenilənib - VİDEO
10:28 26.05.2020

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
10:01 26.05.2020

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - 15 günlük həbs olundu
22:36 25.05.2020

Rusiya vətəndaşı saxlanıldı - Evindən nartotik vasitə və odlu silah götürüldü
22:16 25.05.2020

11 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - Faktla bağlı araşdırma davam edir
21:58 25.05.2020

Yeni Zelnadiyada baş nazir canlı efirdə olarkən zəlzələ baş verdi - 5,8 bal gücündə zəlzələ 30 saniyə davam edib
21:39 25.05.2020

Oksford alimlərindən COVİD-19 pevəndi ilə bağlı açıqlama - Sınaqların uğurlu olacağı ehtimalı 50 faizdir
21:28 25.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb
21:16 25.05.2020

Böyük Britaniya karantin qaydalarını pozduğu üçün istefası tələb olunur - Hakim partiyadan da ona qarşı çıxanlar var
20:49 25.05.2020

İki qardaş saxlanıldı - 17 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
20:39 25.05.2020

İmişlidə növbəti dəfə dezinfeksiya işləri aprıldı - Sakinlərə pulsuz maska paylandı
20:13 25.05.2020

149 nəfər yeni koronovirusa yoluxdu - 134 nəfər sağaldı, 2 nəfər vəfat etdi
19:49 25.05.2020

Prezident Ilham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişvilini Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib
19:37 25.05.2020

İtaliya Prezidenti Sercio Mattarella Respublika Günü münasibətilə dövlət başçısına məktub göndərib
19:26 25.05.2020

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
19:03 25.05.2020

Şamaxıda icra hakimiyyətində 1 nəfərdə virus aşkarlandı - İcra başçısı və əməkdaşlar karantindədirlər
18:39 25.05.2020

"Azəriqaz" sosial aksiya keçirdi - Evlərə pulsuz qaz xətti çəkildi
18:27 25.05.2020

Şəkidə əməliyyat tədbiri keçirilib - 1 ton çətənə məhv edilib
18:12 25.05.2020

Ağdaşda qanunsuz narkotik bitki əkən şəxs saxlanıldı - Faktla bağlı araşdırma başladılıb
17:58 25.05.2020

Karantin qaydalarını pozan restoran aşkar edilib - 32 nəfər məsuliyyətə cəlb edilib
17:36 25.05.2020

Təlimlər başa çatdı - Şəxsi heyət təcrübə və vərdişlər əldə edib
17:12 25.05.2020

Pandemiya dövründə ilk titul - Belarus kubokunun yeni sahibi məlum oldu
16:52 25.05.2020

Zidan özünütəcrid qaydalarını pozdu - "Real"ın baş məşqçisi cərimələnəcək
16:38 25.05.2020

Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu - Tuva respublikasının rəhbəri COVİD-19-a tutulub
16:15 25.05.2020

Trampın tvitlərini yazan şəxs məlum olub - “Bir centlmenim var”
15:48 25.05.2020

Virusa yoluxanların sayı 5 milyon 502 mini ötüb - Ölənlərin sayı isə 346 mini ötüb
15:27 25.05.2020

Atəşkəs yenə pozuldu - Mövqelərimiz atəşə məruz qalıb
15:12 25.05.2020

İtaliyada koronavirusdan ölənlərin sayında rekord azalma - Son sutkada cəmi 50 nəfər virusdan dünyasını dəyişib
14:58 25.05.2020

Çində 5 yaşlı uşaq son anda xilas edilib - Hündürmərtəbəli binanın balkonundan sallanıb
14:48 25.05.2020

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
14:36 25.05.2020

İndiyədək 4122 nəfərdə yoluxma aşkarlanıb - 49 nəfər vəfat edib
14:02 25.05.2020

Mingəçevirdə idarəetmədən çıxan maşın 13 nəfəri vurdu - Xəsarət alanlardan 10 nəfəri uşaqdır
19:48 24.05.2020

Virusa yoluxanların sayı 5 milyon 435 mini ötdü - Ölənlərin sayı isə 345 minə çatır
19:29 24.05.2020

Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutuları” tapılıb - Komissiya araşdırmaya başlayıb
19:15 24.05.2020

ABŞ-da koronavirusdan ölənlərin sayında azalma - Nyu-Yorkda gün ərzində daha az insan həyatını itirib
18:54 24.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 359 nəfər virusa yoluxub
18:48 24.05.2020

Tramp qolf oynayarkən görüntüləndi - Siyasi rəqibləri tərəfindən tənqid olundu
18:37 24.05.2020

Müsəlman dünyası bayramı fərqli qeyd edir - Əksər ölkələrdə bayram namazları evdə qılınıb
18:29 24.05.2020

Kürdəmirin Sığırlı kəndində 12 nəfər virusa yoluxub - Onların arasında 1 yaşlı uşaq da var
18:13 24.05.2020

Daha 140 nəfər koronavirusa yoluxub - 101 nəfər müalicə olunaraq sağalıb
17:57 24.05.2020

Koronavirusla mübarizədə yeni çağırışlar - Sınaqdan çıxmış Azərbaycan modeli
17:32 24.05.2020

