Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Türkiyə üçün dəhşətli ssenari: “Böyük İsrail”ə doğru

Türkiyə üçün dəhşətli ssenari: “Böyük İsrail”ə doğru
706 dəfə oxunub
 
Son günlərin əsas gündəmi "İslam dövləti" (keçmiş İŞİD) terror qruplaşmasının Suriya ilə Türkiyə sərhədində yerləşən, kürdlərin kompakt yaşadığı Kobani şəhərinə basqınları və bununla bağlı Türkiyədə yaşanan iğtişaşlardır. Şəhərin bir çox hissələri İŞİD-in nəzarətindədir və həmin ərazilərdə terror təşkilatının bayrağı asılıb. Lakin, şəhər bütövlükdə terrorçuların əlinə keçməyib, kürd peşmərgələri hələ ki, müqavimət göstərirlər. 
 
Şəhərin tam alınması islamçıların Türkiyə ərazisinə də real təhlükə yaratmaq imkanına sahib olması deməkdir. Hələlik çoxu kürd olmaqla, minlərlə suriyalı Kobani hadisələrindən dolayı şəhərdən qaçaraq Türkiyə ərazisinə pənah gətirib. Kobani şəhərinin nümayəndəsi İdris Nasan BBC-yə bildirib ki, kömək göstərilməsə, şəhərin süqutu bir neçə günə baş verə bilər. Onun sözlərinə görə, "islamçılar" şəhəri ovuc içi kimi görməyə imkan verən Mistənur yüksəkliyini tutublar. Elə oradan da terrorçular şəhəri artilleriya atəşinə tuturlar. Təkcə son 2 gündə şəhərdən 2 mindən çox dinc sakin köçürülüb. 
 
Bu hadisə Türkiyə daxilində də narazılıq yaratdı. Türk polisi ilə toqquşmaya girən kürdlər sərhədi keçib Kobanidəkilərə kömək etmək istəyirlər. Türkiyə parlamenti Kobaninin işğalının qarşısını almaq üçün ordu yeridilməsinə razılıq versə də, hələ ki, ölkə rəhbərliyi bu işi reallaşdırmayıb. Türkiyə mətbuatı yazır ki, hökumətin bu cür davranmasının kökündə, Kobanidə vuruşan kürd peşmərgələrin Ankaranın terror təşkilatı kimi tanıdığı PKK-ya tabe olmaları dayanır. Hələlik sərhədə cəmləşdirilən türk ordusu əmr gözləyir. 
 
Bu prosesləri fürsət bilib, Türkiyəni daxildən qarışdırmağa cəhd edənlər də meydana çıxıb. Belə ki, son bir neçə gündə polislə iğtişaşçıların toqquşmasında 20-dən çox insan həyatını itirib, 100-dən artığı xəsarət alıb. Qanlı qarşıdurmalar hələlik səngimək bilmir və kürd separatçıları bütün kürd kökənli vətəndaşları mərkəzi hökumətə qarşı qalxmağa səsləyir. Hadisələrin gərginləşdiyi səbəbindən, Baş nazir Davudoğlunun rəhbərliyi ilə hökumət təcili toplantı keçirib və Davudoğlu sərt "ölkəmizi qarışdırmaq istəyənlərdən tək-tək hesab soracağıq" açıqlamasını verdi.
Beləliklə, bölgədə nə baş verir? İŞİD-i kim Türkiyə cəbhəsinə sürüklədi? Türkiyəni daxildən çalxalamaqda maraqlı olanlar hansı qüvvələrdir və əsas məqsədləri nədən ibarətdir? Proses hansı məcraya doğru yönələcək? Bu və digər suallara cavab tapmaq məqsədilə "Bizim Yol" əməkdaşı Türkiyənin tanınmış ekspertləri və siyasətçiləri ilə həmsöhbət olub.
 
 
"İŞİD-i yaradan tək səbəb unudulur..."
 
