Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Suriya erməniləri Ermənistandan qaçır

Suriya erməniləri Ermənistandan qaçır
550 dəfə oxunub

Suriyada yaşanan müharibə üzündən ölkəni tərk edərək Ermənistana üz tutan ermənilərin çoxsaylı problemləri hələ də həllini tapmır. Artıq onların əksəriyyəti geri dönmək barədə düşünür. Erməni mətbuatı yazır ki, təkcə ötən il Suriya münaqişəsi nəticəsində 5 min erməni Ermənistana qayıdıb. Amma onların 51 faizi mövcud həyat şəraiti ilə razılaşmayaraq ölkədən qaçıb. Hazırda ölkədən qaçan Suriya ermənilərinin əksəriyyəti xarici ölkələrdə miqrant kimi yaşayır.

Qərb saytlarına açıqlamalarında ermənilər burada özlərinə müvafiq iş tapa bilmədiklərini xüsusi vurğulayırlar. Məsələn, Şant Xayalyan adlı Suriya ermənisi 2012-ci ildən Suriyanın Hələb şəhərini tərk edərək Ermənistana gəlib: “İnsanların oğurlanması və pul tələb etmək halları başlayanda, atam dedi ki, ölkədən çıxmaq vaxtı gəlib, lakin mənə “orduya getməlisən” deyilməyincə, tərəddüd edirdim. Bunu hər iki tərəfdən tələb edirdilər. Mən onlardan heç birini seçmədim, mənim seçimim ölkədən getmək oldu”. Xayalyan Ermənistanda yaşayan 13 min suriyalı ermənidən biridir. Bu, Suriyada vətəndaş müharibəsi başlanandan sonra ölkəni tərk etmiş erməni mənşəli suriyalıların təxminən üçdə biri deməkdir.

Ermənistan qaçqınları aldadaraq böyük nəvazişlə qarşılasa da, suriyalı ermənilər sonradan aldandıqlarını başa düşürlər. Əhalisinin üçdə biri yoxsulluq həddində yaşayan bir ölkədə onların həyatı ağır sınağa çevrilir. Ermənistan hökumətinin məlumatına görə, müharibədən qabaq Suriyada 80 minə yaxın erməni yaşayıb. Onların çoxu 20-ci əsrin əvvəlində Osmanlı imperiyasından (hazırkı Türkiyə ərazisi) köçən ermənilərin nəvə-nəticələridir. Bu gün Suriyada qalan 40-45 minə yaxın ermənilərin yarısı Hələbdə yaşayır. Ermənistan Diaspor Nazirliyinin rəqəmlərinə görə, münaqişə başlayandan bəri onların 15-20 mini Livana, təxminən 13 mini Avropa ölkələri və ABŞ-a köçüblər. Ermənistan Diaspor Nazirliyinin Yaxın və Orta Şərq Erməni İcmaları ilə Əlaqələr İdarəsinin rəisi Lusine Stepanyan Ermənistana Suriya qaçqınlarının kütləvi axınının 2012-ci ilin yay aylarında başladığını söyləyir. “İyun-iyul aylarında vəziyyət, xüsusilə Hələbdə gərginləşməyə başlayanda Ermənistana yay məzuniyyət və tətillərini keçirməyə gəlmiş insanlar anlayıblar ki, geri dönə bilməzlər” – deyə Lusine Stepanyan bildirib.

Suriya ermənilərinin Ermənistana gəlməsinə rəvac vermək üçün Ermənistan hökuməti onlar üçün vətəndaşlıq almaq prosesini asanlaşdırıb, eləcə də onlara tək Ermənistanda deyil, həmçinin Suriyada və Livanda Ermənistan konsulluqlarında pasport almaq icazəsi verilib. Onun sözlərinə görə, 2012-ci ildən bəri 13 minə yaxın Suriya ermənilərinə Ermənistan vətəndaşlığı verilib. Ermənistan vətəndaşlığı olmayanlar dərhal sərhəd-keçid məntəqələrində Ermənistan vizasını ala bilir və ölkədə müvəqqəti yaşamaq icazəsi üçün rüsumlardan azad olurlar. Lakin buna baxmayaraq, bəzən bir çox köçkünlər Ermənistanda iş tapmaq üçün peşəsini dəyişməyə və ya yeni ixtisas almağa məcbur olurlar. Bəziləri əlavə dəyər vergisi və dövriyyədən tutulan vergilərin böyük olduğu səbəbindən və iqtisadi perspektivlər olmadığından Ermənistanda bizneslə məşğul olmağın çətinliyini qeyd edirlər.

