Əlaqə: (012) 525-01-06 [email protected]

ATV.AZ×

ATV Vivace

ATV VIVACE - Azad Azərbaycan Müstəqil Teleradio Yayım şirkətinin layihələrindən biridir.

Azərbaycan və dünya klassik musiqisinin təbliğatı və tanınmasında əvəzsiz rola malik olan “Atv Vivaçe” kanalı 18.09.2016 tarixində fəaliyyətə başlayıb. “Atv Vivaçe” nəinki operanın beşiyi olan Azərbaycanda, eləcə də Qafqazda və Şərqdə ilk klassik musiqi kanalıdır. İnsan ruhunu oxşayan klassik musiqini səsləndirməklə daxili harmoniyanı,  klassik musiqiyə olan tələbatı ödəmək "ATV Vivaçe" kanalının üzərinə düşür. 24 saat yayımlanan kanalda həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri səslənir. Xarici teleşirkətlərlə əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş “ATV Vivaçe” musiqiyə yeni baxışlar gətirməklə, tamaşaçıların musiqi zövgünün rəngarəngliyinə və yüksəlişinə hər zaman xidmət edəcək. 

Kanalı - ATV+ şəbəkəsində izləyə bilərsiniz.