Siyasi şərhçi Əli Dəyirmançı: "Düz 100 il əvvəl Orta Şərq sərhədləri ingilislər tərəfindən tamamilə öz maraqları istiqamətində çəkildi. Bu gün bu sərhədlər aradan qalxır. Amma ortaya terror təşkilatları çıxdı. Qərb bu prosesləri öz maraqları naminə istifadə edir və İŞİD deyilən terror təşkilatını zərərsizləşdirmək istəyir. Bu gün "İslam dövləti" kimi bir terror qrupunun ortaya çıxmasının tək səbəbinin Əsəd hakimiyyəti olması, təəssüf ki, gözdən qaçır. Qərb, dünən olduğu kimi palyatif təkliflərlə regionda stabilliyi saxlaya bilməz. "İslamçılara" qarşı keçiriləcək əməliyyatlarda mütləq Əsəd rəhbərliyi öz qüvvələri ilə təmsil olunmalıdır. Digər tərəfdən, bu gün Kobanidə baş verənlərin Demokratik Birlik Partiyasının (PYD) rəhbərliyinin strateji səhvinin nəticəsi olduğu da unudulmamalıdır.
Əgər Orta Şərqdə sabah sülh və əmin-amanlıq şəraitinin mövcudluğu hədəf seçilibsə, onda hamı bilməlidir ki, bu, ancaq regionda güc olan Türkiyə ilə 100 ildir eyni bölgədə yaşayan kürd xalqının ittifaqı ilə təmin oluna bilər. Nə Qərb, nə də Əsəd hakimiyyətinə bənzəyən İraqda BAAS rəhbərliyi regionda xaosdan başqa bir şeyə səbəb olmayacaq. Nəticədə olan bölgə xalqlarına olacaq.
 
İraqda, Suriyada, yəni çox yaxınımızda ciddi dəyişikliklər baş verir. "İslam dövləti" adlanan dünyanın ən vəhşi terror təşkilatı müsəlmanları, ərəbləri, kürdləri qətlə yetirir. Məncə bütün bu baş verənlər regionda dəyişikliyə təhdid faktorlarıdır. Türkiyə buna hazırlıqlı olmaq məcburiyyətindədir. Və hərbi yardım barədə çıxarılan qərarı hökumət bu məqsədlə çıxarıb. Yaxınlığımızda olanlara heç kəs biganə qala bilməz, və biz hazırlıqsız yaxalana bilmərik. Verilən qərarı Türkiyə dövlətçiliyinə, milli maraqlara təhlükələr yaranan zaman istifadə edilməsi üçün nəzərdə tutulmuş olduqca düzgün addım hesab edirəm". 
 
"Sirr Bağdadinin ABŞ həbsxanasından necə çıxmasında gizlənir"
 
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun prezidenti Mehmet Emin Erendor: "ABŞ-ın hadisənin başlanğıcında gözlənilən qədər sərt reaksiya verməməsi, bəlkə də hadisəni daha dərindən araşdırmaq məqsədi güdürdü. Bu gün isə hətta ABŞ-ın "İslam dövləti"ni pilotsuz hava vasitələri ilə vurmağı planlaşdırdığı barədə danışılır. Hadisələrin hansı yöndə cərəyan edəcəyini görmək üçün, məncə, bir az da gözləmək lazımdır. Ayrıca, bir müddət əvvəl baş verən İraq müharibəsi ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan uğursuzluqlarla müşahidə olundu. 
Bundan əlavə, fikrimcə, ABŞ-ın daha mülayim bəyanatlar verməsi planlaşdırılan genişmiqyaslı yeni müdaxilə üzərində daha çox düşünmək istəməsindən qaynaqlanır. Çünki ABŞ İraqdan çəkilərkən bir çox sahələrdə çoxlu ziyan gördü. Həmçinin bu addım regionun dinamikası üzərində xeyli sayda nəzarət edilməyəcək problemlərə yol açdı. Bunların ən əsası kimi isə, İraqın məzhəb döyüşlərinin arenasına çevrilməsi və faktiki olaraq, bölünməsini göstərmək olar. Amma hadisəyə bir də digər nöqtədən yanaşsaq, onu qeyd edə bilərik ki, bölgədəki kürd rəhbərliyi istər daxili, istərsə də beynəlxalq mənada bir çox müqavilələrə imza atdı və irəliləyişlərə nail oldu. 
Regionda gedən bu qanlı dəyişikliklərin memarının Qərb olması şəksizdir. "İslam dövləti"nin rəhbəri olmuş Əbu Bəkr Bağdadinin ABŞ həbsxanasından hansı şərtlərlə buraxılması sirr olaraq qalır. Bu sirrin açılması ABŞ-ın əsl planları və hansı ölkənin gələcəyinin necə olacağı barədə bilgilərin də əldə edilməsinə gətirib çıxara bilər". 
 
"Prosesin bir hədəfi var - "Böyük İsrail"in yaradılması"
 
Beynəlxalq Strategiya və Təhlükəsizlik üzrə Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Mehmet Seyfəddin Erol: "Son hadisələr fonunda Amerika əslində bir həqiqəti etiraf etdi: "Kobaninin taleyi bizi maraqlandırmır". ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Psaki "ABŞ-ın strateji məqsədlərində Kobaninin işğalının  qarşısının alınması varmı" sualına, prioritetlərinin Kobani deyil, hava hücumlarının keçirildiyi yerlərdə neft emalı zavodları kimi obyektlərə nəzarəti təmin etmək olduğunu dedi. Bu açıqlama ilə o, bir daha "bir damla neftin, bir damla qandan daha dəyərli" olduğunu dünya imperializminin son paytaxtından bütün dünyaya elan etdi.
 
