Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“UEFA bizi sıxır” - “Qarabağ”ın meneceri

“UEFA bizi sıxır” - “Qarabağ”ın meneceri
577 dəfə oxunub

“Qarabağ”ın meneceri Asif Əsgərov bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tur çərçivəsində “Dnepr”lə keçiriləcək matç öncəsi klubun rəsmi saytına müsahibə verib. 

 

ATVxəbər.az həmin müsahibəni təqdim edir:

 

Asif bəy, Avropa Liqası çərçivəsində "Sent Etyen"lə Bakıda keçirilən matçın Milli Musiqi Gününə təsadüf etməsi komandanızın buna biganə qalmaması ilə yekunlaşmışdı. Hələdə stadionda dalğalanan böyük Azərbaycan bayrağı qürur mənbəyimiz olmaqla yanaşı, Koroğlu uverturasının sədası qulaqlardan çəkilməyib. Bəs, bu gün "Dnepr"ə qarşı keçiriləcək oyunda hansı yeniliklər olacaq?

-Qeyd etdiyiniz kimi, "Sent Etyen"lə oyunda böyük Azərbaycan bayrağının açılması fəxr ediləsi durum idi. Bu fonda Koroğlu uverturasının səslənməsini hər kəs ayaq üstə alqışladı. Bu Azərbaycanda ilk idi. Bunu "Qarabağ" adi azarkeşləri ilə reallaşdırdı. Yəni, əvvəlcədən heç bir məşq edilməmişdi. Azarkeşlərimizə inandıq, onlara güvəndik və sağ olsunlar ki, onlar da bayrağımızın bu şəkildə dalğalanmasına imkan yaratdılar. Bu oyunda da bizim bəzi planlarımız var. İstəyirik ki, stadiona gələn azarkeşlər komandamızın oyunu ilə yanaşı, orada olacaq yeniliklərin də bilavasitə iştirakçısı olsun. Və bu yeniliklər onları təəccübləndirsin. Bu gün baş tutacaq oyunda "Qarabağ" futbol klubunun böyük bir formasının dalğalanmasına nail olmaq istəyirik. Amma, bu formanın stadiona gəzdirilməsini yox, stabil bir sektorda açılmasını istəyirik.

 Niyə məhz formanın meydanda açılmasını istədiniz? 

-Hərdən komandanın oyunun fonunda ona dəstək olan insanları, sponsorları unudurq. Artıq 13 ildir ki, "Azərsun Holdinq" "Qarabağ"a dəstək olur. Əlbəttə hər bir işin reallaşmasında başlıca amillərdən biri maliyyədir. "Qarabağ" başda Abdolbari Gozəl, Tahir Gözəl olmaqla, onların dəstəyi ilə bu günlərə gəlib çıxıb. UEFA-da keçirdiyimiz oyunlarda da formamızın üzərində baş sponsorumuz olan "Azərsun Holdinq" imzası var. Bu dəfə bunu ön planda tutmağa çalışdıq. Klubumuzun direktoru Əmrah Çəlikəlin ideyası ilə biz də istədik ki, "Qarabağ" klubu bu dəfə oyunu ilə, sponsorları və azarkeşləri ilə tam bütöv şəkildə Azərbaycan futbolunun siması olsun. Bundan əlavə hər bir oturacaqda "Qarabağ" klubunun bayrağı olacaq. Azarkeşlərdən xahiş edirik ki, həmin bayraqlara hörmətlə yanaşsınlar. O bayraqlar da stadionda tam bir görüntü təşkil etmək məqsədi ilə paylanılacaq. Eyni zamanda 50-yə yaxın "Qarabağ" loqolu müxtəlif dizaynlı böyük bayraqlar da düzəldilib. Azarkeşlər olan bölümlərdə bu bayraqlar Avropa havasının Tofiq Bəhramov adına Respublika stadionuna gətirilməsi kimi dəyərləndirilə bilər. Məqsəd, rəqibin Azərbaycanda "Qarabağ" komandası ilə oynadığını hiss etdirməkdir.

 Bilet satışında əvvəlki oyunlarda yaşanan problemin də öhdəsindən gəldiniz. Yəni, "qara bazar" deyilən sindromu da "Qarabağ" yıxdı...

