Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Əsl demokratiya - "İndi ananı zorlayacağıq, uşaqlarının başını kəsəcəyik"

Əsl demokratiya - "İndi ananı zorlayacağıq, uşaqlarının başını kəsəcəyik"
4542 dəfə oxunub
Terrorizmdə şübhəli bilinən Əbü Hüdeyvi 66 saat yuxusuz saxladılar, amma sonra məlum oldu ki, onun heç bir suçu yoxdur.
Məcid Xan işgəncələrə və əzablara dözməyərək başını divara vurub intihar etmək istəyib. Cəhdi alınmayanda isə o, ölüm aclığına başlayıb. Onu zorla, klizma vasitəsilə "yedirdiblər".
 
İki ərəb və bir əfqanı qorxudaraq "analarınızı buraya gətirib qarşınızda onların başlarını üzəcəyik" deyiblər.
4 nəfər terrorizmdə şübhəli bilindiyindən yaşadıqları ölkədə oğurlanaraq ABŞ-a aparılıb və gizli həbsxanalardan birində 5 ay saxlanaraq ağır işgəncələrə məruz qalıb. Sonda onlara qarşı irəli sürülən ittihamların puç olduğu aşkarlanıb.
 
Müslüm Əmnar adlı şəxsi 53x76x76 sm ölçüləri olan qutuda 29 saat, sonra da tabutda 266 saat saxlayaraq "etiraf"lara vadar etmək istəyiblər.
Xalid Şeyx Məhəmmədi 183 dəfə "su işgəncəsi"nə məruz qoyublar: onun başını su çəlləyinə soxaraq saxlayıblar və boğulmasına imkan verməyərək çıxarıblar.
4 nəfər döyülməkdən və təcavüzlərdən dəli olub.
 
... "Bu, vəhşliyin və qəddarlığın sübuta yetirilməsi, amerikalıların utanacaqları bir sənəddir".
Senator Dayen Feynştayn bu sözləri deyəndən sonra susdu və Senat zalındakı həmkarlarına baxdı. Onlar da susurdular.
Çünki heyrətlərini gizlədə bilmirdilər.
 
"Demokratiyanın qalası", "Şərlə mübarizədə ön səngər" kimi qələmə verilən ölkə, sən demə, özü şər işlər törədib.
ABŞ Senatının kəşfiyyat məsələləri üzrə komitəsinin sədri Dayen Feyştayn daha sonra hesabatı təqdim etdi. Sənəd Mərkəzi Kəşfiyyat İdarəsinin "terrorizmdə şübhəli bilinən şəxslərin həbsləri və ifadələrinin alınması ilə bağlı proqramı barədə məruzə" adlanırdı.
"The Senate Committee’s Report on the C.I.A.’s Use of Torture" adlı 6 min səhifəlik hesabat barədə uzun-uzadı yazmaq niyyətində deyiləm.
Maraqlanan oxucularımız bu ünvanda hesabatın 528 səhifəsi ilə tanış ola bilərlər. Sənədin yerdə qalan səhifələri hələ də məxfi sayılır.
Mərkəzi Kəşfiyyat İdarəsinin proqramı 2002-2006-cı illərdə həyata keçirilib və 2009-cu ildən etibarən rəsmən yasaqlanıb.
Sənəddə bildirilir ki, MKİ agentləri terrorizmdə şübhəli bilinənləri "danışdırmaq" üçün onlara ağır işgəncələr veriblər, divan tutublar. Kameralara soxulan agentlər məhbusları saçlarından tutaraq dəhlizə sürüyüblər, döyüblər.
 
