Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Kralı və 4 məşhur adamı öldürən alət

Kralı və 4 məşhur adamı öldürən alət
   3236 dəfə oxunub

Gilyotin — bir sıra Avropa ölkələrində barəsində ölüm hökmü çıxarılmış məhkumun boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alətə verilən ad.

Qeyd edilən üsulla icra olunan edam üsulu isə gilyotinləmə adlanır. Gilyotinin alt hissəsi məhkumun başının yerləşdirilib tərpənməməsi üçün “bərkidildiyi” iki taxtadan, üst hissəsi isə çəkisi 40 kq-dan 100 kq-dək dəyişən iti bıçaqdan ibarətdir.

Alətin hündürlüyü 2-3 metrdir. Hökm icra olunarkən əvvəlcə məhkumun baş hissəsi iki taxta arasında yerləşdirilir, sonra cəllad 2-3 metr hündürdə yerləşən iti bıçağı sürətlə aşağı doğru çəkərək, məhkumun boyun nahiyəsindən başını üzürdü.

Gilyotinin tarixi: Gilyotin 1738-ci ildə Fransada anadan olan ixtisasca həkim və Fransa məclisinin üzvü olan İosif İqnak Giyotin tərəfindən təkmilləşdirilib. Bu gün məclisə təqdim edilir. Aləti icad edən şəxsin isə Giyotinin müəllimi Antuan Lui olduğu tarixi mənbələrdə qeyd olunsa da, qeyd edilən dövrdən əvvəl Şotlandiyada və İrlandiyada da gilyotindən ölüm maşını kimi istifadə edilirdi. Sözügedən ölkələrdə bu alət “Şotland qızı” adlanırdı. Elə Fransada da bu alətin xalq arasındakı adı məhz “Şotland qızı” idi.

Gilyotin Fransada: Gilyotinə bənzər edam alətlərindən Avropanın İngiltərə, İtaliya, İsveç, İsveçrə, Almaniya və başqa ölkələrində də qeyri-rəsmi şəkildə istifadə edilirdi. Ancaq bu alət ilk dəfə rəsmi olaraq Fransada edam hökmlərinin icrasında tətbiq edilib. Belə ki, 1789-cu ildə Fransa məclisinə üzv seçilən İ. İ. Giyotin ölkədə edamın vahid və “humanist” üsulla – ağrının minimuma endirilməsi üçün məhkumun başının boyun nahiyəsindən üzülməsi üsulu ilə keçirilməsini təklif edir. Təklif uzun müzakirələrdən sonra 1791-ci ildə qəbul edilərək Fransa Cinayət Məcəlləsinə daxil edilir.

1792-ci ildə Antuan Lui məhkumun qılıncla başının kəsilərək öldürülməsinin yöndəmsiz olmasına görə gilyotin alətini hazırlayır. Luinin hazırladığı alət Parisin məşhur Qrevs meydanında ölmüş insanlar üzərində sınaqdan keçirilərək bəyənildikdən sonra Fransa məclisində qəbul edilir. Alətin ilk qurbanı oğruluqda təqsirli bilinərək, edama məhkum edilən Jak Nikol Pelletyer olur. Fransada gilyotində edamı icra edən ilk cəllad Şarl Anri Sanson idi. Adətən cəlladlar məhkumun başını üzdükdən sonra onu kütləyə nümayiş etdirir, bununla da məhkum sonuncu dəfə ona tamaşa edərək gülən insanları görürdü. Corc Jak Danton edam edilməzdən əvvəl cəlladına "İnsanlara mənim kəsilmiş başımı göstərməyi unutma . Bu görülməyə dəyər"sözlərini demişdir . Maraqlıdır ki, edamdan qabaq oxunan ölüm hökmündə məhkumun Fransa xalqı adından edam edildiyi bəyan edilirdi.

Fransa inqilabından sonra geniş tətbiq edilən edam vasitəsinə çevrilən gilyotindən əvvəl ölkədə əsilzadələr qılınc və ya balta ilə, sadə xalq nümayəndələri isə dar ağacından asılmaqla, ağır cinayət törətməkdə təqsirli bilinənlər isə tonqalda yandırılmaqla edam edilirdilər. Gilyotinə bənzər edam üsullarında isə yaxınları məhkumun ağrı çəkmədən öldürülməsi üçün cəllada pul belə təklif edirdilər.