-Bəli, "qara bazar"la yanaşı, biletlərin kopyalanması ilə da rastlaşmışdıq. İş o səviyyəyə çatmışdı ki, media bölümünə verilmiş biletlərin kopyası başqa bir mətbəədə çap olunub, saxta halda satılmışdı. Bu da bir yerə iki biletin olması ilə nəticələnmişdi. Bunu da nəzərə alaraq, bileti başqa bir yerdə, onun üzərinə vurulan holoqramı isə xarici ölkələrin birində çap elətdirdik. Həmin holoqramın üzərində "Qarabağ" loqosu var. Bu Azərbaycanda olan ən keyfiyyətli holoqramdır və kopyası qeyri -mümkündür. Yəqin ki, siz özünüz də şahidi olursunuz ki, "qara bazar" artıq demək olar ki, yoxdur. İndi hər hansı bir qorxumuz da yoxdur ki, kimsə qanunsuz bilet buraxa bilsin. 

 Avropa ilə müqayisədə biletlərin qiyməti Azərbaycanda çox ucuzdur. UEFA-dan bununla bağlı hər hansı bir narazılıq bildirilib?

- Bəli, UEFA bizi sıxır ki, biletlərin qiymətini çox ucuz qoyursunuz. Amma, 2008-ci il təcrübəsindən də bilirsiniz ki, "Valetta" ilə oyunda hətta qapıları açdıq ki, azarkeşlər gəlib oyuna baxsınlar. Hörmətli Abdulbari Gözəl, Tahir Gözəl və Əmrah Çəlikəl "Qarabağ"a könül verən azarkeşlərimizin komandalarına yaxın olması üçün əllərindən gələni edir. Amma, bəzi qanunlar var ki, onların da tələblərindən çıxa bilmirik. Buna görə kluba cəza verilir. Həmin dövrdə də xəbərdarlıq almışdıq. Şükür olsun ki, futbolumuz da inkişaf edir. Biz də komanda olaraq əlimizdən gələni edirik ki, bütün təbəqədən olan azarkeşlərimiz gəlib oyunu izləyə bilsinlər. 

 Gəlin, açıq danışaq ki, bu vaxta kimi olan oyunlar zamanı azarkeşlər yalnız oyun günü kassalara yaxınlaşıb bilet alırdılar. Ancaq, indi "Qarabağ"ın oyunları üçün bilet satışının rəsmən elan olunması ilə birlikdə kassaların qarşısında bilet növbələri yaranır..

-Haqlısınız. Mən deyərdim ki, "Qarabağ" Azərbaycanda daha bir futbol mədəniyyətinin inkişaf etməsinə çalışır. Bütün futbol ictimaiyyəti də təsdiqləyə bilər ki, Azərbaycanda futbola gediş prinsipi var idi. Oyun günü matça gələn vaxt bilet alıb, stadiona daxil olurdular. Bu zaman da heç bir problem yaşanmırdı. Amma, "Qarabağ"ın son illər göstərdiyi nəticələr bu prinsipi alt-üst edib. Azarkeşlərə qələbə ruhu aşılandığından, demək olar ki, bilet satışa çıxarılan ilk gün stadiondakı yerlərə ayrılmış biletlərin yarısı satılır. Hər kəs bilir ki, son günə saxlasalar ya istədiyi yerə bilet tapa bilməyəcək, ya da ümumiyyətlə bilet tapa bilməyəcək.

 "Qara bazar"la mübarizə aparan bir komanda olaraq Avropa təcrübəsindən biletlərin saytınız vasitəsilə online satışını təmin etməyi düşünürsünüz?

-Gəlin zamanı qabaqlamayaq. Bizim qarşıda çox yeniliklərimiz və planlarımız var. Bu oyundan sonra saytımız vasitəsilə fan-shop fəaliyyət göstərəcək və "Qarabağ"ın məhsullarının online satışı təşkil olunacaq. Başqa klublar bunu fərqli çatdırılma kimi həyata keçirir. Amma, biz online olaraq internet vasitəsilə, kredit kart ödəniş sistemi ilə satış təşkil edəcəyik. Bilet satışı da bizim planlarımız içərisindədir.

 Dünən komandaların məşqi zamanı diqqətimi çəkən bir məqam da o oldu ki, stadionun girişində Qarabağın loqosu yazılmış fan-shop qurulmuşdu. Bu nə məqsəd daşıyır?

-Avropada keçirilən oyunlara diqqət yetirsəniz, şahidi olarsınız ki, azarkeşlər komandalarının rəngləri ilə sifətlərini boyayıb oyuna tamaşa edirlər. Bizdə isə bəzi azarkeşlər öz şəxsi təşəbbüsləri ilə bunu edirlər. Biz də belə qərara gəldik ki, bir ilk reallaşdıraq. Bu gün baş tutacaq oyunda istənilən azarkeş simvolik bir məbləği ödəməklə "Qarabağ" komandasının rənglərini və ya Azərbaycan bayrağını öz sifətinə çəkərək komandanın yanında olduğunu hiss etdirə bilər. Yəni, burada məqsəd gəlir əldə etmək deyil. Dediyim kimi, həmin rəqəm simvolik xarakter daşıyır. İstəyimiz azarkeşlərin bu aksiyaya qoşulmasını təmin etməkdir. Bununla da stadionda olan görüntünu, azarkeş birliyini nümayiş etdirə bilərlər.

