Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

10-dan sonra

10-dan sonra

"10-dan sonra" verilişi xronometraji 90 dəq olmaqla həftənin 5 günü efirdə yayımlanır. Həftənin hər gününün müxtəlifliyi efirdə 5 gün fərqli verilişin olması deməkdir.

Həftənin ən son şou- biznes və mədəniyyət xəbərləri sujet və digər video materiallar şəklində verilişdə iştirak edən sənətçilərlə birgə müzakirə olunur. Həmçinin xalq, əməkdar artistlər və bir çox məşhur müğənnilər verilişə dəvət olunaraq, onların həyat və yaradıcılığı arxiv materialları və ya sujet vasitəsilə geniş şəkildə işıqlandırılır. Bununla yanaşı maarifləndirici mövzulara da geniş yer verən "10-dan sonra"da gündəmdə və cəmiyyətdə aktual olan, müxtəlif sahələri əhatə edən ( elm, təhsil, musiqi, sağlamlıq, idman və s.) mövzular müzakirə olunur..

Müəyyən günlərdə müğənni və digər sənət nümayəndələrinin iştirakı ilə müxtəlif psixoloji və ailə-məişət mövzuların müzakirəsi. Mövzulara peşəkar münasibət bildirmək və tamaşaçıları maarifləndirmək üçün ekspert-psixoloq dəvət olunur.

Həftəsonu "10-dan sonra" xanımları gözəlləşdirməyə xidmət edir..."İmic" rublikasında müxtəlif yaş həddində xanımların xarici görünüşü və geyim tərzi dəyişdirilərək tamaçaşılara təqdim olunur...

10-dan sonra