Amma burada əsas diqqətçəkən məqam başqadır. Kobanidə baş verənlərin faktiki olaraq vecinə olmadığını dilə gətirən ABŞ administrasiyası bu istiqamətdə Türkiyə rəhbərliyinə təzyiq göstərmək istəyir. Kürd probleminin həllini Kobanidə baş verənlərlə sıx şərtləndirən bəzi qüvvələr, hələ şəhər işğal olunmadan Suriyada qərbdən-şərqə bütün əraziləri yandırmağa və mülki əhalini qırmağa başladılar. Mülki əhali arasında yaralı və ölülərin sayı çoxdur. Bu insanların ölümü vəhşiliyinə görə "İslam dövləti" silahlılarının qətllərindən geri qalmır. Görüntülər, imperializm xəstəliyindən qurtulmaq istəməyən qüvvələrin Suriya sərhədlərində bir daha özünü göstərməyə başlaması etibarilə bütün insaniyyəti düşündürməyə bilməz. Xüsusilə də "kürd açılımı" prosesi boyu sülh sözü dillərindən düşməyənlər daha çox düşünməlidir. 
 
Kütləvi qətl aksiyalarının səbəbi kimi İŞİD vəhşiliyini göstərməyə çalışanların bayramın son günündə törətdikləri bu vəhşilik, əslində daha böyük bir təhlükəyə işarə edir və bizi 1984-cü ilə - ilk qanlı hücumlar dövrünə aparır. Aradakı ən mühüm fərq - belə qətlləri daha öncə dağlarda edənlərin, indi şəhərə enmiş olmalarıdır!
 
Regionda "məcburi", amma həqiqətdə sistematik bir şəkildə xalqların  köçü gedir. Bu amilə bir başqa mövqedən baxmaqda fayda var. Söhbət xüsusi ilə Suriyanın şimalından Türkiyəyə doğru davam edən köçdən gedir. Regiondakı iri köç əməliyyatının hədəfi isə insanların xilas olunması deyil. Daha böyük hədəf var: regional bir federasiya damı altında, "Böyük İsrailin" inşası. Bunları görməmək üçün kor olmaq lazımdır".
 
"Türkiyə üçün "qırmızı cizgilər" bəlli olur"
 
Milliyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili Sinan Oğan: "Hazırda Türkiyə son 30 ildəkindən fərqli bir nöqtəyə gəlmiş vəziyyətdədir. Ölkə daxilində keçirilən aksiyaları sadə bir "demokratik cəmiyyətin reaksiyası" kimi qiymətləndirmək məncə mümkünsüz və sadəlövhlükdür. Böyük bir oyun gedir. 
 
Ölkəni vəhşicəsinə öldürülən insanların meyitləri üzərindən bir daxili savaş mühitinə çəkməyə çalışırlar. Bu zaman çox kövrək etnik-məzhəb xətlərindən sonuna qədər istifadə edilməsi prosesi gedir. Eyni proses İraqda və Suriyada da başlamışdı. Buna görə də qarşısı alınmadığı təqdirdə Türkiyənin gələcəyi üçün üfüqdə bir "şiddət-intiqam" səhnəsinin mümkünlüyü özünü göstərir.
 
Bu çərçivədə, əvvəl PKK terror təşkilatının, ardınca isə Şimali İraq və Şimali Suriyada başladılan yanğının Türkiyəni hədəfə alması təsadüfi deyil. Belə ki, Ankaranın kürdlərə yönəlik "Yeni Kürd Politikası" müəyyən bəhrələr verirdi. Bu yolda müəyyən bir mərhələyə qədər gəlmişdi. Və bu da, təbii ki, ölkəmizə düşmən mövqedə dayanan qüvvələrin marağına zidd idi.
 
Son dövrdə regionda baş verən iki mühüm hadisə bu siyasəti sabotaj etməyə yönəldildi: əvvəlcə Misirdə hərbi çevriliş baş verdi, sonra Türkiyənin bölgədə "tənhalığa" məhkum edilməsinə cəhdlər oldu. İkinci hadisə isə - İŞİD-in qəfildən yüksəlişi və hərəkət etdiyi yol xəritəsidir. Göründüyü kimi, Türkiyə üçün "qırmızı cizgilər" bəlli olur və bunun qarşısının alınması üçün ləngimək ölkənin gələcəyi baxımından bağışlanmaz addım olardı". 
 
