Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Abu-Dabi turnirinin yekunları - üç medalın görünməyən üzü - ÖZƏL - FOTOLAR

Abu-Dabi turnirinin yekunları - üç medalın görünməyən üzü - ÖZƏL - FOTOLAR
3947 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə başa çatdı. Xəbər verdiyimiz kimi, yarışın son günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırdı -100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finalda Koreya təmsilçisi Ço Quhama uduzan təmsilçimiz "Böyük Dəbilqə"nin gümüş medalına sahib oldu. Ağır çəkidə (+100 kq) mübarizə aparan cüdoçumuz Uşangi Kokauri isə Abu-Dabidə bürünc medal uğrunda güləşdə Ukrayna idmançısı Aleksandr Qordiyenkonu məğlub etməyi bacardı və bürünc medala layiq görülüb. Beləliklə, Azərbaycan cüdoçuları Abu-Dabidə 3 medal qazanıblar. Nüfuzlu yarışın ilk günü  artıq yeni çəkisinə (66 kq) uyğunlaşan Orxan Səfərov gümüş medala sahib olmuşdu. İndi isə keçək cüdoçularımızın çıxışlarının təffərruatlarına....

 60 kq çəki dərəcəsində Abu-Dabiyə yollanmış  Davud Məmmədsoydan, əlbəttə ki, daha inamlı çıxış gözləyirdik. Azərbaycanda öz çəkisində asanlıqla rəqibləri ilə bacaran Davud nədənsə ölkədən kənarda heç özünə bənzəmir. Bilmirəm, bəlkə bu onun beynəlxalq təcrübəsinin azlığından irəli gəlir, bəlkə burada hər hansı başqı bir amil var, amma sözsüz istedadlı olan cüdoçumuz helə ki istedadını tam şəkildə nümayiş etməyi bacarmır. Tokiyo Olimpiadasına qalan vaxt isə günü gündən azalır. 

 Uzun müddət zədələrinin bərpası ilə məşğul olmuş Kərəmət Hüseynovun isə, deyəsən, bir rəqibi var - o da onun özüdür. Təbii və genetik gücü sahəsində vaxtından əvvəl yaralarını sağaltmağı bacaran Kəramət tatamidə düzgün taktika seçə bilmir və bununla öz azarkeşlərini "yaralıyır". Kəramət yığmanın məşqçilərinin sözün əsl mənasında boğazlarını yırtmasına belə baxmayaraq, öz bildiyini edir və nəticədə qalib gəldiyi belə güləşlərdə, necə deyərlər  öz əlləriylə qələbəni rəqibinə bağışlayır.

66 kq çəki dərəcəsində uzun müddətdir ki daxildə "at oynadan" Nicat Şixəlizadə xarici turnirlərdə ya tam fiaskoya uğrayır( helə Abu-Dabidəki kimi) ya gözlənilmədən uğur qazanır. Veteran güdoçumuzu yığmamamızın ən qeyri-stabil üzvü saysaq, yanılmarıq. Halbuki bundan sonra ona daha çətin olacaq. Axı indi həmin çəkiyə onun kimi titullu daha bir cüdoçu - Orxan Səfərov gəlir. Yığma komandamızın məşqçilər korpusunun uzunmuddətli təkidindən sonra çəki salmaqda əziyyət çəkən Orxan artıq 66 kq çəkisinə keçidini rəsmiləşdirdi. Özüdə necə - Abu-Dabi kimi nüfuzlu turnirin finalına çıxmaqla. Onun çıxışı hətta Rusiya, Türkiyə almaniya kimi ölkələrinin cüdo mütəxəssizlərii belə təəccübləndirdi. Onlar mənimlə söhbətlərdə bir ağızdan Orxanın yeni çəkidə belə inamla güləşməyini gözləmədiklərini bildirirdilər. Amma Orxanın bu uğuruna əvvəldən Federasiya rəhbərliyinin də inandığını qeyd etməməyə bilmərəm. Axı məhz federasiya rəhbərliyi Səfərovun iki il beynəlxalq yarışlarda uğursuz nəticə göstərməyinə baxmayaraq, ona yenə şans verirdi və növbəti turnirlərə yollayırdı. Və bu da öz bəhrəsini verdi.