“Onlar, həmçinin Suriyadan kənarı, başqa ölkələri də əhatə edən böyük ərəb bazarında işləyiblər. Faktiki 25 milyon əhalisi olan ölkədə, 6 milyonluq şəhərdə yaşayıblar. Bura isə cəmi 3 milyonluq və MDB ölkələrinə çıxa biləcək bazardır, onlar bu ölkələrin xüsusiyyətləri və zövqlərinə bələd deyillər” - deyə Repat Armenia fondunun icraçı direktoru Vartan Maraşlyan bildirib. “Bundan başqa, Ermənistanda nailiyyət əldə etmək üçün böyük çevikliyə və geniş ailə, yaxud şəxsi əlaqələrə malik olmalısan” – deyə Maraşlyan bəyan edib. Suriyadakı abad yaşayışdan sonra çoxları üçün, hətta işlə təmin olunduqdan sonra da Ermənistan həyatına öyrəşmək çətindir - onların müharibədən əvvəl Suriyada gəlirləri qat-qat artıq olub.

38 yaşlı Alin Kasabci dörd aydır ki, ailəsi ilə Ermənistana gəlib. Hələbdə onun ərinin öz mağazası olub, Alin isə tibb bacısı işləyirdi. O, özləri ilə gətirdikləri pulun qurtardığını və Ermənistanda iş tapa bilmədiklərini deyir: “Burda bizə Avropadakı kimi yardım etmirlər. Məsələn, biz ev kirayəsini özümüz veririk, daha pulumuz yoxdur. Biz elə bil dilənçiyik. İki aydır ki, pulumuz qurtarıb. Nə burda yaşaya bilirik, nə də öz şəhərimizə qayıda bilərik”. Alin ərinin bir hələbli dostu ilə Yerevanda mağaza açdığını, lakin ziyana düşüb, bağlamağa məcbur olduğunu deyir. Alinin özü isə dil probleminə görə iş tapa bilmir. O, Suriya ermənilərinin danışdığı erməni dilinin qərb dialektində də çox pis danışır və həmyerlilərindən fərqli olaraq yerevanlı soydaşları ilə ünsiyyət yaratmaq çox çətin olur. İş tapmaq ümidi ilə Alin digər suriyalı köçkünlərlə BMT Qaçqınlar Agentliyinin yardımı ilə KASA fondunun təşkil etdiyi erməni dili kurslarına gedir. Bəzi Suriya erməniləri etiraf edirlər ki, Ermənistanda ağır iqtisadi vəziyyət onları firavan Qərb ölkələrinə getmək imkanları axtarmağa məcbur edir. Lakin Alinin yeganə arzusu - Hələbə, öz evinə qayıtmaqdır: “Bizim heç vaxt Avropaya getmək fikrimiz olmayıb. Biz həmişə öz şəhərimizə qayıtmaq haqqında düşünürük. O, çox yaxşı şəhərdir, insanlar çox yaxşı idi, hamı bir-birini sevirdi, biz əlbir idik”.

“Çoxları Qərbə getmək istəyir, lakin onlara buradakından daha soyuq iqlimə, dilə uyğunlaşmaq çətindir. Nəsildən-nəslə onlar ermənicə danışıblar, indi, məsələn, İsveç dilini öyrənmək asan deyil” – deyə BMT Ermənistan Nümayəndəliyinin Qaçqınların Hüquqları üzrə Agentliyinin xarici əlaqələr üzrə mütəxəssisi Anahit Hayrapetyan deyir. Şant Xayalyan üçün isə Suriya böhranı tarixin növbəti acı dərsi olub. Onun sözlərinə görə, Suriyada sülh bərpa olunduqdan sonra o, oraya yeganə bir şey üçün qayıdar – orada qalan mülkünü satmağa. “Son nəticədə biz ermənilər, dərk etməliyik: 1915-ci ildə çoxlu problemimiz oldu, Azərbaycanla problemlərimiz var, İraq-Küveyt müharibəsi, Suriyadakı müharibə və sairə. Yəni, əgər köklərin orada olsa belə, yaşadığın öz ölkən deyilsə, unutmamalısan ki, öz ölkəndə deyilsən” – deyə Şant bildirib.