(Bizimyol.info)

 

BUNU DA OXU

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
Tullantıların emalından əldə olunan məhsullar
Xəbər lenti

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Peşə təhsili müəllimlərinin işə qəbulu başlandı - Müsabiqəyə 257 vakant yer ayrılıb
15:36 24.09.2020

Terrorçu ilə əməkdaşlıq edən ermənistan - Qarabağı terrorçu yuvasına çeviriblər
15:23 24.09.2020

"Oradan-buradan" - "ATV Səhər"də - VİDEO
14:54 24.09.2020

İstixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb - 2 kilo marexuana isə həyətdən aşkar olunub
14:36 24.09.2020

SUPERKUBOK GÖRÜŞÜ - "BAVARİYA"-"SEVİLYA"YA QARŞI
14:30 24.09.2020

Diqqətli olun - Ermənilər sosial şəbəkələrdə təxribat aparır
14:21 24.09.2020

"Tez bişir" - Pendirli kətə - VİDEO
14:08 24.09.2020

İslam dünyası niyə susur? - Təcavüzkara qarşı sərt reaksiya mütləqdir
13:54 24.09.2020

TALİBAN HÜCUM ETDİ - 28 polis əməkdaşı öldürülüb
13:44 24.09.2020

DÜNYA ÜZRƏ VİRUSA YOLUXANLARIN SAYI 32 MİLYONU ÖTDÜ
13:20 24.09.2020

CEYHUN BAYRAMOV GÜRCÜSTANDA RƏSMİ SƏFƏRDƏDİR
12:59 24.09.2020

Qapalı məkanlarda yoxlamalar davam edir - VİDEO
12:35 24.09.2020

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
12:10 24.09.2020

Müasir avadanlıqlarla təchiz olunan ambulanslar - VİDEO
11:47 24.09.2020

Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
11:25 24.09.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsinin sakinləri ilə görüşüblər - Yenilənib - VİDEO
11:01 24.09.2020

Azərbaycan əhalisinin 20 faizi vaksinasiya ediləcək - VİDEO
10:40 24.09.2020

Sabirabadda “Ağ qızıl”ın yığımına başlanılıb - Yenilənib - VİDEO
10:17 24.09.2020

Uşaqlar da koronavirusa yoluxur - Yenilənib - VİDEO
09:54 24.09.2020

Düşmənə sirr vermə - Ermənilər sosial şəbəkələr vasitəsilə məlumat əldə etmək istəyir
17:54 23.09.2020

Təcavüzkarın hərbi ritorikası - Anna Akopyan niyə “Sülh quşu” ola bilmədi?
17:25 23.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları Azərbaycan dilində oxumaq mümkün olacaq
16:25 23.09.2020

Tullantiları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
15:23 23.09.2020

85 ildən sonra incəsənət məktəbi yeni görkəm aldı - 3 mərtəbəli binada müasir şərait yaradılıb
14:36 23.09.2020

Piyada səkisinin üzərində tikilən stadion - Qurumlar “biz icazə verməmişik” deyir. Bəs, qanun nə deyir?
13:36 23.09.2020

Baba Vəziroğlu "Bağ mövsümü" verilişində - VİDEO
12:45 23.09.2020

Tullantıların emalından əldə olunan məhsullar
12:21 23.09.2020

Çörəyi dəmirdən çıxanlar - VİDEO
12:00 23.09.2020

Ermənistanın işğalçı təxribatları ifşa edildi - VİDEO
11:35 23.09.2020

Məktəblidən əsgər salamı - VİDEO
11:11 23.09.2020

Asfaltlanmayan küçələrlə bağlı müjdə - VİDEO
10:46 23.09.2020

Qubada 8 müəllim koronavirusa yoluxdu - Yenilənib - VİDEO
10:23 23.09.2020

Azərbaycan ordusu ən müasir silahlarla güclənib - VİDEO
09:59 23.09.2020

KORONAVİRUS PEYVƏNDİNİN VAXTI AÇIQLANDI - Türkiyədə
13:45 22.09.2020

Agentlik sürücülərə bunu tövsiyə etdi
13:23 22.09.2020

ÇEMPİONLAR LİQASI - BU AXŞAM 3 OYUN BAŞ TUTACAQ
12:59 22.09.2020

MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR
12:34 22.09.2020

Peyvənd Azərbaycana da gətiriləcək - VİDEO
12:10 22.09.2020

Elza Seyidcahan koronavirusa şeir oxudu - "Bağ mövsümü"ndə - VİDEO
11:46 22.09.2020

Düşmən bizi provakasiyaya çəkir - VİDEO
11:23 22.09.2020

BMT-nin 75 illiyinə həsr edilmiş iclas keçirilib - VİDEO
11:00 22.09.2020

Dərslikdə erməni bayrağı iddiası - Təhsil nazirliyi açıqlama yaydı - Yenilənib - VİDEO
10:40 22.09.2020

Ehtiyyatda olan hərbçilərin təlimi başladı - Yenilənib - VİDEO
10:17 22.09.2020

Bütün xəbərlər