Azərbaycanın özəl telekanallarından biri - Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci ildə xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır.
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına “ATV”, ATV.az saytı, 106.3 fm və 106 fm radio kanalları daxildir. Hazırda “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında yayımlanan verilişlər ictimai-siyasi və yaradıcılıq departamentlərinin məhsullarıdır.
İctimai-siyasi departamentə daxil olan proqramlar: “ATV Xəbər”, “Ağdam və Mən”, “İqtisadi Zona”, “Futbolumuz”, “Xəbərin Olsun”, "Komando” verilişləridir.
Yaradıcılıq departamentinə daxil olan proqramlar: “Bizimləsən”, “Zaurla Günaydın”, “Nanəli”, “Bir Balaca Oyun”, “Bu Şəhərdə”, "Sağlam Gün Ay", "Rəngarəng", "Gün Ortası", "Kəlmə Kəlməyə", "Afaqla Onlar", "Toyun sədası", "Ləzzət Axtarışında", "İkinci Həyat", "Həyat Gözəldir", "Şən Gənc", "Teatr", "Azad Kino", "Muzson", "Bişir Qazan", "Ustamız", "Musiqi ilə həmdəm olaq", "Efirdən kənar" verilişləridir.
Televizyanın Gürcüstan və Almaniyada 2 xarici bürosu, həmçinin ölkə daxilində Gəncə, Qarabağ, Tovuz, Şəki, Göyçay, Quba, Şirvan, Lənkəran üzrə bölgə müxbirləri fəaliyyət göstərir.