Fransada “Terror gərginliyi” kimi xarakterizə edilən 1793-cü ilin iyunundan 1794-cü ilin iyulunadək olan dövrdə monarxiyanın süqutundan sonra hökm sürən anarxiya, əcnəbi monarxist qüvvələr tərəfindən hücuma məruz qalma qorxusu və monarxiya hakimiyyətindən sonra formalaşan əks-inqilab partiyaları Fransanı tamamilə paranoyaya sürükləyirdi. İnqilabdan sonra həyata keçirilən demokratik islahatların bir çoxu bu dövrdə yarımçıq kəsildi. Əsilzadələr, sadə insanlar, ziyalılar, siyasətçilər fahişələr, bir sözlə hər bir insan istənilən an gilyotinə göndərilə bilərdi. “Madam gilyotin” adlı bu ölüm maşını ilə tanış olmaq üçün “respublika əleyhinə” ifadəsi belə kifayət idi. Bu müddət ərzində gilyotinli edamlar edam meydanına toplaşan kütlənin populyar əyləncəsinə çevrilir. Hətta bu dövrdə edam saatlarının yazıldığı siyahıların satışı belə təşkil edilir. Bir çox insan gilyotində edamlara tamaşa etməyə öz uşaqlarını da gətirirlər. “Terror gərginliyi” dövrü başa çatması ilə “gilyotin tamaşaları”na da son qoyulur. “Madam gilyotin”in digər adı isə “Milli kəsici” idi. Bu dövrdə Maksimilian Robespyer “Terrorun simvolu” sayılır və hökumətin ən güclü fiqurlarından birinə çevrilir. Lakin elə Robespyer də 1794-cü ildə “Şotland qızı”nın qurbanı olur.

Sonuncu dəfə kütlə qarşısında gilyotində edam edilən şəxs Oyqen Veydmandır. Fransada gilyotinin son qurbanı isə Həmidə Cəndubi olur. Cəndubinin edamı 1977-ci ilə təsadüf edir. Bundan 4 il sonra, yəni, 1981-ci ildə Fransada edam hökmü ləğv edilir.

Bu edam alətini icad edən doktor Giyotinin özünün də gilyotində edam edildiyinə dair iddialar səsləndirilsə də bu, həqiqəti əks etdirmir. Belə ki, Giyotin 1814-cü il may ayının 26-da vəfat edir. Maraqlıdır ki, o, gilyotinin məhz öz soyadı ilə xatırlanmasından narahat olaraq, Fransa məclisinin sözügedən aləti vahid ölüm icraçısı kimi təsdiqləməsindən bir müddət sonra soyadını dəyişdirmişdir.

Avropa ölkələrində gilyotin: Fransada “Terror gərginliyi” dövrünün gilyotinlə “isti” münasibəti bu edam alətinin sürətlə köhnə qitənin digər ölkələrində də tətbiqinə şərait yaradır.Belə ki, Avropanın bir sıra ölkələrində gilyotinə bənzər edam vasitələrinin mövcud olmasına rəğmən sözügedən ölkələr bu “müasir” edam maşınına üstünlük verirlər.

Almaniyanın gilyotini “Folbeyl” (Düşən balta) adlanırdı. Hələ XVII əsrdən bəri almanlar bu alətdən ölüm hökmlərinin icrasında istifadə edirdilər. Fransız nümunəsindən fərqli olaraq, alman gilyotinin hündürlüyü daha az idi.

1853-cü ildə Almaniyanın Saksoniya vilayətində tətbiq edilməyə başlanılan gilyotinlə edam sürətlə digər qonşu vilayətlərə də yayılır. Sözügedən ölkədə gilyotinin sonuncu rəsmi qurbanı 1949-cu il mayın 11-də 24 yaşlı Bertold Vemeyer adlı məhkum olur. Lakin sözügedən tarixədək təxminən 40 min insan ölkədə gilyotinin qurbanına çevrilir. Almaniya Federativ Respublikasında gilyotinlə sonuncu edam hökmünün icrası 1966-cı ildə baş tutur. Daha sonra onu tüfəngdən atəş açaraq, öldürmə şəklindəki edam əvəz edir. Dəyişikliyə səbəb isə sonuncu gilyotinin də sıradan çıxması idi.

1819-cu ildə İtaliyada edama məhkum edilmiş şəxslərin gilyotin vasitəsilə öldürülməsi barədə qərar təsdiq edilir. Ölkədə gilyotində sonuncu ölüm faktı 1870-ci ilin 9 iyulunda qeydə alınır.

