Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Layihələr

İş Həmişə Var

"İş Həmişə Var" proqramı 2014-cü ilin fevral ayından efirdə yayımlanır. Artıq 4 ildir teleməkanın ən fərqli formatlı verilişlərindən biridir. Verilişin əsas məqsədi Azərbaycanda mövcud olan istehsalat sahələrini (zavodlar, fabriklər və s.) göstərməkdir. Həmçinin zəhmətkeşlərin əziyyətini göstərməklə iş yoxdur deyənlər üçün Fərid Rəsul əslində axtarıb tapan insan üçün işin həmişə olduğunu deyir. İstər fəhlə, istər küçədə təmizlikçi və yaxud digər çətin peşələr olsun, əsas olan öz zəhmətinlə çörək pulunu qazanmaqdır. Zəhmətkeşlərin proqramına çevrilən "İş Həmişə Var"ın elə ilk bölümləri də gecədən səhərə kimi metro tunellərində işləyənlər, küçədə zibil qutularını təmizləyən insanlara həsr edilmişdi. Onları yenə də diqqətdə saxlayıb 2018-ci ilin Yeni İlində yenidən zibil yığımı ilə məşğul olan insanların iş prinsipini fərqli formatda təqdim etdik. "İş Həmişə Var" bu günə qədər Azərbaycanda heç kəsin çəkiliş aparmadığı ən tanınmış böyük şirkətlərində, zavodlarında, fabriklərində çəkilişlər həyata keçirərək 100-ə yaxın proqramlar təqdim edib. 

İş Həmişə Var