İnadkarlar bəzən 180 saat yuxusuz saxlanılıblar. Üstəlik, onlar ayaq üstə, əllərindən tavana bağlanaraq durmalı olurdular.
"Dünyanın ən demokratik ölkəsi"nin prezidentinin əmrlərini yerinə yetirən MKİ-nin tətbiq etdiyi istintaq üsulları və texnikasının adı da 2-ci Dünya Müharibəsi illərində Almaniyasında gestaponun iş üsulu olan "Verscharfte Vernehmung"un hərfi tərcüməsidir.
Ağ Ev və demokratlar, təbii ki, bu ifadənin tərcüməsindən xəbərsiz olduqlarını deyirlər.
Amma üsullar, metod və texnikalar əsla fərqlənmir.
"Demokratik ölkə"nin işgəncələrinə məruz qalanlardan biri də terrorizmdə şübhəli bilinən Əbu Zübeyd idi.
Heç bir günahı olmadığı indi bəlli olan, amma illərlə ən amansız işgəncələrin tətbiq olunduğu xüsusi həbsxanalarda saxlanan Əbu Zübeydi dindirəndə bir dəfə onun başını su çəlləyinə soxaraq saxlamışdılar. Əbü Zübeyd boğulmuş, ölüm həddinə çatmışdı və binəvanı həkimlər güclə ölümdən qurtarmışdılar.
Digər məhbus kamerada zülmət qaranlıqda saxlanılıb. Ona verilən yeməyin keyfiyyəti günbəgün pisləşdirilib, kamerada havanın temperaturu aşağı salınıb. Sutkaboyu səslənən musiqi də bir saniyə susmayıb. Bu zavallını ayaqyoluna qoymayıblar və təbii ehtiyaclarını yerinə yetirmək üçün pampers veriblər.
Daha sonra həmin binəvanı iki sutka, hər gün 22 saat qolundakı qandallardan tavandan asıblar.
Hesabatda bildirilir ki, MKİ tutulan şəxslərin ailə üzvlərini də hədələyib. Belə ki, şübhəli şəxslərdən birinin anasını kameraya gətirərək ona "İndi ananı gözünün önündə zorlayacağıq" deyiblər. Digər məhbusa "İndi uşaqlarının başını kəsəcəyik" söyləyərək onu qorxudublar.
Bir başqası -7 dərəcəli suda 20 dəqiqə saxlanılıb və o, soyuqdan titrəyərək yalvarıb, ağlayıb, "Nə deyirsinizsə, etmişəm, əl çəkin məndən!" bağırıb.
5 məhbusa yemək verilməyib və onlar klizma vasitəsilə "qidalandırılıblar".
Zorlanan, ən eybəcər formada təcavüzə məruz qalan, MKİ agentlərinin ayaqqabılarını, onların döşəmədəki tüpürcəklərini yalamağa vadar edilənlərin sayı 34 nəfərdir.
Hesabatda vurğulanır ki, sən demə, "ABŞ prezidenti Corc Buş 2006-cı ilin aprel ayınadək işgəncələrin tətbiq olunmasından bixəbər olub". Halbuki həmin vaxtadək artıq 4 ildi ki, "ifadələrin alınmasının genişləndirilmiş metodları"ndan yararlanırdı.
Gülməyin, MKİ əzablı işgəncələri məhz belə absurd ifadə ilə pərdələyib.
 
Bütün dünyaya demokratiya dərsləri keçən ölkənin həbsxanalarından birində Mərkəzi Kəşfiyyat Agentləri "inad" edərək "terrorçu olduğunu boynuna almayan" 28 yaşlı müsəlmanı lüt soyunduraraq buz kimi kamerada 5 gün saxlayıb və o zavallı da soyuqdan ölüb.
Və ən nəhayət, işgəncələr heç bir effekt verməyib: "Faktlara və araşdırmalarımıza əsaslanaraq deyə bilərik ki, işgəncələr terror aktları barədə məlumatların əldə olunması, onların qarşısının alınması üçün effektiv vasitə olmadı. Məsələn, "Əl Qaidə"nin lideri Usamə bin Ladinin harada olduğunu MKİ müəyyənləşdirə bilməmişdi".
 