Ramazan ayından sonrakı dönəm - 3 həftə qidalanmaya xüsusi diqqət edilməlidir
17:16 24.05.2020

Bakı və Sumqayıtda ağıllı şəhər sistemi qurulur - Bu şəhərlər müasir texnologiya ilə işıqlandırılacaq
16:48 24.05.2020

Müsəlman dünyası ramazan bayramını qeyd edir - Bu dəfə bayram namazı evlərdə qılınıb
16:28 24.05.2020

Xaçmazda qanunsuz balıq ovunun qarşısı alınıb - Reydlər davam etdirləcək
15:49 24.05.2020

Qarğıdalı əkininə görə fermerlərə vəsait ödəniləcək - Dövlət fermerlərin toxum təminatını dəstəkləyir
15:29 24.05.2020

Bakıda güclü külək ondan çox ağacı aşırıb - Aşan ağac avtomobillərə də ziyan vurub
15:03 24.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib
14:36 24.05.2020

Ermənistan Gürcüstandan üzr istədi - Gürcüstan əleyhinə sərt ifadələr səsləndirilmişdi
14:26 24.05.2020

Ağdaşda avtomobil ağaca çırpıldı - Sürücü hadisə yerində dünyasını dəyişdi
14:02 24.05.2020

Paytaxtda ağac avtomobilin üstünə aşdı - BNA sürücülərə çağırış etdi
23:52 23.05.2020

İstixanada narkotik yetişdirən şəxs tutuldu - Balakəndə əməliyyat keçirilib
23:42 23.05.2020

Virusa yoluxanların sayı 5 milyon 340 mini ötdü - Ölənlərin sayı isə 341 minə çatır
23:16 23.05.2020

İspaniyada 10 günlük matəm elan olunacaq - Pandemiya qurbanları yad ediləcək
22:36 23.05.2020

Qarğdalı əkənlərə şad xəbər - Toxuma görə 60 manat ödəniləcək
22:16 23.05.2020

“AZƏRİQAZ” İB-in baş direktoru onlayn qəbul keçirdi - İstixana sahiblərinin sualları cavablandırıldı
21:48 23.05.2020

Tovuzda külək ağacı dəmiryolu xəttinə aşırdı - Qatarların hərəkətində fasilə yarandı
21:34 23.05.2020

PFL rəsmi qərarı gözləyir - Klublarla müzakirələr aparılacaq
21:28 23.05.2020

İyun ayında bəzi məhdudiyyətlər götürülə bilər - Vətəndaşların üzərinə böyük məsuliyyət düşür
21:15 23.05.2020

Lənkəran sakini saxlanılıb - Evdə tiryək aşkarlandı
20:47 23.05.2020

11 ayın sultanı ramzan başa çatır - Fitrə zəkatı necə çıxarılmalıdır?
20:37 23.05.2020

Mingəçevirdə əməliyyat keçirilib - Civə satan şəxs tutuldu
20:28 23.05.2020

Bayram yarmarkaları açıldı - İki gün davam edəcək
20:12 23.05.2020

21 ədəd 12 metrlik avtobuslar xəttə buraxıldı - 30 nömrəli marşrut xətti “Bakubus”a həvalə olundu
19:57 23.05.2020

Qubada silsilə oğurluq edən şəxs saxlanıldı - Oğurladığı əşyaları ucuz qiymətə satıb
19:41 23.05.2020

Daha 127 nəfər koronavirusa yoluxub - 107 nəfər sağalıb, 3 nəfər vəfat edib
19:29 23.05.2020

Nyu-Yorkda qaydalar yumşaldılır - 10 nəfərin toplaşmasına icazə verildi
19:13 23.05.2020

Bu günədək 63 min 616 abituriyent elektron ərizəsini təsdiq edib
18:45 23.05.2020

Separatçıların saytı bağlandı - Almaniyadan Qarabağ separatçılarına növbəti zərbə
18:29 23.05.2020

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək
18:13 23.05.2020

Türkiyədə ağır qəza - 3 azərbaycanlı faciəvi şəkildə öldü
17:36 23.05.2020

Moskvada banka silahlı basqın - Xüsusi çevik alayı əməliyyat keçirdi
17:13 23.05.2020

Mingəçevirdə yaşayış evində partlayış - Ər və arvad yanıq xəsarətləri aldı
16:58 23.05.2020

Gəncədə güclü külək fəsadlara yol açıb - İri gövdəli ağaclar aşdı, 10 binanın işığı söndü
16:42 23.05.2020

Floridada 28 may Azərbaycanın Respublika günü qeyd edildi - Mer bununla bağlı bəyannamə imzaladı - FOTOLAR
15:52 23.05.2020

Jirinovskidən maraqlı təklif - Siyasətçi leninin nəşini satmaqğı təklif edir
22:16 22.05.2020

İtaliyanın baş naziri kürsüdə öskürməyə başladı - Nazir çıxışını yarımçıq dayandırmalı oldu
21:25 22.05.2020

Xaçmazda 3 nəfəri it dişləyib - 4 yaşlı uşaq əməliyyat olunmaq üçün Bakıya gətirilib
21:16 22.05.2020

Bütün xəbərlər