Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Bir arzum var..." - KİNQ

"Bir arzum var..." - KİNQ
1784 dəfə oxunub
HAŞİYƏ:
 
O bu gün, 1964-cü ildə Nobel sülh mükafatını qazanmışdı.

Martin Lüter Kinq ABŞ insan hüquqları müdafiəçisi idi.

Bu gün dünyada insan haqlarının əsas qarantı kimi tanıdılan ABŞ üçün əsl örnək Kinqin həyatı olub.

Onun irqi ayrı-seçkliyə qarşı mübarizəsi isə bütün ABŞ tarixinin ən həlledici anı olub.

Ölümü ilə insanlar arasındakı fərqi heçə endirən Kinq məşhur nobel nitqi ilə hələ də xatırlanır.

Afrika mənşəli amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinq 1964-cü ildə Nobelə layiq görülmüş, bundan dörd il sonra isə qətlə yetirilib.

 
ABŞ-da qaradərililərin hüquqları uğrunda hərəkatın lideri Martin Lüter Kinqin 1963-cü ilin avqustunda Linkoln Abidəsi önünə toplaşmış 250 min adam qarşısında etdiyi çıxışın mətni:

Bu gün xalqımızın azadlıq uğrunda apardığı və tarixə düşəcək böyük nümayişdə sizlərlə birgə olduğum üçün şadam.

Bir əsr əvvəl böyük Amerikalı (red. Avram Linkoln) Azadlıq Haqqında Bəyannaməni imzaladı və biz bu gün onun abidəsinin kölgəsinə yığışmışıq. Olduqca vacib əhəmiyyət daşıyan bu bəyannamə çürüməkdə olan ədalətsizlik alovunda yanan milyonlarla zənci qullarının ümidlərini yenidən dirçəltdi. Bu, onların əsirlikdə olduğu həmin o uzun gecələrə sevincli şəfəq saçdı.
 
Lakin bir əsr keçsə də, zəncilər hələ də azad deyillər, bir əsr ötüb, amma hələ də təcrid olunmanın və ayrıseçkiliyin dəmir buxovları zəncilərin həyatını məhv edir. Bir əsr keçməsinə baxmayaraq Zəncilər böyük okeanının yoxsul, kimsəsiz adasında yaşayırlar. Bir əsr keçib, zəncilər hələ də Amerika cəmiyyətinin künc–bucaqlarında əzgin halına salınır və doğma vətənlərində özlərini sürgün olunmuş kimi hiss edirlər. Və biz bu gün bura bu utancverici durumu dramatikləşdirmək üçün toplaşmışıq.

Müəyyən mənada biz bura bizə verilmiş çekin ödənişini tələb etmək üçün yığışmışıq. Respublika qurucularımız İstiqlaliyyət Bəyannaməsini və Konstitusiyanın təmtəraqlı sözlərini yazanda, orada hər bir amerikalının vərəsəlik hüququna sahib olacağını bildirmişdir. Bu sənəddə hər bir kəsin, bəli, qaradərililərin də, ağdərililər kimi Həyat, Azadlıq və Xoşbəxtlik Yolunda "Ayrılmaz Hüquqlar”la təmin olunacağına dair vəd verilmişdir. Aydındır ki, bu gün amerika həmin vekselə səhlənkarlıqla yanaşır, vətəndaşların rəngi məsələsi onu narahat edir. Bu öhdəliyi yerinə yetirmək əvəzinə Amerika qaradərili vətəndaşlara etibarsız çek verdi, bu çekdə isə "kifayət qədər vəsait yoxdur” yazısı mövcud idi.

Lakin biz ədalət bankının iflasa uğramasına inanmırıq. Biz bu xalqın anbarlarında az miqdarda kapital olmasına inanmırıq. Bəli biz bu çeki nəğd etməyə gəlmişik, o çeki ki, bizə azadlığın var dövlətini, haqq-ədalətin təhlükəsizliyini verəcək.
 