Söz düşmüşkən daha bir cüdoçumuz – Hidayət Heydərovda yeni, daha ağır çəkiyə keçib. 73 kq çəki dərəcəsində “iki qoçun başı bir qazanda qaynamaz” prinsipinə əsaslanaraq Hidayət 81 kq çəki dərəcəsində özünü sınadı. Ümumdünya Hərbçilər Oyunlarında bu addım ona bürünc gətirsə də, Abu-Dabidə o medalsız qaldı. Lakin bu iki turnir arasında cüzi fasilə olması, Hidayətin komandaya gec qoşulması nəzərə alsaq Heydərov üçün bu addımı heçdə uğursuz adlandırmazdım.

Amma niyə yığmamızın ən titullu cüdoçusu Rüstəm Orucov Abu-Dabidə yalnız beşinci yerlə kifayətləndi? Axı nə yaponlar bu turnirdə iştirak etmirdi, nə də ki onun əzəli rəqibi olan Hidayət bu çəkidə çıxış etmirdi. Bəli, belə nüfuzlu 5-ci olmaq da pis nəticə deyil, bəli, o olimpiya lisensiya xallarını da artırdı. Lakin yaddan çıxarmayaq ki, söhbət RÜSTƏM ORUCOVDAN gedir! Dünya reytinqində ilk pilləni helə ki əldən verməyən, ən nufuzlu belə rəqiblərin “qorxulu yuxusu” olan cüdoçudan. Və bu cüdoçu üçün yalnız bir pillə var - o da ki birinci pillə!

81 kq çəki dərəcəsində Abu-Dabiyə daha bir cüdoçumuz yollanmışdı – Fəqan Quluzadə. Tatamiyə çıxdı, məğlub oldu və... Onun niyə gəldiyini, niyə belə zəyif çıxış etdiyini, niyə çəkisini vaxtında sala bilmədiyini, yəqin ki, özündən yaxşı heç kəs bilmir. Mən isə bircə onu bilirəm ki belə çıxış etməkdənsə Bakıda qalmaq və gələcək yarışlara daha yaxşı  daha yaxşı olardı.

Necə ki 100 dək çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev kimi. İyul ayının sonunda  “Zaqreb Qran-Pri” yarışlarında çıxış edərək uşaq səhfi buraxan Zəlim lə indiki zəlimin arasında yerlə göy qədər fərq var!  Cəmi üç ay ərzində Kotsoyev nəzərəçarpacaq qərəcədə artırıb və həmin çəkidə Elmar Qasımova sparrinq tərəfdaşından güclü rəqibə çevrilib. və bu əlbətdə ki bizi sevindirməyə bilməz- axı sağlam rəqabət olmasa nəticə artımı olmaz.  

Və nəhayət, keçək ən ağır cüdoçularımıza. Yenə də canlı izlədiyim Zaqreb turniri ilə müqaisə etsək, Uşanqi Kokauri Abu-Dabidə  Xorvatiyadakı Uşanqidən ən azı bir baş üstün idi. Və nəticə də özünü çox gözlətmədi. Ümid edirəm ki, son zamanlar yığma komandanın ağır çəkili üzvündən daha çox “ağır ballasta” bənzəyən Kokauri uğursuzluq zolağını geridə qoydu. Geridə qoymasa belə onun bu çəkidə rəqibi yetişməkdədi. Söhbət Şahin Qəhrəmanovdan gedir. Düzdü, Şahin artıq ikinci güləşdə məğlun olaraq turnirdə çıxışını dayandırdı və onun qeyri-stabilliyi gələcəyə ümidlə baxmağa inkan vermir. Lakin ən azından bu çəkidə Kokauri yığmada atrıq tək deyil və rəqabət öz sözünü deməkdədir. Kim bilir Şahin daha uğurla çəxış etsəydi, növbəti nüfuzlu turnirə kim gedəcəkdi...

