Əlaqə: (012) 525-01-06 [email protected]

ATV.AZ×

Həyat

Həyat

Tanınmış teleaparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynov ağır xəstəlikdən sonra yenidən xeyirxahlıq missiyasını davam etdirir. Qısa zaman ərzində yeni layihə təqdim edən Hacı Nuran növbəti dəfə “ATV” Telekanalında “Həyat” verlişi ilə televiziya tamaşaçılarının qarşısına çıxdı. Onun çoxdankı arzusu reallığa çevrildi. “Həyat” verlişi yeni yaradılan “Həyat” Fondunun televiziya layihəsi olaraq meydana gəldi.

2017-ci ilin may ayında Fondun təqdimat mərasimi baş tutdu. 2017-ci ilin iyun ayından fəaliyyətə başlayan “Həyat” proqramı əvvəlcə həftə içi bir gün, 2017-ci ilin noyabr ayından isə həftə ərzində iki dəfə - çərşənbə və şənbə günləri efirə çıxır. “Həyat” verilişi bu vaxtadək bir çox soydaşımızın sağlam həyatlarına qovuşması üçün böyük səy göstərib. Təbii ki, xeyirxah insanlar olmasa idi bütün bunlar gerçəkləşməzdi. 

“Həyat” Fondunun fəaliyyətə başladığı müddət ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə ağır xəstəlikdən əziyyət çəkən bir çox soydaşımız ölkə hüdudlarından kənarda, o cümlədən İsrail, Türkiyə, Almaniyada əməliyyat olunaraq sağlamlıqlarına qovuşub. Birbaşa tibbi yardımla bərabər “Həyat” proqramı xeyirxah insanların dəstəyi ilə neçə-neçə imkansız soydaşımıza maddi yardım olunmasında vasitəçi olub. Bundan əlavə “Həyat” Fondu mütəmadi olaraq pulsuz müayinə aksiyaları həyata keçirir. Bu vaxtadək skolioz, kifoz, onurğa əyriliyi, görmə problemi, onkoloji, hematoloji  və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın pulsuz müayinəsi təşkil olunub. Ələlxüsus xaricdən dəvət olunan mütəxəssislərin, o cümlədən İsrailin “MVİ” Tibbi Mərkəzinin direktoru Hedvart Nataşa, təcrübəli ortoped-travmatoloq Aleks Geftler, Almaniyanın Düsseldorf  Universitetinin Uşaq Onkologiyası və Hematologiyası kafedrasının müdiri,  professor Arndt Borkhardt və digərlərinin müayinələrdə iştirak etməsi və müayinə prosesinin “Həyat” verilişində geniş işıqlandırılması böyük önəm kəsb edir. Hacı Nuran şəxsən bütün müayinələrdə iştirak edir və xəstələrin problemləri ilə yaxından maraqlanır. Verilişdə bütün bunlarla yanaşı ölkənin mədəniyyət sahəsində keçərilən tədbirlər, o cümlədən tanınmış incəsənət və elm xadimlərinin anım günləri, yubileylər, teatr tamaşaları və digər əlamətdar hadisələr işıqlandırılır. 

Yardım et, həyat ver!” şüarı ilə fəaliyyət göstərən “Həyat Fondu” ATV Telekanalında yayımlanan eyniadlı veriliş vasitəsi ilə hələ bir çox uğurlara imza atmaq niyyətindədir. Odur ki, yardımınızı əsirgəməyin. “Həyat”la yardım edin. Bunun üçün 999 qısa nömrəsi sizin ixtiyarınızdadır. 

Həyat