Bu müqəddəs meydana biz həmçinin Amerikaya hal-hazırda mövcud olan təxirəsalınmaz ölüm-dirim məsələsinin var olduğunu xatırlatmaq üçün toplaşmışıq. Dəm-dəstgah yaratmaq və yaxud sosial islahatlar keçirmək üçün sakitləşdirici qəbul etmək zamanı deyil. Qaranlıq və viran edilmiş təcrid olunma vadisindən ayağa qalxmaq, irqi ayrı seçkiliyin olmadığı günəşli yola keçmək vaxtıdır. Xalqımızı diskriminasiyanın olduğu ağır qum üzərindən qaldırmaq, onları qardaşlığın olduğu sərt qayada birləşdirmək vaxtıdır. Tanrının bütün uşaqları üçün haqq-ədalət bərpa etmək vaxtıdır.
 
Vəziyyətin gərginliyinə nəzər salmaq xalq üçün dözülməz olardı. Günəşli yaz səhərləri gəlmədikcə azadlıq və bərabərliyin üstünü alan bu qara buludlar çəkilməyəcək. 1963-cü il son deyil, başlanğıcdır. Əgər xalq bu məsələyə yenidən qayıtsa zəncilərin aradan qaldırılmalı olduğunu düşünənlər böyük xəyal qırıqlığına uğrayacaqlar.

Zəncilərə vətəndaşlıq haqları verilmədikcə bizə nə dinclik, nə də rahatlıq olacaq. Ədalət işığı görünənə qədər bu üsyan xalqın təməlini sarsıtmağa davam edəcək. 

İndi ədalət sarayına aparan yolda dayanan tərəfdaşlarıma demək istədiyim bəzi şeylər var: Layiqli yerimizi qazanmaq uğrunda addımladığımız bu yolda nahaq əməllərə görə təqsirkar olmamalıyıq. Kin və nifrət dolu qədəhlərdən içərək sərxoş olsaq azadlığı sadəcə arzulamaqla kifayətlənəcəyik. Mübarizəmizi mənliyimiz, şərəfimizlə, qayda-qanunla idarə etməliyik. Yaradıcı etirazlarımızın fiziki zorakılığa çevrilməsinə izn verməməliyik. Fiziki qüvvəmizlə qəlbimizin gücünü birləşdirərək alicənablıq səviyyəsinə qalxmalıyıq. 

Zənci cəmiyyətinin qatıldığı bu nümayişdə məqsəd heç də ağdərililərə qarşı nifrət oyatmaq deyil, göründüyü kimi bu gün aramızda ağdərili qardaşlarımız da var, bu da bizim bərabər olduğumuzun bir sübutudur və onlar artıq bilirlər ki, onların azadlığı bizim azadlığımızla bir bütünlük təşkil edir.

Biz bu yolda tək başına addımlaya bilmərik.

Bu yola baş qoyduqda daim irəliyə baxacağımıza dair söz verməliyik.

Geri dönüş yoxdur.

Vətəndaş haqlarını tələb edənlərə belə sual verirlər: "Siz nə zaman dayanacaqsınız?” Zəncilər polis zorakılığının diləgəlməz dəhşətlərinin qurbanları olduğu müddətcə bu mübarizə davam edəcək. Köçəri həyat tərzi sürməkdən bezmiş insanlar şəhərin əsas motellərində yerləşdirilməyincə biz yolumuzdan dönməyəcəyik. Zəncilər kiçik şəhərlərdən böyük şəhərlərə köçməyincə biz dayanmayacağıq. Uşaqlarımızın mənliyinə toxunan, şərəflərini tapdalayan "Yalnız ağrədililər üçün” yazısı mövcud olduğu müddətcə bu mübarizə davam edəcək. Misissipidəki bir zəncinin səs verə bilmədiyi, Nyu-Yorkda yaşayan bir zəncinin  isə səs verməyə bir kimsəsi olmadığı müddətcə yolumuzdan dönməyəcəyik. Xeyr, xeyr, biz yolumuzdan dönməyəcəyik, ədalət və ləyaqət bir sel kimi qabağına çıxan bəndləri hələ ki, süpürüb atmayıb, biz yolumuzdan dönməyəcəyik!