 O zaman deyə bilərik ki, "Qarabağ" artıq Avropalaşıb...

- Elə olmağa çalışırıq. İnşallah ki, azarkeşlərimiz də buna istəklə yanaşarlar. Oyuna gələn azarkeşlər də həmin fan-shopdan faydalana bilər. Bu yöndə də bir ilki reallaşdırdıq. İndiyə kimi, müxtəlif mağaza və ya fan-shoplarda komandanın forması satılsa da, bunlar orijinala yaxın formalar idi. Amma, biz belə qərara gəldik ki, həmin fan-shopda orijinal "Qarabağ" formalarını azarkeşlərimizə təqdim edək. Ona görə də, xaricdən sifariş verdiyimiz formalar gətirdik. Hələki, bu formalar məhdud saydadır. Çünki, azarkeşlərimzin buna marağını, istəyini yoxlamaq istəyirik. Bu fan-shoplar stadionun girişində və VİP bölməsində fəaliyyət daşıyır. Hələ qarşıda "İnter"lə oyunumuz da var. Ona görə də, bu sınaq məqsədi daşıyır.

 Bu formalarda futbolçuların adları yazıllıb?

-Bu yöndə də bir ilki reallaşdıracağıq. Sabah, həmin formanı alan hər bir kəs öz adını və istədiyi nömrəni yazdıraraq stadionda oyunu izləyə biləcək. Yerində və çıx qısa vaxtda. Bu ən çox 15 dəqiqə vaxt alacaq. Bu prossedur da Azərbaycanda həyata keçirilən bir ilk olacaq. Avropa təcrübəmiz də göstərir ki, klubların azarkeşləri də buna çox həssas yanaşırlar. Stadiona gedən yol boyu azarkeşlər komandanın formasını geyinmiş halda ora yollanırlar. Bu da birliyi, komandaya dəstəyi nümayiş etdirir. Həqiqətən insanda qürur hissi yaradır. Arzulayıram ki, bizdə də hər kəs artıq stadiona daxil olanda azarkeşlərin formasının rəngindən onların "Qarabağ" dəstəkçiləri olduğunu elə ilk baxışdan-görüntüdən anlasın. 

 Fan-shop yalnız forma satışını həyata keçirəcək?

-Xeyr, burda "Qarabağ"a aid müxtəlif aksesuarlar da olacaq. Məsələn, Azərbaycanın heç bir klubuna aid olan telefon qabları, örtükləri yoxdur. "Qarabağ" bu işdə də ilk addımı ataraq, mobil telefonlar üçün üzlüklər təqdim edəcək. Həmin üzlüklər məhz "Qarabağ" yazılı və "Qarabağ" loqolu olacaq.

 Bəs, "Qarabağ"a xas olan hər hansı üst geyimləri təqdim olunacaq? 

-Azarkeşlərimiz üçün papaqlar da hazırlanıb. Bundan başqa, Avropadakı oyunlarda hər qarşılaşma üçün xüsusi şərflər buraxılır. Biz də bu təcrübədən yararlanaraq bu gün baş tutacaq "Qarabağ" - "Dnepr" qarşılaşması üçün özəl şərflər hazırlamışıq. Həmin şərflərin bir yarısında "Qarabağ", digər hissəsində isə "Dnepr" yazıları var. Bunda da məqsəd, gələcəkdə həmin azarkeşlər üçün bu oyundan bir xatirənin qalmasıdır. 

 Fərqli bir məsələyə diqqət çəkmək istəyirəm. Son "Sent Etyen" oyunu ilə müqayisədə bu gün baş tutacaq Dnepr qarşılaşmasına diqqət və nəzarət daha böyükdür. Bu media nümayəndələri üçün məhdud yerlərin ayrılmasında da özünü göstərib. Buna səbəb nə olub?

