Əlaqə: (012) 525-01-06 [email protected]

ATV.AZ×

ATV telekanalı haqqında

Azərbaycanın özəl telekanallarından biri - Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci ildə xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır. 

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına “ATV”, “ATV PLUS” kabel televiziyası, ATV CİNEMA, ATV VİVACE, ATV.az saytı, 106.3 fm106 fm radio kanalları daxildir. Hazırda “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında yayımlanan verilişlər ictimai-siyasi və yaradıcılıq departamentlərinin məhsullarıdır.

İctimai-siyasi departamentə daxil olan proqramlar: “ATV Xəbər”, “Ağdam və Mən”, “ATV Aktual”, “İqtisadi Zona”, “Futbolumuz”, “ATV səhər”, "Komando”, “Yadındamı” verilişləridir.

Yaradıcılıq departamentinə daxil olan proqramlar: “Bizimləsən”, “Zaurla Günaydın”, “7Canlı”, “Günün Sədası”, “Nanəli”, “Babayevlər”, “Xoş Beş”, “1 Dəqiqə”, “Fortuna”, “ATV Akustik”, “Gündən günə”, “Qısa Qapanma”, “Axşamın oyunu”, “Bir balaca oyun”, “Həkimsən”, “7Özəl”, “Bu Şəhərdə 2050”, “Karaoke Özəl”, “Mətbəxt”, “Qonağım ol” verilişləridir.

Televizyanın Gürcüstan və Almaniyada 2 xarici bürosu, həmçinin ölkə daxilində Gəncə, Qarabağ, Tovuz, Şəki, Göyçay, Quba, Şirvan, Lənkəran üzrə bölgə müxbirləri fəaliyyət göstərir.