Mən bilirəm ki, sizlərdən bəziləri böyük ağrılardan və bədbəxtliklərdən keçərək bura gəlmisiz. Bəziləriniz darısqal həbsxana hücrələrindən gəlmisiz. Və bəziləriniz elə yerlərdən gəlmisiz ki, orada siz azadlıq axtarmısız, polis vəhşiliyi və təqiblərlə rastlaşmısınız. Sizlər əzab çəkməkdə püxtələşmiş veteranlarsınız. Bu inamla çalışın, əzab çəkməsəz xilas ola bilmərsiz. Geri qayıdın, Misissipiyə geri qayıdın, Alabamaya qayıdın, Cənubi Karolinaya  Corciyaya, Luisianaya qayıdın, o xarabalıqlara, o dar küçələrə qayıdın və bilin ki, bu vəziyyət düzələ bilər və düzələcək də!

Mənim dostlarım, sizə deyirəm, gəlin, ümidsizlik girdabında çabalamayaq. 

Bu gün və sabah qarşılaşacağımız çətinliklər olsa da, mənim bir arzum. Bu bütün amerikanların ən böyük arzusudur.
 
Arzu edirəm ki, bir gün bu millət ayağa qalxsın və öz məzhəblərindən dönməsin! Hər kəsə bəlli etməliyik ki, bütün insanlar bərabərdir.

Arzu edirəm ki, Corciyanın qırmızı təpəliyində keçmiş qulların və quldarların övladları qardaşlıq masasında duz-çörək kəssinlər!

Arzu edirəm ki, bir gün ədalətsizlik, haqsızlıqlardan bezmiş Misssissipi ştatı da azad və ədalətli bir vahəyə çevrilsin!
 
Arzu edirəm ki, mənim dörd balaca körpəm bir gün elə bir ölkədə yaşasın ki, orda onlar dərisinin rənginə görə deyil, xarakterlərinə görə mühakimə olunsunlar!
 
Mənim bu gün bir arzum var!
 
Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı, "məhv etmək” və "müdaxilə etmək” sözləri dilindən düşməyən qubernatoru olan Alabama ştatında bir gün ağdərili və qaradərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər!
 
Bu gün mənim bir arzum var!
 
Arzu edirəm ki, bir gün dərələr böyüsün, dağ və təpələr ensin, kələ-kötür yerlər hamarlansın, əyri-üyrü yollar düzəldilsin, Tanrı gözəlliyi zühur etsin və hər kəs buna şahid olsun!

Biz buna ümid edirik və mən elə bu inamla Cənuba dönürəm.

Bu inamla biz ümidsizlik dağını aşaraq, ümid qayasına ayaq açacağıq. Bu inamla biz, millətimizin içində olan ahəngsizliyi gözəl qardaşlıq simfoniyasına çevirəcəyik. Bu inam bizi birgə çalışmağa, birgə ibadət eləməyə, birgə mübarizə aparmağa, məhbəsə birgə düşməyə, bir gün azad olacağımızı bilərək azadlıq üçün birgə çarpışmağımıza kömək edəcək.

Və həmin gün baş tutacaq və həmin gün Tanrının bütün bəndələri bu vətənpərvər musiqini başqa abu-hava ilə oxuyacaqlar.
 
Mənim əziz-doğma, azad vətənim,
Atalarımızın öldüyü, zəvvarların qürur yeri
Hər dağdöşündən çalınsın azadlıq musiqisi.
 
Əgər Amerika böyük millət olmaq istəyirsə, bu gerçəkləşəcək.
 
Qoy azadlıq səsi Nyu-Hempşirin nəhəng təpələrindən ,
Nyu-Yorkun uca dağlarından,
Pensilvaniyadakı uca Alleqan dağlarından,
Koloradonun qarlı qayalarından,
Kaliforniyanın əyri yamaclarından eşidilsin!
 
Amma tək oralardan deyil,
Qoy azadlığın səsi Corciyanın dağlarından,
Tennesidəki Lukaunt dağından,
Missisipinin hər bənd-bərəzindən,
Hər yerdən,
Qoy hər dağ başından azadlığın sədası gəlsin!
 