Biz isə yalnız onu deyə bilərik ki kişilərdən ibarət yığma komandamız artımı göz qabağındadır. Bu da Federasiya rəhbərliyinin qayğısının, müxtəlif beynəlxalq turnirlərdə daimi iştirakın və sağlam rəqabətin nəticəsidir.

 O ki qaldı qadınlardan ibarət yığma komandaya... Cəmi altı aydır yığmaya rəhbərlik edən Rəşad Məmmədov bu dəfə turnirdən medalsız qayıtsa belə, onun gördüyü iş göz qabağındadır. Qızlarımız uduza-uduza təcrübə toplayır və yalnız İrina Kinzerskayadan (78kq+) ibarət olan komanda obrazından uzaqlaşırlar. Ayşə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq),və əlbətdə ki Aleksandra-Larisa Florian (57 kq) yarışdan yarışa artırırlar. İndi onlar ən nüfuzlu yarışlarda belə başqa cüdoçular üçün məşq tərəfdaşı deyil, heçdə asan olmayan rəqiblərə çevriliblər və dama-dama lisenziya xallarını yığmaqda davam edirlər. Belə getsə, qadın cüdoçularımız cəmi bir yox, üç olimpiya lisenziyası qazansa, təəccüblənməyin.

Vüqar VÜQARLI

ATV.az, Abu-Dabi.























































































BUNU DA OXU

Çimərlik mövsümünə az qaldı - VİDEO
ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
Ələt azad iqtisadi zonası yaradıldı
İki Azərbaycanlı İrəvanda video çəkiliş aparıb - VİDEO
ATV-dən koronavirusa yoluxan əməkdaşları ilə bağlı - AÇIQLAMA
Xəbər lenti

Gəncədə avtomobil quyuya aşdı - 1 nəfər öldü, 1 nəfər xəsarət aldı
16:49 26.05.2020

Avtomobil ağaca çırpıldı - Sürücü xəsarət aldı
16:35 26.05.2020

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib
16:15 26.05.2020

Zidan, Qvardiola, Ançelotti - Çempionlar liqasının ən yaxşı məşqçiləri məlum oldu
15:58 26.05.2020

18 avroluq maskalar - "Barselona"dan azarkeşlərə xüsusi təklif
15:39 26.05.2020

20 min avroluq turnir başlayır - Yarışda milli komandanın üzvləri də iştirak edəcək
15:29 26.05.2020

Atəşkəs pozulub - Mövqelərimiz sutka ərzində 26 dəfə atəşə məruz qalıb
15:13 26.05.2020

Ermənistanda vəziyyət kritikdir - Boş yerlər tükənmək üzrədir
14:58 26.05.2020

Baş nazirin görmə qabiliyyəti pisləşib - Boris conson koronavirusun səhhətinə vurduğu zərərdən danışıb
14:38 26.05.2020

ABŞ-da yeni təhlükəli virus yayılır - Sakinlər həyəcan təbili çalır
14:16 26.05.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 348 minə çatır
13:45 26.05.2020

Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var
13:23 26.05.2020

190 manat birdəfəlik ödəmə nə vaxtadək olacaq? - VİDEO
11:25 26.05.2020

Çimərlik mövsümünə az qaldı - VİDEO
10:59 26.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər edib - Yenilənib - VİDEO
10:28 26.05.2020

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı - Yenilənib - VİDEO
10:01 26.05.2020

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - 15 günlük həbs olundu
22:36 25.05.2020

Rusiya vətəndaşı saxlanıldı - Evindən nartotik vasitə və odlu silah götürüldü
22:16 25.05.2020

11 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı - Faktla bağlı araşdırma davam edir
21:58 25.05.2020

Yeni Zelnadiyada baş nazir canlı efirdə olarkən zəlzələ baş verdi - 5,8 bal gücündə zəlzələ 30 saniyə davam edib
21:39 25.05.2020

Oksford alimlərindən COVİD-19 pevəndi ilə bağlı açıqlama - Sınaqların uğurlu olacağı ehtimalı 50 faizdir
21:28 25.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 452 nəfərdə virus aşkarlanıb
21:16 25.05.2020

