Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

ATV telekanalı haqqında

Azərbaycanın özəl telekanallarından biri - Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci ildə xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır.

"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına "ATV", "ATV PLUS" kabel televiziyası, ATV CİNEMA, ATV VİVACE, ATV.az saytı, 106.3 fm və 106 fm radio kanalları daxildir. Hazırda "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında yayımlanan verilişlər ictimai-siyasi və yaradıcılıq departamentlərinin məhsullarıdır. İctimai-siyasi departamentə daxil olan proqramlar: “ATV Xəbər”, “Həftə sonu” analitik proqramı, “ATV İdman”, "İqtisadi zona", "Made in Azerbaijan", “ATV səhər”, "İsti İzlər" kriminal verilişidir. Yaradıcılıq departamentinə daxil olan proqramlar: “Bizimləsən”, “Zaurla Günaydın”, “V element”, "Oralar”, ”Ulduzlu yayım”, “Gündən günə”, “5 Gəlin”, “Ən yaxşısı”, “Nanəli”, “Bir axşam”, ”Marş irəli”, “ATV maqazin onlarla”, “Azərbaycanın səsi”, “Dəb mənəm”, “Şou ATV”, “Həyətimiz”, “Stand up Baku”, “Bəxtəvər”, “Axşamın oyunu”, “Ana&Bala”, “Bizimlə dəyiş”, “Həkimsən” verilişləridir. Televizyanın Gürcüstan və Almaniyada 2 xarici bürosu, həmçinin ölkə daxilində Gəncə, Qarabağ, Tovuz, Şəki, Göyçay, Quba, Şirvan, Lənkəran üzrə bölgə müxbirləri fəaliyyət göstərir.