Əlaqə: (012) 525-01-06 [email protected]

ATV.AZ×

Bakı vaxtı ilə

Bakı vaxtı ilə

“Bakı vaxtı ilə” verilişi ədəbi-bədii, musiqili veriliş janrında hazırlanır. Verilişin əsas məqsədi Azərbaycan mədəniyyətinə və incəsənətinə dəyərli töhfələr vermiş, keşməkeşli yaradıcılığı və həyat yolu olan sənət adamlarının xatirəsini yad etmək, onları gənc nəslə tanıtmaqdır. Verilişin müəllifi və aparıcısı müğənni Roza Zərgərlidir. Verilişin hər buraxılışı bir nəfər tanınmış sənətkara həsr olunur. Əvvəlcədən təyin olunmuş qonaqlar studiyaya təşrif buyurur və haqqında söhbət gedən sənətkarla bağlı öz xatirələrini danışır. Həmçinin verilişdə sənətkarla bağlı indiyə qədər heç bir yerdə danışılmayan faktlar və sirlər də açıqlanır. Veriliş boyu studiyada əyləşən “Bakı” ansamblının, Roza Zərgərlinin və studiyanın musiqili qonaqlarının təqdimatında canlı ifalar səslənir.

Veriliş hər həftənin şənbə günü saat 23:00-da efirdə olur.

Bakı vaxtı ilə