Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Layihələr

Kim kimdir?

Bu bir yarışdır.Kişi və Qadın intuisiyasının yarışı.Kimin zənni onu aldatmır?Kimin intuisiyası daha güclüdür,Kişinin ya Qadının?Kim yaxşı adam tanıyandı - Kişi yoxsa Qadın?
 
Bu yarışda əsas oyunçu 2 nəfərdir - Kişi və Qadın. Bu oyunçular tanınmış məhşur ulduz statuslu şəxslər olacaq. Oyunu idarə edən isə aparıcıdır.Oyun zamanı əsas 2 oyunçunun ,yəni kişi və qadının qarşısında 12 naməlum peşə, bacarıq,istedad,adi və qeyri-adi vərdiş sahibləri dayanır. Yarışda ən yüksək xalı yəni 1200 xalı toplayıb əsas hədiyyəni qazanmaq, qalib olmaq üçün bu 12 naməlum şəxslərin kim olduğunu tapmaq lazımdır.
Əsas sual budur: Kim Kimdir?
Oyun zamanı həm kişi həm qadın məntiqini, təcrübəsini, intuisiyasını tam olaraq işə salmalı və kimin kim olduğunu müəyyən etməlidir. Burada kimin – Kişinin yoxsa Qadının – intuisiyasının güclü olduğu isbat olunacaqdır.

 

 

Kim kimdir?