Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Layihələr

Çox Gəzən Bilər

"Çox Gəzən Bilər" (Azərbaycanın ilk avtoturne proqramı)

2016-cı ilin sentyabr ayından efirdə yayımlanmağa başlayan proqram ən baxımlı kanalda yayımlandığı üçün təbii ki, fərqli olmalı idi. Belə ki, Yasamaldan Eyfel qülləsinə kimi Azərbaycan dövlət nömrə nişanlı avtomobil ilə Fərid Rəsul və Mirsəməd Cəfərli teleməkanın ilk avtoturne proqramı ilə yeniliyə imza atdılar. Bu son olmadı, onlar yenidən avtomobil ilə Bakıya qayıdaraq  ikinci mövsümü üçün çəkilişlərini etdilər. Proqramın əsas məqsədi  dünya ölkələrinin ən gəzməli və görməli yerlərini, mədəniyyətlərini, adət-ənənələrini, mətbəxlərini Azərbaycan tamaşaçısına çatdırmaqdır. Layihə yarandığı gündən etibarən Gürcüstan, Türkiyə, Fransa, İtaliya, Yunanıstan, İsveçrə, Latviya, Sloveniya, Lixtenşteyn, Avstriya, Çexiya, Estoniya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Şri-Lanka kimi ölkələrdə çəkilişlər həyata keçirilib və verilişlər hazırlanıb. Bütün bunlar hələ də son deyil, çünki onlar yenə də səyahətlərini davam etdirirlər. 

Çox Gəzən Bilər