Böyük Britaniya karantin qaydalarını pozduğu üçün istefası tələb olunur - Hakim partiyadan da ona qarşı çıxanlar var
20:49 25.05.2020

İki qardaş saxlanıldı - 17 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
20:39 25.05.2020

İmişlidə növbəti dəfə dezinfeksiya işləri aprıldı - Sakinlərə pulsuz maska paylandı
20:13 25.05.2020

149 nəfər yeni koronovirusa yoluxdu - 134 nəfər sağaldı, 2 nəfər vəfat etdi
19:49 25.05.2020

Prezident Ilham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişvilini Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib
19:37 25.05.2020

İtaliya Prezidenti Sercio Mattarella Respublika Günü münasibətilə dövlət başçısına məktub göndərib
19:26 25.05.2020

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
19:03 25.05.2020

Şamaxıda icra hakimiyyətində 1 nəfərdə virus aşkarlandı - İcra başçısı və əməkdaşlar karantindədirlər
18:39 25.05.2020

"Azəriqaz" sosial aksiya keçirdi - Evlərə pulsuz qaz xətti çəkildi
18:27 25.05.2020

Şəkidə əməliyyat tədbiri keçirilib - 1 ton çətənə məhv edilib
18:12 25.05.2020

Ağdaşda qanunsuz narkotik bitki əkən şəxs saxlanıldı - Faktla bağlı araşdırma başladılıb
17:58 25.05.2020

Karantin qaydalarını pozan restoran aşkar edilib - 32 nəfər məsuliyyətə cəlb edilib
17:36 25.05.2020

Təlimlər başa çatdı - Şəxsi heyət təcrübə və vərdişlər əldə edib
17:12 25.05.2020

Pandemiya dövründə ilk titul - Belarus kubokunun yeni sahibi məlum oldu
16:52 25.05.2020

Zidan özünütəcrid qaydalarını pozdu - "Real"ın baş məşqçisi cərimələnəcək
16:38 25.05.2020

Daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu - Tuva respublikasının rəhbəri COVİD-19-a tutulub
16:15 25.05.2020

Trampın tvitlərini yazan şəxs məlum olub - “Bir centlmenim var”
15:48 25.05.2020

Virusa yoluxanların sayı 5 milyon 502 mini ötüb - Ölənlərin sayı isə 346 mini ötüb
15:27 25.05.2020

Atəşkəs yenə pozuldu - Mövqelərimiz atəşə məruz qalıb
15:12 25.05.2020

İtaliyada koronavirusdan ölənlərin sayında rekord azalma - Son sutkada cəmi 50 nəfər virusdan dünyasını dəyişib
14:58 25.05.2020

Çində 5 yaşlı uşaq son anda xilas edilib - Hündürmərtəbəli binanın balkonundan sallanıb
14:48 25.05.2020

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
14:36 25.05.2020

İndiyədək 4122 nəfərdə yoluxma aşkarlanıb - 49 nəfər vəfat edib
14:02 25.05.2020

Mingəçevirdə idarəetmədən çıxan maşın 13 nəfəri vurdu - Xəsarət alanlardan 10 nəfəri uşaqdır
19:48 24.05.2020

Virusa yoluxanların sayı 5 milyon 435 mini ötdü - Ölənlərin sayı isə 345 minə çatır
19:29 24.05.2020

Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutuları” tapılıb - Komissiya araşdırmaya başlayıb
19:15 24.05.2020

ABŞ-da koronavirusdan ölənlərin sayında azalma - Nyu-Yorkda gün ərzində daha az insan həyatını itirib
18:54 24.05.2020

Ermənistanda koronavirus sürətlə yayılır - Bir gündə 359 nəfər virusa yoluxub
18:48 24.05.2020

Tramp qolf oynayarkən görüntüləndi - Siyasi rəqibləri tərəfindən tənqid olundu
18:37 24.05.2020

Müsəlman dünyası bayramı fərqli qeyd edir - Əksər ölkələrdə bayram namazları evdə qılınıb
18:29 24.05.2020

