Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

UEFA FİFA-dan çıxa bilər - Rüşvət aranı qatdı

UEFA FİFA-dan çıxa bilər - Rüşvət aranı qatdı
657 dəfə oxunub
Dünya futboluna rəhbərlik edən qurum - FİFA 2018 və 2022-ci illər dünya çempionatlarına ev sahibliyinə seçim prosesinə təsir göstərmiş “qeyri-müəyyən şəxslər” barədə cinayət işi qaldırılması üçün ərizə ilə müraciət edib.
 
Bununla belə, FİFA əmin olduğunu bildirib ki, 2018 və 2022-ci illər çempionatları üçün Rusiya və Qətərin ev sahibliyinə seçimi ədalətlidir və iddia olunan korrupsiya halları bu prosesin legitimliyini pozacaq miqyasda olmayıb.
 
FİFA 18 aydır ki, davam edən daxili təhqiqatın ardınca ilk dəfə olaraq özünə aid məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün müraciət edib.
 
“Adları çəkilməyən bəzi məlum fərdlər”
 
FİFA-nın bəyanatında deyilir ki, adları çəkilməyən bəzi fərdlərin qanunu poza biləcəkləri ehtimallarının olması üzündən təşkilat İsveçrə prokurorluğuna müraciət edib.
 
Bəyanatda qeyd olunur ki, “bəzi ayrı-ayrı hallarda” qanunun pozulduğuna dair şübhələr üçün müəyyən əsaslar var.
 
İsveçrə prokurorluğu FİFA-nın ərizəsinin araşdırma üçün qəbul olunduğunu təsdiq edib.
 
İndi prokurorluq sənədlərlə ilkin tanışlıqdan sonra cinayət təhqiqatına başlanıb-başlanmaması barədə qərar qəbul etməlidir.
 
Mətbuat yazır ki, FİFA-nın öz nümayəndələri barəsində cinayət araşdırması üçün ərizə verməsi xüsusən də Avropada futbol ictimaiyyətinin, qurum və təşkilatlarının təzyiqi altında baş verib.
 
Bir sıra Avropa futbol federasiyaları korrupsiya iddiaları araşdırılmazsa, milyardlarla dollar qazancı olan təşkilatı tərk edəcəkləri ilə hədələmişdilər.
 
Qlobal korrupsiya
 
İctimaiyyət üçün açıqlanmasa da cinayət araşdırmasına potensial olaraq cəlb ediləcək fərdlərin müxtəlif qitələri təmsil etdikləri düşünülür. Beləliklə, mümkün araşdırma qlobal miqyasda ola bilər.
 
Ötən həftə FİFA Qətər və Rusiyanın dünya futbol çempionatlarına ev sahibliyinə toxunulmayacağını bəyan etsə də bunun dərhal ardınca təşkilat daxilində korrupsiya iddialarını araşdıran keçmiş ABŞ prokuroru Maykl Qarsiya onun hazırladığı hesabatın FİFA tərəfindən saxtalaşdırıldığını bəyan etmişdi.
 
Avropanın bir sıra futbol federasiyaları FİFA-dan M.Qarsiyanın təhqiqat hesabatının tam mətnini dərc etməsini tələb ediblər.
 
Məhz bundan sonra bir çox ekspertlərin fikrincə, çarəsiz qalan FİFA hesabatı ictimaiyyətə açıqlamaqdansa onu bütünlükdə İsveçrə prokurorluq orqanlarına verməyə məcbur olub.
 
Doğma İsveçrənin prokurorluğu
 
İsveçrə prokurorluğunun səlahiyyətləri əlbəttə, FİFA-nın öz təhqiqatçılarının imkanlarından daha genişdir. Prokurorluq şahidləri dindirə, müxtəlif qurumların binalarına reydlər keçirə bilər.
 
Lakin İsveçrə prokurorluğu yalnız İsveçrə qanunlarının pozulduğu halları araşdırmaq səlahiyyətindədir.
 
Prokurorluq həmçinin seçimlər üçün FİFA-nın öz daxilində qoyulmuş etik qaydalara da müdaxilə edə bilməz.
 
Görünür, FİFA-nın prezidenti cənab Yozef Blatter bütün hallarda Rusiya və Qətərin ev sahibliyinin ləğv olunmayacağını əminliklə deyərkən məhz bu məqamı nəzərdə tutur.
 
