Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Türkiyə tarixinin ən böyük rüşvət əməliyyatı

Türkiyə tarixinin ən böyük rüşvət əməliyyatı
584 dəfə oxunub

Bu gün Türkiyədə ən genişmiqyaslı rüşvət və korrupsiya əməliyyatının həyata keçirilməsinin 1 ili tamam olur. Türkiyə tarixi 2013-cü ilin 17 dekabrını unutmayacaq. Pul sayan maşınlar, kassalar, saxlanılan nazir uşaqları, azərbaycanlı iş adamı, polislər...

Virtualaz.org saytı bu tarixi hadisələrin xronologiyasını təqdim edir.

Son bir ildir Türkiyənin gündəminə oturan və dövlətin demək olar ki, daxili və xarici siyasətinə tam şəkildə təsir edən 17 dekabr əməliyyatında nələr baş veri?

17.12.2013. Səhər saatları...

Türkiyə Cümhuriyyət prokuroru (baş prokuror) Cəlal Kara və Mehmet Yüzgeçin təlimatı ilə xeyli sayda insanın saxlanılması ilə nəticələnən əməliyyat başladı. Saxlanılan şəxslərə qarşı “rüşvət, vəzifədən sui-istifadə etmə, saxta sənədlərin hazırlanması” maddələri ilə ittihamlar irəli sürüldü. Əməliyyata İstanbul Respublika baş prokuroru vəkili Zəkəriyyə Öz nəzarət edirdi. Əməliyyatlar zamanı keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayan, ekologiya və şəhərsalma üzrə nazir Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar, “Halkbank”ın baş direktoru Süleyman Aslan, iş adamları Əli Ağaoğlu, Rza Zərrab və Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir də aralarında olmaqla 89 nəfər saxlanıldı.

Həbs olunan nazir uşaqları...

Nazir uşaqları Barış Gülər ​​və Saleh Kaan Çağlayan, iş adamı Rza Zərrab və “Halkbank”ın müdiri Süleyman Aslanın da aralarında olduğu 26 nəfər həbs edildi. Nazir oğlu Abdullah Oğuz Bayraktar, iş adamı Əli Ağaoğlu, Fatih bələdiyyəsinin rəhbəri M.Dəmir və digər saxlanılan şəxslər sərbəst buraxıldı. Həbs edilənlər ayrı-ayrı günlərdə sərbəst buraxıldı. Əməliyyatlar zamanı saxlanılan bir nömrəli şəxslər - Rza Zərrab, Barış Gülər, Saleh Kaan Çağlayan isə fevralın 28-də azadlığa çıxdı.

Ərdoğan hökumətinin əks-hücumu

Hadisələr baş verərkən Türkiyənin baş naziri, indiki prezident Rəcəb Tayyib Ərdoğan bu əməliyyatı hakim partiya olan AKP-ni və ölkə iqtisadiyyatını hədəf alan siyasi bir əməliyyat və sui-qəsd kimi qiymətləndirdi. Ərdoğan bu əməliyyatların Fətullah Gülənin lideri olduğu “camaat” tərəfindən planlaşdırılıb həyata keçirildiyini bildirdi. Və bundan sonra Türkiyədə “paralel dövlət” adlı əməliyyatlar başladı. 17 dekabr əməliyyatının əmrini verənlərə, icra edənlərə, ümumiyyətlə, “Gülən camaatı”na qarşı açıq şəkildə müharibə elan edildi.

Yayılan səs yazıları və nazirlərin istefası

Əməliyyatlardan sonra hökumətin “Gülən camaatı”na qarşı mübarizəsinin başladığı günlərdə aralarında Ərdoğanın və ailə üzvlərinin, bəzi nazirlərin də olduğu bir çox hökumət nümayəndələrinin səs yazıları internetdə yayıldı. Səs yazılarından gündəmə bomba kimi düşəni isə Ərdoğanla oğlu Bilal arasında olduğu iddia edilən “sıfırlama danışığı” oldu. Avropa işləri üzrə nazir Egemen Bağış yayılan səs yazılarından sonra vəzifəsindən uzaqlaşdırıldı. Daxili işlər naziri Muammer Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, ekologiya və şəhərsalma üzrə nazir Ərdoğan Bayraktar isə nazir vəzifələrindən istefa verdilər.

Həmin ilin 25 dekabrında nələr oldu?!

