Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Milyona yaxın insanı edam etmiş rəhbər - "Yalvarıram, incitməyin.."-VİDEO - VİDEO - FOTOLAR

Milyona yaxın insanı edam etmiş rəhbər - "Yalvarıram, incitməyin.."-VİDEO - VİDEO - FOTOLAR
9644 dəfə oxunub

“Bizi öldürmək istəyirsənsə, ikimizi də birlikdə öldür”...

Şərqi Avropanın ən mərhəmətsiz diktatoru olan Nikolay Çauşeskunun cəlladı danışır:

“Əlləri arxadan bağlananda şoka düşmüşdüm. Həmin an mən də, onlar da nələr olacağını bilirdi. Bu, onların və Rumıniyanın ağrılı dövrünün sonu idi”.

Rumıniyanın ikinci böyük şəhəri olan Temeşvarda başlayan üsyan dalğası qısa müddətdə bütün ölkəyə yayıldı. Rumıniya 10 gün ərzində tam fərqli bir ölkəyə çevrildi.

1 saatlıq mühakimə

1989-cu il dekabrın 25-də Çauşesku və həyat yoldaşı Yelena bir saatlıq mühakimədən sonra edam edildi. Özlərindən sonra isə sonlanan kommunist rejimindən miras belə qoymadılar.

Çauşesku edam olunanda yanında 10 əsgər vardı. Hazırda təxminən 40 yaşı olan həmin əsgərlərdən biri Ayn Teşu bir vaxtlar bu güclü adamın diz çöküb yalvardığını xatırlayır:

“Ona baxanda o qədər utanmışdım ki... Hələ 3 gün əvvəl televiziyada qışqırıb-bağırır, əmrlər yağdırır, indi.., indi isə mənə yalvarır”.

Çauşeskunun istintaqında hazır vəziyyətdə dayanan Teşu məhkəmənin əvvəlində Çauşeskunun gözlərinin içinə baxdığını deyir: 

“Öləcəyini anlamışdı. Onsuz da edam qərarı anında tətbiq edildi. 3 əsgər 30 dəfə atəş açdı. Heç gözləri də bağlı deyildi. Amma ona qarşı hirs var idi içimdə, çünki xalqa və sosializmə xəyanət etmişdi”.

Bəs edamdan sonra Rumıniyada nələr dəyişib?

Hazırda gənc nəsil ölkədə yaşanan iqtisadi çətinliklər və siyasətin heç cür əvvəlki halına qayıda bilməməsindən şikayət edir. Rumıniya 2007-ci ildə Avropa Birliyinə qəbul edildi, amma hələ də 113 milyon dollarlıq borcun içində üzür. Çauşeskunun kommunist nizam-intizamı bitsə də, ölkədə yaşanan iqtisadi böhran və səhv siyasətlər əslində Rumıniyada bu illər ərzində elə də böyük dəyişikliyin olmadığını göstərir.

Ölkəni təkbaşına idarə edən yeganə səlahiyyətli idi

1918-ci ildə doğulan Çauşesku 1932-ci ildə qanundankənar Rumıniya Kommunist Partiyasına qatılır. 1933-cü ildə isə aksiyaya başladığı üçün ilk dəfə həbs olunur. İkinci dəfə dəmiryolları işçilərini mühakimə edən ərizəyə imza toplayanda 1934-cü ildə və buna bənzər səbəblərdən bir neçə dəfə azadlıqdan məhrum edilir. Bu həbslər nəticəsində polis bölmələrin qeydlərində “təhlükəli komunist” və ya “aktiv kommunist və anti-faşist etirazçı” kimi adlarla yadda qalır. 1936-cı ildə yenidən tutularaq anti-faşist hərəkətlərinə görə iki il müddətinə “Doftana” həbsxanasında məhkum edilir.

1939-cu ildə azadlığa çıxandan sonra 1945-ci ildə evlənəcəyi və siyasi həyatı boyu yanında olan Yelena Petrescu ilə tanış olur. İkinci Dünya Müharibəsindən sonra  Rumıniya SSRİ-nin altına düşməyə başlayan dövrdə o, Kommunist Gənclər Birliyinin katibliyi vəzifəsinə gəlir (1944-1945). Kommunistlər 1947-ci ildə bütün gücü ələ alandan sonra özünü Kənd Təsərrüfatı Naziri elan edir. Ardınca Silahlı Qüvvələr naziri vəzifəsinə qalxır.

Hər şeyin başlanğıcı...

1965-ci ilin martında Çauşesku Rumıniya İşçi Partiyasının birinci katibi olur. Elə demək olar ki, hər şey bundan sonra başlayır. O, hakimiyyətə gələn kimi partiyanın adını Rumıniya Kommunist Partiyası kimi dəyişir. “Xalq Respublikası” adını isə “Rumıniya Sosialist Respublikası” elan edir. 1968-70-ci illərdə təmizlik işləri aparır və Stalin tərəfdarı olan hər kəsi vəzifədən uzaqlaşdırır. Hakimiyyətinin ilk illərində müstəqil xarici siyasəti və Sovet İttifaqı ilə xoş rəftarına görə, ölkəsində və Qərb dünyasında məşhur şəxsiyyət olur. Lakin getdikcə əslində nə etmək istədiyi və nələr edəcəyi hər kəsə məlum olur.

