Əlaqə: (012) 525-01-06 [email protected]

ATV.AZ×

106.3 FM

“Azad Azərbaycan” radiosu 106.3 Fm 2004-cü ilin 30 iyun tarixindən etibarən fəaliyyət göstərir.

“Milli musiqi - milli radioda” şüarına sadiq qalan “Azad Azərbaycan” radiosu öz dalğasında yalnız milli musiqilər səsləndirir.

Hazırda “Azad Azərbaycan” radiosu - 106.3 Fm daha çox maarfiləndirici funksiya daşıyır. Çünki həftə içi hər gün 9 saat ərzində bu dalğada müxtəlif sahələri əhatə edən maarifləndirici verilişlər yayımlanır. Onların adları artıq radio dinləyicilərinin dilində əzbər olub. Ölkəmizdə yol hərəkəti üzrə qanunvericilik aktlarını, yol-nəqliyyat hadisələri zamanı sürücülərə çıxış yolu göstərən, populyar  “Avtostop” verilişi, “Bumeranq” səhər şousu, “Çox yaşa”, “106.3 Fm dairəsi”, “Muğam saatı”, “Sözsüz” verilişləri radionun peşəkar kollektivinin ərsəyə gətirdiyi və yüksək reytinqli proqramlardır.

Fəaliyyət göstərdiyi 14 il ərzində 106.3 Fm milli musiqinin, maarifçiliyin təbliğinə verdiyi töhfələrə görə dəfələrlə İlin radiosu, “Uğur” və digər mükafat və diplomlara layiq görülüb.