25 dekabrda bu dəfə başqa bir əməliyyat başladı. Prokuror Muammer Akkaş tərəfindən icra edilən istintaqda 96 nəfərə qarşı ittihamlar irəli sürüldü. İttihamlar arasında cinayət törətmək məqsədilə təşkilat qurmaq, idarə etmək, saxta sənəd hazırlamaq və rüşvət almaq epizodları da var idi. M.Akkaş aralarında nəzarətə alınmış bir çox iş adamlarının da olduğu 41 nəfərin siyahısını hazırladı. Məhkəmə bəzi iş adamlarının əmlakına həbs qoydu. Prokuror Ərdoğanın oğlunu da şübhəli şəxs qismində ifadə verməyə dəvət etdi. Lakin hüquq-mühafizə orqanları prokurorun bu tapşırığını icra etmədi. Həmin prokuror vəzifəsindən uzaqlaşdırıldı. Ərdoğanın oğlu ifadəsini yeni təyin olunan prokurora fevralın 5-də verdi.

Türkiyə hüquq-mühafizə orqanlarında kütləvi dəyişikliklər

17 dekabr əməliyyatlarından sonra hüquq-mühafizə orqanlarında gözlənilməz dəyişikliklər edildi. 18 dekabrda aralarında rüşvət və korrupsiya əməliyyatını həyata keçirən 5 şöbə müdiri də olmaqla xeyli sayda polis vəzifədən qovuldu. Yanvarın 6-da Ankara Təhlükəsizlik Müdirliyində gecə yarısı kütləvi vəzifə dəyişiklikləri oldu. 350 polisin yeri dəyişdirildi. Yanvarın 8-də 15 bölgənin təhlükəsizlik idarələrinin müdirləri vəzifədən uzaqlaşdırıldı. 24 bölgəyə yeni müdir təyin edildi. Yanvarın 22-də Ankara Təhlükəsizlik Müdirliyində 470 polis, müdir köməkçilərinin və məmurların vəzifəsi dəyişdirildi. 17 dekabr əməliyyatlarının göstərişini verən Cəlal Kara və Mehmet Yüzgeçin də vəzifəsi dəyişdirildi. Onlar başqa şəhərlərə göndərildi. 25 dekabr istintaq işi prokuror Muammer Akkaşdan alındı. Muammer Akkaş Türkiyə Ədliyyə Nazirliyinin binası qarşısında mətbuata “istintaq işini davam etdirməyimin qarşısı alındı” deyərək gündəmə bomba kimi düşən açıqlama verdi. Lakin İstanbul Cümhuriyyət baş prokuroru Turan Çolakkadı dərhal keçirdiyi mətbuat konfransında prokuror Akkaşı istintaq sirrini yaymaqda günahlandırdı. Yanvarın 16-da İstanbul Cümhuriyyət baş prokuroru Turan Çolakkadı daxil olmaqla 19 prokuror və bir hakimin yeri dəyişdirildi. İstanbul Cümhuriyyət Prokurorluğu təxminən 11 ay davam edən araşdırmadan sonra 17 dekabr əməliyyatları ilə bağlı “lazımi sübutların toplanmadığı, təqsirləndirilən şəxslərin hər hansı bir təşkilat qurmağa cəhd və cinayət əməllərinin olmaması” haqda məlumat yaydı. İki gün əvvəl müxalifət tərəfindən 17 dekabr əməliyyatlarının yenidən araşdırılmaı ilə bağlı Türkiyə hökumətinə müraciət edildi. Lakin bu müraciət rədd olundu.

 

BUNU DA OXU

Hərbi qulluqçumuz şəhid olub - Düşmən yenə təxribat törətdi
MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək
İSMAYILLIDA DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILIB
MİDA: Güzəştli mənzili bir dəfə almaq mümkün olacaq - Mənzillərin əvəzlənməsinə icazə verilməyəcək - YENİLƏNİB - VİDEO
Ədviyyatların keyfiyyətini necə yoxlamaq olar? - "ŞtrixKod" məsləhət verir - VİDEO
Xəbər lenti

Çində virusdan ölənlərin sayı 1524 oldu - Virusa yoluxanların sayı isə 66 min 578 nəfərə çatib
14:50 16.02.2020

Kənd təsərrüfatında yeni layihə - İribuynuzlu heyvanların ifrazatından metan qazı alınacaq
14:04 16.02.2020

Multikulturalizm qış məktəbi başladı - Bakı ilə yanaşı bölgələrdə də tədbirlər keçiriləcək
13:18 16.02.2020

Avropa Çempionatında Manolova gümüş medal qazandı
12:31 16.02.2020

İmişlidə dəhşətli yol qəzası - İki nəfər olüb, bir nəfər yaralanıb
11:52 16.02.2020