2018 və 2022-ci illər çempionatları üçün ev sahibliyi seçkisinin nəticələri 2010-cu ildə elan ediləndən bəri hər iki qərardan çoxsaylı şikayətlər qaldırılıb.
 
Ev sahibliyinin Qətərə verilməsi Avropada ciddi narazılıqlara səbəb olub. Belə ki, çempionatın keçiriləcəyi mövsümdə bu ölkədə havanın hərarəti dözülməz dərəcədə yüksək olur.
 
“Qızmar Qətər” və “buzlu Rusiya”
 
Öz növbəsində istər “qızmar Qətər”, istərsə də “buzlu Rusiya” çempionat üçün ev sahibliyini qanuni yolla qazandıqlarında israr edirlər.
 
Lakin bu il Braziliyada keçirilmiş dünya çempionatının ərəfəsində Britaniyanın “The Sunday Times” qəzeti Qətərin ev sahibliyini qazanmaq üçün külli miqdarda rüşvət verdiyi barədə iddialarla çıxış etmişdi.
 
Qətər bildirir ki, iddialarda adıçəkilən şəxsin seçim prosesinə birbaşa və rəsmən aidiyyəti olmayıb.
 
FİFA prezidenti Y.Blatter öz internet saytında bildirib ki, İsveçrə prokurorluğuna təşkilatın etika üzrə hakimi Hans-İoahim Ekertin tövsiyəsi ilə müraciət edib.
 
Blatter bundan əlavə heç bir suala cavab verə bilməyəcəyini deyib. O bildirib ki, hesabatın cavabdeh tərəfi olmadığı üçün deyiləcək sözü yoxdur.
 
Lakin mətbuat bildirir ki, Blatterin bütün qaradinməzliyinə baxmayaraq bu qalmaqal asanlıqla unudulmayacaq.
 
Korrupsiya iddiaları barədə hesabatın bütövlükdə dərc olunmasını Avropanın bütün aparıcı futbol federasiyaları və rəsmiləri tələb edirlər.
 
İngiltərə Blatterə qarşı
 
FİFA-nın müstəqil İcraiyyə Komitəsini ötən il etiraz əlaməti olaraq tərk etmiş ingiltərəli Alexandra Wrage BBC radiosuna bildirib ki, FİFA-nın son bəyanatları cavabdan çox sual doğurub.
 
BBC-5 radiosuna müsahibəsində xanım Wrage deyib: “İctimaiyyətə bildirilir ki, burada İsveçrə prokurorluğuna müracuiət ediləcək miqyasda dəlillər var, lakin dünya çempionatları üçün ev sahibliyi qərarları dəiyşdirilə bilməz. Bu tamamilə ağlabatan deyil”.
 
Maraqlıdır ki, FİFA-ya qarşı korrupsiya iddialarının məhz Britaniya mətbuatında qaldırılmasının ardınca Blatter 2018-ci ilin ev sahibliyi seçkisində İngiltərənin pozuntulara yol verdiyi barədə əks-iddilarla çıxış etmişdi.
 
O hətta bildirmişdi ki, onu isveçrəli olduğuna görə başqa avropalılar gözümçıxdıya salıblar.
 
İki “xatakar”
 
Britaniya mətbuatı yazır ki, FİFA öz təhqiqatında korrupsiya ilə bağlı çəkilmiş adları açıqlamasa da, bunların təşkilatın iki keçmiş “xatakar” rəsmisi - Cek Uorner və Mohamed Bin Hammam olduqları düşünülür.
 
İndi onların heç biri FİFA-nın yurisdiksiyası altında deyillər.
 
Mətbuat yazır ki, Uorner əvvəllər FİFA ilə bağlı bütün qalmaqalların mərkəzində olub, Bin Hammam isə təşkilatın rəhbərliyinə keçmək üçün səslərin pulla alınması ittihamları ilə futbolan ömürlük xaric edilib.
 
UEFA FİFA-dan çıxa bilər
 
Lakin FİFA israr edir ki, Qətər və Rusiyanın ev sahibliyi məsələsinə heç bir vəchlə yenidən baxılmayacaq, çünki bunun üçün kifayət qədər dəlil-sübut yoxdur.
 
Bununla belə, Avropanın aparıcı futbol qurumları başqa mövqedədirlər.
 
Almaniya Futbol Federasiyasının rəhbəri Reinhard Rauball bəyan edib ki, Michael Garcia-nın hesabatı tam mətni ilə dərc olunmasa, UEFA özünün 54 üzvü ilə FİFA-nı tərk edəcək.
 