ABŞ Senatının kəşfiyyat komitəsi 6 milyondan artıq sənədi araşdırdığını və tədqiq etdiyini vurğulayır. Senatorların dediklərinə görə, hazırda Birləşmiş Ştatların müxtəlif həbsxanalarında ən azı 119 nəfər terrorizmdə şübhəli bilinərək saxlanılır. Azadlığa nə zaman çıxacaqları bəlli olmayan bu insanların ən azı yarısı işgəncələrə məruz qalıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin 2001-ci ilin 11 sentyabr teraktlarından sonra şübhəliləri saxlamaq üçün Əfqanıstan, Polşa, Rumıniya, Litva və Mərakeşdə gizli həbsxanaları olub.
MKİ-nin şübhəli bildiyi adamları oğurlayaraq məxfi, gizli həbsxanalarda saxlamasında amerikalılara 54 ölkə yardım edib ki, onların arasında ən "fəal"ları Almaniya, Avstriya, İspaniya, İtaliya, Böyük Britaniya, Çexiya, Danimarka, Polşa, Pakistan, Misir, Əfqanıstan və İordaniya olublar.
ABŞ prezidenti Barak Obama hesabatın açıqlanması ilə bağlı yaranmış çox böyük qalmaqalı bir qədər səngitmək, Ağ Evin nüfuzuna və imicinə dəyən zərbəni bir qədər yumşaltmaq üçün deyib: "İstintaqlar zamanı işgəncələrə bundan sonra yol verilməyəcəyini vəd edirəm. Prezident hakimiyyətimdən və səlahiyyətlərimdən bundan belə bəhs olunan metodların qarşısının alınması üçün yararlanacağam".
Onun sələfləri də təxminən eyni məzmunlu bəyanatlar verirdilər.
İşgəncələr isə olurdu və onların indi də davam etmədiyinə kim təminat verə bilər ki?
Göründüyü kimi, dünyanın müxtəlif ölkələrindəki islamçılar və ya antiamerikanizm düşüncəli insanlar ABŞ-ın nüfuzunun, populyarlığının çox aşağı düşməsində suçlu deyillər.
Günahkar "demokratiyanın yayılması" adı ilə ölkələri viran qoyan, Vaşinqtonun kobud və qaba əmrlərinə tabe olmaq istəməyən dövlətlərdə hakimiyyətləri ən müxtəlif yollarla devirmək istəyən, şübhəli bildiyi insanları oğurlayaraq onlara dəhşətli işgəncələr verən Birləşmiş Ştatların özüdür.
ABŞ "ən demokratik ölkə" kimi qələmə verilsə də, bu dövlətdəki Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu nasist gestaposunun metodlarından yararlanaraq insanlara işgəncələr verir, vətəndaşları izləyir, telefon danışıqlarına gizlicə qulaq asır, yazışmaları oxuyur.
Müxtəlif ölkələri insan haqlarını pozmaqda, həbsxanalarda siyasi məhbuslar saxlamaqda suçlayan ABŞ azadlıq, demokratiya dəyərlərini təbliğ etdiyini vurğulayır, amma ən mənhus diktaturalardan, qəddar rejimlərdən fərqlənməyərək sadəcə şübhəli bilinən insanlara divan tutur.
ABŞ-dakı həbsxanalarda "terrorizmdə şübhəli bilinən şəxs" qismində saxlanan, amma real sübutlar olmadığından məhkəməyə çıxarılmayan 119 nəfər də siyasi məhbus sayıla bilər və sayılmalıdır da.
Demokratiyadan bəhs edən ölkə insanlarla Şimali Koreya və ya Eritreyada olduğundan fərqli davranmalıdır.
Əsl böyüklük, qüdrət elə budur.
ABŞ 2001-ci ilin 11 sentyabr olaylarından sonra sözdə bir, əməldə başqa dövlətə çevrilib. Şübhəsiz, Şimali Koreya və ya Eritreyada parlament üzvləri hakimiyyətin cinayətlərini aşkarlayan hesabat hazırlayıb açıqlaya bilməzlər.
Diktaturanı səhvlərindən nəticə çıxarmaq istəyən hakimiyyətdən bu fərqləndirir.
Fəqət, Birləşmiş Ştatların siyasəti belə səhvlərin davam etməyəcəyinə əminlik yaratmır.
 
Elçin Alıoğlu
Milli.Az
 
 
 

BUNU DA OXU

Yol Polisi İdarəsində müşavirə - Ötən il 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb
Naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib - Yevlaxda Şəhidlər Xiyabanında dəfn ediləcək
30 il bədənində güllə gəzdirən qəhrəman - VİDEO
“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
20 Yanvar faciəsinin ilk siqnalı - Dövlət Televiziyasının enerji bloku necə partladılıb? - VİDEO
Xəbər lenti

Azərbaycan və Gürcüstan Müdafiə nazirləri arasında hərbi əməkdaşlıq haqqında sənəd imzalanıb
18:58 21.01.2020

Paytaxt polisi əməliyyat keçirib - Qanunsuz tapança gəzdirən şəxs tutulub
18:35 21.01.2020

Yol Polisi İdarəsində müşavirə - Ötən il 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb
18:00 21.01.2020

Naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib - Yevlaxda Şəhidlər Xiyabanında dəfn ediləcək
17:20 21.01.2020

Günə gümrah başlamaq üçün hansı qidaları qəbul edək? - VİDEO
16:36 21.01.2020

Benzema qayıdır
16:02 21.01.2020

Naxçıvanda möhtəşəm şahmat turniri keçiriləcək
15:37 21.01.2020

Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirib
15:15 21.01.2020

Maşının qarşısını kəsib sərnişinə atəş açan şəxs saxlanılıb
14:51 21.01.2020

Axtarışda olan şəxs tutulub - Onun evindən narkotik götürülüb
14:29 21.01.2020

20 Yanvar hadisələri ilə bağlı növbəti bəyanat - Konqresmen həmkarlarına çağırış edib
14:05 21.01.2020

20 Yanvar şəhidləri Gürcüstanda anılıb - Şəhid yaxınları ziyarət olunub - FOTOLAR
13:34 21.01.2020

Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb - Azərbaycan-NATO tərəfdaşlığı haqqında danışılıb
13:11 21.01.2020