Kaspi.az

BUNU DA OXU

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya davam edir - VİDEO
RUSİYADA COVİD-19-A QARŞI İLK VAKSİN QEYDİYYATDAN KEÇİB
Çimərlik ərazisində təmizliyə riayət edilmir - Yenilənib
Türkəçarə yoxsa həkim müalicəsi? - VİDEO
Kafe və restoranlar hansı qaydalar əsasında açıla bilər? - VİDEO
Xəbər lenti

Azərbaycan-Belarus əlaqələri inkişaf edir - Münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir
19:17 11.08.2020

Qubada karantin rejimini pozub, toy etdilər - Restoranın sahibi, bəy və onun 28 dostu saxlanıldı
19:15 11.08.2020

ÜST-dən ilk peyvəndin qeydiyyatına münasibət - Peyvəndin standartlara uyğun olub-olmaması müzakirə olunur
19:06 11.08.2020

Oğurladığı 1200 manatlıq velosipedi 30 manata satdı - Polis şübhəlini “iş” başında yaxaladı
19:05 11.08.2020

Üzərindən kibrit qutusunda olan marexuana tapıldı - Evindən isə 12 kq narkotik maddə aşkarlandı
19:05 11.08.2020

Rəqəmlərin azaldığını görüb arxayınlaşmayaq! - Bəzi ölkələrdə virusa yoluxma sayı yenidən artmağa başlayıb
19:01 11.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
19:01 11.08.2020

Müəlllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır - İmtahana 46 228 namizəd iştirak hüququ qazanıb
18:59 11.08.2020

Daha 84 nəfər Covid-19-a yoluxub - 3 nəfər vəfat edib
18:57 11.08.2020

Mənzillərin altını-üstünə çevirənlər yaxalandı - 4 il ərzində 80 evi qarət ediblər
18:56 11.08.2020

Azərbaycan hərbi xərclərini artırır - Dövlət büdcəsində müdafiə xərcləri 4 milyard manata yaxındır
18:55 11.08.2020

245 veterana ərzaq yardımı edilib - Aksiya pandemiya dövründə, kömək məqsədi ilə keçirilib
18:52 11.08.2020

Putinin qızı koronavirusa qarşı peyvənd olunub - Peyvənddən sonra qızının hərarəti 38 dərəcə olub
18:51 11.08.2020

Rusiyada COVİD-19-a qarşı ilk vaksin qeydiyyatdan keçib - Putin əhalinin pulsuz peyvənd edilməsini tapşırıb
18:51 11.08.2020

ABŞ-da Ağ ev yaxınlığında atışma - Tramp mətbuat konfransından uzaqlaşdırılıb
18:50 11.08.2020

Qeyts tarix açıqladı - Dünya 2022-ci ilin sonunda koronavirusdan qurtulacaq
18:49 11.08.2020

Venesuelada karantin sentyabrın 13-dək uzadıldı - Koronavirusa qarşı mübarizə davam edir
18:47 11.08.2020

Qusarda 18 nəfər saxlanıldı - İcazələri olmadan istirahətə gedənlər cərimələndi
18:43 11.08.2020

Virusa yoluxanların sayı 20 milyon 264 mini ötüb - Epidemiya qurbanlarının sayı 739 min 300-dən çoxdur
18:42 11.08.2020

Xaçmaz karantin rejimini pozanlar saxlanıldı - Sürücü və 27 sərnişin cərimələndi
18:41 11.08.2020

Canni De Byazinin köməkçiləri müəyyənləşib
14:43 11.08.2020

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya davam edir - VİDEO
14:14 11.08.2020

Dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 20 milyon 264 mini ötüb
13:50 11.08.2020