Maraqlıdır ki. ABŞ-da gilyotindən ümumiyyətlə istifadə edilməyib. 1996-cı ildə Corcia ştatının məclis üzvü Douq Teper elektrikli stul əvəzinə gilyotindən istifadəni təklif etsə də, bu təklif qəbul edilmir.

Gilyotinlə ölüm dərhal gerçəkləşirmi?

Gilyotinin Fransada ilk dəfə tətbiq olunduğu vaxtdan indiyədək bu alət ilə ölüm hökmünün icrası zamanı məhkumun dərhal ölüb-ölmədiyi mövzusu daim mübahisə mövzusu olmuşdur.

Keçmiş dövrlərdəki digər edam üsullarında məhkumun müəyyən qədər əzab çəkməsi, demək olar ki, hamı tərəfindən qəbul edilirdi. Ancaq gilyotinin “humanist” ölüm vasitəsi olması şübhə ilə qarşılanıb. Hətta bəziləri gilyotində edam edilən məhkumun digər üsullarla öldürülənlərlə müqayisədə daha çox ağrı hiss etdiklərini iddia etmişlər. Belə ki, başı kəsilən məhkumun hərəkətlərini izləyənlər edam edilən şəxsin gözlərinin bir müddət hərəkət etdiyini, eləcə də ağız quruluşunun dəyişdiyinə dair saysız-hesabsız hekayələr nəql etmişlər.

Gilyotinə etiraz: XVII-XIX əsrlərdə bir sıra avropalı yazıçılar və ədiblər gilyotində edama qarşı çıxırdı. Belələrindən ən tanınmışı isə fransız yazıçı Viktor Hüqo idi. O, özünün “Edam məhkumunun sonuncu günü” adlı povestində bu cəza üsulunun ömürlük həbs cəzası ilə dəyişdirilməsinin gərəkdiyini açıq şəkildə bildirirdi.

Gilyotinə etiraz edənlərdən biri də fransız yazıçısı və filosofu Alber Kamyu idi. O, Artur Kestler ilə birgə qələmə aldığı “Ölüm haqqında düşüncələr” adlı əsərində bu məsələyə toxunmuşdu.

Gilyotində edam edilmiş 5 ən məşhur insan:

  • 1. XVI Lüdoviq(21 yanvar 1793)
  • 2. Mariya Antuanette(16 oktyabr 1793)
  • 3. Maksimilyan Robespyer(28 iyul 1794)
  • 4. Corc Jak Danton(5 aprel 1794)
  • 5. Olimp De Guze(3 noyabr 1793)

 

 

BUNU DA OXU

Azərbaycanlı alimlərdən növbəti uğur - Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildilər
Cüdoçularımız növbəti "Böyük Dəbilqə"yə bu heyətlə qatılacaq
Siyəzəndə yol qəzasında həlak olan xanımların fotoları - ÖZƏL - FOTOLAR
Ramil Şeydayev: "Səfərə yalnız qələbə üçün yollanırıq"
Yol qəzası iki qadının ölümünə səbəb oldu - Siyəzəndə
Xəbər lenti

Sumqayıtın 70 illiyi qeyd olunacaq - Şəhərdə geniş hazırlıq işləri görülüb
22:55 18.11.2019

100 nəfər xaricdə doktorantura təhsili ala biləcək - Onların bütün xərclərini dövlət üzərinə götürüb
21:37 18.11.2019

Ev yandırmaqda təqsirli bilinən qonşu nələr danışdı? - “Bizimləsən” - VİDEO
21:18 18.11.2019

“Yolu bağlayanlar haqda ölçü götürülməlidir” - Ruhani etirazçılara xəbərdarlıq etdi
21:01 18.11.2019

Gülay və Mətanətin evdarlığı yoxlanıldı - "Gündən-Günə"də - VİDEO
20:41 18.11.2019

87 əlilə 403 reablitasiya vasitəsi təqdim edilib - Salyan və Neftçalada tədbir keçirilib
20:20 18.11.2019

Çəyirtkəkimilərə qarşı mübarizə - Ölkə ərazisində payız monitorinqi həyata keçirilir
20:01 18.11.2019

Bir qrup məktəbli bölgələrə yola düşdü - “Ölkəmizi tanıyaq” layihəsi davam edir
19:41 18.11.2019