Zakir Həsənov Gürcüstana yola düşüb
12:48 21.01.2020

“Qoca”nın qardaşı saxlanılıb - VİDEO
12:20 21.01.2020

ATV-nin 20 Yanvar fəciəsi ilə bağlı özəl layihəsinin təffərrüatları - VİDEO
11:55 21.01.2020

30 il bədənində güllə gəzdirən qəhrəman - VİDEO
11:33 21.01.2020

Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi - VİDEO
11:01 21.01.2020

Rusiya və Türkiyə müdafiə nazirlərinin görüşü - Suriya və Liviya müzakirə edilib
10:22 21.01.2020

SİYƏZƏNDƏ ZƏLZƏLƏ QEYDƏ ALINIB
09:57 21.01.2020

ARAŞDIRMANIN NƏTİCƏLƏRİ MƏLUM OLUB - Təyyarə Rusiya istehsalı olan raketlərlə vurulub
09:30 21.01.2020

Faciəyə verilən ilk siyasi qiymət - VİDEO
21:00 20.01.2020

Türk Şurası: “Azərbaycanlı qardaşlarımızın yanındayıq”
19:09 20.01.2020

Lənkəranda 20 Yanvar şəhidləri anılıb - Şəhidlərin xatirə kompleksi ziyarət olunub
18:43 20.01.2020

Davos İqtisadi Forumu haqqında - VİDEO
18:14 20.01.2020

Ələt-Astara magistralında ağır qəza - Sürücü yanaraq həyatını itirib
17:49 20.01.2020

“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
17:10 20.01.2020

Gəncədə 20 Yanvar şəhidləri anılıb - Şəhidlər abidəsi ziyarət olunub
16:46 20.01.2020

Sovet Ordusunun ən qəddar əməliyyatı - 20 Yanvar şəhidləri Sofiyada anılıb
16:15 20.01.2020

Qaz xətlərinə qanunsuz müdaxilə edənlər kimlərdir? - Yaxın günlərdə reydlərə başlanılacaq - VİDEO
15:50 20.01.2020

20 Yanvar faciəsinin ilk siqnalı - Dövlət Televiziyasının enerji bloku necə partladılıb? - VİDEO
15:26 20.01.2020

“Vikipediya”da 84 məqalə yerləşdirilib - 20 Yanvar hadisələrinin beynəlxalq aləmdə təbliğinə ehtiyac var
15:25 20.01.2020

Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb - Dövlət Sərhədində mövcud əməliyyat şəraiti müzakirə olunub - VİDEO
14:58 20.01.2020

Azərbaycanda “WhatsApp” çökdü - VİDEO
14:33 20.01.2020

"Qarabağ" klubunun keçmiş futbolçusundan 20 Yanvar paylaşımı - FOTOLAR
14:04 20.01.2020

20 Yanvar şəhidləri bölgələrdə anılır - Qazaxda mərasim təşkil edilib
13:37 20.01.2020

20 Yanvar şəhidləri Berlində anılıb
13:09 20.01.2020

Rəşad Ələkbərovun "Kölgə" kompozisiyası - ATV-də - VİDEO
13:00 20.01.2020

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib - FOTOLAR
12:42 20.01.2020

Müstəqillik hərəkatını boğmağa cəhd - 20 Yanvar hadisələri ABŞ Konqresində anılıb
12:23 20.01.2020

İRAN KÜVEYTİN 3 GƏMİSİNİ SAXLAYIB
11:50 20.01.2020

Agentlik əməliyyat keçirib - Ağcabədidə tank əleyhinə mina tapılıb
11:28 20.01.2020

Yol polisindən sürücülərə xəbərdarlıq! - Bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
11:00 20.01.2020

BEYRUTDA TOQQUŞMALAR BAŞ VERİB - 70-DƏN ARTIQ İNSAN XƏSARƏT ALIB
10:40 20.01.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
10:17 20.01.2020

20 YANVARIN 30-CU İLİ - ŞƏHİD QANI İLƏ YAZILAN TARİX
09:50 20.01.2020

Şəhidlər Xiyabanına ziyarət başlayıb
09:30 20.01.2020

XİN: "20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır"
18:00 19.01.2020