Qəbələdə yanğin baş verib - Bir ailənin altı üzvü xəsarət alıb
11:15 16.02.2020

Hava limanında əməliyyat - Ölkədən küllü miqdarda dollar çıxarmaq istəyən şəxs tutuldu
10:25 16.02.2020

Qarabağda daha bir erməni əsgəri öldü - Hadisənin təfərrüatları məlum deyil
09:45 16.02.2020

Müdafiə naziri müşavirə keçirdi - Təlimlərlə bağlı tapşırıqlar verildi
20:53 15.02.2020

Dünya Kubokunda idmançımız finala adladı
20:10 15.02.2020

Hərbi qulluqçumuz şəhid olub - Düşmən yenə təxribat törətdi
19:44 15.02.2020

"Mancester Siti"yə ağır cəza - "Şəhərlilər" 300 milyon funt itirəcək
18:35 15.02.2020

220-dən artıq videogörüntü araşdırılıb - MSK sədri pozuntularla bağlı görüntü yayan şəxslərə minnətdarlıq etdi
18:08 15.02.2020

Şəmkirdə yanıq xəsarəti alan 9 yaşlı uşaq öldü - Atası və babasının isə vəziyyəti ağır olaraq qalır
17:45 15.02.2020

Ağstafada ağır qəza - Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
17:11 15.02.2020

Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16:04 15.02.2020

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı
15:00 15.02.2020

MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək
14:17 15.02.2020

Nəsir İmanquliyev haqqında kitab çap edilib - “Mətbuat fədaisi” adlı kitab təqdim olundu - YENİLƏNİB - VİDEO
12:58 15.02.2020

“ABŞ ilə müharibəyə çox yaxın idik” - Zərifdən müharibə ehtimalları barədə açıqlama
12:43 15.02.2020

Badamdarda yenidən sürüşmə oldu - Ərazidə monitorinq aparılır - Yenilənib - VİDEO
12:04 15.02.2020

Türkiyə idlibdə xüsusi təyinatlılar yerləşdirir - 60 maşından ibarət hərbi karvan məntəqələrə çatıb
12:03 15.02.2020

İSMAYILLIDA DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILIB
11:39 15.02.2020

MİDA: Güzəştli mənzili bir dəfə almaq mümkün olacaq - Mənzillərin əvəzlənməsinə icazə verilməyəcək - YENİLƏNİB - VİDEO
11:12 15.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
10:43 15.02.2020

İmişlidə əməliyyat keçirilib, 2 nəfər saxlanılıb - Üç kiloqrama yaxın heroin aşkarlandı
10:21 15.02.2020

Azərbaycanın su ehtiyatları azalır - Hansı qabaqlayıcı tədbirlər görüləcək?
10:00 15.02.2020

Novxanıda oğru iş başında ələ keçdi - Bağ evindən oğurluq etmək istəyirmiş
09:35 15.02.2020

Kürdəmirdə müşavirə keçirildi - Baramaçılığın inkişafına diqqət artırılır
22:22 14.02.2020

“Göstərir Bakı” - Azərbaycan televiziyasının yaranmasından 64 il keçir - Yenilənib - VİDEO
22:00 14.02.2020

Pomidor 22 manata, xiyar 11 manata satılır - Azərbacan tərəvəzinin Rusiyada qiyməti qalxıb
21:33 14.02.2020

Ermənistanda əsgərləri daşiyan avtobus aşıb - Altı əsgər xəsarət alıb
21:02 14.02.2020

Nəticələri ləğv olunan dairələr - Təkrar seçki nə vaxt keçirilə bilər?
20:44 14.02.2020

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb
20:21 14.02.2020

Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb
19:59 14.02.2020

Zaqatalada qanlı hadisə - Həmkəndlisini başından bıçaqladı
19:36 14.02.2020

Prezident İlham Əliyev Münxendə Vladimir Norov ilə görüşüb
19:15 14.02.2020

İtən mobil telefonları necə tampaq olar? - VİDEO
18:58 14.02.2020

Magistraturaya sənəd qəbulu başa çatdı - 15703 bakalavr imtahanda iştirak edəcək
18:33 14.02.2020

Ədviyyatların keyfiyyətini necə yoxlamaq olar? - "ŞtrixKod" məsləhət verir - VİDEO
18:05 14.02.2020

Qida məhsullarının ixracı artıb - Yalnız 8 maşın məhsulumuz geri qaytarılıb
17:36 14.02.2020

Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
17:11 14.02.2020

Xarici ölkə vətəndaşlarına qadağa - Cəriməsi olanların ölkədən çıxışına məhdudiyyət qoyuldu?
16:45 14.02.2020

