Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

ATV Səhər

ATV Səhər

“ATV Səhər”  verilişi informativ-əyləncəli proqram janrında  təqdim olunur. Verlişin aparıcıları  tanınan və sevilən Lalə Azərtaş, Azər Axşam, Jalə Həsənli və Əkbər Əlizadədir.

 Ölkədə və dünyada baş verən ən son xəbərləri, havanın necə keçəcəyini, manatın və xarici valyutanın məzənnəsini, faydalı məsləhətləri,  təqvimin ən yadda qalan hadisələrini, ən maraqlı idman və avtomobil xəbərlərini hamıdan əvvəl bilmək istəyən tamaşaçılar  - günə  məhz ATV-Səhərlə başlayın. Proqramın  məqsədi səhərin erkən vaxtlarında insanları pozitiv əhvala kökləmək, günə uğurlu, sağlam və faydalı başlanğıcı təmin etməkdir.

Verlişin ikinci hissəsinə tamaşaçıların sevdiyi qonaqlar dəvət olunur. Bir sözlə, sevilən qonaqların və aparıcıların maraqlı, şən əhvala köklənən söhbətlərini də günün uğurlu başlanğıcı olan – "ATV Səhərdə" tapa bilərsiniz. Həftə içi hər gün, saat 08:00-dən 10:00-a qədər  uğurlu sağlam və pozitiv başlanğıc üçün Sizi baxdıqca baxılan ATV telekanalında gözləyirik.

ATV Səhər