Yol-nəqliyyat hadisəsi 48 yaşlı kişinin həyatına son qoydu
16:55 19.01.2020

Xatırlayın! Yaşadın! Unutmayın! - 20 Yanvar şəhidlərinin əşyaları sərgidə - VİDEO
15:42 19.01.2020

62 yaşlı qadını inək vurdu - Şamaxıda
14:50 19.01.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
14:06 19.01.2020

Məntiq üzrə test tapşırıqları olmayacaq - Müəllimlərin işə qəbul qaydaları dəyişdirildi - VİDEO
13:50 19.01.2020

Uşağı döyən müəllim işdən çıxarıldı - Bakı Şəhər İcra Hakimiyyətində Komissiya yaradılıb - VİDEO
12:46 19.01.2020

“Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” - Davos Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib - VİDEO
11:54 19.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Yeni Azərbaycan Partiyasında anım tədbiri keçirildi - VİDEO
10:48 19.01.2020

"20 Yanvar - Qürur mənbəyimizdir" fotosərgisi açıldı - ATV-də - Yenilənib - VİDEO - FOTOLAR
10:00 19.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Şəhidlər Xiyabanında hazırlıq işləri başa çatıb - VİDEO
21:00 18.01.2020

MSK növbəti seminarı keçirdi - Müraciətlərə baxılması prosesi ilə bağlı məlumat verildi
20:29 18.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Qanlı hadisələri əks etdirən foto və video nümayiş olundu - FOTOLAR
20:02 18.01.2020

“Xamenei öz sözlərində diqqətli olmalıdır” - Trampdan İranın Ali Dini Liderinə xəbərdarlıq
19:40 18.01.2020

Zelenski Baş nazirin istefasını qəbul etmədi - Gizli səs yazısı ilə bağlı cinayət işi açıldı
19:09 18.01.2020

Erməni deputatın avtomobili qarət edilib - Şəxsi sənədlərin olduğu çanta oğurlanıb
18:20 18.01.2020

Gürcüstanda silsilə tədbirlər davam edir - 20 Yanvar şəhidləri anılır
17:58 18.01.2020

Yol polisindən sürücülərə xəbərdarlıq - Bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
16:56 18.01.2020

Qəbələnin turizm imkanları genişlənir - 2020-ci il üçün xüsusi proqram hazırlanıb - VİDEO
16:17 18.01.2020

Bir ailənin beş üzvü göbələkdən zəhərləndi - Zəhərli göbələyi necə ayırd edək? - VİDEO
15:55 18.01.2020

Agentlik sədrindən xəbərdarlıq - Qida təhlükəsizliyi ilə bağlı daha sərt tədbirlərə əl atılacaq - VİDEO
15:28 18.01.2020

Çingiz Babayevin əsərləri Vyanada nümayiş olunur - Azərbaycan Mədəniyyət Mərkəzi sərgi təşkil edib - VİDEO - FOTOLAR
14:53 18.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Bakı Ali Neft Məktəbində anım tədbiri keçirilib - VİDEO
14:24 18.01.2020

Putin özünə yeni köməkçi təyin edir
14:00 18.01.2020

20 Yanvar hadisələri fotolarda - Metronun “20 Yanvar” stansiyasında sərgi açılıb - VİDEO - FOTOLAR
13:33 18.01.2020

Gəncənin ilk şəhidləri - Şahidlər həmin günləri xatırlayır - VİDEO
12:59 18.01.2020

İŞİD-in yüksək rütbəli üzvü Mosulda ələ keçib - onu yalnız yük maşınına otuzdura biliblər - FOTOLAR
12:32 18.01.2020

Dənizçilərlə bağlı bədii film çəkilir - Film gələn il təqdim olunacaq - VİDEO
12:07 18.01.2020

Qanlı Yanvar fotomateriallarda - Fotolar ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirildi - VİDEO
11:38 18.01.2020

Şəhidlər Xiyabanında hazırlıq işləri - İşlər sabah yekunlaşacaq - VİDEO
11:11 18.01.2020

BMT Baş katibinə məktub göndərildi - Dilqəm və Şahbazın qanunsuz həbsi ilə bağlı - VİDEO
10:54 18.01.2020

Növbədənkənar parlament seçkiləri - 81 Beynəlxalq müşahidəçi qeydiyyatdan keçib - VİDEO
10:30 18.01.2020

Xoşbəxt Yusifzadənin adını daşıyan məktəb - Bu məktəbdə fərqlənən şagirdlərə mükafat veriləcək - VİDEO
10:06 18.01.2020

Bütün xəbərlər