Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

O gecə

O gecə

1996-ci il.

İki qızı olan Lətifə üçüncü uşağa hamilədir. Amma əri və ərinin ailəsi  oğlan arzusunda olduğundan Lətifə narahatdır. Lətifənin bacısı Fəridə (həkim-ginekoloq) həmin xəstəxanada işləyir.

Eyni zamanda rayona qonaq gələn Sevda da hamilədir. Rayona çatanda qəza baş verir və Sevdanı da həmin xəstəxanaya gətirirlər.

Hər iki doğuş gerçəkləşir. Lətifənin qızı,  Sevdanın isə oğlu olur. Sevdanın həyatını xilas edə bilmirlər. 

Lətifənin taleyindən nigaran olan Fəridə uşaqların yerini dəyişir. Qız uşağını Sevdanın ailəsinin, oğlan uşağını isə Lətifənin ailəsinin adına yazır.

Dəyişdirilən uşaqları tale 20 il sonra yenidən qarşılaşdırır. Baharla Muradın yenidən qarşılaşması, iki ailə arasında olan bağı yenidən alovlandırır...

 

 

O gecə