Azadlığın səsini hər kənd-obada, hər ştat və şəhərdə səsləndirə bilsək, onda biz o günü yaxın edəcəyik, o günü ki, ağlar-qaralar, yəhudilər və bütpərəstlər, protestantlar və katoliklər, Tanrının bütün bəndələri əl-ələ tutacaq və qədim zənci nəğməsini oxuyacaqlar: 

Axır ki, azad olduq
Axır ki, azad olduq
Şükürlər olsun, hər şeyə qadir Tanrı,
Sonunda azad olduq
 
Nərgiz
 


 


 


 


 


 


 


 

 

BUNU DA OXU

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
UEFA-dan Avro-2020 açıqlaması
Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
Xəbər lenti

Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir
15:00 04.11.2020

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb
14:04 04.11.2020

Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir
13:36 04.11.2020

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
12:58 04.11.2020

Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
12:42 04.11.2020

Donald Tramp: Biz seçkilərdə qalib gəlirik
12:14 04.11.2020

Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib
11:50 04.11.2020

Çempionlar Liqasında 3-cü tura start veridi
11:21 04.11.2020

Əlcəzair prezidenti koronavirusa yoluxub
11:00 04.11.2020

HİKMƏT HACIYEVDƏN AÇIQLAMA - KƏNDLƏRİMİZ ARTİLLERİYADAN ATƏŞƏ TUTULUR
10:34 04.11.2020

CƏBHƏDƏ SON VƏZİYYƏT
10:10 04.11.2020

ABŞ-da prezident seçkilərini, hələ ki, Donald Tramp öndə aparır
09:49 04.11.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb
15:00 03.11.2020

Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
14:36 03.11.2020

Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
14:07 03.11.2020

Bakıda yağış yağacaq
13:45 03.11.2020

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir
13:24 03.11.2020

DÜŞMƏN ATƏŞKƏSİ POZDU LİD - MEŞƏDƏ YANĞIN BAŞLADI
12:59 03.11.2020

BMT SƏNƏD YAYDI - ERMƏNİSTANIN UŞAQLARI ƏSGƏR KİMİ CƏLB ETMƏSİ PİSLƏNİB
12:36 03.11.2020

BMT-NİN İNSAN HÜQUQLARI ÜZRƏ ALİ KOMİSSARI ERMƏNİSTANIN HÜCUMLARINI PİSLƏDİ
12:13 03.11.2020

Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək
11:48 03.11.2020

UEFA-dan Avro-2020 açıqlaması
11:22 03.11.2020

ABŞ-DA 59-CU ÜMUMİ SEÇKİLƏR KEÇİRİLİR
11:00 03.11.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:34 03.11.2020

ANAMA 28 əməliyyat həyata keçirib
10:10 03.11.2020

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
09:48 03.11.2020

Azərbaycan Prezidenti: Paşinyanın Rusiya Prezidentinə məktub göndərməsi, əslində, Ermənistanın məğlubiyyətinin etirafıdır
14:55 02.11.2020

PAŞİNYAN MƏĞLUBİYYƏTƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIR
12:56 02.11.2020

BİNƏLİ YILDIRIM AZƏRBAYCANA DƏSTƏYƏ GƏLDİ
12:30 02.11.2020

Вüşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
12:03 02.11.2020

BAŞ PROKURORLUQDAN AÇIQLAMA - QARABAĞDA QIZIL YATAQLARINDAN QANUNSUZ İSTİFADƏ EDƏNLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB
11:44 02.11.2020

RUSİYA SƏFİRLİYİ ERMƏNİ YALANINI İFŞA ETDİ
11:20 02.11.2020

Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
10:57 02.11.2020

Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
10:32 02.11.2020

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
10:10 02.11.2020

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
09:49 02.11.2020

Prezident: Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır
12:54 31.10.2020

Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var
12:45 31.10.2020

Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər
12:33 31.10.2020

Ceyhun Bayramov: Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
12:18 31.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib
15:15 30.10.2020

Baş prokuror: Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv olub
15:01 30.10.2020

Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib
14:37 30.10.2020

TÜRKİYƏNİN SABİQ BAŞ NAZİRİ DÜNYASINI DƏYİŞİB
12:19 30.10.2020

Maradona - 60! - VİDEO
11:58 30.10.2020

Avropa Liqasında gecənin nəticələri
11:33 30.10.2020

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020

ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

Bütün xəbərlər

ÇOX OXUNANLAR