“106 FM" radiosu öz fəaliyyətinə 1999-cu ilin 5 mart tarixindən başlayıb.
Ən son hitləri, gündəlik müsabiqələri və hədiyyələri ilə dinləyicilərin əhvalını yüksəldən “ƏN YÜKSƏK RADİO”!
Hər iş günü saat 08-00 dan 10-00-a dək “Primetime” verilişi DJ Nailə və Nicatın təqdimatında dinləyicilərə təqdim olunur. Veriliş zamanı hər həftə dünyanın müxtəlif şəhərlərinə biletlər oynanılır.
Hər iş günü saat 12-00 dan 14-00-a kimi Dj Validin təqdimatında kinoya biletlər və restorana nahar kuponu əldə etmək mümkündür.
17-30 dan 20-00-a kimi Emin Quliyevin təqdimatında Fond Birjaları və Maliyyə bazarları haqqında analitik “İnvestor” verilişi dinləyiciləri xəbərdar edir.
20-00-dan 21-00 a kimi Dj Yusifin təqdimatında “106 House” verilişində məşhurların həyat və tarixçələrindən bəhs edilir.
Şənbə günləri saat 12-00 da Dj Yusif “TOP 20” verilişində həftəboyu səslənən və hit seçilən 20 mahnını dinləyicilərə təqdim edir.
Hər gün axşam saat 22-00 da DJ Elax-ın təqdimatında son hitlərin 1 saatlıq miksləri səslənir.
“106 FM" radiosu hal hazırda Bakı və Abşeron ərazisində yayımlanmaqdadır.