RUSİYADA COVİD-19-A QARŞI İLK VAKSİN QEYDİYYATDAN KEÇİB
13:27 11.08.2020

XARİCİ İŞLƏR NAZİRİ CEYHUN BAYRAMOV TÜRKİYƏDƏDİR
13:00 11.08.2020

Serbiyanın Baş Nazirinin müavini Neboyşa Stefanoviç Azərbaycana səfər edib
12:37 11.08.2020

PAYTAXTDA HAVA YAĞMURSUZ KEÇƏCƏK
12:12 11.08.2020

Bölgələrdə karantin rejimini pozanlar saxlanılıb - VİDEO
11:56 11.08.2020

Çimərlik ərazisində təmizliyə riayət edilmir - Yenilənib
11:30 11.08.2020

Türkəçarə yoxsa həkim müalicəsi? - VİDEO
11:09 11.08.2020

Bakı-Sumqayıt qatarının fəaliyyəti dayandı
10:45 11.08.2020

Peşə məktəblərinə qeydiyyat başladı - Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq - VİDEO
10:21 11.08.2020

Prezident İlham Əliyev Qarabağ yatağının dayaq bloku dənizə yola salınma mərasimində iştirak edib - VİDEO
09:58 11.08.2020

Dünyanın ən bahalı maskası hazırlanır - Maska 3600 ədəd ağ və qara brilyantla bəzədiləcək
22:54 10.08.2020

Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçiriblər - Hərbi təyyarəçilər pilotaj texnikasi, qoşa və manqa ilə məşq ediblər
22:32 10.08.2020

Macarıstanda məhdudiyyətlər qüvvədə qalacaq - Yumşalmalar riskli hesab edilir
22:10 10.08.2020

Türkiyədə yoxlamalara başlanılır - Sabahdan ciddi tədbirlər tətbiq olunacaq
21:52 10.08.2020

Yaponiyada əhaliyə çağırış edildi - Covid-19-a qarşı mübarizə tədbirləri gücləndiriləcək
21:50 10.08.2020

Uğurlu neft strategiyası - “Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı
21:21 10.08.2020

Biz birlikdə güclüyük! - Gündəlik yoluxma sayı sürətlə azalır
20:54 10.08.2020

Polad Həşimovun yaşadığı bina təmir olunur - Şəhidin adına bulaq və barelyefin qoyulma məsələsi də gündəmdədir
20:12 10.08.2020

Gəncədə şübhəli şəxs qismində saxlanıldı - Əl çantasından 3 kiloqramdan artıq narkotik maddə çıxdı
19:54 10.08.2020

Qubada dağlıq ərazilərdə yanğın baş verdi - Alovun ətrafa yayılmasının qarşısı alınıb
18:54 10.08.2020

Aleksandr Lukaşenko 6-cı dəfə prezident oldu - Prezident seçkilərındə 81 faiz səs toplayıb
18:14 10.08.2020

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib
17:58 10.08.2020

Livanda etirazçılar nazirliklərin binasına daxil oldu - Daha bir nazir istefa verdi
17:21 10.08.2020

Fransada koronavirusla mübarizə davam etdirilir - 100-dən artıq küçədə maska taxmaq məcburi oldu
16:54 10.08.2020

Virusa yoluxanların sayı 20 milyonu ötüb - Epidemiya qurbanlarının sayı 734 min 200-dən çoxdur
16:36 10.08.2020

Pakistanda sel və daşqınlar həyatı iflic etdi - 64 nəfər dünyasını dəyişdi
16:14 10.08.2020

Kürdəmirdə karantin rejimi qaydalarını pozan kafe aşkarlandı - Ad günündə iştirak edənlər cərimələndi
15:54 10.08.2020

4 gün sonra müəllimlərin işə qəbulu imtahanıdır - Məlumatlar artıq şəxsi səhifələrə göndərilir
15:36 10.08.2020

Qəbələdə karantin qaydalarını pozanlar saxlanıldı - Gündəlik kirayə mənzillərdə istirahət edənlər cərimələndi
15:14 10.08.2020