Qlobal elektromobil istehsalı beş milyon ədədi keçib
19:23 18.11.2019

Əlli mininci vətəndaş müraciəti qeydə alındı - DOST mərkəzinin fəaliyyəti genişlənir
19:02 18.11.2019

Sabah bəzi rayonlarda hava dumanlı olacaq
18:42 18.11.2019

Vaxt başa çatdı, sürücülər cərimələnmədi - DYP rəisi pərdə və jalüzlərlə bağlı göstəriş verib YENİLƏNİB - VİDEO
18:23 18.11.2019

Rusiya bir il əvvəl saxladığı üç Ukrayna hərbi gəmisini geri qaytarıb
18:14 18.11.2019

Azərbaycanlı alimlərdən növbəti uğur - Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildilər
17:56 18.11.2019

Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub - FOTOLAR
17:37 18.11.2019

Xəzərdə neftçi batıb - Onun axtarışları aparılır
17:18 18.11.2019

Onkoloji xəstələrin sayı niyə artıb? - Onkoloqdan əhaliyə xəbərdarlıq - VİDEO
17:01 18.11.2019

TANAP-ın açılacağı tarix məlum oldu - İlin sonunadək Yunanıstana qaz nəql ediləcək
16:45 18.11.2019

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar
16:27 18.11.2019

Hirkan Milli Parkında bəbirlər çoxalıb - Kameralar vasitəsilə 6 bəbirin olduğu müəyyən edilib YENİLƏNİB - VİDEO
16:08 18.11.2019

Həftənin ilk iş günü hansı bürc sahiblərini uğur gözləyir? - VİDEO
15:50 18.11.2019

İran ABŞ-ın bəyanatına cavab verib
15:33 18.11.2019

Bələdiyyə seçkiləri ilə bağlı işlər başa çatır
15:17 18.11.2019

ABŞ İrandakı etirazları dəstəkləyib
14:59 18.11.2019

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib
14:40 18.11.2019

Azərbaycan mətbəxi Parisdə təqdim edilib - FOTOLAR
14:21 18.11.2019

Uzun illərdir oğlunu axtaran anaya zəng vurub nələr dedilər? - VİDEO
14:03 18.11.2019

Cüdoçularımız növbəti "Böyük Dəbilqə"yə bu heyətlə qatılacaq
13:45 18.11.2019

Bill Geyts yenidən dünyanın ən zəngin adamı oldu
13:24 18.11.2019

Gürcüstanda aksiyaların miqyası artır - Nümayişçilər parlament qarşısında gecələyib
13:05 18.11.2019

25 ildir ölkədən gedən Mehman qınanıldı - “Bizimləsən”də - VİDEO
12:47 18.11.2019

Özbəkistanın aeroportları özəlləşdirilir
12:30 18.11.2019

İranın Ali Dini Lideri mitinqlərə görə xalqa müraciət edib
12:19 18.11.2019

Siyəzəndə yol qəzasında həlak olan xanımların fotoları - ÖZƏL - FOTOLAR
12:07 18.11.2019

Rusiya dənizçilərinin olduğu gəmi yanıb
11:54 18.11.2019

“Azərişıq”dan xəbərdarlıq - İki qəsəbədə işıq olmayacaq
11:35 18.11.2019

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib
11:18 18.11.2019

Portuqaliya Avro-2020-də
11:11 18.11.2019

Tarixdə bu gün - 18 Noyabr - Eldar Ryazanov, poçtalyon göyərçinlər və Mikki Maus...
10:55 18.11.2019

Boşanmaq istəyən qadın qətlə yetirildi - Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib
10:37 18.11.2019

İranda etiraz aksiyaları davam edir - Ölənlərin sayı 25 nəfərə çatıb
10:20 18.11.2019

İki avtomobil toqquşdu - Xəsarət alanlar var - ÖZƏL - FOTOLAR
10:10 18.11.2019

Ramil Şeydayev: "Səfərə yalnız qələbə üçün yollanırıq"
10:02 18.11.2019

Bu il 6 min ton bal istehsal olunub - Arı ailələrinin sayı 540 minə çatıb
09:45 18.11.2019

Yol qəzası iki qadının ölümünə səbəb oldu - Siyəzəndə
09:25 18.11.2019

Rusiyanın tanınmış yumoristi Maksim Qalkinin yaradıcılıq gecəsi olub - VİDEO
09:15 18.11.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Seçkiləri izləmək üçün 499 müşahidəçi qeydə alınıb
21:39 16.11.2019