-UEFA-nın tələbləri qrup mərhələsi üçün fərqlidir və biz bu tələblərin qarşısında aciz qalırıq. Buna görə də, bu gün baş tutacaq oyunda media nümayəndələrindən həm xahişim var, həm də onlara yeniliyimiz var. UEFA-da Azərbaycanda fəaliyyət göstərən idman saytlarının demək olar ki, hamısının siyahısı var. Hətta bəzi qeyri - idman saytlarının, hansıki onların da idman bölmələri var, bunu da bilirlər. Belə olan halda, idman yönümlü mətbuat orqanlarından maksimum iki nəfərin akreditsiyadan keçməyini tələb edirlər. Çünki, deyək ki, bir saytda 5 nəfər qeydiyyatdan keçsə də, heç də bunların hamısı həmin vaxt jurnalist kimi işini görmür. Yəni, həmin saytdan bir, ya iki nəfər oyun zamanı məlumatları çatdırır, digərləri isə oyunu izləyib, sonrakı yazılarında bunu qələmə alırlar. Biz də UEFA-nın tələbini nəzərə alaraq, media bölümünü iki hissəyə ayırdıq. Bir hissədə həmin vaxt işləyəcək jurnalistlər, hansıki onlara akreditasiya verilib, digər bölmədə isə Qarabağa azarkeşlik edib. oyunu analiz edən və sonra bu barədə fikirlərini yazacaq həmkarlarınız. Həmin jurnalistlərə isə media-qonaq biletləri təqdim olunub. Bundan əlavə, media bölümündə qeydiyyatdan keçmiş jurnalistlər üçün fasilə zamanı VİP bölmədə təqdim olunan qəlyənaltının eynisi onlar üçün də təşkil ediləcək. Yəni, fasilə zamanı vəsiqəsi olan jurnalistlər media nümayəndələri üçün ayrılmış kafedə qəlyənaltı edə bilərlər. Hər zamankından fəqli olaraq, bu dəfə müxtəlif qəlyanaltılar təklif olunacaq.

 

BUNU DA OXU

“Light” neftinin qiyməti bahalaşır
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Paşinyanın zəngləri
Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
Cəbhədə son vəziyyət
Xəbər lenti

Luçesku Çempionlar Liqasının tarixinə düşdü
13:27 21.10.2020

Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub
13:04 21.10.2020

Doqquz ayda Azərbaycandan 2722 çeşiddə məhsul ixrac olunub
12:40 21.10.2020

VİRUSA REKORD SAYDA YOLUXMA HALI QEYDƏ ALINIB - Böyük Britaniyada
12:19 21.10.2020

HİKMƏT HACIYEV : “ERMƏNİLƏR MÜLKİ VƏTƏNDAŞLARA QARŞI MÜHARİBƏ CİNAYƏTLƏRİNİ DAVAM ETDİRİR”
11:56 21.10.2020

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb
11:30 21.10.2020

“Light” neftinin qiyməti bahalaşır
11:08 21.10.2020

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət
10:45 21.10.2020

General Şəkinski vəfat etdi
10:23 21.10.2020

Çempionlar Liqası: "Bavariya" "Atletiko"ya, "Liverpul" "Ayaks"a qarşı
10:00 21.10.2020

Millimizin və "Qarabağ"ın ev oyunları ilə bağlı qərar qəbul olundu
09:39 21.10.2020

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
15:50 20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
15:28 20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
15:15 20.10.2020

Paşinyanın zəngləri
11:57 20.10.2020

Azərbaycan neftinin bir barreli 42,44 dollara satılır
10:33 20.10.2020

Çempionlar Liqasında qrup mərhələsinə start verilir
10:10 20.10.2020

Cəbhədə son vəziyyət
09:49 20.10.2020

VİRUSA YOLUXANLARIN SAYI 40 MİLYON 287 MİNİ ÖTDÜ
13:13 19.10.2020

DÜŞMƏN HUMANİTAR ATƏŞKƏSİ POZUR
12:51 19.10.2020

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb
12:28 19.10.2020

Meza Kolli "Keşlə"yə qayıtdı
11:56 19.10.2020

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
11:33 19.10.2020

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
11:10 19.10.2020

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub
10:51 19.10.2020

Cəbhədə son vəziyyət
10:30 19.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:07 19.10.2020

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib
09:49 19.10.2020

Prezident İlham Əliyev: Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
10:25 17.10.2020

FHN: İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb
10:17 17.10.2020

Hikmət Hacıyev: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı
09:50 17.10.2020

Düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı
09:23 17.10.2020

Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
13:37 16.10.2020

Yanvar-avqust aylarında Azərbaycan 5,6 milyard dollarlıq neft ixrac edib
12:18 16.10.2020

Adil Əliyev: Zəfər bizimdir
11:56 16.10.2020

"Azərbaycan Rusiya Federasiyasından olan hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmir” - Hikmət Hacıyev
11:30 16.10.2020