"Sabahın alimləri" müsabiqənin bağlanış mərasimi keçirilib
16:23 14.02.2020

Onlayn narkotik satanlar ələ keçdi - 27 nəfərlik mütəşəkkil dəstə necə ifşa olunub?
16:00 14.02.2020

Nazirlikdən işsiz gənclərə müjdə - İşçinin maaşının 50%-i dövlət tərəfindən ödəniləcək - VİDEO
15:36 14.02.2020

Bakıda Beynəlxalq konfrans başlayıb - Rəqəmsal iqtisadiyyatla bağlı müzakirələr aparılır
15:10 14.02.2020

Tanınmış amerikalı analitik Bakıda - Tomas Qoltsa fəxri doktorluq dərəcəsi verildi
14:44 14.02.2020

“Öz torpağına qayıdış!” - Ukrayna telekanalı Cocuq Mərcanlıdan reportaj hazırladı
14:22 14.02.2020

Şəkidə 19 yaşlı gənc saxlanıldı - Qızıl və pulu oğurladığını etiraf etdi
13:53 14.02.2020

Minimum əməkhaqqi artirilacaq - Növbəti 5 ildə məşğulluq sahəsində bir sira addimlar atilacaq
13:30 14.02.2020

Qadın güləşçimiz finalda - Bir qızıl, üç bürünc medal şansı
13:13 14.02.2020

Bakı Nəqiyyat Agentliyi sürücülərə xəbərdarlıq edir - Bəzi yollarda sürət həddi endirildi
12:44 14.02.2020

Ali məktəblərə qəbul - İkinci mərhələ üzrə sınaq imtahanı keçiriləcək
12:22 14.02.2020

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri başlayıb
12:01 14.02.2020

TRAMPIN İRANA HÜCUM SƏLAHİYYƏTİ ƏLİNDƏN ALINDI
11:29 14.02.2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 8 il ötür - VİDEO
11:05 14.02.2020

Lənkəranda ikimərtəbəli yaşayış evi yandı - Ailə üzvləri son anda xilas oldular
10:44 14.02.2020

Ucarda ev yanıb - FOTOLAR
10:42 14.02.2020

Paytaxtda güclü külək əsəcək
10:21 14.02.2020

KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI SÜRƏTLƏ ARTIR
09:55 14.02.2020

TÜRKİYƏ XİN-DƏN SURİYAYA CAVAB - "QONDARMA “ERMƏNİ SOYQRIMI”NIN QƏBUL EDİLMƏSİ REJİMİN “İKİÜZLÜLÜYÜDÜR”"
09:30 14.02.2020

4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib - Yenilənib
09:09 14.02.2020

İdman tariximizin unudulmaz anları - 2008-ci il. Pekin Olimpiadası. Elnur Məmmədlinin 13 saniyəsi - VİDEO
19:21 13.02.2020

Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini təbrik edib
18:59 13.02.2020

QUBA POLİSİ ƏMƏLİYYAT KEÇİRİB
18:31 13.02.2020

MSK bir sıra seçki dairələri ilə bağlı daxil olan müraciətlərə baxıb
18:08 13.02.2020

Hüseynbala Mirələmovun lider olduğu dairənin nəticələri ləğv edildi
17:40 13.02.2020

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi
17:17 13.02.2020

MSK Rauf Arifoğlunun dairəsində nəticələri ləğv etdi
17:10 13.02.2020

MSK bu dairədə seçkilərin nəticəsini ləğv etdi
16:44 13.02.2020

Çindən gələn tələbə xəstəxanaya yerləşdirilib - Karantin müddəti bitən bir neçə nəfər isə evə buraxılıb
16:15 13.02.2020

Magistraturaya sənəd qəbulu başa çatır - İmtahan fevralın 23-də keçiriləcək
15:36 13.02.2020

Bakida 4 milyon manata villa satılır
15:00 13.02.2020

İmişlidə bir ailənin 3 üzvü zəhərlənib - Ana həyatını itirdi, qızı isə ağır vəziyyətdədir
14:35 13.02.2020

Prezident İlham Əliyev Avropa çempionatında uğurla çıxış etmiş yunan-Roma güləşi üzrə komandamızı təbrik edib
14:14 13.02.2020

İlham Əliyev Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13:48 13.02.2020

TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ PENTAQON RƏHBƏRİYLƏ GÖRÜŞÜB - Onlar nəyi müzakirə ediblər?
13:13 13.02.2020

İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
12:49 13.02.2020

Prezident İlham Əliyev: "Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir"
12:25 13.02.2020

Bütün xəbərlər