Otel müsafirlərinin ən qəribə müraciətləri
21:18 16.11.2019

Xəzər rayonunda 1000-ə yaxın ağac əkildi - Ədliyyə işçiləri də ağacəkmə aksiyasına qoşuldu
20:59 16.11.2019

Ucarda 8 ailə mənzillə təmin edildi - Ölkə üzrə 6951 şəhid ailəsi və Qarabağ əlili evlə təmin edilib
20:37 16.11.2019

Tramp impiçmentlə bağlı dinləmələrə münasibət bildirdi - "Bu, biabırçılıqdır!"
20:18 16.11.2019

Şəhid ailələri və Qarabağ əlillərinə ev verildi - Hacıqabulda 6 ailəyə mənzil təqdim olunub
20:00 16.11.2019

Daha bir qurum ağacəkmə aksiyasına qoşuldu - Miqrasiya işçiləri 220 zeytun ağacı əkib
19:40 16.11.2019

Sabah hava necə olacaq?
19:02 16.11.2019

Dublyaj sənətinin inkişafı - “Dublyajda səs çələngi” adlı bədii gecə keçirilib
18:45 16.11.2019

Serbiya prezidenti xəstəxanaya yerləşdirildi - Onun ürək-damar sistemində problemlər yaranıb
18:26 16.11.2019

Armavirdə Qaregin Njdeni qırmızıya boyadılar - Rusiyalı deputat faşizmə etirazını bu cür bildirdi - FOTOLAR
18:07 16.11.2019

İranda benzin bahalaşmasına qarşı etirazlarda bir nəfər öldü
17:49 16.11.2019

Qolan təpələri ilə bağlı qətnamə qəbul edildi
17:30 16.11.2019

Bağdadda altı nəfər terrorun qurbanı oldu - Etiraz aksiyalarında isə dörd nəfər öldü
17:12 16.11.2019

Ermənilər Los-Ancelesdə ifşa edildi - Sinaqoqda Qarabağ həqiqətlərindən danışılıb - VİDEO
16:52 16.11.2019

Parisdə 20-dən çox metro stansiyası bağlanıb
16:37 16.11.2019

Lahıcda arxeoloji qazıntılara başlandı - İşlər ilk olaraq Bədöyün məscidində aparılır
16:16 16.11.2019

Azərbaycanlı müğənninin bu klipi rekord vurdu - üç aya 100 mln. baxış sayını adladı - VİDEO
15:54 16.11.2019

Naməlum şəxslər Şri-Lankada seçkiyə gedən müsəlmanlara atəş açıblar
15:37 16.11.2019

“Süni intellekt və insan hüquqları” - Bakıda Beynəlxalq konfrans keçirilib YENİLƏNİB - VİDEO
15:18 16.11.2019

Ana evdən gedən xəstə oğlunu axtarır - VİDEO
15:01 16.11.2019

“Facebook” onlayn ödəmə xidmətini işə salır
14:40 16.11.2019

Mançıni İtalıya yığmasının tarixini yenilədi
14:22 16.11.2019

İki qadının saçyoldu davası internetdə yayıldı - Davanın səbəbi hər kəsi şoka salacaq - VİDEO
14:03 16.11.2019

Payız tətili başladı - Məktəblər noyabrın 21-də açılacaq
13:42 16.11.2019

Gəncədə dəhşətli hadisə - Oğul atasını qətlə yetirdi
13:25 16.11.2019

Putin mətbuat konfransına hazırlaşır - Tədbir dekabrın 19-na planlaşdırılıb
13:06 16.11.2019

“NATO ilə bağlı müqaviləyə yenidən baxılmalıdır” - Çexiya hökumətindən təklif
12:49 16.11.2019

Trampın impiçmenti ilə bağlı dinləmələr başladı - İlk sorğu-sual beş saata qədər davam edib
12:28 16.11.2019

Nahidə Babaşlının yeni klipi rekord vurur - bir gecəyə 60 min baxış sayı - VİDEO
12:10 16.11.2019

"Çarlinin mələkləri" "Park Cinema"ya təşrif buyurdu - FOTOLAR
11:53 16.11.2019

ABŞ Kubaya qarşı sanksiya siyahısını genişləndirdi
11:36 16.11.2019

Lissabon aeroportunda erməni qaçaqmalçıları saxlanılıb
11:17 16.11.2019

Finlandiya və İsveç Avro-2020-nin final mərhələsində
11:00 16.11.2019

Bütün xəbərlər