106 FM

106 FM

“106 FM" radiosu öz fəaliyyətinə 1999-cu ilin 5 mart tarixindən başlayıb.

Ən son hitləri, gündəlik müsabiqələri və hədiyyələri ilə dinləyicilərin əhvalını yüksəldən “ƏN YÜKSƏK RADİO”!

Hər iş günü saat 08:00 dan 10:00-a dək “Primetime” verilişi DJ NailəNicatın təqdimatında dinləyicilərə təqdim olunur. Veriliş zamanı hər həftə dünyanın müxtəlif şəhərlərinə biletlər oynanılır.

Hər iş günü saat 12:00-dan 14:00-a kimi DJ Validin təqdimatında kinoya biletlər və restorana nahar kuponu əldə etmək mümkündür.

17:30-dan 20:00-a kimi Emin Quliyevin təqdimatında Fond BirjalarıMaliyyə bazarları haqqında analitik  “İnvestor” verilişi dinləyiciləri xəbərdar edir.

20:00-dan 21:00-a kimi DJ Yusifin təqdimatında “106 House” verilişində məşhurların həyat və tarixçələrindən bəhs edilir.

Şənbə günləri saat 12:00-da DJ Yusif “TOP 20” verilişində həftəboyu səslənən və hit seçilən 20 mahnını dinləyicilərə təqdim edir.

Hər gün axşam saat 22:00-da DJ Elax-ın təqdimatında son hitlərin 1 saatlıq miksləri səslənir.

 “106 FM" radiosu  hal hazırda  Bakı və  Abşeron ərazisində  yayımlanmaqdadır.

Rəsmi veb sayt: www.106fm.az