Kürdəmirin Sığırlı kəndində 12 nəfər virusa yoluxub - Onların arasında 1 yaşlı uşaq da var
18:13 24.05.2020

Daha 140 nəfər koronavirusa yoluxub - 101 nəfər müalicə olunaraq sağalıb
17:57 24.05.2020

Koronavirusla mübarizədə yeni çağırışlar - Sınaqdan çıxmış Azərbaycan modeli
17:32 24.05.2020

Ramazan ayından sonrakı dönəm - 3 həftə qidalanmaya xüsusi diqqət edilməlidir
17:16 24.05.2020

Bakı və Sumqayıtda ağıllı şəhər sistemi qurulur - Bu şəhərlər müasir texnologiya ilə işıqlandırılacaq
16:48 24.05.2020

Müsəlman dünyası ramazan bayramını qeyd edir - Bu dəfə bayram namazı evlərdə qılınıb
16:28 24.05.2020

Xaçmazda qanunsuz balıq ovunun qarşısı alınıb - Reydlər davam etdirləcək
15:49 24.05.2020

Qarğıdalı əkininə görə fermerlərə vəsait ödəniləcək - Dövlət fermerlərin toxum təminatını dəstəkləyir
15:29 24.05.2020

Bakıda güclü külək ondan çox ağacı aşırıb - Aşan ağac avtomobillərə də ziyan vurub
15:03 24.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib
14:36 24.05.2020

Ermənistan Gürcüstandan üzr istədi - Gürcüstan əleyhinə sərt ifadələr səsləndirilmişdi
14:26 24.05.2020

Ağdaşda avtomobil ağaca çırpıldı - Sürücü hadisə yerində dünyasını dəyişdi
14:02 24.05.2020

Paytaxtda ağac avtomobilin üstünə aşdı - BNA sürücülərə çağırış etdi
23:52 23.05.2020

İstixanada narkotik yetişdirən şəxs tutuldu - Balakəndə əməliyyat keçirilib
23:42 23.05.2020

Virusa yoluxanların sayı 5 milyon 340 mini ötdü - Ölənlərin sayı isə 341 minə çatır
23:16 23.05.2020

İspaniyada 10 günlük matəm elan olunacaq - Pandemiya qurbanları yad ediləcək
22:36 23.05.2020

Qarğdalı əkənlərə şad xəbər - Toxuma görə 60 manat ödəniləcək
22:16 23.05.2020

“AZƏRİQAZ” İB-in baş direktoru onlayn qəbul keçirdi - İstixana sahiblərinin sualları cavablandırıldı
21:48 23.05.2020

Tovuzda külək ağacı dəmiryolu xəttinə aşırdı - Qatarların hərəkətində fasilə yarandı
21:34 23.05.2020

PFL rəsmi qərarı gözləyir - Klublarla müzakirələr aparılacaq
21:28 23.05.2020

İyun ayında bəzi məhdudiyyətlər götürülə bilər - Vətəndaşların üzərinə böyük məsuliyyət düşür
21:15 23.05.2020

Lənkəran sakini saxlanılıb - Evdə tiryək aşkarlandı
20:47 23.05.2020

11 ayın sultanı ramzan başa çatır - Fitrə zəkatı necə çıxarılmalıdır?
20:37 23.05.2020

Mingəçevirdə əməliyyat keçirilib - Civə satan şəxs tutuldu
20:28 23.05.2020

Bayram yarmarkaları açıldı - İki gün davam edəcək
20:12 23.05.2020

21 ədəd 12 metrlik avtobuslar xəttə buraxıldı - 30 nömrəli marşrut xətti “Bakubus”a həvalə olundu
19:57 23.05.2020

Qubada silsilə oğurluq edən şəxs saxlanıldı - Oğurladığı əşyaları ucuz qiymətə satıb
19:41 23.05.2020

Daha 127 nəfər koronavirusa yoluxub - 107 nəfər sağalıb, 3 nəfər vəfat edib
19:29 23.05.2020

Bütün xəbərlər