Bundan əvvəl UEFA 78 yaşlı Blatteri nəhayət vəzifəsindən əl çəkməyə çağırmışdı.

BUNU DA OXU

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
"Milan" rekordunu təkrarladı
Xəbər lenti

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020

ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

HİKMƏT HACIYEV: “ERMƏNISTAN DƏHLIZ YARADIB”
12:47 27.10.2020

"Milan" rekordunu təkrarladı
12:23 27.10.2020

Çempionlar Liqasında 2-ci tura start veriləcək
12:11 27.10.2020

VİRUS QURBANLARININ SAYI 1 MİLYONDAN ÇOXDUR
11:46 27.10.2020

XİN BƏYANAT YAYDI - “ERMƏNİSTAN UŞAQ HÜQUQLARINI KOBUD ŞƏKİLDƏ POZUR”
11:24 27.10.2020

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsə, barışıq mümkündür
11:01 27.10.2020

Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək
10:40 27.10.2020

Azərbaycan Prezidenti: Təəssüf edirəm ki, bizə qarşı əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur
10:18 27.10.2020

Cəbhədə oktyabrın 27-nə olan son vəziyyət
09:55 27.10.2020

Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
13:10 26.10.2020

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb
13:00 26.10.2020

Poqba millidəki karyerasını başa vurdu - Makronun sözlərinə görə
12:30 26.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib
12:09 26.10.2020

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb
11:46 26.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib
11:25 26.10.2020

Budapeşt səfərindən zəfərlə döndülər - Kişi cüdoçularımızdan gözəl nəticə
11:08 26.10.2020

Hikmət Hacıyev: Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə də məsuliyyət Ermənistanın üzərinə düşür
10:45 26.10.2020

Düşmən Tərtər rayonunu atəşə tutub
10:22 26.10.2020

Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
10:07 26.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib
09:46 26.10.2020

Hikmət Hacıyev: Fransa parlamenti heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır
11:47 25.10.2020

Prezident İlham Əliyev: Türkiyə Azərbaycana yalnız siyasi dəstək verir və bu, kifayətdir
11:21 25.10.2020

Azərbaycan cüdoçusu mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
11:00 25.10.2020

Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan olub, biz özümüzü müdafiə etməli və cavab verməli idik
10:36 25.10.2020

Orucov “Böyük dəbilqə” turnirinin qalibi olub - Rüstəm qalibiyyətini "əskər salamı" ilə qeyd etdi
10:10 25.10.2020

Prezident İlham Əliyev: Əgər Ermənistan dayanmasa, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyik
11:59 24.10.2020

Hikmət Hacıyev: Ermənistanın atdığı raket fərdi yaşayış evinin həyətinə düşüb
10:22 24.10.2020

“Böyük dəbilqə”də cüdoçularımız ilk medalını qazanıb
09:58 24.10.2020

KORONAVİRUSA YOLUXMA SAYINDA YENİ REKORD
12:18 23.10.2020

QARABAĞDA DÖYÜŞƏN KEÇMİŞ ERMƏNİ POLİS RƏİSİ MƏHV EDİLİB
11:56 23.10.2020

Pele - 80!
11:32 23.10.2020

“Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayır
11:09 23.10.2020

Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
10:55 23.10.2020

Avroliqada ilk turun nəticələri
10:32 23.10.2020

"Qarabağ" "Makkabi"yə məğlub oldu
10:10 23.10.2020

Müdafiə Nazirliyi: Düşmən fərarilik edərək mövqeləri tərk edir
09:49 23.10.2020

Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
14:16 22.10.2020

Çempionlar Liqasında I tura yekun vuruldu
13:54 22.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib
13:32 22.10.2020

Prezident İlham Əliyev: Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır
13:08 22.10.2020

Baş Prokurorluq: Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb
12:43 22.10.2020

AVROPADA 1 MİLYONDAN ÇOX COVİD-19 XƏSTƏSİ OLAN İLK ÖLKƏ
12:19 22.10.2020

NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
11:57 22.10.2020

BANKA SOXULAN CİNAYƏTKAR TƏSLİM OLUB - Gürcüstanda
11:32 22.10.2020

ERMƏNİSTAN ORDUSUNDA PKK TERRORÇULARI - “ONLAR ÖN MÜDAFIƏ XƏTTINƏ TƏYIN OLUNUR”
11:11 22.10.2020

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ RAKETLƏR TAPILDI
10:50 22.10.2020

Bütün xəbərlər