1966-cı il qərarı

1966-cı ildə Çauşesku rejimi ölkə əhalisinin sayını artırmaq məqsədilə abort etdirməyi qadağan edir. Bu qanun sadəcə 42 yaşını ötmüş və ya 4 uşağı olan qadınlara aid deyildi. 5 uşağı olan anaya müəyyən üstünlüklər verilir, 10 uşaqlı analara isə Rumıniya dövləti tərəfindən “Qəhrəman ana” dərəcəsi verilirdi. Lakin çox az ana bu adı qazana bilir. Əksinə, normal bir rumin ailəsi kommunist dövrdə 2 və ya 3 uşaq sahibi idi. Qanundan sonra çox sayda qadın qeyri-qanuni və gizli abortlar zamanı ölüb və ya şikəst qalıb.

Xarici borclar...

Yüksələn totalitar rəhbərliyə baxmayaraq, Çauşesku müstəqil siyasəti nəticəsində Sovet İttifaqı qarşısında gücsüzləşir və 13 milyard dollar kimi ağır borcun altına girir. Lakin bu borclar da ölkə iqtisadiyyatının “səviyyəsi”nə görə hədər gedir. Bunu düzəltmək üçün xarici borclarını geri ödəmək qərarına gəlir. Bir referendum təşkil edərək konstitusiyada Rumıniyanın gələcəkdə xaricdən borc almasına maneə törədəcək dəyişiklik edir. Referendum az qala böyük əksəriyyət tərəfindən qəbul edilir.

1980-ci illərdə ölkədə yaranan daxili qıtlıq, yeməklərin azlığı, istiləşmə, qaz və elektrik problemləri rumınların gündəlik həyat tərzinə çevrilmişdi.  Həmin illər ərzində xüsusilə mağazalardakı yeməklərin keyfiyyətinin aşağı düşməsi də xalqın həyatına mənfi təsir edirdi.

Bütün borclar 1989-cu ilin yayında Çauşeskunun devrilməsindən bir müddət əvvəl tamamilə ödənilir. Qıtlığın səbəbi olan ağır ixrac siyasəti dekabr qiyamına qədər davam edir.

Möhtəşəm son

21 dekabr inqilabı artıq etiraz yox, dəhşətli xaosa çevrilmişdi. O, kütləni idarə etməkdə müvəffəqiyyətli ola bilmir və bir binaya girərək insanların sakitləşməsini gözləyir.

Çauşesku inqilab zamanı ordu liderliyini öz üzərinə götürür. Mərkəzi Komitə Binasının qarşısında yığışan insanlara xitab edərək ümidsizcə danışır və əhali onu rədd edir. Elə bununla da çıxış etdiyi binanın damından vertolyotla qaçır.

Qərb mediası qiyam zamanı 64000-ə yaxın insanın öldüyünü yazsa da, Çauşeskunun ölümündən sonra xəstəxanalardakı ölü sayının mindən az olduğu bildirilib. İllər sonra Rumıniya Baş prokuroru olan Moisesku araşdırmalar apararkən qırğınlarda iki general və bir nazirin də məsul olduğunu və onların ara sakitləşdikdən sonra qurulan yeni hökumətdə vəzifə sahibi olduqlarını açıqlayıb.

Öldürdüyü insanların qanı yerdə qalmadı

Çauşesku və arvadı Yelena paytaxtdan qaçıb Snaqovdakı iqamətgahlarına gəlir. Oradan da başqa yerə getmək üçün helikopter havaya qalxanda pilota enmə əmri verilir və həmin vaxt Rumıniyanın hava sahəsində uçuşlar qadağan edilir. Sonda isə qaçaq ər-arvad orduya təslim edilir.

Məhkəmə videosundan da göründüyü kimi ölümə məhkum edilən cütlük əlləri arxadan bağlı halda binadan çıxarılır və güllələnəcəkləri yerə aparılır.

Beləliklə, onlar Rumıniyada edam qərarının tətbiq edildiyi son iki insan olur...

Nərgiz Nənə

















BUNU DA OXU

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
"Qalatasaray" Azərbaycana dəstək oldu
HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
Xəbər lenti

TƏHSİL NAZİRLİYİ KORONAVİRUSLA BAĞLI NƏTİCƏNİ AÇIQLAYIB
14:44 29.09.2020

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
14:21 29.09.2020

Maykl Essyendən Azərbaycana növbəti dəstək
14:00 29.09.2020

Azərbaycan Prezidenti: Mülki şəxslərin öldürülməsi erməni cinayətkar rejiminin faşist mahiyyətini bir daha nümayiş etdirir
13:38 29.09.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:21 29.09.2020

Böyük Britaniya və Kanadanın Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşi dərhal dayandırmağa çağırıblar
13:00 29.09.2020

ANKARANIN SİMVOLU AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNÜB
12:40 29.09.2020

Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
12:27 29.09.2020

DÜŞMƏNİN 3-CÜ “MARTUNİ” MOTOATICI ALAYI DARMADAĞIN EDİLİB
12:06 29.09.2020

ERMƏNİ POLKOVNİK MƏHV EDİLDİ
11:45 29.09.2020

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:27 29.09.2020

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
11:09 29.09.2020

Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub
10:48 29.09.2020

Antonio Quterreşin Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub
10:37 29.09.2020

Düşmən dinc əhalini atəşə tutmaqda davam edir
10:14 29.09.2020

Vaqif Dərgahlı: Olmayanı məhv etmək mümkün deyil
09:52 29.09.2020

Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
09:31 29.09.2020

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Bütün xəbərlər