Bakı-Sumqayıt qatarının fəaliyyəti dayandı - Sərnişinlər Bakı-Pirşağı qatarından istifadə edə bilər
14:54 10.08.2020

Azərbaycan ordusuna ağir itki üz verib - General-leytenant Fuad Məmmədov vəfat edib
14:25 10.08.2020

Kafe və restoranlar hansı qaydalar əsasında açıla bilər? - VİDEO
14:06 10.08.2020

Musa Abdullayevin anadan olmasından 93 il ötür - VİDEO
13:44 10.08.2020

İKİ QARDAŞ KÜRDƏ BATDI - ONLARDAN BİRİ XİLAS EDİLSƏ DƏ, DİGƏRİ DÜNYASINI DƏYİŞDİ
13:20 10.08.2020

GEYİM MAĞAZALARI AÇILDI
12:58 10.08.2020

SABAH PAYTAXTDA 32 DƏRƏCƏ İSTİ OLACAQ
12:35 10.08.2020

AZƏRBAYCAN ORDUSUNA AĞIR İTKİ - GENERAL-LEYTENANT FUAD MƏMMƏDOV VƏFAT EDİB
12:10 10.08.2020

“Azərsu”da Tədbirlər Planı hazırlanıb və işlərə başlanılıb - VİDEO
11:43 10.08.2020

Çimərliklərə kütləvi axın - Sıxlığın yaranması dövləti qurumlarını narahat edir - VİDEO
11:19 10.08.2020

Türkiyəyə istirahətə getmək istəyənlərin sayı artıb - Tur paketlərin qiymətində artım nə ilə əlaqədardır? - VİDEO
10:22 10.08.2020

Karantin şəraitində toy - Yenilənib - VİDEO
10:01 10.08.2020

Bu gün 87 yoluxma faktı qeydə alınıb - COVİD-19-dan daha iki nəfər vəfat edib
17:15 09.08.2020

Genişmiqyaslı döyüş atışlı taktiki təlimlər - Təlimlərə xüsusi təyinatlı bölmələr də cəlb edilib
16:58 09.08.2020

“TurAz Qartalı - 2020” - Birgə taktiki-uçuş təlimləri davam edir
16:21 09.08.2020

Qubada su təminatı yaxşılaşdırılır - 4 yeni su anbarı tikiləcək
15:54 09.08.2020

Kafe və restoranlar açılışa hazırdırmı? - İaşə obyekləri yeni qaydalar əsasında fəaliyyət göstərməlidir
15:21 09.08.2020

Qapaqları yoxa çıxan zibil qutuları - Məsuliyyətsizliyin yaradığı xoşgəlməz görüntü və qoxu
14:54 09.08.2020

Kondisionerlərdən düzgün istifadə qaydaları… - Otağin temperaturu kəskin dəyişərsə, nə baş verər?
14:25 09.08.2020

Gəncədən Balakənə istirahətə getdilər - Karantin qaydalarını pozan dostlar cərimələndi
23:13 08.08.2020

Hacıqabulda qaz kəmərində partlayış yanğına səbəb olub - Yanğın 3 saata qədər davam edib
22:36 08.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
22:14 08.08.2020

Bəzi sahələrin fəaliyyəti bərpa olunur - İri ticarət mərkəzləri hələlik açılmır
21:58 08.08.2020

Mingəçevirdə yağışlar sürüşməyə səbəb oldu - Evlər qəzalı vəziyyətə düşdü, ağaclar kökündən çıxdı
21:32 08.08.2020

Kafe və restoranlar avqustun 17-də açıla bilər - Rayonlara gediş-gəliş nə vaxt mümkün olacaq?
21:05 08.08.2020

Operativ qərargah videokonfrans keçirib - “Xüsusi karantin rejiminə nəzarət gücləndirilməlidir”
20:54 08.08.2020

Dələduzluqda ittiham olunan qadın saxlanıldı - Etibardan sui- istifadə edib, vətəndaşları aldadıb
20:35 08.08.2020

“Azərbaycan İnvestisiya Holdinqi”nin məqsədi - Dövlət şirkətləri səmərəlilik və şəffaflıq prinsipləri ilə işləyəcək
20:14 08.08.2020

Bütün xəbərlər