Azərbaycan neftinin bir barreli 41,90 dollara satılır
11:09 16.10.2020

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur
10:45 16.10.2020

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır
10:22 16.10.2020

Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub
10:07 16.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram
09:44 16.10.2020

KORONAVİRUSA YOLUXANLARIN SAYI 39 MİLYONA ÇATIR
11:23 15.10.2020

TƏRTƏRƏ 130-DAN ÇOX MƏRMİ ATILIB - EVLƏRƏ CİDDİ ZİYAN DƏYİB
11:00 15.10.2020

DÜŞMƏNİN XEYLİ TEXNİKASI MƏHV EDİLİB - Oktyabrın 14-dən 15-ə keçən gecə
10:35 15.10.2020

Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
10:11 15.10.2020

ZELENSKİ BU GÜN TÜRKİYƏYƏ YOLLANIR
09:49 15.10.2020

Mesut Özildən Azərbaycana dəstək
12:59 14.10.2020

Müdafiə Nazirliyi: Mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək
12:35 14.10.2020

TƏRTƏR ATƏŞƏ TUTULUB - BİR NƏFƏR HƏLAK OLUB, YARALILAR VAR
12:10 14.10.2020

ERMƏNİSTANIN NÖVBƏTİ BALLİSTİK RAKET KOMPLEKSİ SIRADAN ÇIXARILIB
11:46 14.10.2020

Rusiya Müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına çağırış edib
11:33 14.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” səhifəsində paylaşım edib
11:00 14.10.2020

Azərbaycan milli komandası Kiprə qalib gələ bilmədi
10:37 14.10.2020

EVSİZ QALAN VƏTƏNDAŞLAR KİRAYƏ EVLƏ TƏMİN EDİLİB
10:10 14.10.2020

DÜŞMƏNİN HƏRBİ HƏDƏFLƏRİ ZƏRƏRSİZLƏŞDİRİLDİ
09:47 14.10.2020

Fövqəladə Hallar naziri Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində dağılmış binalara baxış keçirib - Gəncədə
12:25 13.10.2020

“Böyük dəbilqə” turnirində Azərbaycanı 17 cüdoçu təmsil edəcək
12:00 13.10.2020

Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü oyununu keçirəcək
11:40 13.10.2020

ERMƏNİSTAN HUMANİTAR ATƏŞKƏS REJİMİ POZUR
11:18 13.10.2020

Düşmənin bütün cəbhəboyu fəaliyyətinin qarşısı alınıb
10:53 13.10.2020

18 yaşlı oğlan dayanacaqda 6 nəfəri güllələyib - Rusiyada
10:30 13.10.2020

Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb
10:11 13.10.2020

Dünyada ilk dəfə koronavirusa təkrar yoluxmadan ölüm halı qeydə alınıb
09:49 13.10.2020

EMOMƏLİ RƏHMON PREZİDENT SEÇKİLƏRİNİN QALİBİ OLUB
11:45 12.10.2020

Milli komandamız Kiprə qarşı oyuna qara sarğı ilə çıxacaq
11:22 12.10.2020

Bağlanmış 4 bankın əmanətçilərinə 542 milyon manatdan çox kompensasiya ödənilib
11:00 12.10.2020

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur
10:34 12.10.2020

Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri üçün brifinq keçirib
10:12 12.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram
09:51 12.10.2020

Hikmət Hacıyev: Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir
10:48 11.10.2020

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından 17 yaralı və 5 cəsəd çıxarılıb
10:24 11.10.2020

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində 5 nəfər həlak olub - FOTOLAR
09:59 11.10.2020

Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib etdi
11:59 10.10.2020

HUMANİTAR MƏQSƏDLƏRLƏ ATƏŞKƏS ELAN OLUNDU
11:35 10.10.2020

DÜŞMƏNİN XEYLİ SAYDA CANLI QÜVVƏSİ VƏ HƏRBİ TEXNİKASI MƏHV EDİLİB
11:11 10.10.2020

TÜRKİYƏ MİLLİ MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA - “ERMƏNİSTAN TARİXİNƏ QARA LƏKƏ YAPIŞDIRMAQDADIR”
13:24 09.10.2020

Azərbaycanın Xarici İşlər naziri Moskvaya işgüzar səfər edəcək
13:03 09.10.2020

Müflis olmuş 4 bankın əmanətçilərinə 541,7 milyon manat kompensasiya ödənilib
12:40 09.10.2020

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 31 nəfər həlak olub, 164 nəfər xəsarət alıb
12:00 09.10.2020

Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artır
11:16 09.10.2020

Bütün xəbərlər